mədəniyyətin sözü azərbaycan dilində

mədəniyyətin

Yazılış

  • mədəniyyətin • 94.4173%
  • Mədəniyyətin • 5.5102%
  • MƏDƏNİYYƏTİN • 0.0725%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mədəniyyətin funksiyaları
Geniş mənada mədəniyyət , yəni onun hər iki təzahür formaları – maddi və mənəvi mədəniyyət məkan və zaman çərçivəsində insanları birləşdirərək dünyanın təkmilləşdirilməsinə doğru yönəldilir. Bu mənada mədəniyyətin ən vacid vəzifəsini insanları vahid bəşəriyyət timsalında birləşdirərək konkret ictimai funksiyaların reallaşdırılmasını təmin etmək təşkil edirdi. Tarixi inkişaf prosesində mədəniyyətin bir sıra funksiyaları formalaşmışdır: ətraf aləmə uyğunlaşma funksiyası; dərketmə funksiyası, informativ funksiya, kommunikativ funksiya, requlyativ funksiya, insan qruplarının inteqrasiyası funksiyası, sosiallaşma funksiyası. Bu funksiyaların hər birinin qısa şərhə ehtiyacı olduğundan onların hər biri üzərində dayanaq. == Mədəniyyətin funksiyaları == === Mühitə uyğunlaşma funksiyası === Mühitə uyğunlaşma funksiyası – ən qədim funksiyalardan hesab edilərək iki mühüm şəraiti – təbii (təbiət) və sosial şəraitə uyğunlaşmanı nəzərdə tutur. Əgər ən qədim əcdadlarımız üçün heyvan dərisi, od mədəniyyətin qədim, ilkin nümunələri hesab edilirdisə, müasirlərimiz üçün bunu kosmik libaslar, məsələn, skafandr və ya dərin su üçün nəzərdə tutulan batiskado əvəz edir. Bütün bunlar son məqamda insanın təbiətə, mühitə uyğunlaşması funksiyasını yerinə yetirir. Lakin qeyd edildiyi kimi, insan təkcə təbiətin deyil, həm də cəmiyyətin üzvüdür. Burada isə, mədəniyyət çərçivəsində uyğunlaşma vasitələri hazırlanır: dövlət qərar və strukturlarından başlamış müdafiə və hücuma hazırlıq alətlərinin mövcudluğuna qədər – hər şey insanın mənafe və uyğunlaşmasına aid edilir. cəmiyyətdə uyğunlaşmanın mütləqləşdirilməsi «sosial darvinizm» doktrinasının əsasını qoymuşdur.
Azərbaycan Mədəniyyətinin Dostları Fondu
Azərbaycan Mədəniyyətinin Dostları Fondu (AMDF) — qeyri-hökumət xeyriyyə fondudur. == Tarixi == Fond 1995-ci ildə yaradılmışdır. Təşkilatın rəhbəri birinci vitse-prezident, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır. == Fondun əsas məqsədi == Milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsindən ibarətdir. Fondun işi 3 istiqamətdədir — mədəni tədbirlər, xeyriyyə aksiyaları, naşirlik fondun əsas məqasədidir. Fond Azərbərbaycanın görkəmli incəsənət xadimlərinin yubiley gecələrini təşkil etmiş, "Azərbaycan-İrs" jurnalının xüsusi nömrələrini çap etdirmiş, müxtəlif sənətkarların mahni albomlarının diskini buraxdırmışdır. Fəaliyyət dövrü ərzində Fondun Azərbərbaycanda keçirdiyi xarici ölkə incəsənət xadimlərinin konsertləri, teatr tamaşaları, təqdimat mərasimləri, sərgilər, festivallar, mədəniyyət günləri və s. tədbirlər beynəlxalq miqyaslı hadisələr olmuşdur. Dünya şöhrətli incəsənət xadimlərinin — Bakıdakı çıxışları bu qəbildəndir. Bu istiqamətdə təşkil olunan tədbirlər arasında "Musiqinin Böyük İpək Yolu" Beynəlxalq Klassik Musiqi festivalı və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (AKMMA) ilə birgə keçirilən Koreya Mədəniyyəti Günləri xüsusi qeyd olunmalıdır.
