çirkli sözü azərbaycan dilində

çirkli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çirkli • 93.3162%
  • Çirkli • 6.5553%
  • ÇİRKLİ • 0.1285%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çirkli pulların yuyulması
Çirkli pulların yuyulması — qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinin "gizli iqtisadiyyat"dan rəsmi iqtisadiyyata keçirilməsi və onlardan sonrakı mərhələdə açıq şəkildə istifadə edilməsi. Prosesin rəsmi adı "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya mülkiyyətin leqllaşdırılması"dır. Bu zaman pul vəsaitləri nağd puldan qeyri-nağd (bank) pula və əksinə qeyri-nağd puldan (bank hesabı) nağd pula çevrilə bilər. == Ümumi məlumat == Bu elə bir prosesdir ki, onun nəticəsində cinayət yolu ilə əldə edilmiş ("çirkli") vəsaitlər qanuni ("təmiz") kimi görünməyə başlanır.Pulların yuyulması əməli bir cinayətdir və bu əmələ görə Azərbaycan Respublikasında müvafiq cinayət məsuliyyəti nəzərdə tutulubdur. Cinayətkarlarda, bir qayda olaraq, yalnız iri məbləğdə vəsaitlərin yuyulmasında ehtiyac yaranır. Bununla belə, bu cür əməlin cinayət sayılmasında yuyulan vəsaitlərin həcmi və yaxud məbləği rol oynamır. Çirkli pulları qanuni kimi görünməsini təmin etmək və ya ən azından çirkli pulların mənbəyini gizlətmək məqsədilə cinayətkarlar müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Bu cür üsul və vasitələrdən maliyyə və qeyri-maliyyə, ələlxüsus da bank sektorunda istifadə olunur. Pulların yuyulmasına qarşı mübarizə bir neçə məqsədlə aparılır. Bu işdə ilkin və ən əsas məqsəd ölkədə tamah niyyəti ilə törədilən bütün cinayətlərin qarşısının alınmasıdır.
Cənubi Koreyada hava çirkliliyi
Cənubi Koreyada havanın çirklənməsi insanlar və ətraf mühit üçün artan təhlükə halına gəlib. Hava çirkliliyi həm yerli, həm də beynəlxalq bir çox mənbədən qaynaqlanır. Cənubi Koreyada, xüsusilə Seulda və digər şəhərlərdə sürətli sənayeləşmədən sonra bir çox çirklənmə forması artmışdır. Milli Havaçılıq və Kosmos İdarəsinin (NASA) məlumatına görə, Seul dünyanın ən pis hava çirkliliyi olan şəhərlərindən biridir. 2010-cu ildə Seul Metropolitan Bölgəsində ölümlərin yüzdə 16-sını hava keyfiyyətinin təşkil etdiyi də təxmin edilir. Bu, sağlamlıq və ekoloji problemlərlə nəticələnmişdir. Koreyalılar daha təmiz havadan nəfəs almaq üçün maskalar və hava təmizləyicilər alır və ölkədəki tullantıları azaltmaq üçün çalışırlar. == Cənubi Koreyada hava çirkliliyinin səbəbləri == Cənubi Koreyanın hava çirkliliyi dünyanın ən zəngin 35 ölkəsi arasında ən pis hava keyfiyyətinə sahibdir. Cənubi Koreyadakı çirklənmə II Dünya Müharibəsindən sonra artmağa başladı. 1960-cı ildə Koreya hələ inkişaf etməkdə olan bir ölkə idi və xarici yardımdan çox asılı idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 11.34 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 •••••••••••• 10.24
2004 ••••••••• 7.75
2005 ••••••••••••••••••• 16.87
2006 ••••••••••••• 11.94
2007 ••••••••••• 9.73
2008 •••••• 5.36
2009 ••••••••••• 9.60
2010 •••••••••••••••• 14.07
2011 •••••••••• 8.66
2012 •••••••••••• 10.15
2013 •••••••••••••••• 14.15
2014 •••••••••••••••••• 16.30
2015 •••••••••••••• 12.42
2016 •••••••••••••••••••• 18.40
2017 •••••••••••••• 12.68
2018 •••••••••• 8.99
2019 ••••••••••• 9.74
2020 ••••••••••• 9.55

çirkli sözünün leksik mənası və izahı

  • 1 sif. Təmiz olmayan, çirki olan; kirli. [Fərhad:] Bu gələn kişilərin tozlu, çirkli ayaqları çox adamın ürəyindən təmizdir. Ə.Haqverdiyev. [Nənəxanım] bir də geri qayıtdı, əsnəyə-əsnəyə dalına bir çirkli və cırıq yorğan salıb oturdu. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / çirkli

çirkli sözünün sinonimləri (yaxın mənalı sözlər)

çirkli sözünün antonimləri (əks mənalı sözlər)

çirkli sözünün rus dilinə tərcüməsi

  • 1 1. грязный, измазанный, антисанитарный, нечистый; 2. гнойный;

    Azərbaycanca-rusca lüğət / çirkli
  • 2 прил. 1. грязный: 1) покрытый грязью. Çirkli həyət грязный двор, çirkli otaq грязная комната 2) запачканный, нечистый. Çirkli qab грязная посуда, çirkli pal-paltar грязное бельё 2. загрязнённый: 1) запачканный, грязный. Maşının çirkli (çirklənmiş) aynasını silmək протереть загрязненное стекло машины 2) отравленный вредными веществами. Çirkli atmosfer загрязнённая атмосфера 3. чёрный: 1) испачканный чем-л.; чумазый. Çirkli əllər чёрные руки, çirkli sir-sifət чёрное лицо 2) физически тяжёлый или грязный (о работе, труде и т.п.). Çirkli iş чёрная работа

    Azərbaycanca-rusca lüğət / çirkli

çirkli sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. dirty; filthy; (küçə, yol və s.) muddy, miry; ~ üz dirty / grimy face; ~ əl dirty / grimy hands; ~ paltar (alt) dirty linen; ◊ ~ iş dirty work; 2. bax irinli

    Azərbaycanca-ingiliscə lüğət / çirkli

çirkli sözünün fransız dilinə tərcüməsi

çirkli sözünün ləzgi dilinə tərcüməsi

çirkli sözünün türk dilinə tərcüməsi

"çirkli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çirkli nədir? #çirkli sözünün mənası #çirkli nə deməkdir? #çirkli sözünün izahı #çirkli sözünün yazılışı #çirkli necə yazılır? #çirkli sözünün düzgün yazılışı #çirkli leksik mənası #çirkli sözünün sinonimi #çirkli sözünün yaxın mənalı sözlər #çirkli sözünün əks mənası #çirkli sözünün etimologiyası #çirkli sözünün orfoqrafiyası #çirkli rusca #çirkli inglisça #çirkli fransızca #çirkli sözünün istifadəsi #sözlük