neçə sözü azərbaycan dilində

neçə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • neçə • 99.2042%
  • Neçə • 0.7941%
  • NEÇƏ • 0.0016%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhəbbət haqqında bir neçə söz (film, 2000)
Sevgi haqqında bir neçə söz (hind: ढ़ाई अक्षर प्रेम के, Rom: Dhaai Akshar Prem Ke) — 2000-ci ildə hind dilində çəkilmiş olan hind melodramıdır. == Süjet xətti == Məzuniyyətə çıxan Kapitan Karan doğma şəhərinə gəlir. Vağzalda olarkən kollec tələbəsi Sahibəni ona hücum edən bir dəstə quldurdan xilas edir. İnsidentdən sonra Karan Sahibəni evinə qədər ötürür. Bunu görən məhəllə sakinləri və ailə üzvləri Karanın qızın adaxlısı olduğunu güman edirlər. Zabit məsələnin nə yerdə olduğunu izah etməyə çalışsa da, onu heç kim dinləmək istəmir. Bunu görən Karan xəlvətcə aradan çıxmağa qərar verir. Ancaq evdə onu böyük sürpriz gözləyir.
Sevgi haqqında bir neçə söz (film, 2000)
Sevgi haqqında bir neçə söz (hind: ढ़ाई अक्षर प्रेम के, Rom: Dhaai Akshar Prem Ke) — 2000-ci ildə hind dilində çəkilmiş olan hind melodramıdır. == Süjet xətti == Məzuniyyətə çıxan Kapitan Karan doğma şəhərinə gəlir. Vağzalda olarkən kollec tələbəsi Sahibəni ona hücum edən bir dəstə quldurdan xilas edir. İnsidentdən sonra Karan Sahibəni evinə qədər ötürür. Bunu görən məhəllə sakinləri və ailə üzvləri Karanın qızın adaxlısı olduğunu güman edirlər. Zabit məsələnin nə yerdə olduğunu izah etməyə çalışsa da, onu heç kim dinləmək istəmir. Bunu görən Karan xəlvətcə aradan çıxmağa qərar verir. Ancaq evdə onu böyük sürpriz gözləyir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 449.80 dəfə / 1 mln.
2002 •••••••••••• 500.22
2003 ••••••••••• 453.52
2004 •••••••••• 393.81
2005 ••••••••••• 444.01
2006 ••••••••• 388.99
2007 ••••••••• 383.74
2008 •••••••• 321.58
2009 •••••••••• 434.68
2010 •••••••••••• 484.09
2011 •••••••••••• 490.98
2012 ••••••••••• 457.95
2013 ••••••••••••••••• 704.71
2014 •••••••••••••• 603.90
2015 •••••••••• 413.05
2016 ••••••••• 378.32
2017 •••••••••• 407.12
2018 ••••••••• 382.05
2019 ••••••••• 374.99
2020 •••••••••• 401.54

neçə sözünün leksik mənası və izahı

  • 1 1. Əşyanın miqdarını müəyyənləşdirmək üçün işlədilən sual əvəzliyi: nə qədər, nə miqdar. Neçə kitab aldın? Bu gün neçə yerə getmisən? Neçə şagirddən dərs soruşdun? – [Məşədi İbad:] Qardaşoğlu, haqqhesabımız neçə elədi? Ü.Hacıbəyov. 2. əvəz. Zaman bildirən isimlərdən əvvəl gələrək onların qeyri-müəyyənliyini bildirir. Neçə yüz ildən sonra biz də o məqama çata bilərik. C.Məmmədquluzadə. Neçə dəqiqə idi, sakitlik bərpa idi. Çəmənzəminli. 3. əvəz. “Saat” sözündən sonra gələrək vaxtı öyrənmək üçün sual məqamında işlədilir. Saat neçədir? Saat neçədə gələcək? 4. əvəz. Çox, çoxlu; bir neçə. [Əliməmməd Vaqifə:] Neçə belə bayramlar görək, kefimiz kök, damağımız çağ olsun! Çəmənzəminli. Üstündə ahı var neçə qəribin; Çeşməli dağların, sulu dağların. B.Vahabzadə. 5. İs. mənasında. Birdən artıq (çox) adam. Şirvanın küçələri; Banlayır beçələri; Çağırdım öz yarımı; Hay verdi neçələri. (Bayatı). Neçəsinin əli dolu; Neçəsinin əli boşdur. B.Vahabzadə. [Sərvnaz:] Hümmət sənin [Şahpəri] fitvanla neçələrini gözümçıxdıya saldı? B.Bayramov. □ Bir neçə – bir miqdar, qeyri-müəyyən miqdarda. Bir neçə adam. 6. Neçəyədir, neçədəndir şəklində – qiyməti nə qədərdir, bahası nədir. Kitab neçəyədir? Parçanın metri neçəyədir?

