xalqının sözü azərbaycan dilində

xalqının

Yazılış

  • xalqının • 99.6935%
  • Xalqının • 0.2871%
  • XALQININ • 0.0194%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Talış xalqının tarixi
Talışlar – Xəzər dənizinin cənub-şərq sahillərində, o cümlədən, talış dağlarının şərq ətəklərindən yaşayırlar. Onların sahib olduğu dil və mədəniyyət bir başa olaraq, onların tarixi ilə bağlıdır. Talışların indiki yaşadığı ərazilərdə Tunc dövrə aid Astara rayonunun Siyakü kəndindəki I və II — Siyakü yaşayış yerləri, "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binəbəy kəndindəki "Binəbəy kurqanları", Koraoba kəndindəki 3 ədəd kurqanlar var. Talış dağlarındakı iri daş sərdabələrdə Tunc dövrünə aid toplu ölügömmə adəti qeydə alınmışdır. Fransalı arxeoloq Jak de Morqan 1886—1889-cu illərdə Qafqazda, o cümlədən Azərbaycan ərazisində və Şimali İranda son tunc və dəmir dövrünə dair bir sıra qazıntı işləri aparmışdır. Jak de Morqan 80-ci illərdə Talış ərazisində 230-dan artıq qəbir abidəsini tədqiq edib. Burada çıxarılan maddi-mədəniyyət materialları Azərbaycanın tunc və ilk dəmir dövründəki tarixi inkişafı haqqında məlumat verirdi. Jak de Morqan, burada üzə çıxardığı abidələrin ən yaxşı nümunəlirini Parisin Sen Jermen muzeyinə göndərdi. Bu materialları sonralar elmi baxımdan tədqiq edən Jak de Morqan belə bir konsepsiya irəli sürdü ki, Azərbaycan ərazisində ilk insanlar tunc dövründə, miqrasiya yolu ilə məskunlaşmışlar. E.ə II minilliyin sonu - I minilliyin ilk yüzilliklərində ari tayfaları qeyri-müəyyən səbəblərə görə şərqi avropadan köç etmiş, uzun bir yol qətt edərək, şimali qafqaza və orta asiyaya, ordanda hindistan və iran yaylasına qədər gəlib çıxmışlar.
Tatar xalqının etnogenezi
Tatarlar — VII–XII əsrlərdə yaranan bir neçə etnik vahidin adıdır. İlk dəfə bu ad otuz doqquz tatar şəklində Kültigin (VIII əsr) heykəlində qeyd olunur; IX əsrin birinci yarısına aid olan Çin mənbələrində Çinin şimalında yaşayan tayfalara nisbətən da-da ("ta-ta") yazımında verilir; VII–XII əsrlərə aid türk və farsdilli müsəlman yazılı mənbələrə görə, Şərqi Türkistan və Monqolustan torpaqlarının sakinləri tatar kimi xatırlanır. Mahmud Kaşğaridəki eyni bölgəyə Daşte Tatar (Tatar torpağı) deyildi. XII əsrin sonlarından Çingiz xanın rəhbərliyi altında Monqol dövləti quruldu və onun qurulmasında Tatar tayfaları da iştirak etdi. Orta əsrlər ərəb-fars yazılı mənbələrində Qızıl Orda dövlətinin əsas əhalisi tatarlar adlanır. Qərbi Avropa və rus tarixşünaslığında eyni termin təsbit edilmişdir. Rusiyada XX əsrin əvvəllərindən əvvəl Volqa-Ural bölgəsi, Cənubi Sibir, Şimali Qafqaz və Krım yarımadasında yaşayan müsəlman xalqların əksəriyyətinə tatar deyilirdi. Tatarlar 3 etnik qrupa bölünür: Volqa-Ural tatarları, Sibir tatarları və Həştərxan tatarları. Polşa-Litva tatarlarının alt qrupu da var. Volqa-Ural bölgəsinin qrupu, 4 milyondan çox tatarla birlikdə ən böyüyüdür.
Türk xalqının tarixi
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 196 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
