məhəl sözü azərbaycan dilində

məhəl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məhəl • 99.8298%
  • Məhəl • 0.1277%
  • MƏHƏL • 0.0426%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəncə məhəllələri
Qədim Gəncə şəhərinin 1727 ci ildə 14 məhəlləsi olub: Gəncə şəhri, Gəncə çayı ilə ikiyə ayrılmıştır, şəhrin dağlık yerində və dağlara doğru kəndlərdə Ermənilər, ova qisminda ovaya uzanan kəndlərdə isə Türklər yaşıyırdılar. Gəncənin Türk məhəllələri arasında Noreşen ismində bir Erməni məhəlləsi vardı Gəncənin Erməni qismində isə üç türk məhəlləsi vardı: Mollacəlilli, Çaylı və Hacıməlihli.
Gəncəli məhəlləsi
Gəncəli məhəlləsi — Şəkinin qədim məhəllələrindən biri. == Haqqında == Şiələr kompakt halında Şəki şəhərində Gəncəli məhəlləsində məskunlaşmışlar. Gəncəli məhəlləsinin əhalisi Səfəvilər dövründə Şəkini idarə etmək və dayaq yaratmaq üçün Gəncədən Şəkiyə köçürülənlərin nəsilləridir. Şəkinin sünnü əhalisi şiələri "qızılbaş", bəzən də "qəcər" adlandırırlar. Məlumdur ki, şiə yönlü səfəvi təriqəti həm də "qızılbaş" adlanmışdır. Şiələrin "qızılbaş" adlandırılması Azərbaycanın başqa sünnü bölgələrində də (Qax, Zaqatala, Balakən rayonlarında və s.) özünü göstərir. Başqa məlumata görə buranın əhalisi İrandan və ya Xoydan Gələnlərlər məskunlaşmışlar. Gəncəli məhəlləsində Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, xalq artisti Əlövsət Sadıqov, dilçi Əbdüləzəl Dəmirçizadə, akademiklər Cəmil və Cəbrayıl Hüseynovlar, professor Yaşar Qarayev kimi böyük bir ziyalı bu məhəllədən yetişmişdir.
Hacı Yusifli məhəlləsi
Hacı Yusifli məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Məhəllə öz adını məşhur divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu Muğanlının adından götürüb. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Məşhur Azərbaycan şairi Qasım bəy Zakirin evi, məhəllə məscidindən başqa, Aşağı Gövhər ağa məscid kompleksi də bu məhəllədədir.
Hamamqabağı məhəlləsi
Hamamqabağı məhəlləsi — Şuşanın 18-ci əsrin sonları, 19-cu əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Əbdül Səməd Bəyə məxsus ilk hamamlardan biri burada yerləşdiyindən, məhəllə belə adlandırılmışdır. == Xarici keçidlər == "Şuşanın 17 məhəlləsinin hekayəsi". aqreqator.az. İstifadə tarixi: 28 apr 2022. "Şuşanın 17 məhəlləsi". www.gununsesi.info. İstifadə tarixi: 28 apr 2022.
Kilsəkənd məhəlləsi
Kilsəkənd məhəlləsi - Gəncənin qədim məhəllərindən biri. Məhəllənin adı Müqəddəs İohann kilsəsi (Gəncə) kilsəsin burda yerləşməsi ilə əlaqədar belə adlnmışdır. Gəncəçayının sağ sahilində(II hissə) yerəşir. Məhəllənin başqa adıda Dik küçədir. Sovet dövründə bu məhəlləyə Qırmızı körpü deyirdilər. Şah Abbasın tikdirdiyi qədim bir körpünün yerində. Qafqazda tikilən ilk dəmir və metal konstruksiyalı körpüdür. 1843-cü ildə inşa edilib. Layihəsini də çar ordusunun hərbi mühəndisi, poruçik A.Q.Çarnetski hazırlayıb. Körpü şəhərin iki məhəlləsini birləşdirib.
Köçərli məhəlləsi
Köçərli məhəlləsi — Şuşanın XIX əsrdə salınmış, Şuşanın şimal-qərbində qədim yuxarı 8 məhəlləsindən biri. == Haqqında == Saatlı məhəlləsində sol tərəfdə dik yamac üzərində yerləşən yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq, hamam və daha aşağı hissədə Körpü və Meydança var idi. Məhəllə körpüsünə "Şahlıq körpüsü" deyilirdi. XX əsrin 40-cı illərində körpü söküldü və meydan bir qədər genişləndirildi. məhəllənin yaşayış binaları biri-birindən fərqlənirdi. Bu sosial bərabərsizliklə əlaqədar idi. Məhəllədə 6-ya qədər iki mərtəbəli yaşayış binası var idi. Qalan binalar isə bir mərtəbəli idi. XVIII əsrin ortalarında Cavanşir mahalının Köçərli kəndindən köçüb gəlmiş Məhəmməd adlı (Firidun bəy Köçərlinin ulu babası) bir nəfər burada kök salıb, sonralar onun övladları köçərlilər kimi tanınıb və yaşadıqları məhəllə də "Köçərli" adlandırılıb.
