çörəkli sözü azərbaycan dilində

çörəkli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çörəkli • 81.3953%
  • Çörəkli • 11.6279%
  • ÇÖRƏKLİ • 6.9767%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çörəkli
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd XIX əsrin əvvəllərində İrandan gəlmiş erməni ailələrinin Çörəkli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ermənilər kəndi Hatsi (erm. "çörəkli") adlandırmışdılar. 1992-ci ildən kəndin adı yenidən özünə qaytarılmışdır. Çörəkli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir.
Çörəkli şorba
Çörəkli şorba - Şimali Avropa mətbəxinə xas olan xörək. Çörəkli şorba Danimarka, latış, İsveç, eston, fin milli mətbəxində mühüm yer tutur. Çörəkli şorbanın müxtəlif növləri vardır. Çörəkli şorbanı şərti olaraq meyvəli, pivəli, şokoladlı və sair şorbalara bölünür.
Mənim Çörəkli Dünyam (1991)
Müqəddəs Tanrı anası kilsəsi (Çörəkli)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsə timpanında inşaat kitabəsinin olmaması, onun tikilmə tarixini müəyyənləşdirməkdə çətinlik yaradır. Lakin, hələ dəqiq öyrənilməməsinə baxmayaraqçəhrayı rəngli qranit pilonlara birləşdirilmiş zəngin dekorlu dörd xaçdaş üzərindəki tarixlə artıq XII əsrdə burada dini kompleks olduğunu sübut edir. Abidəni tədqiq etmiş K. Mkrtçyan qeyd edir ki, divar hörgüsü, epiqrafika nümunələrinin stilistik xüsusiyyətləri və sair xüsusiyyətləri əsas götürərək demək olar ki, kilsə XVI-XVII əsrlərdə daha qədim dini kompleksin yerində inşa edilmişdir. Kilsə Çörəkli kəndinin düz mərkəzində, məktəb binasının yanında yerləşur. Birnefli bazilika formasına malik tikili tağtavanlı dama malikdir. Planda düzbucaqlı formaya malik tikilinin ölçüləri 12.6x6 metrdir. Kilsənin inşasında yaxşı yonulmuş yerli daşlardan istifadə edilmişdir. Apsidanın hər iki tərəfində köməkçi otaqlar vardır.
Mənim çörəkli dünyam (film, 1991)

çörəkli sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Firavan yaşayan, çörəyi bol olan; varlı, bərəkətli. [Nəcəfalı Şahmara:] Hümmət bu kəndi çörəkli eləyib, bala! B.Bayramov. // məc. Səxavətli, əliaçıq, qonaqpərvər. [Səlimə:] Allah səni həmişə qonaqlı, çörəkli eləsin. Ə.Haqverdiyev. 2. dan. Qazanclı, gəlirli. Çörəkli iş.

    Azərbaycan dilinin izahlı lüğəti / çörəkli

çörəkli sözünün sinonimləri (yaxın mənalı sözlər)

çörəkli sözünün antonimləri (əks mənalı sözlər)

çörəkli sözünün rus dilinə tərcüməsi

  • 1 хлебосольный, гостеприимный

    Azərbaycanca-rusca lüğət / çörəkli
  • 2 прил. 1. хлебный: 1) обильный хлебом, урожайный. Çörəkli diyyar хлебный край 2) перен. разг. выгодный, доходный, прибыльный. Çörəkli yer хлебное местечко, çörəkli peşə хлебное ремесло 2. зажиточный (обладающий хорошим достатком; состоятельный). Çörəkli ev зажиточный дом, çörəkli kənd зажиточная деревня 3. см. çörəkcil; перен. хлебосольный, гостеприимный. Çörəkli adam хлебосольный человек

    Azərbaycanca-rusca lüğət / çörəkli

çörəkli sözünün inglis dilinə tərcüməsi

çörəkli sözünün fransız dilinə tərcüməsi

çörəkli sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. фу авай; варлу, берекатлу; // пер. гъил ахъа, заха, мугьман кӀани; 2. рах. фу квай, гзаф къазанжи авай; çörəkli iş фу квай кӀвалах.

    Azərbaycanca-ləzgicə lüğəti / çörəkli

Oxşar sözlər

#çörəkli nədir? #çörəkli sözünün mənası #çörəkli nə deməkdir? #çörəkli sözünün izahı #çörəkli sözünün yazılışı #çörəkli necə yazılır? #çörəkli sözünün düzgün yazılışı #çörəkli leksik mənası #çörəkli sözünün sinonimi #çörəkli sözünün yaxın mənalı sözlər #çörəkli sözünün əks mənası #çörəkli sözünün etimologiyası #çörəkli sözünün orfoqrafiyası #çörəkli rusca #çörəkli inglisça #çörəkli fransızca #çörəkli sözünün istifadəsi #sözlük