Yəhudi xalqının tarixi
Yəhudi xalqının tarixi — yəhudilərin təşəkkül və inkişaf tarixidir. Bu tarix, yəhudi xalqının tarix boyunca digər xalqlarla qarşılıqlı əlaqələri, dinləri və mədəniyyətləri də daxil olmaqla, demək olar ki, dörd min ili və həmçinin yüzlərlə başqa xalqı əhatə edir. Yəhudi tarixinin əhəmiyyətli bir hissəsi, hazırda İsrail dövləti adlanan ərazi ilə əlaqələndirilir. İncil və ümumiyyətlə yəhudi ənənəsinə görə, yəhudilərin kökənlərini e.ə. 18-ci əsrdən Kənan torpağında yaşayan İncil patriarxları İbrahim, İshaq və Yaqubdan başlayır. Roma dövründə yəhudilər dağılmış və diaspor kimi dünyaya yayıldılar. İkinci Dünya müharibəsi zamanı yəhudilərin soyqırımından sonra İsrail Dövləti yaradıldı. Yəhudi xalqının kollektiv abidələri qədim nəsillər tərəfindən tərtib edilmiş yazılı mənbələrdə öz əksini tapmışdır. Bunlar Tanah, Talmud, aqad ədəbiyyatı, Orta əsrlərin mistik, fəlsəfi və halaxik əsərləri, Yeni Çağ Yəhudi ədəbiyyatıdır. Bu milli yaddaş Yəhudi həyat tərzi ilə dəstəklənir, Yəhudi tətillərinin illik dövrü ilə təzələnir və hər yeni nəsli milli keçmişlə əlaqəli yaşamağa təşviq edir.
Əlcəzair xalqının manifesti
"Əlcəzair xalqının manifesti" — 10 fevral 1943-cü ildə Fərhad Abbas tərəfindən yayımlanmış, "Əlcəzair milləti" üçün yeni statusun verilməsini tələb edən və 28 seçilmiş müsəlman səlahiyyətlisi tərəfindən imzalanmış manifest. Manifest müstəmləkəçiliyi pisləyir və Əlcəzair xalqının özünü idarə etmək hüququnu təsdiq edir. Burada irqindən və dinindən asılı olmayaraq bütün insanların azadlıq və bərabərliyinə təminat verən konstitusiya layihəsinin hazırlanmasını, ərəb dilinin fransız dili ilə eyni statusa malik rəsmi dil kimi tanınmasını, kilsə ilə dövlətin ayrılması ilə dini etiqad azadlığı tələb edilir. Manifestin əlavə hissəsi müharibənin sonunda Əlcəzair Məclisinin yaradılmasını tələb edir. Mətn həm Məssali Hacının, həm də Fərhad Abbasın davamçılarının nailiyyətlərini təcəssüm etdirir. Bu, Bencamin Storanın ifadəsinə görə, Əlcəzair xalqının siyasi əksəriyyətini müəyyən edir.
Azərbaycan xalqının soykökünü düşünərkən
"Azərbaycan Xalqının Soykökünü Düşünərkən" Mirəli Seyidov tərəfindən yazılmış əsər. == Məzmun == M. Seyidov Azərbaycan xalqının, onun mədəniyyət, ədəbiyyat və dilinin çox qədim və zəngin bir tarixə malik olduğunu, bu mədəniyyətin, bu dilin qonşu xalqlara, o cümlədən erməni xalqına da güclü təsir göstərdiyini faktlar, dəlillərlə sübut etməyə müvəffəq olmuşdur. Bu, M. Seyidovun xalqımıza göstərdiyi mühüm xidmətdir". Şair fikrini inkişaf etdirərək, daha sonra yazmışdır: "Azərbaycan xalqının soykökünün-etnogenezisinin müəyyənləşdirilməsi işində də M. Seyidovun bu əsərinin əhəmiyyəti böyükdür. Müəllif elmi inandırıcılıqla sübut edir ki, türkdilli qəbilələr Azərbaycana eramızdan əvvəl III əsrdə, bəlkə daha əvvəllər gəlmiş, burada yerli qəbilə və qəbilə birləşmələrilə çarpazlaşmış, beləliklə də, vahid Azərbaycan xalqı yaranmışdır. == Kitabın yenidən çapı == Kitabın ilk çapı 1989-cu ildə işıq üzü görmüşdür. 