* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Şifahi fikir mübadiləsi; söhbət. O barədə bu gün danışıq olacaq. Aralarında ciddi danışıq oldu. – Danışıq dananı qurda verər. (Məsəl). [Güldəstə:] Ata, mən danışığının hamısını eşitdim. Ə.Haqverdiyev. // Danışma, söhbət etmə. [Qəhrəman:] İndi nə danışıq vaxtıdır!… Aləm dağılır. H.Nəzərli. Meşədəki ağaclar küləyin təsirindən uğuldayır, Cavadın danışığına mane olurdu. Ə.Vəliyev. // Danışma tərzi. Uzun bir nitq söyləməyə hazırlaşmış kimi görünən katib birdən səsini alçaldıb, danışığının tonunu dəyişdi. Ə.Sadıq. // Söz-söhbət. 2. Canlı dil, adi danışıq dili. Bahadır bir neçə həftə danışıqda çox işlənən sözləri [Sonaya] öyrətdi və sonra kitabdan az-az dərs verdi. N.Nərimanov. □ Danışığa tutmaq – söhbətlə başını qarışdırmaq, söhbətə tutmaq, söhbətlə yayındırmaq. Növrəstə daha bir söz deməyib addımlarkən bəy yenə də “qızım” deyə-deyə onu danışığa tutdu. Ə.Abasov. Danışıq etmək – söhbət etmək, danışmaq, məsləhətləşmək, fikir mübadiləsi etmək. [Vəzir:] Mənə vacib idi ki, siz ilə danışıq edim, qulaq asın! M.F.Axundzadə. 3. İki tərəf, iki nümayəndə heyəti arasında bir şey haqqında gedən fikir mübadiləsi; müzakirə (çox zaman cəmdə işlədilir). İki dövlət arasında danışıqlar. Sülh danışıqları. Danışıqlar kəsildi. – Bir çox danışıq və müzakirələrdən sonra razılıq əmələ gəldi. S.Hüseyn. Bu danışıqlara nə oğlan və nə qız şəxsən qarışa bilməz. R.Əfəndiyev. [Mister Tomas və vəzirlərin] danışıqları bir məzmun ətrafında deyildi. M.İbrahimov. □ Danışıq aparmaq – bir şey haqqında başqası, ya başqaları ilə fikir mübadiləsi etmək, müzakirə etmək. Mədəni əlaqə haqqında danışıq aparmaq. – [Qətibə:] Hüsaməddinə Reydə ordu düzəltməyi tapşırmışam… Şirvanla, Bağdadla danışıq aparılmaqdadır. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / danışıq2 is. □ Danişiq klişesi – danışıq dilində istifadə edilən stereotip deyim. Danışıq klişesinin fərqləndirilməsi təlimdə kommunikativliyin realizasiyasına kömək edir.
Yeni sözlər və yeni mənalar lüğəti / danışıq1 1. говор, речь, переговоры, разговоры; 2. уговор, условие, соглашение; 3. слух, молва;
Azərbaycanca-rusca lüğət / danışıq2 I сущ. 1. разговор: 1) словесный обмен сведениями, мнениями, беседа. Danışığa başlamaq начать разговор; связь. danışığın kateqoriyası категория разговора, danışıq müddəti продолжительность разговора, danışıq sifarişi заказ на разговор 2) разговоры (слухи, молва, пересуды). Əsassız danışıqlar (şayiələr) необоснованные разговоры, danışıqlara (şayiələr) qulaq asmaq прислушиваться к разговорам 2. переговоры. Danışıq aparmaq вести переговоры, danışığa girişmək вступить в переговоры, danışıqların yekunları итоги переговоров, danışıqların başlanması начало переговоров, danışıqların iştirakçıları участники переговоров, diplomatik danışıqlar дипломатические переговоры, sülh danışıqları мирные переговоры, barışıq haqqında danışıqlar переговоры о перемирии, yüksək səviyyədə danışıqlar переговоры на высшем уровне, ilk danışıqlar предварительные переговоры, dördtərəfli danışıqlar четырехсторонние переговоры, danışıqlar davam edir переговоры продолжаются, danışıqlar nəticəsində в результате переговоров 3. речь. Səlis danışıq ясная речь, danışıq tərzi манера речи, говор; danışıq ritmi лингв. ритм речи 4. уговор, взаимное соглашение, условие, оговорённое сообща. İş danışıqdan keçər каков уговор, таков и результат II прил. 1. разговорный. лингв. danışıq dili разговорный язык, canlı danışıq dili живая разговорная речь; связь. danışıq dövrəsi разговорная цепь, danışıq tezliyi разговорная частота 2. переговорный. связь. danışıq qurğusu переговорное устройство, danışıq kabinəsi переговорная кабина, danışıq məntəqəsi переговорный пункт 3. лингв. речевой. Danışıq səsləri речевые звуки, danışıq vərdişləri речевые навыки, danışıq səsinin ucalığı высота речевого звука, danışıq səsinin tembri тембр речевого звука, danışıq səslərinin təsnifi классификация речевых звуков, fəal danışıq üzvləri активные речевые органы, danışıq taktı речевой такт, danışıq ünsiyyəti речевая коммуникация ◊ danışığa dəyməz нечего и говорить; danışıq ola bilməz не может быть и речи
Azərbaycanca-rusca lüğət / danışıq1 I. i. 1. negotiation; uzun ~ a long negotiation; ~ aparmaq to conduct / to carry on negotiations; ~ vasitəsilə / yolu ilə by (means of) negotiation; bir kəslə bir şey üçün danışığa girmək to enter into negotiation with smb. for smth.; 2. conversation, talk; bir kəslə ~ aparmaq to have* / to hold a conversation with smb.; uşaq danışığı baby talk; sülh ~ları peace talks; Bu barədə danışıq ola bilməz It’s out of the question II. s. 1. colloquial; spoken; ~ dili spoken language; 2. speech; ~ vərdişləri speech habits; ~ üzvləri organs of speech; ~ qabiliyyəti gift / faculty of speech, power of speaking
Azərbaycanca-ingiliscə lüğət / danışıq1 is. conversation f, entretien f, dialogue m, pourparlers m pl ; négociations f, pl ; ~ aparmaq mener des pourparlers ; sülh ~ları négociations de paix
Azərbaycanca-fransızca lüğət / danışıq1 сущ. 1. рахун; гафар, эхтилат, ихтилат; // рахун, ихтилат авун, гафарун; // рахадай къайда, саягъ; // гафар-чӀалар; 2. гьамиша рахазвай чӀал, ади рахунрин чӀал; // danışığa tutmaq ихтилатдив кьун, рахунривди кьил акадарун; danışıq etmək ихтилат авун, рахун, луькӀуьнун, меслят авун; 3. гз. рахунар; danışıqlar aparmaq рахунар авун, рахунар тухун.
Azərbaycanca-ləzgicə lüğəti / danışıq