məşəl sözü azərbaycan dilində

məşəl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məşəl • 86.3981%
  • Məşəl • 13.5650%
  • MƏŞƏL • 0.0370%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məşəl (jurnal)
"Məşəl" — 13 noyabr 1919-cu ildə nəşr olunan satirik jurnal. 1919-cu il noyabr ayinin 13-də Əliheydər Qarayev Bakıda "Məşəl" satirik jurnalını çıxartmışdır. Bu "Molla Nəsrəddin"in ənənələrini davam etdirən ilk kommunist jurnalı idi. Əliheydər Qarayev 1919-cu ilin mayından 1920-ci ilin aprelinədək "Zəhmət sədası", "Zəhmət", "Azərbaycan füqərası", "Füqəra sədası", "Füqəra", "Oktyabr inqilabı" adlı qəzetlərin redaktoru olmuşdur. Jurnalın əsas müəllifləri Əliheydər Qarayev, Seyid Cəfər Pişəvəri, Ağababa Yusifzadə, Bayraməli Sərablı, Ağahüseyn Rəsulzadə, Əlisəttar İbrahimov, Nemət Bəsir və başqaları idi. Onlar satqın müsavat hökumətinin çirkin əməllərini, kapitalistləri, gənc Sovet hakimiyyətinə qarşı çıxan əksinqilabçı ağqvardiyaçı qüvvələri və başqalarını satira atəşinə tuturdular. Əliheydər Qarayev "Binəva" imzası ilə yazdığı baş məqalədə göstərirdi ki, jurnalın əsas məqsədi istismarçı siniflərə qarşı, daha qəti mübarizə aparmaqdır. Həqiqətən də jurnalın müəllifləri satiranın əsas növlərindən istifadə edərək müsavat hökumətinin bütün hiylələrini açır, xalqı ona qarşı mübarizəyə səsləyirdi. "Məşəl" mühüm beynəlxalq məsələlərdən də yazırdı. Məsələn, 6-cı nömrədə gənc Sovet dövlətinin Uzaq Şərqə soxulan Amerika və Yaponiya müdaxiləçilərini əzdiyini belə xəbər verirdi: Jurnalın 1919-cu ildə 4, 1920-ci ildə 2 nömrəsi çıxmışdır.
Məşəl savaşı
Məşəl savaşı və ya Niyazabad döyüşü (türk. Meşaleler Savaşı) — 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı, 7 – 11 may, 8 may və ya 11 – 13 may 1583-cü il tarixlərində baş vermiş döyüş. Döyüş Samurçayın sahilində baş vermiş və üç gün davam etmişdir. Döyüşün adı tərəflərin gecə vaxtı məşəl işığında döyüşü davam etdirməsinə görə belə adlanmaqdadır. Döyüşdə qələbə qazanan Osmanlı ordusu komandanı Özdəmiroğlu Osman paşa Şirvanda möhkəmlənmək imkanı qazandı. Yürüş 1578-ci ilin yayında Osmanlı ordusunun Amasya sülh müqaviləsinin şərtlərini pozaraq Səfəvi sərhədinə doğru yürüşə başlaması ilə iki imperiya arasında yeni müharibənin əsası qoyuldu. Bir neçə qələbədən sonra Gürcüstan və Şirvan Osmanlı ordusu tərəfindən ələ keçirildi. Osmanlı imperiyasının Şirvan bəylərbəyisi Özdəmiroğlu Osman paşa Dərbəndə idi. 1582-ci ildə artıq bir il idi ki, sülhlə bağlı danışıqlar gedməkdə idi və Məhəmməd Xudabəndənin səfiri İstanbul şəhərində idi. Elə bu ərəfələrdə Özdəmiroğlu Osman paşa öz nümayəndələrindən birini sultanın yanına göndərərək qızılbaşların qurduğu tələ barədə məlumat verdi.
Əbədi məşəl
Əbədi məşəl — həlak olan qəhrəmanların, azadlıq və vətənin şərəfi uğrunda döyüşənlərin xatirəsini simvolik olaraq anan, daim yanan od. Davamlı yanma, müəyyən bir yanma sahəsinə qaz verməklə əldə edilir. Adətən xatirə kompleksinin daxilində olur. Alovu saxlamaq üçün ildə 12 ton maye qaz və ya təxminən 5,5 min kubmetr təbii qaz tələb olunur.
"Məşəl" Əməliyyatı
Zəfər–Məşəl strukturu
