Ruslan Pirəliyev
Ruslan Pirəliyev (d. 5 dekabr 1994) — Azərbaycanlı uşu sandaçı.
Ruslan Pirəliyev 2013-cü ildə Azərbaycan bayrağı altında III İslam Həmrəyliyi Oyunlarına qatıldı. 65 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Ruslan Pirəliyev, 1/8 final mərhələsində Pakistan idmançısı Obaidullah üzərində 2:0 hesablı, 1/4 final mərhələsində Liviya idmançısı Hajj Çistian üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə Türkmənistan idmançısı Jumaniyazov Qoçmirat üzərində 2:1 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Mohsen Məhəmmədsəifiyə 0:2 hesabı ilə məğlub oldu və və III İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Ruslan Pirəliyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 65 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Ruslan Pirəliyev, 1/4 final mərhələsində Pakistan idmançısı Abdullah üzərində 2:1 hesablı qələbə qazandı və yarışların yarım-final görüşünə vəsiqə qazandı. 1/2 final mərhələsinin görüşündə isə o, İran idmançısı Erfan Ahanqariyana 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
"Azərbaycan idmançıları uşu üzrə 14-cü dünya çempionatında iki medal qazanıblar".
"Uşuçularımız Dünya Kubokundan iki medalla qayıtdılar - FOTO".