* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] Mədəndən çıxarılmış mineraldan ibarət olan, mineraldan düzəldilmiş. Mədəni gübrə. – …Bu boyaq (umbra) müxtəlif mədəni hissələrin qarışığından ibarət olan gildir. A.Quliyev.
Azərbaycan dilinin izahlı lüğəti / mədəni2 sif. [ər.] 1. Mədəniyyətcə çox inkişaf etmiş, mədəniyyətin yüksək dərəcəsində olan. Mədəni mühit. Varlı və mədəni həyat. // Cəmiyyətdə özünü aparma üsullarına, ədəb qaydalarına yaxşı bələd olan; tərbiyəli. Mədəni adam. – Qadının qarşısında 25 yaşlı, … gözəl, yaraşıqlı, ədəbli, məlumatlı və mədəni bir gənc oturmuşdu. M.S.Ordubadi. 2. Mədəniyyətlə bağlı olan, mədəniyyətə aid olan. Əhalinin mədəni inkişafı. Xalqlar arasında mədəni əlaqə. Mədəni xidmət. 3. Əkilən, becərilən (yabanı, cır ziddi). Mədəni bitkilər. – Bəzi yerlərdə meşə öz şəklini dəyişib, insan tərəfindən salınmış mədəni bir parka bənzəyirdi. H.Seyidbəyli.
Azərbaycan dilinin izahlı lüğəti / mədəni3 MƏDƏNİ ə. 1) şəhərli, qəsəbəli; 2) oturaq, köçəri olmayan; 3) mədəniyyətin yüksək səviyyəsində olan; mədəniyyətli; 4) təhsilli, oxumuş, elmli; 5) mədəniyyətə mənsub olan, mədəniyyətlə əlaqədar olan. MƏ’DƏNİ ə. 1) mədənə məxsus olan; 2) tərkibində metal olan, metaldan qayrılmış.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mədəni1 Mədinə (şəhər adı) sözü ilə qohumdur. “Mədinədən olan şəxs” deməkdir. Mədinə ərəbcə “şəhər” deməkdir. Mədinəlilər (şəhər əhli) mədəni hesab olunurmuş. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / mədəni1 MƏDƏNİ – KOBUD Mədəni adam belə yerlərdə yaşaya bilməz (C.Cabbarlı); Qorxma, sən kobud deyilsən axı (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / mədəni2 I прил. 1. культурный: 1) такой, который относится к духовным достижениям человеческого общества. Mədəni yüksəliş культурный рост, mədəni səviyyə культурный уровень, mədəni irs культурное наследие, mədəni inkişaf культурное развитие 2) связанный с деятельностью в области искусства, литературы, просвещения и т.п. Mədəni əməkdaşlıq культурное сотрудничество, mədəni əlaqələr культурные связи, mədəni tədbirlər культурные мероприятия, mədəni idarələr культурные учреждения, mədəni mühit культурная среда, mədəni fond культурный фонд, mədəni mübadilə культурный обмен, mədəni həyat культурная жизнь 3) просвещённый, образованный, воспитанный. Mədəni adam культурный человек 4) соответствующий требованиям культуры. Mədəni davranış культурное поведение, mədəni vərdişlər культурные навыки 5) соответствующий высокоразвитым способам производства. Mədəni şumlama культурная вспашка, mədəni kənd təsərrüfatı культурное сельское хозяйство 6) обработанный, освоенный человеком. Mədəni sortlar (növlər) культурные сорта, mədəni bitkilər культурные растения, mədəni otlaqlar культурные пастбища 2. цивилизованный (приобщённый к цивилизации, культурный, развитой). Mədəni xalqlar цивилизованные народы, mədəni dövlətlər цивилизованные государства, mədəni millətlər цивилизованные нации II нареч. культурно: 1. в соответствии с требованиями культуры. Mədəni danışmaq культурно говорить, özünü mədəni aparmaq вести себя культурно, mədəni yaşamaq жить культурно 2. в соответствии с требованиями той или иной специальной культуры. Mədəni alver etmək культурно торговать, mədəni xidmət etmək культурно обслуживать
Azərbaycanca-rusca lüğət / mədəni1 s. 1. cultural; civilized; ~ səviyyə standards of culture; ~ inkişaf cultural advance; ~ inqilab cultural revolution; maddi və ~ səviyyəni yaxşılaşdırmaq to raise the standards of welfare and culture; ~ vərdişlər civilized habits; 2. (yüksək mədəni səviyyədə olan) cultured, cultivated, educated; ~ adam a cultured person, a man* of culture; ~ əlaqələr cultural relations; ~ bitkilər cultured plants; ~ yolla in a cultured way, in a civilized manner
Azərbaycanca-ingiliscə lüğət / mədəni1 sif. culturel, -le ; ~ əlaqələr relations f pl culturelles ; ~ irs patrimoine m culturel ; ~ ölkələr pays m pl civilisés
Azərbaycanca-fransızca lüğət / mədəni1 [ər.] прил. мядендай акъудай минералдикай ибарат тир, минералдикай раснавай (мес. ччил миянардай затӀ, куьбре).
Azərbaycanca-ləzgicə lüğəti / mədəni2 [ər.] прил. медени (1. медениятдиз (культурадиз) гзаф вилик фенвай, медениятдин вини дережада авай; вичи-вич тухудай, эдеб къайдаяр хъсан ччидай; тербиялу, культура авай, культурный (мес. кас); 2. медениятдихъ (культурадихъ) галаз алакъалу тир, медениятдиз талукь тир; 3. къени (“чӀуру” акси), акӀурдай, цадай (мес. набататар).
Azərbaycanca-ləzgicə lüğəti / mədəni