dağınıq sözü azərbaycan dilində

dağınıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dağınıq • 65.7213%
  • Dağınıq • 32.9223%
  • DAĞINIQ • 1.3564%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dağınıq skleroz
Dağınıq skleroz (lat. sclerosis disseminata) — sinir sisteminin iltihabi xəstəliyi olub , baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır.Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda xəstəlik çox sürətlə irəliləyir. Klinik müayinələr göstərir ki, xəstələrin MSS-də zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Diaqnozun təsdiqlənməsi üçün yeganə bir patoqnomonik test mövcud deyil və xəstənin sağlığında çox nadir hallarda onu təsdiq edən histoloji müayinə mümkün olur. == Epidemiologiya == DS-nin yayılmasında coğrafi amillərlə (iqlim) yanaşı sosialiqtisadi, ekoloji və etnoqrafik amillər, xüsusən əhali tərəfindən istifadə edilən qida məhsulları da müəyyən əhəmiyyət kəsb edə bilər. Ekvatordan uzaqlaşdıqca dağınıq sklerozun yayılmasında artım müşahidə edilir.
Dağınıq suincilosu
Gövdəsi 150 sm-ə qədər uzunluqda, nazik,çılpaq olan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları açıq-yaşıl rənglidir,nazikdir; yarpaq ayasının uzunluğu 3-4 sm-dir,üçqat-üç hissəyə bölünmüş tükşəkilli payları vardır. == Çiçək == Çiçəklərinin diametri 8-10 mm-dir.Çiçək saplağı yarpaqlardan uzun və ya ona bərabərdir. Ləçəkləri əksinəyumurta-şəkillidir,ağ rənglidir, demək olar ki, kasa yarpaqlarından iki dəfə uzundur. == Meyvə == Meyvələrinin sayı 15-30 ədəddir,yuxarı hissədə bozumtul-cod tüklüdür. == Çiçəkləməsi == Aprel == Meyvə verməsi == Aprel-İyul == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. Oval. Ovalıqdan yuxarı dağ qurşağına qədər. == Yaşayış mühiti == Durğun və yavaş axan sularda, göllərdə rast gəlinir.
Dağınıqcətirli dovşanalması
Dağınıqcətirli dovşanalması (lat. Cotoneaster pannosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Cənubi-Şərqi Çindir. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan, sıxbudaqlı, dağınıq çətirli koldur. Yarpaqları kiçik, dairəvi, iti ucludur, kənarları azca dişlidir, qalın, səthi parlaqdır. Çiçəkləri xırdadır, qalxanvari salxımlarda yerləşir. May ayında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir. == Ekologiyası == Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır. == Azərbaycanda yayılması == Abşeron şəraitinə davamlıdır. == İstifadəsi == Çiçəkləmə və meyvəvermə vaxtı dekorativ görünür.
Dağınıqçiçək kəkotu
Dağınıqçiçək kəkotu, Məzrə, Küftəotu (lat. Satureja hortensis) - kəkotu cinsinə aid bitki növü. == Yayılması == Cənubi Avropa, Krım, Türkiyə, Orta Asiyada yayılıb. Çınqıllı, daşlı yamaclarda, qayalarda bitir. Bağ və bostanlarda çoxaldılır, bəzən isə yabanılaşır və alaq otu kimi bitir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.29 dəfə / 1 mln.
2003 ••• 1.18
2004 •• 0.67
2005 •• 0.67
2006 •• 0.45
2007 0.42
2009 0.16
2010 ••• 1.09
2011 •••• 1.54
2012 •••••••••••••••••••• 8.78
2013 •••••••• 3.36
2014 •••••• 2.40
2015 •• 0.68
2016 ••••••••• 3.82
2018 ••••• 1.80
2019 ••• 1.11
2020 •••••••••• 4.38

dağınıq sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Uçuq, sökük; uçulmuş, sökülmüş; xaraba halına gəlmiş. [Tərlan] əvvəlcə məktəbin geniş həyətinə, sonra da dağınıq kənd evlərinə baxdı. M.Hüseyn. Dağınıq və uçuq evləri görərkən … yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı. 2. Nizamsız halda tökülmüş, pərişan (saç və s. haqqında). Fəridə saçları dağınıq (z.) halda içəridən yüyürüb eyvana çıxır. Ə.Məmmədxanlı. Elə bil baharıma qar yağdırır bu baxış; Dağınıq saçlarını küləklərmi daramış?! Ə.Cəmil. 3. Yığcam olmayan, qeyri-müəyyən, rabitəsiz, aydın olmayan, yayğın, uzun. [Dəli Səməd] başlardı öz-özünə dağınıq sözlər söyləməyə və söylədikcə də gah gülüb, gah da hirslənib qaşqabağını turşudardı. Çəmənzəminli. Qocanın fikri dağınıqdır. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / dağınıq

dağınıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

dağınıq sözünün antonimləri (əks mənalı sözlər)

dağınıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. разбросанный, разрозненный, рассыпанный, раскиданный; 2. беспорядочный;

    Azərbaycanca-rusca lüğət / dağınıq
  • 2 прил. 1. разбросанный, раскиданный, рассыпанный. Dağınıq buludlar разбросанные облака 2. разрозненный, разъединённый, разобщённый. Dağınıq xalqlar разобщённые народы, dağınıq hissələr разрозненные части 3. беспорядочный. Dağınıq yazılar беспорядочные записи 4. раздробленный. Dağınıq qruplar раздробленные группы 5. взлохмаченный. Dağınıq saçlar взлохмаченные волосы 6. рассеянный. Dağınıq fikirlər рассеянные мысли 7. разбросной. Dağınıq toxumsəpən с.-х. разбросная сеялка 8. раскидистый. Dağınıq çiçək бот. раскидистое соцветие II нареч. 1. врассыпную 2. разбросанно 3. разрозненно

    Azərbaycanca-rusca lüğət / dağınıq

dağınıq sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. uncoordinated; (xalq) sparse, scattered; (bina və s.) straggling; ~ evlər straggling houses; (əlaqəsiz) disconnected, inconnected, incoherent; 2. disorderly; ~ kağızlar papers in disorderly state

    Azərbaycanca-ingiliscə lüğət / dağınıq

dağınıq sözünün fransız dilinə tərcüməsi

dağınıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. чкӀай, уьцӀей; чкӀанвай, уьцӀенвай; чкӀана ацахьнавай; чкӀана харапӀадин гьалдиз атанвай; 2. чкӀай, чкӀанвай, къайдадик квачир, акахьай (мес. чӀарар ва мс.); 3. сад-садав такьур, ачух тушир, тайин тушир (мес. гафар); 4. чкӀай, акахьай (мес. фикир).

    Azərbaycanca-ləzgicə lüğəti / dağınıq

"dağınıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dağınıq nədir? #dağınıq sözünün mənası #dağınıq nə deməkdir? #dağınıq sözünün izahı #dağınıq sözünün yazılışı #dağınıq necə yazılır? #dağınıq sözünün düzgün yazılışı #dağınıq leksik mənası #dağınıq sözünün sinonimi #dağınıq sözünün yaxın mənalı sözlər #dağınıq sözünün əks mənası #dağınıq sözünün etimologiyası #dağınıq sözünün orfoqrafiyası #dağınıq rusca #dağınıq inglisça #dağınıq fransızca #dağınıq sözünün istifadəsi #sözlük