Azərbaycan Mədəniyyətinin Dostları Fondu
Azərbaycan Mədəniyyətinin Dostları Fondu (AMDF) — qeyri-hökumət xeyriyyə fondudur.
== Tarixi ==
Fond 1995-ci ildə yaradılmışdır. Təşkilatın rəhbəri birinci vitse-prezident, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır.
== Fondun əsas məqsədi ==
Milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsindən ibarətdir. Fondun işi 3 istiqamətdədir — mədəni tədbirlər, xeyriyyə aksiyaları, naşirlik fondun əsas məqasədidir.
Fond Azərbərbaycanın görkəmli incəsənət xadimlərinin yubiley gecələrini təşkil etmiş, "Azərbaycan-İrs" jurnalının xüsusi nömrələrini çap etdirmiş, müxtəlif sənətkarların mahni albomlarının diskini buraxdırmışdır.
Fəaliyyət dövrü ərzində Fondun Azərbərbaycanda keçirdiyi xarici ölkə incəsənət xadimlərinin konsertləri, teatr tamaşaları, təqdimat mərasimləri, sərgilər, festivallar, mədəniyyət günləri və s. tədbirlər beynəlxalq miqyaslı hadisələr olmuşdur. Dünya şöhrətli incəsənət xadimlərinin — Bakıdakı çıxışları bu qəbildəndir.
Bu istiqamətdə təşkil olunan tədbirlər arasında "Musiqinin Böyük İpək Yolu" Beynəlxalq Klassik Musiqi festivalı və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (AKMMA) ilə birgə keçirilən Koreya Mədəniyyəti Günləri xüsusi qeyd olunmalıdır.