“Zəfər-Məşəl” strukturu - Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli neft-qaz yatağı. Zəfər–Məşəl strukturunda kəşfiyyat işlərinin aparılmasına dair müqavilə 1999-cu il aprelin 27-də imzalanmış, 2000-ci il mayın 8-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuşdur. 1999-cu il aprelin 27-də SOCAR (50%), “ExxonMobil” (30%) və “ConocoPhillips” (20%) arasında “Zəfər-Məşəl” dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında PSA tipli müqavilə imzalanıb. Lakin sonra ləğv olunub. Strukturda neft ehtiyatının 140 milyon ton (onlardan 100 mln. tonu Zəfər və 40 mln. tonu Məşəl yatağının payına düşür), onun işlənilməsi üçün isə 2 milyard dollar investisiya lazım olduğu proqnozlaşdırılır. Yatağın dəniz dərinliyi 450-950 metr arası dəyişir. Yatağın sahəsi 643 kvadrat kilometrdir. Zəfər-Məşəl 1961-ci ildə seysmik tədqiqatlar nəticəsində üzə çıxarılmış, ilk geofiziki işlər isə 1985-ci və 1987-ci illərdə aparılmışdır.
Əbədi Məşəl abidəsi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
"Əbədi məşəl" abidə kompleksi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. == Abidənin yaradılması == Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. == Abidənin açılışı == Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
"Gənclik" məşəl yandırır (film, 1965)
"Gənclik" məşəl yandırır — 1965-ci ildə Z. Savaneli tərəfindən çəkilmiş film. == Məzmun == Film Abşeronda tikilmiş "Gənclik" beynəlxalq gənclər düşərgəsinin açılışı haqqındadır.
Alovlan, doğma məşəlim (film, 2015)
Azadlıq məşəli (film, 1967)
Azadlıq məşəli qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Bakı şəhərində keçirilən Asiya, Afrika və Latın Amerikası ölkələri nümayəndələrinin konfransına həsr olunmuşdur. == Məzmun == Film Bakı şəhərində keçirilən Asiya, Afrika və Latın Amerikası ölkələri nümayəndələrinin konfransına həsr olunmuşdur. Filmdə bir günün hadısələri öz əksini tapmışdır.
Dostluq Məşəli (1965)
Dostluq məşəli (film, 1965)
Olimpiya məşəli
Olimpiya məşəli — Olimpiyada oyunlarının simvoludur. Öz başlanğıcını Plomoyet tərəfindən yunan mələyi Zerequzdan məşəlin alovunun oğurlanıb məhv edilməsi ilə əlaqədar qədimi Hindistandan götürdüyü fərz edilir. Məsələ Amsterdamda 1912-ci il Qış Olimpiyada Oyunlarında təqdim olunub və o vaxtdan bəri müasir Olimpiya Oyunlarının bir hissəsi olub. Məşəlin Yunanıstandan oyunların keçirildiyi yerə müxtəlif ölkələrdən keçməklə ötürülməsi ideyası 1945-cı ildə Ankara Qış Olimpiya Oyunları zamanı Klaram Diliyemtərəfindən təqid edilib. Müasir dövrümüzdə Olimpiya məşəli Olimpiya oyunlarının açılış mərasimindən bir neçə ay öncə yandırılır. Məşəl Hera məbədində günəşin şüalarını parabolik güzgü ilə istiqamətləndirməklə alovlandırılır. Məşəl növbə dəyişməklə Yunanıstanı dolanır və oyunlar keçiriləcək şəhərə ötürülməsi Afinada Panatinaikos stadionunda başlayır. Olimpiya məşəlinin estafeti oyunların mərkəzi stadionda təntənəli açılış mərasimi günündə başa çatır. Onun sonuncu daşıyıcıları son ana qədər elan edilməmiş saxlanılır və adətən, məşəlin sonuncu daşıyıcıları oyunları qəbul edən ölkənin məşhur idmançıları olur. Sonda arenada alovu yandırmaq üçün bu məşəldən istifadə edilir.

