* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Kef, sevinc, ləzzət, zövq. Mey nəşəsini zövq bilər, cam nə bilsin. M.Ə.Sabir. [Xəlilin] bir an sıxılan ürəyi haman açıldı, səbəbsiz bir nəşə ruhuna ha-kim oldu. Çəmənzəminli. Bir tərəfdən isti çayın nəşəsi və o biri tərəfdən yeni adaxlını aldatmaqdan ötrü qurmuş olduqları kələk [Mahmudla yoldaşını] şad edirdi. B.Talıblı. // Yüngülcə keflənmə. Şərabın nəşəsi. □ Nəşə vermək – ləzzət vermək, kef vermək. Bülbüllərin nəğmələri, meşənin və çiçəklərin ətri, gecənin sərinliyi, buludsuz göydə səyahət edən ayın tamaşası çalanların və oxuyanların hamısına nəşə verirdi. Ə.Haqverdiyev. Burada yeni açılan həkim məntəqəsi, onun burada ağ xalat geyib müstəqil çalışması [Sevilə] xüsusi zövq və tükənməz nəşə verirdi. S.Rəhimov. ◊ Nəşəsi durulmaq (gəlmək) – kefi açılmaq, şadlanmaq, sevinmək. Muzdurun … danışıqları, Pərinin gülüşləri yavaş-yavaş Qumrunun nəşəsini duruldurdu. Ə.Əbülhəsən. Nəşəsi qaçmaq – əhvalı birdən pozulmaq, pərt olmaq, məyus olmaq. Məşədi Əhmədin nəşəsi qaçdı. S.Hüseyn. Nəşəsini pozmaq (dağıtmaq) – pərt etmək, məyus etmək, kefini, əhvalını pozmaq. [Qızıl it] alaçıqdan çıxıb bir yana getdiyimi görüncə kəsik qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı. A.Şaiq. [Hidayət:] Ana, sən mənim canım, nənənin nəşəsini pozma! B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / nəşə1 NƏŞƏ – CƏFA Quşlar verər səs-səsə: Nəşə gələr hər kəsə (A.Şaiq); Dosta bir belə bəla, cəfa vermək rəvadır? (S.S.Axundov). NƏŞƏ – KƏDƏR Sabahın mənə kədər və ya nəşə gətirməsinin əhəmiyyəti yoxdu (M.İbrahimov). NƏŞƏ – MÜSİBƏT Sonsuz nəşə duyuram bu sonsuz gəzhagəzdən (S.Rüstəm); Sizin müsibətiniz olduqca ağırdır (M.S.Ordubadi).
Azərbaycan dilinin antonimlər lüğəti / nəşə1 1. легкое опьянение, удовольствие; 2. бодрость духа, приподнятое настроение, веселость, радость;
Azərbaycanca-rusca lüğət / nəşə2 сущ. 1. наслаждение, блаженство, услада (высшая степень удовольствия) 2. опьянение (восторг, самозабвение) 3. сладострастие (чувственное наслаждение); nəşə vermək давать наслаждение; nəşəsini pozmaq kimin портить, испортить настроение кому; nəşəyə gəlmək чувствовать, испытывать наслаждение
Azərbaycanca-rusca lüğət / nəşə1 i. 1. pleasure, delight; merriment; slight intoxication; 2. cheerfulness; pluck; 3. bax tiryək
Azərbaycanca-ingiliscə lüğət / nəşə1 is. jouissance f, plaisir m, satisfaction f ; délices m, pl ; délectation f ; volupté f
Azərbaycanca-fransızca lüğət / nəşə1 [ər.] сущ. кеф, лезет; кьезилдаказ кефлу хьун; nəşə vermək кеф гун, лезет гун; ** nəşəsi durulmaq (gəlmək) кефер ахъа хьун, кефияр къумбар хьун, шад хьун, хвеши хьун; nəşəsi qaçmaq кефияр чӀур хьун, перт хьун; nəşəsini pozmaq (dağıtmaq) кефияр чӀурун, перт авун.
Azərbaycanca-ləzgicə lüğəti / nəşə