* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. anat. Mərkəzi sinir sisteminin ən mühüm üzvü, habelə bu üzvü təşkil edən və kəllə ilə bel sümüyü kanalını dolduran maddə. İnsan beyni. Qoyun beyni. Beyin xəstəliyi. 2. məc. dan. Ağıl, şüur, fəhm, zəka, baş mənasında. Onun beyni yoxdur, danışığını bilmir. – Bir gün əvvəl küllüyün yanından keçərkən, Firudinin beynində oyanmış fikirlər yenidən baş qaldırdı. M.İbrahimov. ◊ Beyni yerindən oynamaq (laxlamaq) – dəli olmaq. Beynə batmaq (girmək) – mümkün hesab etmək, inanmaq. Bu dediklərin, deyəsən, mənim də beynimə batdı. – Yoldaş, doğrusu, onların sözləri mənim də beynimə batır. C.Məmmədquluzadə. Bu söz Həpəndovun beyninə batdı. Mir Cəlal. Beyni dağılmaq – səs-küydən dəng olmaq, başı ağrımaq. Beynindən çıxmamaq – daim fikrində olmaq, yadından çıxmamaq, daim düşündürmək. Kütlələri təşkil edib böyük bir dağ kimi hərəkətə gətirmək fikri Əlinin beynindən çıxmır. M.İbrahimov. Beyninə yeritmək (salmaq) – bir şeyi birinə tez-tez təkrar edərək inandırmaq, mənimsətmək, təlqin etmək. [Şərəfnisə xanım:] Müsyö Jordan beyninə salıbdır ki, Parijdə qızlar, gəlinlər məclisdə, yığıncaqda üzüaçıq oturub dururlar. M.F.Axundzadə. Usta bu fikri bir çox canlı misallarla uşaqların beyninə yeridirdi. Ə.Sadıq. Beynini aparmaq – çox danışmaqla, səs-küylə birini rahatsız etmək, yormaq, dəng etmək. Beynini doldurmaq – birinə bir şey və ya şəxs haqqında çoxlu deyib inandırmaq (yalnız mənfi mənada). [Səlim bəy] əvvəlcə pristavı evinə çağırıb onun puç beynini lazımi qədər doldurmuşdu. H.Nəzərli. Qan başına (beyninə) vurmaq, qan beyninə (sıçramaq) – bax qan.
Azərbaycan dilinin izahlı lüğəti / beyin1 Ərəbcədir, bizdə onun yerinə ilik (yilik) işlədilib (indi ilik sözü mənasını dəyişib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / beyin3 BEYİN Çox zaman özgəyə qulluq eylədik; Beyin bizim oldu, əsər özgənin (B.Vahabzadə); DİMAĞ (kl.əd.) Həpsi fikir yürütmədə; Hər dimağda bir təlaş; Biri deyir: – Məni yazma! Biri deyir: – Məni yaz! (M.Müşfiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / beyin2 I сущ. 1. мозг. İnsan beyni человеческий мозг, beynə qansızma кровоизлияние в мозг, böyük beyin yarımkurəsi полушарие большого мозга, beyin payları доли мозга, beyin şişi опухоль мозга, beyin damarları сосуды мозга, beyin qırışıqları извилины мозга, beyin sarsıntısı сотрясение мозга, beyin qabığı кора головного мозга, beyin yumşalması размягчение мозга, beyin kötüyü ствол головного мозга, beyin sərpməsi контузия головного мозга 2. перен. голова. Beynimdə hər şey alt-üst olub в голове всё перепуталось, beynim kütləşib отупела голова 3. перен. ум, умственные способности. Onun beyni yoxdur у него нет ума II прил. мед. 1. мозговой. Beyin mədəcikləri мозговые желудочки, beyin dəbəliyi мозговая грыжа, beyin qişası мозговая оболочка, beyin toxuması мозговая ткань, beyin maddəsi мозговое вещество, beynin sərt qişası твёрдая мозговая оболочка 2. черепно-мозговой. Beyin sinirləri черепно-мозговые нервы 3. церебральный. Beyin astması церебральная астма; beynini dağıtmaq размозжить череп ◊ beyni qanlı горячая голова; beyni işləmir kimin голова на работает у кого; beyni yerində deyil kimin мозги не на месте; beyni yerindən oynamaq тронуться; beynində iz buraxmaq врезаться в память; оставить в памяти след; beyinlərin axını утечка мозгов; beyninə toplamaq забирать, забрать себе в голову; beynində qalmaq kimin остаться в памяти чьей; beyninə batmaq (girmək) сидеть, засесть в голове; beyninə batmamaq, beyninə yerləşməmək не укладываться в голове у кого; beyninə batmayan (şey) книга за семью печатями; beyninə düşmək взбрести в голову; прийти