Mureş Daşqını Milli Parkı
Mureș Daşqını Təbiət Parkı ― Rumıniyanın qərbində, Arad şəhərinin kənarında yerləşən milli park. Rumıniya hökuməti tərəfindən 2005-ci ildə ayrılmışdır. Park 17,455 ha ərazini əhatə edir və Arad şəhərindən qərbə, Macarıstan sərhəddinə qədər Mureş çayını izləyir. Park, bataqlıq əraziləri üçün tipik bir ekosistemdir. Axar suları, gölləri, bataqlıqları və meşələri, quş növlərinin yaşaması və yuva qurması üçün mühüm yerdir və bu ərazilər hər üç ildə bir dəfə olmaqla dövri daşqınlara məruz qalır. Parkdakı meşələr (7500 ha) əsasən palıd, ensizyarpaq göyrüş, qara və ağ qovaq, ağ söyüd və amerikan qara qozunun qarışığından ibarətdir. Bu sahə, əksəriyyəti beynəlxalq səviyyədə qorunan, təxminən 200 növ quş üçün yuva və köç üçün əhəmiyyətli bir yerdir.
Mureș Daşqını Milli Parkının əsas məqsədi bölgədəki yaşayış yerlərini və landşaft müxtəlifliyini qorumaqdır. Parkın bir hissəsi RAMSAR konvensiyası ilə qorunur. Parkın daxilində 4 ciddi qorunan təbiət qoruğu var: Cenad Meşəsi (310.5 ha), Böyük Cenad Adası (2,1 ha), İqrian Adaları (7 ha) və Prundul Mare (717.9 ha).