Latın məhəlləsi
Latın məhəlləsi ya Latın kvartalı (fr. Quartier latin) — Parisin V və VI dairələrini əhatə edən, Sena çayının sol sahilində Sorbonna universitetinin əhatəsini təşkil edən ənənəvi tələbə məhəlləsi. Məhəllə kiçik dalan və küçələrə, bistro kafe və restoranlarla zəngindir. Cakomo Puççininin Bohema operasının II pərdəsindəki hadisələr məhz bu Latın məhəlləsində cərəyan edir.
Malakanlar məhəlləsi
Malakanlar məhəlləsi — XIX əsrdə Xan bağının boş qalmış ərazisində Gəncəyə köçürülən malakanların saldıqları məhəllə.Xalq arasında bura həm də "Malaqannar", "Kələmlik" kimi də adlanır. == Tarixi == Gəncə xanlığının dövründə Xan bağının ətrafında çay daşından və gil palçıqdan hündür hasar çəkilmişdi. 1803-cü ilin dekabrında Sisianovun qoşunları ilə gəncəlilər arasında Quru qobu döyüşündən sonra ikinci şiddətli toqquşma məhz Xan bağında olmuşdur. Həmin toqquşma zamanı 200 şəmşəddilli, 300 erməni iki saat keçməmiş düşmənə təslim olmuş, 250 nəfər müdafiəçi həlak olduqdan sonra podpolkovnik Simonoviçin dəstəsi bağı tutmuşdur. Hasarların əhatəsində müxtəlif ağacların yaşıllıqların içərisində xanın imarəti, Xan xəlvətxanası və heyvanxana var idi. Sonradan bu yerlər dağıdılmış və ərazi boş qalmışdır. XIX əsrin 30-cu illərində Gəncəyə köçürülən sektantlar-malakanlar Xan bağının boş qalmış ərazisində yerləşdirilmiş, bundan sonra həmin ərazilər xalq arasında "Malaqannar", "Kələmlik" kimi çağırılmağa başlamışdır.
Mamayı məhəlləsi
Mamayı məhəlləsi - Şuşanın XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Məhəllə şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, Mamayı bulağı, kiçik meydan və hamam olmuşdur. Məhəllə Mamay bəyin adı ilə bağlıdır. Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamamaqabağı məhəllələri yaşayış və inzibati binalar, küçələr biri-birini tamamlayır. Mamayı məhəlləsinin kiçik düzbucaqlı sahəsi qonşu küçənin şimal tərəfindəki kurdener tərəfindən formalaşaraq, bulağın yerləşdiyi qovşağın bir az yuxarısında yerləşir. Meydanın içəri tərəflərində əsas fasadı meydana baxan və cənuba istiqamətlənmiş məhəllə məscid var. Şuşa qalasının aşağı məhəlləri mövqeyinə, iqliminə görə, yuxarı məhəllələrindən fərqli idi. Burada düzənlik ərazilər, məhəllə meydanları, məscidlər daha geniş olmaları ilə və memarlıq üslubu ilə başqalarından fərqlənir. Qalanın aşağı ərazisində su quyuları,çarhovuzlar,çeşmələr, kəhrizlər çoxluq təşkil edir.
Merdinli məhəlləsi
Mərdinli məhəlləsi — Şuşanın XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı camaatından, eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarının əhalisindən təşkil olunmuşdu. Mərdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirməsidir. == Tanınmış şəxsləri == Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirmələridir. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınmışdır. == Tarixi abidələri == Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Şirin su hamamı da bu məhəllədədir.
Meydan məhəlləsi (Şamaxı)
