* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 əd. 1. Özündən qabaq gələn sözə inkarlıq, ya zidlik mənası verir. O, tək deyil. Otaq qaranlıq deyil. – Əziziyəm, nə qandır; Gözdən axan nə qandır; Daş deyil, kəsək deyil; Rəhm eylə, bu ki candır. (Bayatı). // Eyni mənada şəxs sonluqları ilə işlənilir: deyiləm, deyilsən, deyildir. Araz deyiləm, coşam; Kür deyiləm, qaynaşam; Apar sərraf yanına; Gör nə qiymətli daşam. (Bayatı). Deyilik biz nuxalı, gəncəli, ya kim bakılı; Belə boş işlərə vəqf eyləyək ehsanımızı. M.Ə.Sabir. Məncə, deyilsən qərib o qürbət ellərdə sən; Yaşayırsan əbədi azad könüllərdə sən. S.Rüstəm. 2. Feldən sonra gələrək, xəbərlik şəkilçiləri ilə eyni mənada cümlədə xəbər kimi işlənir. Fəqət Gülbadam çox duaya-zada inanan deyildi. N.Nərimanov. Zeynalın evdən soyumasına səbəb yalnız Mehribanın xəstə yatdığı deyildi. S.Hüseyn. Ay məndən yüksək deyil; Ay mənimlə tən durur. R.Rza. 3. “Deyilmi?” şəklində sual məqamında. Elə deyilmi? Sizi incitdim, deyilmi?
Azərbaycan dilinin izahlı lüğəti / deyil1 İki mülahizə söyləmək olar: 1. V.V. Radlov əsərində söz çokul kimi verilib və yox kəlməsi ilə bağlıdır. 2. Fars dilində “yalan, həqiqət olmayan” mənalı çoğul sözü var. İkinci yozum yalnız o vaxt real ola bilər ki, çoğul sözünün mənaca dəyişməsi prosesi sübuta yetirilsin. Bəzi türkoloqlar sözün pleonastik yolla (əvəzliyin sözə iki dəfə artırılması) yarandığını bəyan edirlər. M.Kaşğaridə Ol andağ dağ ol (o, belə deyil) cümləsi var. Amma buradakı dağ sözünün mahiyyəti hələ açılmamış qalır. Güman edirəm ki, dağ sözü yox kəlməsinin dəyişmiş formasıdır və deyil sözü, əslində,“yokol” deməkdir. Türkmən dilində “başqa”,”özgə” mənasını verən del sözü var. Deyil kəlməsi bununla da qohum ola bilər. Üçüncü və etibarlı yozum belədir: Anadolu türklərində başqası mənasını verən dağı (dağın) sözü var. Deyil kəlməsi onunla bağlıdır.Güman ki, M.Kaşğaridəki dağ kəlməsi ilə Anadolu türklərində işlədilən dağı sözü eynidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / deyil2 отриц. част. не: в сочет. с сущ.: daş deyil не камень, bu sənəd deyil это не документ, uydurma deyil не выдумка; в сочет. с мест. mən deyiləm, odur не я, а он; sən deyilsən не ты; siz deyilsiniz не вы; в сочет. с прил.: su soyuq deyil вода не холодная, hava yaxşı deyil погода не хорошая; в сочет. с прич.: deyən deyil не станет говорить, не скажет; gedən deyil не станет уходить, не уйдет; işləyən deyil не станет работать; в сочет. с нареч.: burda deyil не здесь, aşağıda deyil не внизу; в составе союзного сочетания: təkcə (yalnız) … deyil, həm də … не только …, но и … Təkcə Respublikamızda deyil, həm də Gürcüstanda … не только в нашей Республике, но и в Грузии …, təkcə bu gün deyil, həm də sabah … не только сегодня, но и завтра …, yalnız ölkəmizdə deyil, həm də … не только у нас в стране, но и …; в сочет. с предик. Yaxşı deyil нехорошо, pis deyil неплохо, yaxın deyil неблизко, uzaq deyil недалеко, eyib deyil не стыдно, əbədi deyil не вечно, asan deyil нелегко, təəccüblü deyil неудивительно; əlverişli deyil не выгодно ◊ az aşın duzu deyil (о человеке) ирон. тоже хорош; axmaq deyil не дурак; belə deyil: 1. не такой; 2. не так; belə deyilmi? не так ли? bildiyini heç kəsə (babasına da) verən deyil (об очень упрямом человеке); bir şey deyil пустяк; boş söz deyil не пустое слово; bu mənim işim deyil это не моё дело; bu xahiş deyil, tələbdir это не просьба, а требование; düz deyil: 1. неправильный; 2. неправда, не правильно. Dünya xali deyil мир не без добрых людей; zərərli deyil не вредно; yadımda(-n) deyil не помню; gec deyil не поздно; layiq deyil kim не заслуживает кто; mən deyən deyil это не то (тот, та); məsələ bunda deyil дело не в этом; o qədər də axmaq deyil ki, … не настолько дурак, чтобы …; razı deyil не согласен; sirr deyil ki, … не секрет, что …; təəcsüblü deyildir ki, … не удивительно, что …; tək deyil не единственный, не один; uşaq deyil не ребёнок; üzə çıxarılası deyil не стоит показывать, не стоит выставлять на вид; ürəyimcə(-ncə, -cə) deyil не по душе кому-л.; heç də o demək deyil ki, … вовсе не значит, что …
Azərbaycanca-rusca lüğət / deyil1 əd. to be+not; Mən həkim deyiləm I am not a doctor; O, müəllim deyil He / She is not (isn’t) a teacher; Biz fəhlə deyilik We are not (aren’t) workers
Azərbaycanca-ingiliscə lüğət / deyil