* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. İncik, dərdli, küskün, pərişan, pərt. İyirmi beş bahar görmüş olan bu adam altmış xəzan keçirmiş qocalar qədər yorğun, darğın, ölgün görünürdü. A.Şaiq. Böyük bir şairin darğın xəyalı; Vətən çöllərini pərişan gəzir… S.Vurğun. Düşündürür onu insanın halı; Darğındır nə qədər fikri, xəyalı!… M.Rahim. 2. Hiddətli, qəzəbli. Darğın sular kimi coşub çağladım; Gözümdən od çıxdı, başımdan duman. M.Müşfiq.
Azərbaycan dilinin izahlı lüğəti / darğın1 “Hirsli” anlamında işlədilir. Qədim bir deyimdə oxuyuruq: “heç düşünmürsən ki, sevgilin arğınmı, darğınmı, yorğunmu?” Dar-ğın, dar-ıl-maq sözlərindəki –ğın və -ıl şəkilçilərindən məlum olur ki, sözün kökü feildir, dar-t-maq kəlməsinin qədim kökü olan dar sözü də özünü feil kimi büruzə verir. İndi dar müstəqil olaraq feil kimi işlədilmir. M.Kaşğaridə tar sözü “разгонять”,”рассеивать”, tarıl feili isə onun məchul növü kimi açıqlanıb. Düşünmək olar ki, dağıl, darıl, darğın sözləri tarixən kökdaş olub. Darıxmaq sözü isə dar(узкий) sifəti ilə bağlıdır, qanıxmaq, otuxmaq, yadıxmaq, gecikmək sözlərinin qəlibi üzrə əmələ gəlib, “sıxılmaq” (darlaşmaq) deməkdir. Başqa ehtimal da mümkündür: dar sifətindən bərkimək, turşumaq, daşımaq, ləngimək qəlibi üzrə dar-ı-maq feili yaranıb, sonra dar-ı-ğın, dar-ı-ıl formasında düşüb. Birinci variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / darğın1 диал. I прил. 1. грустный, печальный 2. обиженный II нареч. печально. Darğın baxmaq печально смотреть
Azərbaycanca-rusca lüğət / darğın1 прил. 1. бейкеф, инжиклу, дертлу, перишан, перт; 2. хъел квай (авай).
Azərbaycanca-ləzgicə lüğəti / darğın