Mirzəzadə Əhməd Neyli Əfəndi
Mirzəzadə Əhməd Neyli Əfəndi (1673, İstanbul, Osmanlı imperiyası – 19 aprel 1748, İstanbul, Osmanlı imperiyası) — Osmanlı alimi, din xadimi və şairi.
== Həyatı ==
1673-cü ildə İstanbulda dünyaya gəldi. Atası İstanbul qazılarından Mirzə Mehmed Əfəndidir və bu səbəblə Mirzəzadə olaraq anılır. Mədrəsə təhsili davam edərkən digər yandan şeirlə məşğul oldu. II Mustafaya və dövrün güclü siması şeyxülislam Seyid Feyzullah Əfəndiyə təqdim etdiyi qəsidələrlə sarayla yaxın əlaqələr qurdu. Bu səbəblə hələ 25 yaşında ikən 1697-ci ildə İstanbulda Cəfər ağa mədrəsəsinə müdərris olundu. Qısa zamanda sürətlə yüksələrək 1717-ci ildə Süleymaniyyə mədrəsəsinə təyin olundu. Ertəsi il şeyxülislam Yenişəhərli Abdullah Əfəndinin səyləriylə, İzmir qazılığına yüksəldi.
Lalə dövrünün məşhur sədrəzəmi Nevşəhərli İbrahim Paşanın himayəsinə girdi və saray məclislərinə qatıldı. 1719-cu ildə vəzifədən alındı.