2018-ci ildə isə oğlu Elçin Seyidov tərəfindən çap edilmişdir. == Kitab haqqında fikirlər == "Azərbaycan xalqının soykökünü düşünərkən" adlı fundamental monoqrafiyasına ön söz yazmış xalq şairi Sabir Rüstəmxanlı alimə heyranlığını gizlədə bilməmişdir: "O, böyük abidələrimizin kökündə dayanan ilkin odu, qüvvəni, ilkin qaynağı gəzə-gəzə yurdumuzun ilk çırağının işiğına aparan yolları araya-araya, söz, kəlmə pillələri ilə xalq təfəkkürünün elə uzaq bir başlanğıcına gedib çatır ki, adam heyran qalır". Yaxud alimin folklorlaşan ömrü şair tərəfindən belə qiymətləndirilir: "Soyumuzun beşik yurdunu, beşik nəğməsini, sözümüzün, ruhumuzun ilk ifadə şəkillərini axtara-axtara o, özü də bir ilkinlik, saflıq nümunəsinə, şaman dualarından, qopuz iniltilərindən, varsağı, bayatı hikmətindən yonulmuş Ozan babaya dönüb. İllər keçdikcə Mirəli Seyidov da araşdırdığı epik qəhrəmanlıq dastanlarımızdan qopub gələn bir xalq müdrikinə, öz işinin cünunu olan bir ağsaqqala çevrilib, dədələşib.
Azərbaycan Xalqının Milli Qurtuluş Günü
Azərbaycan xalqının milli qurtuluş günü — Azərbaycan Respublikasında qeyd edilən rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir. == Ümumi məlumat == 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə idi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı.[neytrallıq?] 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. == Hadisələrin qısa tarixi == 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi.
Azərbaycan Xalqının Soykökünü Düşünərkən (Kitab)
Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə
Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə — 1944-1957-ci illər arası sürgün edilmiş balkar xalqına həsr olunmuş abidə. Memorial abidənin açılışı 8 mart 2002-ci ildə Kabardino-Balkariya respublikasının Nalçik şəhərində Kanukoyeva küçəsində baş tutub. Abidənin ətrafında hər il matəm mitinqləri keçirilir. == Haqqında == Abidənin qoyulması ilə bağlı qərar 8 mart 1989-cu ildə balkar xalqının deportasiyasının 45-ci ildönümü münasibətilə qəbul olunub. Məhz bu tarixdə "Balkar xalqının soyqırım qurbanlarına" yazılmış simvolik daş gələcəkdə abidənin tikiləcəyi özülə qoyulmuşdur. Abidənin mmemarlıq xüsusiyyətləri orta asiya məqbərə tərzindədir. Abidənin divarında balkar xalqının sürgün edildiyi tarix - 8 mart 1944-cü il - 28 mart 1957-ci il qeyd olunub. Memorialın ekspozisiyasına yüzlərlə toplanmış sənədlər, şəxsi əşyalar daxildir. Ekspozisiya 2 mərtəbədə yerləşir eləcə də burada, müvəqqəti ekspozisiyalar üçün sərgi zalı, akt zalı, arxiv və işçi bölmələri mövcuddur.

Oxşar sözlər

#xalqının nədir? #xalqının sözünün mənası #xalqının nə deməkdir? #xalqının sözünün izahı #xalqının sözünün yazılışı #xalqının necə yazılır? #xalqının sözünün düzgün yazılışı #xalqının leksik mənası #xalqının sözünün sinonimi #xalqının sözünün yaxın mənalı sözlər #xalqının sözünün əks mənası #xalqının sözünün etimologiyası #xalqının sözünün orfoqrafiyası #xalqının rusca #xalqının inglisça #xalqının fransızca #xalqının sözünün istifadəsi #sözlük