Meydan məhəlləsi — Şamaxının böyük məhəllərindən biri. Türk səyyahı E.Çələbinin adını çəkdiyi, Şamaxınn 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelin Şapuran məhəlləsinin adını şəkir.
Mingis (məhəllə)
Mingis (digər adı: Məngis) — Ordubad şəhərində qədim məhəllə == Haqqında == Ordubad çayının sol sahilindədir. Adi mingislilərlə, yəni, müəyyən tarixi, iqtisadi əlaqələr nəticəsində Mingis adlanan yerdən köçüb gələnlərlə əlaqədardır. XVIII əsrin əvvəllərində Naxçıvan sancağının tərkibinə daxil olan Azadciran nahiyyəsi Ordubad qəsəbəsinin məhəllərindən biri kimi adı çəkilir. Mənbələrin yazdığına görə, məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, kəhriz, xırda dükanlar yerləşirdi. Mingis meydanı orta əsr məhəllə meydanının gözəl örnəyi kimi cəhətlərini qoruyub saxlamaqla, buradak məscid və bazar bitkin, vahid kompleks təşkil edir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 321.
Mollacəlilli məhəlləsi
Mollacəlilli məhəlləsi — Mollacəlilli məhəlləsi əvvəllər Gəncənin yuxarı hisəsində mövcud olmuşdur.Gəncənin yuxarı hissəsində əsasən Ermənilər yaşayırdı ancaq burada üç müsəlman məhəlləsi olub bunlar. Mollacəlilli, Çaylı və Hacıməlikliydi. Sonradan məhəllə 1905-ci ildə indiki yerinə köçmüşdür. Gəncənin salınmış ən son həhəllələrindəndir. 1905 Ermənilərin qırğını nəticəsindən Köçüb gəlmışlər. Məhəllədə Mollacəlilli məscidi hələ də qalır. == Mənbə == Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı.
Müsəlman məhəlləsi
Müsəlman məhəlləsi (ərəb. حارة المسلمين‎‎‎; ivr. ‏הרובע המוסלמי‎‏‎) — Qüdsdə olan köhnə şəhərin dörd məhəlləsindən biri.
Məcidli məhəlləsi
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. == Aşağı məhəllə == Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. == Biləndərlilər məhəlləsi == Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Məhəllat
Məhəllat — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Məhəllat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 35,319 nəfər və 10,285 ailədən ibarət idi.
Məhəllat şəhristanı
Məhəllat şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Məhəllat şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 48,458 nəfərdən və 14,139 ailədən ibarət idi.
Məhəlli sular
Məhəlli sular — hər bir suveren dövlətin sahilindən okeana (dənizə) doğru 12 dəniz mili məsafədə olan sulara deyilir. Bu sularda dövlətin tam suverenliyi tanınır.
Məhəllə
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı. Bəzi ölkələrdə məhəllələrdə məhəllə komitələri olur və yaşayış yeri üzrə sakinlərin təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir.
Məhəllə (dəqiqləşdirmə)
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı.
Məhəllə (film, 2003)
Məhəllə — 2003-cü ildə Ramiz Fətəliyev tərəfindən çəkilmiş komediya filmi. == Məzmun == Film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. Hadisələrin axışı Tofiqin (Coşqun Rəhimov) əsgərlikdən qayıtması ilə başlayır. Anası (Kübra Əliyeva) nəhayət bircə oğlunu evləndirmək istəyir. Tofiqin gələcək qaynatası "professor"dur (Aftandil İsrafilov). Amma bu professor o professorlardan deyil... == Film haqqında == Film unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunur. Film aktrisa Nəsibə Zeynalovanın kinoda son işidir. Filmin çəkilişlərinə Ə. Qarayev küçəsi 6 №-li evin sakinləri köməklik göstərmişdir. Filmdə "Ulduz" kinofilmindən və xalq mahnılarından istifadə edilmişdir.
Məhəllə 2 Moskvada (film, 2004)