Azərbaycan mədəniyyətində nar
Azərbaycan mədəniyyətində nar — Azərbaycanda narın müxtəlif növləri yetişdirilir, bu da Azərbaycan təbiətinin zənginliyindən, burada doqquz iqlim zonasının mövcudluğundan irəli gəlir. Al qırmızı rəngli nar meyvəsi ölkəmizin milli simvoluna çevrilmişdir. Nar ağacı qədim zamanlardan çiçəklərinin, meyvəsinin, al qırmızı, şirəli, dadlı dənəciklərinin gözəlliyi, şirin qoxusu ilə məşhurdur. Əbəs yerə narı meyvələrin şahı adlandırmırdılar. Deyilənə görə, padşahların tacının forması nar tacının formasından götürülüb. Nar təkcə gözəlliyinə, dadına görə deyil, həm də faydasına görə meyvələrin şahı sayıla bilər. Hələ qədim zamanlarda Şərqdə böyük məna kəsb edən nar meyvəsi Çində məhsuldarlıq rəmzi sayılırdı. Məhəmməd peyğəmbər öz sələflərinə nar meyvəsini yeməyi tövsiyə edərək deyirdi ki, nar insanın qəlbini paxıllıqdan və nifrətdən təmizləyir. == Mədəniyyətdə narın rolu == Bir çox Azərbaycan rəssamları öz yaradıcılığında nar mövzusuna müraciət ediblər. Azərbaycan təsviri sənətinin böyük şəxsiyyətlərindən biri olan Toğrul Nərimanbəyov öz əsərlərində nar mövzusuna dəfələrlə müraciət etmişdir.
Azərbaycan mədəniyyətində narın rolu
Azərbaycan mədəniyyətində nar — Azərbaycanda narın müxtəlif növləri yetişdirilir, bu da Azərbaycan təbiətinin zənginliyindən, burada doqquz iqlim zonasının mövcudluğundan irəli gəlir. Al qırmızı rəngli nar meyvəsi ölkəmizin milli simvoluna çevrilmişdir. Nar ağacı qədim zamanlardan çiçəklərinin, meyvəsinin, al qırmızı, şirəli, dadlı dənəciklərinin gözəlliyi, şirin qoxusu ilə məşhurdur. Əbəs yerə narı meyvələrin şahı adlandırmırdılar. Deyilənə görə, padşahların tacının forması nar tacının formasından götürülüb. Nar təkcə gözəlliyinə, dadına görə deyil, həm də faydasına görə meyvələrin şahı sayıla bilər. Hələ qədim zamanlarda Şərqdə böyük məna kəsb edən nar meyvəsi Çində məhsuldarlıq rəmzi sayılırdı. Məhəmməd peyğəmbər öz sələflərinə nar meyvəsini yeməyi tövsiyə edərək deyirdi ki, nar insanın qəlbini paxıllıqdan və nifrətdən təmizləyir. == Mədəniyyətdə narın rolu == Bir çox Azərbaycan rəssamları öz yaradıcılığında nar mövzusuna müraciət ediblər. Azərbaycan təsviri sənətinin böyük şəxsiyyətlərindən biri olan Toğrul Nərimanbəyov öz əsərlərində nar mövzusuna dəfələrlə müraciət etmişdir.