    Azərbaycan dilinin izahlı lüğəti / neçə

neçə sözünün etimologiyası

  • 1 Bu sual əvəzliyi nə sözü və -çə ədatının birləşməsindən düzəlib, nəçə (nə qə­dər?) kimi olub, sonra neçə şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / neçə

neçə sözünün rus dilinə tərcüməsi

  • 2 I мест. 1. сколько (в значении вопроса о количестве). Neçə yaşın var? Сколько тебе лет? Bayrama neçə gün qalır? Сколько дней остаётся до праздника? 2. который: 1) означает время. Saat neçədə gələcəksən? В котором часу придёшь? Saat neçədə qatar yola düşür? В котором часу отходит поезд? 2) не первый, не один. Neçə gündür özümü yaxşı hiss edirəm который день уже чувствую себя хорошо, neçə gecədir yatmıram которую ночь не сплю II нареч. сколько (в значении вопроса о количестве: как много?) Neçə verim? Сколько платить? Neçə vaxtdır gözləyirsən? Сколько времени ждёшь? Neçə saat yol gəlmisən? Сколько часов был в дороге? III числит. несколько (небольшое, неопределённое количество). Neçə ay bundan qabaq (əvvəl) … несколько месяцев тому назад …, neçə yüz il bundan qabaq … несколько столетий тому назад … IV сущ. neçələri сколькие (означает большое количество людей). Neçələri artıq yoxdur скольких уже нет, neçələrinə kömək etmişik скольким мы помогли, neçələrinə söz vermişdin скольким ты дал слово (обещал); bir neçə sözlə в нескольких словах, bir neçə addımlıqda в нескольких шагах, bir neçə ilə за несколько лет; neçə dəfə demişəm сколько раз говорил, bir neçə vaxt некоторое время, neçə vaxtdır … сколько времени …

    Azərbaycanca-rusca lüğət / neçə

neçə sözünün inglis dilinə tərcüməsi

  • 1 s. how many, how much; Sizin neçə qardaşınız var? How many brothers have you got? Bunun qiyməti neçədir? How much does it cost? How much is it? Vaxt (saat) neçədir? What time is it? What is the time? Mən sizə neçə dəfə demişəm... How many times have I told you...

    Azərbaycanca-ingiliscə lüğət / neçə

neçə sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. combien adv et conj. ; siz ~ nəfərsiniz? Combien de personnes êtes -vous? ; Combien êtes-vous? ~ dəfə Fransada olmusan? Combien de fois as-tu été en France? ; quel, -le adj ; ~ yaşınız var? Quel âge avez-vous? ; Saat ~dir? Quelle heure est-il?

    Azərbaycanca-fransızca lüğət / neçə

neçə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. тӀв-эв. шумуд, гьи кьадар, гьикьван; neçə karandaş aldın? вуна шумуд карандаш къачуна? saat neçədir? сятдин шумуд я?; 2. тӀв.-эв. шумуд, гзаф, гзаф кьадар; са шумуд; 3. сущ. шумуд, садалай артух (гзаф) ксар; bir neçə са шумуд, са кьадар, тайин тушир кьадар, течир кьадар; bir neçə adam са шумуд кас; 4. neçəyədir, neçədəndir ккуьн (квяй) я, шумудахъ (шумудай, гьикьвандай) я, къимет гьикьван я; daraq neçəyədir? регъ ккуьн я?

    Azərbaycanca-ləzgicə lüğəti / neçə

neçə sözünün türk dilinə tərcüməsi

"neçə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#neçə nədir? #neçə sözünün mənası #neçə nə deməkdir? #neçə sözünün izahı #neçə sözünün yazılışı #neçə necə yazılır? #neçə sözünün düzgün yazılışı #neçə leksik mənası #neçə sözünün sinonimi #neçə sözünün yaxın mənalı sözlər #neçə sözünün əks mənası #neçə sözünün etimologiyası #neçə sözünün orfoqrafiyası #neçə rusca #neçə inglisça #neçə fransızca #neçə sözünün istifadəsi #sözlük