Məhəllə 2 Moskvada — 2004-cü ildə Sülü Çöl-Qalalı tərəfindən çəkilmiş komediya və macəra filmi. == Məzmun == Bu filmdə Tofiqin (Coşqun Rəhimov) məktubu əsasında məhəllənin bütün sakinləri Moskvaya yollanır. Məqsəd isə Tofiqi bir "bəla"dan qurtarmaqdır… == Film haqqında == Film dahi sənətkar, səhnəmizin korifeyi, Azərbaycanın xalq artisti, əvəzolunmaz Nəsibə xanım Zeynalovanın əziz xatirəsinə həsr olunur. Filmdə "Xaç atası 3", "Anakonda" filmlərindən, "Deep Purple", "Venus" qruplarının, Lou Beqa, R. Kellynin və Roy Orbisonun repertuarlarından istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov Quruluşçu rejissor: Sülü Çöl-Qalalı Quruluşçu operator: Laçın Allahverdiyev Quruluşçu rəssam: P. P. B. S. Bəstəkar: Aytən İsmixanova Səs rejissoru: Teymur Abdullayev, Emin Nəsirli, Vilayət Qəhrəmanzadə Aranjman: Ənvər Sadıqov, Eldar Məmmədov, Aytən İsmixanova Geyim rəssamı: Nataliya Radina Qrim rəssamı: İlqar Cəfərov Rejissor: İlham Qasımov Operator: Samir Əhmədov Montaj edən: Mahir Rəhimov Kompüter qrafikası: Ənvər Sultan Aktyor seçimi: Sergey Perevozkin Əlbəsə: Qriqori Şevçenko Rels telejka: Sergey Bəxtiyarov, İqor Yakimoviç Kran: Aleksandr Sinelşikov, Sergey Munşin İşıq ustası: Andrey Slepnyov İşıqçı: Aleksey Fyodorov, Xəqani Abdullayev Fəhlə: Denis Stepanenko, Yevgeni Çevordayev Sürücü: İqor Fadeyev Ofis: Nizami Həsənov, Oleq Məmmədov Mahnıları ifa edən: Abbas Bağırov, "Lazurnı Bereq" qrupu Balaban: Şirzad Fətəliyev (Şirzad kimi) Tar: Elçin Həşimov Reklam kampaniyasının rəhbəri: Müşfiq Hətəmov İnzibatçı: Yekaterina Naqayçeva, Yekaterina Kraveç, Viktor Çunyayev İcraçı prodüser: Aleksey Pidruçnı, Mixail Sokolov Yönəldici prodüser: Fərid Ələsgərov, Saleh Abdullayev Filmin direktoru: Azər Quliyev, Mixail Merkulov Prodüser: Tahir İmanov === Rollarda === Rafael İsgəndərov — Qüdrət Dilarə Əliyeva — Məhəbbət Coşqun Rəhimov — Tofiq Kübra Əliyeva — Südabə Valdis Pelş — Polis Tahir İmanov — Elşən/Eliş Cabir İmanov — Rövşən/Roşka Elçin Həmidov — Məzahir/Məzi İlham Qasımov — Ruslan/Rusik Yaşar Nuri — varlı adam Svetlana Bulax Avtandil İsrafilov — Zahid/professor Tatyana Novik — mehmanxana izibatçısı Marina Vinoqradova — Xadimə Anton Korşunov — Saşa Viktor Konuxin — Paşa Hidayət Süleymanov Elxan Eldarlı Ramin Bayramov Arif Qəmbərov Ruhulla Kərimov Ziba Ramazanova İlqar Nəbiyev Emin Hacıyev Rəşad Kazımov Fuad Mirzəyev Alla Sidorina Lyudmila Sidorina Veronika Fedorçenko Nuri Əmiraslan Sevda Muradova Vaqif Cəbrayılov Natella Yusifova Aytən Əlibəyli Şamil Muradov Nizami Həsənov == Sponsor == "Praqa AST" Şirkəti == Çəkilişə köməklik edən qurumlar == "Abşeron" Oteli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ rəhbərliyi Azərbaycan Hava Yolları Dövlət Konserni "Evrosport" Mağazalar Şəbəkəsi Xaqan Audio Video Nyus Azərbaycan Dövlət Dram Teatrı Azərbaycan Musiqili Komediya Teatrı == Çəkilişə kömək edənlər == Aqil Paşayev Nazim Ələkbərov Cahangir Əsgərov Maarif Cəbiyev Niyazi Aslanov Hacıbaba Bağırov Elçin Muradov Cəlal Paşayev Anar Yolçuyev Cuma Əhmədzadə Mahir Yaqubov == İstinadlar == == Xarici keçidlər == Filmi izlə Planet Parni iz Bakunun rəsmi saytında Məhəllə 2 Moskvada "İllər sonra "Məhəllə 2 Moskvada" filmindəki "Lenin"in kimliyini açıqladı - VİDEO". baku.ws (az.). İstifadə tarixi: 2024-11-27. Tahir İmanov: "Məhəllə"miz dəyişir, dəyişməyən təkcə Eliş və Roşkadır — MÜSAHİBƏ Kommersiya — komediya filmləri.
Məhəllə 3 (film, 2019)