Azərbaycan mədəniyyətində xəttatlıq
Azərbaycan mədəniyyətində xəttatlıq (az.-əbcəd آزربایجان مدنییّتینده ختّاتلیق‎) — xəttatlığın Azərbaycan ədəbiyyatı və təsviri incəsənətində oynadığı rol. Orta əsrlərdə Azərbaycan əlyazmalarının yazılmasında müxtəlif xəttatlıq nümunələrindən (nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi) istifadə edilmiş, elmi əsərlər isə nəsx xətti ilə yazılmışdır. XIX əsrdə gözəl yazı ilə bağlı "İnşai-Mirzə Kazım", Əbdülqəni Xalisəqarızadə Nuxəvinin "Məcməül-xoş xətt" və Əbdüssəlam Axundzadənin "Xətti-təliq və nəstəliq" əsərləri yazılmışdır. Sovet dövründə Azərbaycanda xəttatlıq tənəzzülə uğrasa da, müasir dövrdə hələ də ondan istifadə edilir. == Tarixi == === Orta əsrlər === Azərbaycan əlyazma kitablarının yazılmasında nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi və s. xətt nümunələrindən istifadə edilmişdir. Elmi əsərlər əsasən nəsx xətti ilə yazılmışdır. Bundan başqa məscid kitabələrində, misgərlik nümunələrində, döyüş əşyalarında, sufi dərvişlərinin istifadə etdiyi kəşkül və təbərzində xəttatlıq nümunələrinə rast gəlinir.Orta əsrlərdə yaşamış xəttatlara Azərbaycan ədəbiyyatının nümayəndələri olan qəzvinli Kişvəri, Məhəmməd Tahir Vəhid Qəzvini, Sadıq bəy Əfşar misal göstərilə bilər. Orta əsr Azərbaycan əlyazmaları Xəlil bin Əhməd, Səfəvilər dövründə Şah Mahmud Nişapuri, Məhəmməd ibn Hüseyn Katib Nişati, Mahmud Şirazı, XVIII əsrdə Şamaxılı Osman ibn Mahmud Əfəndi, Kazım Qaradonlu və s. kimi katib və xəttatlar tərəfindən köçürülmüşdür.
Azərbaycan mədəniyyətinin baharı (film, 1959)
Azərbaycan mədəniyyətinin xronologiyası
Arxeoloji tapıntılar və müasir dövrə qədər gəlib çatmış maddi abidələr Azərbaycan ərazisində qədim dövrdə (Qobustan petroqlifləri), həmçinin Qafqaz Albaniyası dövründə (Qum bazilikası və Ləkit məbədi) mədəniyyətin inkişaf etdiyini göstərir. Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf edir, məscidlər, mədrəsələr, türbələr tikilir, əsasən dekorativ incəsənətin ornamental forması inkişaf edir. XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar. Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin, baletin əsasının qoyulduğu ilk ölkədir. Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir. Sovet Azərbaycanı dövründə Azərbaycan mədəniyyətinin inkişafında əsaslı dəyişiklik baş verir. XXI əsrdə isə Azərbaycan mədəni baxımdan müasirləşir. == Dilin inkişaf xronologiyası == Türkoloq və etnoqraf N. A. Baskakov Azərbaycan ədəbi dilinin inkişaf tarixini üç mərhələyə bölür: XIV–XVI əsrlər — ədəbiyyatda fars dilinin istifadə edildiyi və ərəb və fars sözləri ilə zəngin olan qədim Azərbaycan dilinin inkişaf etdiyi dövr. XIX əsrin ikinci yarısı—XX əsrin əvvəlləri — ədəbi Azərbaycan dilinin canlı danışıq dilinə çevrildiyi və milli ədəbi dil normalarını əldə etdiyi dövr. Oktyabr inqilabından sonra — Azərbaycan dilinin "Azərbaycan sosialist milləti"nin dilinə çevrildiyi dövr.İranikaya görə Azərbaycan türkçəsi ədəbiyyatının tarixi dörd mərhələdən ibarətdir: XIII əsrdən 1828-ci ildə Şimali Azərbaycan xanlıqlarının İranın Rusiya tərəfindən məğlub edilməsi nəticəsində Rusiyanın tərkibinə qatılmasına qədərki dövr.