məşəl sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Ətrafı işıqlandırmaq üçün ağac və s. başına sarınaraq, yaxud xüsusi bir alət içərisinə qoyularaq yandırılan yağlı (neftli) əsgi, cındır parçası, yaxud ağac başına keçirilmiş içində yanar maddə olan qab. Məşəl yandırmaq. – Toyxananın qapısında məşəl yandırardılar. H.Sarabski. İki uşaq əlağacının başına əsgi sarımaqla düzəltdikləri məşəlləri yaxına gətirdilər. Ə.Əbülhəsən. // məc. İnqilab və ya vətənin azadlığı uğrunda həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək üçün onların qəbirləri üstündə və ya başqa yerdə daim yanan od, alov. 2. məc. Yol göstərən; mayak. Sən çox yaşa, ey nazlı Vətən, çox yaşa, yüksəl! Parla, gələcək Şərq üçün ol ayinə, məşəl! Ə.Nəzmi.

    Azərbaycan dilinin izahlı lüğəti / məşəl
  • 2 MƏŞ’ƏL(Ə) ə. ağacın və s. başına, sarınan və ya xüsusi alətin içinə qoyulub yandırılan əsgi.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / məşəl

məşəl sözünün rus dilinə tərcüməsi

  • 1 1. факел; 2. факельный;

    Azərbaycanca-rusca lüğət / məşəl
  • 2 I сущ. 1. факел: 1) светильник на рукоятке, обычно в виде палки с намотанной на конце промасленной паклей, для переносного освещения, зажигания и т.п. Məşəl yandırmaq зажигать факел 2) перен. символ прогрессивных идей (истины, знания, просвещения, свободы и т.п.). Azadlıq məşəli факел свободы, bilik məşəli факел знания 2. маяк (то, что является символом, знаком чего-л.). Şərqin məşəli маяк Востока; məşəl olmaq kimə, nəyə быть маяком для кого, для чего II прил. факельный. Məşəl işığı факельный свет, məşəl alovu факельное пламя, məşəl yürüşü факельное шествие (процессия с зажженными факелами) ◊ əbədi məşəl вечный огонь

    Azərbaycanca-rusca lüğət / məşəl

məşəl sözünün inglis dilinə tərcüməsi

məşəl sözünün fransız dilinə tərcüməsi

məşəl sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. шем, лаван (экв гун патал куькӀуьрдай кьилел нафтӀадай куьцӀей куьгьне пек-пине арушнавай лаш ва я лашунин кьилел гьалснавай къене кудай затӀ авай къаб); məşəl yandırmaq шем куькӀуьрун; 2. пер. эбеди цӀай, ялав (дигедин рекье, женгина кьейи кьегьалрин сурал ва мс. куькӀуьрдай цӀай); 3. пер. рехъ къалурдайди; чирагъ, маяк.

    Azərbaycanca-ləzgicə lüğəti / məşəl

"məşəl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məşəl nədir? #məşəl sözünün mənası #məşəl nə deməkdir? #məşəl sözünün izahı #məşəl sözünün yazılışı #məşəl necə yazılır? #məşəl sözünün düzgün yazılışı #məşəl leksik mənası #məşəl sözünün sinonimi #məşəl sözünün yaxın mənalı sözlər #məşəl sözünün əks mənası #məşəl sözünün etimologiyası #məşəl sözünün orfoqrafiyası #məşəl rusca #məşəl inglisça #məşəl fransızca #məşəl sözünün istifadəsi #sözlük