Yelin sözü azərbaycan dilində

Yelin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Yelin • 51.3158%
  • yelin • 46.0526%
  • YELİN • 2.6316%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elfrida Yelinek
Elfride Yelinek (alm. Elfriede Jelinek‎; 20 oktyabr 1946[…])) — Avstriya yazıçısı, dramaturq, şair və ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı (2004), Henrix Böll mükafatı (1986), Georq Büxner mükafatı (1998), Henrix Heyne mükafatı (2002), Frans Kafka mükafatı (2004) laureatı. Avstriya yazıçısı və dramaturqu Elfrida Yelinek ölkənin cənubunda, Sloveniya ilə sərhəddə yerləşən Ştıria torpağında, qarışıq yəhudi-çex ailəsində doğulmuşdu. Yazıçının soyadı da çex-slavyan mənşəlidir. "Yelinek" çex dilində "maral" mənasını ifadə edir. Atası kimyaçı idi. Məhz peşəsinə zərurət olduğuna görə Hitlerin hakimiyyəti dönəmində yəhudi soyqırımından – Holokostdan salamat qurtara bilmişdi. Yelinek ailəsinin bir çox üzvlərinin həyatına isə həbs düşərgələrində son qoyulmuşdu. Görünür, bütün bunlar təsirsiz ötüşməmiş və aradan illər keçəndən sonra atasının psixikasının pozulması ilə nəticələnmişdi. Müalicə nəticə verməmişdi.

yelin sözünün leksik mənası və izahı

  • 1 is. Məməli heyvanlarda süd yığılan (süd vəziləri və məmələri yerləşən) orqan. Bu inəyin yelinində süd çoxdur. – Salxımsalxım olacaqdır ağ üzümü tənəklərin; Yelinləri dolacaqdır yenə sağmal inəklərin. S.Vurğun. Yelini südlə dolu qoyunlar ağıllardakı quzuların mələşməsini eşitdikcə daha yanıqlı bir səslə onlara hay verərək, yatağa çatmağa tələsirdi. M.İbrahimov. □ Yelin salmaq – yelini böyümək (doğmağa bir neçə gün qalmış heyvanın). Boz inək yelin salıb. Qızıl (qırmızı) yelin – boğaz inək. [Qədim:] Xırda, bir sən o qırmızı yelini görürsənmi? S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / yelin

yelin sözünün etimologiyası

  • 1 Bəzi türk dillərində cilim, celim, cilen, celin kimi işlədilir. Ci(ce) isə “su” de­məkdir. Cibin - höyüş deməkdir. Çay (река) sözü də su ilə bağlıdır. Süd və su kök­daş sözlərdir. Bəzi dillərdə höyüş (bu, hetlərin sözüdür, mənası “yağış” de­məkdir) sözü çiviş,cuuş kimi işlədilir. Yumaq (мыть) sözü cumaq kimi yazılır və deyilir. Əl silmək üçün olan dəsmal kəlməsi curamal (su malı, suyu silən) kimi ve­rilib, çuxur (su yağılan yer),çürdək, çala(çayda adacıq), çay (su yolu), çiləmək, çi­sələmək, çəllək (su qabı), çuvar, çağış (yağış) sözlərinin hamısı etimoloji ba­xım­dan su anlamı ilə bağlıdır. Deməli, yelin sözü celin, o isə süd (su) qabı, kisəsi kimi anlaşılmalıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yelin

yelin sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 YELİN (heyvanlarda: inəkdə, qoyunda, keçidə və s.) Tut qoyunun belini; Ələ gəlmir yelini; Bir doyunca görəydim; Onu sağan gəlini (Bayatı); ƏMCƏK [Bağır:] Səni elə südlü, elə yelinli inək eləyərəm ki, gündə səndən dörd sərinc süd sağarlar, əmcəklərini yara eləməsələr, əl çəkməzlər səndən... (İ.Məlikzadə); MƏMƏ Keçinin məmələri, elə bil ki, bulaqdı; südü sanki qaymaqdı (M.Rzaquluzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / yelin

yelin sözünün rus dilinə tərcüməsi

yelin sözünün inglis dilinə tərcüməsi

yelin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. регъуь (мамар квай гьайванрин нек кӀватӀ жедай орган); yelin salmaq регъуь авун, регъуь къалурун, регъуь чӀехи хьун (рухуз са шумуд югъ амаз гьайвандин); qızıl (qırmızı) yelin бугъаз ккал.

    Azərbaycanca-ləzgicə lüğəti / yelin

yelin sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

yelin salmağ: (Şamaxı) doğum ərəfəsində yelini südlənmək, böyümək. – Boz inək yelin salıb

Azərbaycan dilinin dialektoloji lüğəti.

"yelin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yelin nədir? #yelin sözünün mənası #yelin nə deməkdir? #yelin sözünün izahı #yelin sözünün yazılışı #yelin necə yazılır? #yelin sözünün düzgün yazılışı #yelin leksik mənası #yelin sözünün sinonimi #yelin sözünün yaxın mənalı sözlər #yelin sözünün əks mənası #yelin sözünün etimologiyası #yelin sözünün orfoqrafiyası #yelin rusca #yelin inglisça #yelin fransızca #yelin sözünün istifadəsi #sözlük