* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] İnsan, adam. Bu sifətdə kim görübdür bəşəri cahan içində? Nəsimi. Olmuşdu bəşərdən öylə bizar; Kim, öz əksin sanırdı əğyar. Füzuli. Bu hüsn lətafətdə yəqindir bəşər olmaz. S.Ə.Şirvani. Biz belə bir qəhrəmanlıq görməmişik bəşərdə. S.Rüstəm. // Toplu mənada. Kamalın, hüsnün eşqilə bəşər cənnət yaratmışdır. S.Vurğun. Qütbün ilk körpüsü olan bu uçuş; Bəşərin ən qədim bir arzusudur. Ə.Cəmil. ◊ Növi-bəşər – insanlar. Məktəblə qılar növi-bəşər dəfi-bəlaya; Məktəblə çıxar zahirə əsrari-xəfaya… M.Hadi.
Azərbaycan dilinin izahlı lüğəti / bəşər2 сущ. 1. человек 2. собир. человечество. Bəşər tarixi история человечества
Azərbaycanca-rusca lüğət / bəşər1 I. i. 1. man; person; 2. humanity, mankind II. s. human; ~ tarixi human history, the history of mankind
Azərbaycanca-ingiliscə lüğət / bəşər1 is. homme m, personne f ; humanité f ; ~ tarixi histoire f de l’humanité
Azərbaycanca-fransızca lüğət / bəşər