Daşqın Gülməmmədov
Daşqın Gülməmməd oğlu Gülməmmədov (gürc. დაშგინ გიულმამედ ოღლუ გიულმამედოვი; 12 sentyabr 1977, Qaçağan, Marneuli rayonu) — Aşina Türk Qarapapaq Şadı, tanınmış ictimai-siyasi xadim, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri, yazıçı, şair və publisist, 2002–2011-ci illərdə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Prezidenti, 2008–2009-cu illərdə Transmilli İnformasiya Təhlükəsizliyi Agentliyinin icraçı direktoru, 2011-2013-cü illərdə Gürcüstan Türkləri Konfederasiyasının Prezidenti, Gürcüstan Qaydasız döyüş üzrə idman ustası (2011), Kik-boksinq üzrə beynəlxalq dərəcəli idman ustası (2012). 2013-cü il seçkilərində Gürcüstan prezidentliyinə namizəd.
== Həyatı ==
Daşqın Gülməmmədov 12 sentyabr 1977-ci ildə Gürcüstan SSR-in Marneuli (Sarvan) rayonunun, Qaçağan kəndində ziyalı ailəsində anadan olub.
== Təhsili ==
1983–1994-cü illərdə M.H.Mollayev adına Qaçağan 1 saylı orta məktəbində təhsil alıb.
1994–1996-cı illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun (BSİPİ) Hərbi kafedrasında "Hərbi qoşun hissələrində şəxsi heyətlə siyasi işin aparılması" kursu üzrə hazırlıq keçib.
1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Sosial idarəetmə və Sosiologiya fakültəsini "Sosiologiya" ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi aləb.
2015-ci ildə Kiyev siyasi proqnozlaşdırma və İdarəetmə İnstitunun "Konfliktologiya" kursunu bitirib.
2019-cu ildə Kiyev Siyasi prespektivlər Akademiyasının "Siyasi texnologiyalar" kursunu bitirib.
2020-ci il 21 yanvar London İnsan Hüquqları Akademiyasının kursunu bitirib.