в голову; beyninə vurub ударило в голову; beyninə yeritmək (yerləşdirmək) kimin вбивать в голову кому-л. что-л.; beyninə həkk olunmaq (mıxlanıb qalmaq) kimin сидеть гвоздём в голове (в мозгу) у кого, чьей; beynini aparmaq прожужжать все уши, капать на мозги кому; beyninin qurdu tərpənmək выходить из себя; beynini doldurmaq kimin набивать, набить голову кому; beynini yemək kimin 1. сбить с правильного пути кого 2. сидеть гвоздём в мозгу; beynini tökmək kimin капать на мозги кому; beynindən çıxmayır не выходит из ума, гвоздём засело в голове; qan beyninə vurdu, qan beyninə sıçradı кровь ударила в голову, кровь прилила к голове; beynini işlətmək шевелить мозгами; beynini piyləmək kimin задурить голову кому, водить за нос кого; beynini toz eləmək kimin пустить пулю в лоб кому
Azərbaycanca-rusca lüğət / beyin1 I. i. 1. brain; baş ~ brain; onurğa ~i spinal cord; elm. cerebrum; beyninə qansızma haemorrhage of the brain; uzunsov ~ medulla (oblongata); ◊ beyni qanlı ≅ hot-tempered, hothead; young; beynində qalmaq to remember once and for all; qan beyninə vurmaq to get very angry, to fly* into a rage; ◊ beyninə düşmək to have* smth. on the brain; beyninə yeritmək to din / to ram smth. into smb.’s brain / ears / head; beyninə batmaq to become* clear, to realize (d.), to believe (d.); beynini tökmək / aparmaq to speak* loudly and nonsense, to bother smb. by one’s chat tering, to disturb / to annoy smb.constantly; 2. (xörək) brains II. s. anat. cerebral; brain; ~ xəstəliyi disease of the brain, cerebral disease; ~ şişi brain growth
Azərbaycanca-ingiliscə lüğət / beyin1 is. cerveau m, cervelle f (kulinariya termini kimi müxtəlif heyvanların beynindən hazırlanmış yemək) ; encéphale m (baş beyni) ; ~dən çıxmayan fikir idée f fixe ; ~ninə yeritmək fourrer (se) dans la tête, ficher (se) dans la tête ; onurğa ~i moelle f épinière ; beynini işlətmək faire travailler sa matière grise, creuser (se) la tête ; ~ ninə qan sızma hemorrogie f (və ya congestion f) cérébrale ; ~ astması asthme m cérébral ; ~ yarımkürələri hémisphères m pl du cerveau ; ~ payları lobes m pl cérébraux ; ~ qırışları circonvultions fpl du cerveau ; ~ sarsıntısı commotion f du cerveau ; ~ qabığı substence f corticale du cerveau ; ~ qişası membrane f cérébrale ; ~ xəstəliyi maladie f de cerveau, maladie cérébrale ; elektron ~ cerveau m électronique ◊ beyni qanlı tkte f chaude ; kərə yağında hazırlanmış ~ cerveau au beurre ; quzu beyni cervelle d’agneau ; quş beyni une cervelle d’oiseau ; sərçə beyin une cervelle de moineau ◊ ~nini çatlatmaq (güclə, səslə) rompre la cervelle ; ~nini toz eləmək brıler (se)(və ya faire (se) sauter) la cervelle
Azərbaycanca-fransızca lüğət / beyin1 сущ. 1. анат. мефт, мефтӀ, маст; insan beyni инсандин мефт; qoyun beyni хпен мефт; // мефтӀедин; beyin xəstəliyi мефтӀедин азар; 2. пер. рах. кьил, акьул, фагьум, мукьуф; ** beyni yerindən oynamaq (laxlamaq) мефт юза хьун, кьил чӀур хьун, дили хьун; beynə batmaq (girmək) мефтӀеда гьатун, кьиле гьатун, мумкин тирдай кьун, чӀалахъ хьун, агъун; beyni dağılmaq кьил тӀа хьун, ванцикай япар денг хьун, мастар чукӀун; beynindən çıxmamaq кьиляй акъат тавун, гьамиша фикирда аваз хьун, рикӀелай алат тавун; beyninə yeritmək (salmaq) кьиле тун (кутун), садаз гьа са затӀ фад-фад тикрар ийиз (лугьуз, рикӀел гъиз) ам чӀалахъарун; beynini aparmaq кьил-яб тухун, гзаф рахуналди ва я ван кутуналди сад регьятсуз авун, галудун, денг авун; beynini doldurmaq кьил ацӀурун, садаз са затӀуникай ва я са касдикай гзаф лагьана ам чӀалахъарун (пис манада); qan başına (beyninə) vurmaq, qan beyninə (sıçramaq) кил. qan.
Azərbaycanca-ləzgicə lüğəti / beyin