* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Tez, cəld, iti, sürətli, itigedən. Yeyin at özünə qamçı vurdurmaz. (Ata. sözü). // Zərf mənasında. Söhbətin lap şirin vaxtı idi, sol səmtdən, döngədən bir şəxs çıxıb, yeyin yeriyib, kətdilərin yanına gəlib, salam verib üzünü tutdu Məhəmmədhəsən əmiyə. C.Məmmədquluzadə. [Qulam:] Durun bir nəfəsimi dərim. Yeyin gəlmişəm. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / yeyin2 Tez, cəld, iti; itigedən, bərk qaçan. (“Koroğlu” dastanının lüğəti) Atlayun Ərəbatun yeyinlərini, Soyun başdan-başa əyinlərini, Çırağan eyləyün çiyinlərini, Gəzün kuhdan-kuha, tapun gətürün. (Paris nüsxəsi, 11-ci məclis)
Azərbaycan dastanlarının leksikası / yeyin2 YEYİN [Aslan] canındakı üşütməni unudub yeyin addımlarla şəhərə qayıtdı (M.Hüseyn); BECİD (dan., zar.) Şövkət: Əyləş, dincini al, Kərim dayı, niyə belə becid yerimisən, lap ürəyin ağzına gəlir ki... (M.İbrahimov); CƏLD Xavər ərinin üzünə belə baxmayıb evdən çıxdı, cəld addımlarla yüyürüb getdi (B.Bayramov); ÇEVİK Usta çevik addımlarla perrona çıxdı (M.Hüseyn); İTİ Qəndab: Qönçə idi. İti addımlarla yeriyirdi (B.Bayramov); SÜRƏTLİ (çox yeyin) Tahirzadə sürətli addımlarla qabağa keçəndə hamı susdu (Mir Cəlal); YELLİ (dan.) Biqəm: Pah atonnan, zalım balası gör nə yelli gəlir (Anar); ƏLÜSTÜ (bax), SÜRƏTLƏ (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / yeyin1 YEYİN – YAVAŞ Durun bir nəfəsimi dərim. Yeyin gəlmişəm (C.Cabbarlı); Yavaş get, yıxılıb əlindəkini sındırarsan.
Azərbaycan dilinin antonimlər lüğəti / yeyin1 разг. I нареч. быстро, живо, проворно. Yeyin gəl иди быстро (быстрее), yeyin tərpən пошевеливайся быстро, yeyin yerimək быстро идти, yeyin və kəskin danışmaq говорить быстро и резко, yeyin uçmaq быстро лететь, nəbzi yeyin vurur kimin пульс бьётся быстро у кого II прил. 1. быстрый, проворный, скорый. Yeyin danışıq быстрый разговор, yeyin addımlarla быстрыми шагами (ускоренным шагом) 2. ускоренный. Yeyin hərəkət ускоренное движение
Azərbaycanca-rusca lüğət / yeyin1 I. s. 1. quick, fast, rapid, swift; ~ danışıq a quick / fast / rapid talk; ~ hərəkət rapid movement; 2. (cəld) agile, abroit, nimble; ~ ağıl agile / nimble wit II. z. quickly, fast, rapidly, swiftly; ~ yerimək to walk quickly / fast / rapidly; Yeyin ol! Be quick! Make haste! Hurry up!
Azərbaycanca-ingiliscə lüğət / yeyin1 I zərf. rapidement, vite, à toute vitesse II sif. rapide ; précipité, -e ; impétueu//x, -se ; ~ hərəkət mouvement m rapide
Azərbaycanca-fransızca lüğət / yeyin1 1. прил. йигин, фад, зарбдиз фидай, зарб (мес. балкӀан); 2. нареч. йигиндиз, йигиндаказ, фад, зарбдиз, тадиз.
Azərbaycanca-ləzgicə lüğəti / yeyin