Yapon mədəniyyətində sükut
Yapon mədəniyyətində sükut — sükut istənilən mədəniyyətdə mühüm ünsiyyət rolunu oynaya bilər, yapon mədəniyyətində isə xüsusi əhəmiyyət kəsb edir . Sükut (timmoku) Yaponiyada ünsiyyət sənətinin bir hissəsi hesab olunur. . Yapon mədəniyyətinə görə sükutun vacibliyinin beş səbəbi var: səmimi hisslərin ifadəsi kimi səssizlik, əxlaq norması kimi səssizlik, nümayişkaranə davranış kimi utancaqlıq və səssizlik və qarşılıqlı anlaşma hissi olaraq səssizlik . == Səssizlik — səmimi duyğuların ifadəsi kimi == Yapon mədəniyyətində səssizlik, daxili mən olan və ürək, ağıl, duyğular, səmimi hisslər mənasını verən "Kokoro" ilə əlaqələndirilir. Yapon mədəniyyətinə görə nitq potensial aldadıcı və yalan olduğundan, əsl dürüstlük sözlə ifadə edilə bilməz. Buna görə də sükut əsl kokoronun şahididir . Beləliklə, Yaponiyada az danışan və fikirlərini mümkün qədər lakonik şəkildə ifadə edən insanı səmimi və vicdanlı hesab etmək olar. Belə insanlara, adətən, daha çox etibar edilir . == Əxlaq norması kimi səssizlik == Yapon mədəniyyəti ictimai harmoniyaya xüsusi diqqət ayırır. Yaponların mədəniyyətində güclü duyğuları ifadə etməklə bağlı söylənilməyən bir tabu var .
Çin mədəniyyətində rəng
Çin mədəniyyətində rəng çalarları əlverişli (吉利) və ya əlverişsiz (不利) olmaqla müəyyən dəyərləri özündə əks etdirirdi. Ənənəvi Çin incəsənəti və mədəniyyətində qara, qırmızı, ağ və sarı standart rənglər kimi qəbul edilir. Bu rənglər ənənəvi Çin fizikasında tədris olunan beş su, od, odun, metal və torpaq elementlərinə uyğundur. Şan, Tan, Çjou və Tzin sülalələri boyunca Çin imperatorları rəng seçmək üçün Beş Element nəzəriyyəsindən istifadə etmişdilər. == Sarı == Torpağa uyğun olan qızıl rəngli sarı rəng ən gözəl və prestijli rəng hesab olunur. Çinlilər sarı rəngin hər şeyin mərkəzi olduğunu ifadə edir. Sarı rəng, neytrallıq və uğur anlamını verir. Sarı çayı Çin sivilizasiyasının beşiyidir. Çin imperiyasında Sarı İmparatorların rəngi idi və Çinin beş əfsanəvi imperatorunun simvolik rəngi kimi bilinir. Tzin sülaləsinin bayrağının fon rəngi qızılı sarı rəngə çalırdı.
Azərbaycan mədəniyyətinin baharı

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 19.03 dəfə / 1 mln.
2002 •••••••••••• 23.98
2003 •••••••••••••••••••• 41.73
2004 •••••••••• 19.20
2005 ••••••••••• 20.92
2006 •••••••••••• 23.65
2007 •••••••••••••• 28.75
2008 ••••••••••••• 25.09
2009 •••••••••• 20.16
2010 ••••••••• 17.52
2011 ••••••••••••• 25.91
2012 •••••••••••• 23.06
2013 ••••• 10.21
2014 •••••••• 15.62
2015 •••••••• 15.48
2016 ••••••• 14.40
2017 ••••••• 13.01
2018 ••••••• 14.38
2019 •••••••• 16.69
2020 •••••• 11.27

"mədəniyyətin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mədəniyyətin nədir? #mədəniyyətin sözünün mənası #mədəniyyətin nə deməkdir? #mədəniyyətin sözünün izahı #mədəniyyətin sözünün yazılışı #mədəniyyətin necə yazılır? #mədəniyyətin sözünün düzgün yazılışı #mədəniyyətin leksik mənası #mədəniyyətin sözünün sinonimi #mədəniyyətin sözünün yaxın mənalı sözlər #mədəniyyətin sözünün əks mənası #mədəniyyətin sözünün etimologiyası #mədəniyyətin sözünün orfoqrafiyası #mədəniyyətin rusca #mədəniyyətin inglisça #mədəniyyətin fransızca #mədəniyyətin sözünün istifadəsi #sözlük