Məhəllə 3 — Məhəllə film seriyasının 3-cü buraxılışı. 15 il sonra ekranlara qayıdan filmin prodüserləri bu dəfə də Tahir və Cabir İmanov qardaşlarıdır. Qala gecəsində filmdə rol alan tanınmış aktyorlar — Bəhram Bağırzadə, Dilarə Əliyeva, xalq artistləri Hacı İsmayılov, Nübar Novruzova və digər aktyorlar iştirak ediblər. Qala gecəsində çıxış edən aktyor heyəti “Məhəllə” film seriyasının davamının olacağını da bildiriblər. == Məzmun == Filmdə hadisələr kriminal xarakterli zəngin iş adamlarından birinə məxsus, XV əsrə aid, iki milyon manat qiyməti olan xalçanın oğurlanması ilə başlayır. Eliş və Roşkanın təsadüfən xalçanı tapması isə süjet xəttinin böyüməsinə gətirib çıxarır. Məhəlləni sökmək və yerində göydələn inşa etmək istəyən tikinti şirkətinin nümayəndəsi ilə məhəllə sakinləri arasında gedən mübarizə isə günümüzdə olan real hadisələri əks etdirib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov Quruluşçu rejissor: Sülü Çöl-Qalalı Quruluşçu operator: Laçın Allahverdiyev Quruluşçu rəssam: P.P.B.S. Bəstəkar: Aytən İsmixanova Səs rejissoru: Teymur Abdullayev, Emin Nəsirli, Vilayət Qəhrəmanzadə Aranjman: Ənvər Sadıqov, Eldar Məmmədov, Aytən İsmixanova Geyim rəssamı: Nataliya Radina Qrim rəssamı: İlqar Cəfərov Rejissor: İlham Qasımov Operator: Samir Əhmədov Montaj edən: Mahir Rəhimov Kompüter qrafikası: Ənvər Sultan Aktyor seçimi: Sergey Perevozkin Əlbəsə: Qriqori Şevçenko Rels telejka: Sergey Bəxtiyarov, İqor Yakimoviç Kran: Aleksandr Sinelşikov, Sergey Munşin İşıq ustası: Andrey Slepnyov İşıqçı: Aleksey Fyodorov, Xəqani Abdullayev Fəhlə: Denis Stepanenko, Yevgeni Çevordayev Sürücü: İqor Fadeyev Ofis: Nizami Həsənov, Oleq Məmmədov Mahnıları ifa edən: Abbas Bağırov, "Lazurnı Bereq" qrupu Balaban: Şirzad Fətəliyev(Şirzad kimi) Tar: Elçin Həşimov Reklam kampaniyasının rəhbəri: Müşfiq Hətəmov İnzibatçı: Yekaterina Naqayçeva, Yekaterina Kraveç, Viktor Çunyayev İcraçı prodüser: Aleksey Pidruçnı, Mixail Sokolov Yönəldici prodüser: Fərid Ələsgərov, Saleh Abdullayev Filmin direktoru: Azər Quliyev, Mixail Merkulov Prodüser: Tahir İmanov === Rollarda === Tahir İmanov — Elşən Cabir İmanov — Rövşən Dilarə Əliyeva — Məhəbbət Bəhram Bağırzadə Hacı İsmayılov — rəis Nübar Novruzova Ələkbər Əliyev Emil Musayev Azər Məmmədzadə Sona Babayeva Şahin Nəsirov Qədir İsmayılov Həsən Əli və Hüseyn Əli Fərid Zeynalov Alsu Kəsəmənskaya Sənan Kəsəmanski Safiyyə İman Cahangir İman Məryəm Əli == İstinadlar == == Xarici keçidlər == Sultanova, Sevda. ""Məhəllə 3"- ün çəkilməsində məqsəd nədir? – Sevda Sultanova yazır..." Kulis.az (az.).
Məhəllə teatrı
Məhəllə teatrı çex. Stavovské divadlo (orijinal adı "Qraf Nostitz teatrı" çex. Hraběcí Nosticovo divadlo, sosializm dövründə "Tılov teatrı" çex. Tylovo divadlo) - Praqanın Praqa 1 rayonunda, Köhnə şəhərin "Meyvə bazarı" (çex. Ovocný trh) adlanan meydanında yerləşir. Teatrdan solda xalq arasında "Dəmir qadın" kimi tanınan "Daş qonaq" heykəli, teatrın arxasında isə məşhur passaj yerləşir. == Tikili == XVIII əsrin əvvəllərində Praqada heç bir dənə də teatr binası yox idi. Nadir teatr tamaşaları Klementinumda və ya zadəganların şəxsi evlərdə qoyulurdu. Birinci Şəhər Teatrı Kotzedə (Stare Mesto) açılmasına baxmayaraq, o tezliklə bağlanıldı. Bina ictimai ziyalı və vətənpərvər qraf Frantişek Antonin Nostitz Rinek üçün məhəllə teatrı qismində inşa edilmişdir.
Mərkəz (məhəllə, Çəkməköy)
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.

