Ördəkli (Amasiya)
Ördəkli — Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 15 km şimali-qərbdə, Arpagölün cənub-şərqində yerləşirdi. Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir.
Toponim ördəkli türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
== Əhalisi ==
Erməni mənbələrində qeyd edilir ki, kənddə qarapapaqlar yaşamışdır. Onları müstəqil xalq
kimi göstərirlər Əslində qarapapaqlar müstəqil xalq deyil, türk tayfalarından biridir.
Onlar azərbaycanlılarn etnogenezində iştirak etmişlər.
Kənddə 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 146 nəfər, 1908-ci ildə 346 nəfər, 1914 - cü ildə
531 nəfər azərbaycanlı yaşamışdır.