məhəl sözünün leksik mənası və izahı

məhəl sözünün rus dilinə tərcüməsi

  • 1 1 в сочет. məhəl qoymamaq пренебрегать, пренебречь: 1. kimə, nəyə относиться к кому, к чему без уважения. Dediklərimə məhəl qoymadı он пренебрёг сказанным мною словом, qonşuya məhəl qoymamaq пренебрегать соседом 2. оставлять, оставить без внимания, игнорировать что-л. опасное, неприятное. Tənqidə məhəl qoymamaq пренебрегать критикой, müalicəyə məhəl qoymamaq пренебрегать лечением 2 сущ. разг. место, местность

    Azərbaycanca-rusca lüğət / məhəl

məhəl sözünün inglis dilinə tərcüməsi

  • 1 i.: ~ qoymaq to pay attention (to), to give / to pay heed (to), to take heed (of); ~ qoymamaq to neglect (d.), to disregard (d.), to ignore (d.); bir kəsin məsləhətinə ~ qoymamaq to ignore smb.’s advice; təhlükəyə ~ qoymamaq to ignore danger

    Azərbaycanca-ingiliscə lüğət / məhəl

məhəl sözünün fransız dilinə tərcüməsi

məhəl sözünün ləzgi dilinə tərcüməsi

"məhəl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məhəl nədir? #məhəl sözünün mənası #məhəl nə deməkdir? #məhəl sözünün izahı #məhəl sözünün yazılışı #məhəl necə yazılır? #məhəl sözünün düzgün yazılışı #məhəl leksik mənası #məhəl sözünün sinonimi #məhəl sözünün yaxın mənalı sözlər #məhəl sözünün əks mənası #məhəl sözünün etimologiyası #məhəl sözünün orfoqrafiyası #məhəl rusca #məhəl inglisça #məhəl fransızca #məhəl sözünün istifadəsi #sözlük