yelpik sözü azərbaycan dilində

yelpik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yelpik • 95.8025%
  • Yelpik • 4.0741%
  • YELPİK • 0.1235%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yelpik
Yelpik — sərinləmək və hava axını təmin etmək üçün istifadə edilən qatlanan və qatlanmayan növləri olan əl vasitəsi. Qatlanmayan yelpiklər sabit bir yarpaqla bir sapdan meydana gələr. Qatlanan yelpiklər, bir uclarından sancaqla bir-birinə bərkidilmiş yastı kiçik sütunu vardır. Sütunların üstünə yelpiyin açılıb bağlanmasına imkan verəcək şəkildə qatlanan bir parça ya da kağız yapışdırılır. == Mənbə == Rhead, G. Wooliscroft.
Allüvial yelpik
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Yelpikqanadlılar
Yelpikqanadlılar (lat. Strepsiptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. == Ümumi məlumat == Düzqanadlılarda, bərabərqanadlılarda və pərdəqanadlılarda parazitlik edən xırda cücülərdir. Yelpikqanadlıları kəskin ifadə olunmuş cinsi dimorfizim səciyələndirir. Erkəklər imaqo mərhələsində sərbəst yaşayandır, bədənləri normal olub, baş, döş və qarıncığa bölünmüşdür. Bədənin uzunluğu 1–7 mm-dir. Başı gödək, güclü şəkildə köndələndir. Bığcıqları yaxşı inkişaf etmişdir, 4-7 buğumdan ibarətdir. Ağız orqanları reduksiya olunmuşdur. İki cüt qanadı var.
Yelpikvari yemişan
Yelpikvari yemişan (lat. Crataegus flabellata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Şimali Amerikanın şimal-şərqi rayonlarını - Kvebekdən Pensilvaniyayadək olan əraziləri əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 6 m-dək olan, çoxgövdəli ağacdır. Budaqları yuxarı qalxan, qonur, zoğları çılpaq, bozumtuldur, kiçik budaqları isə əyridir. İynələri çoxsaylı, möhkəm, biraz əyilmişdir, uzunluğu 3-10 sm-dir. Yarpaqları enli- yumurtavari və ya rombvari, ucu biz, bünövrəsi enli və ya ensiz, xırda dişli, 4-6 cüt yelpikvari yayılan, dərin olmayan pərli, cüt dişciklidir. Uzunluğu 3-7 sm, eni 2,5-6 sm, bəzi zoğlarda uzunluğu 9 sm, eni 8 sm, üstü yapışıq tükcüklü, sonradan çıxıntılı və ya çılpaq olub, alt tərəfi də çılpaqdır. Saplaqların uzunluğu 1-4 sm, yalançı zoğları xətvari-lansetvari, vəzicikli-tükcüklü, tez töküləndir. Çiçək qrupları 8-12 çiçəkli, oxu zəif tükcüklüdür.
Yeni Zelandiya yelpikquyruğu
Yeni Zelandiya yelpikquyruğu—kiçik həşəratyeyən quşdur. Geniş ərazidə yayılmış yelpikquyruqlar Yeni Zelandiyanın Cənub Adalarında, həmçinin Rhipidura fuliginosa placabilis kimi yarımnövləri Şimal Adalarında, Rhipidura fuliginosa penita yarımnövü Çatem adlarında, hal-hazırda nəsli kəsilmiş Rhipidura fuliginosa cervina (və ya Lord Houv yelpikquyruğu) yarımnövü Lord Houv adasında yayılmışdır. Bu quş alabəzək yelpikquyruq və ya Maori dilində Pīwakawaka və ya Tīwakawaka kimi də adlanır. Bu növlər bir çox halda Avstraliya və Yeni Kaledoniyanın boz yelpikquyruqları ilə eyni növ hesab edilir, lakin quşların çağırışlarındakı fərqlərə görə bəzi orqanlar indi bu quşlara ayrıca növ kimi bu yanaşır. == Çoxalması == Yeni Zelandiya yelpikquyruğu mövsümi olaraq çoxalır. Şimal Adalarında avqustdan marta, Cənub Adalarında sentyabrdan yanvara və Çatem adalarında isə oktyabrdan yanvara kimi bala çıxarma dövrüdür. Onlar adətən mövsümdə iki və ya daha çox nəsil artırırlar. Quşlar adətən yığcam, fincanşəkilli yuvalarını ağacların çəngəlində, mamır qabığı və lifdən hazırlanmış və tez-tez hörümçək toru ilə tamamlanmış şəkildə qururlar. Yuvanın qurulmasında hər iki cins iştirak edir. Yuvanın ölçüsü adətən, boz və qəhvəyi xallı üç-dörd yumurta sığacaq qədər olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2008 •••••••••••• 0.24
2010 ••••••••• 0.18
2011 •••••••• 0.17
2012 •••• 0.09
2013 •••••••••••••••••••• 0.44

yelpik sözünün leksik mənası və izahı

  • 1 is. Sərinlik, yaxud ocağı alışdırmaq üçün yellətməklə havanı hərəkətə gətirən alət. Qatlama yelpik. Düz yelpik. Yelpiklə üzünü yellə. Ocağı yelpiklə yelləmək. – İki qız [şahın] başı üstündə oturub tovuz quşu qanadından qayrılmış yelpiklə onu yelpikləyirdi. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / yelpik

yelpik sözünün etimologiyası

  • 1 Mənbələrdə yelpi (обмаихваться), yelpiku (веер) sözləri var. Deməli, sö­zün törəmə kökü “yelpi”dir, həmin feildən yelpik ismi əmələ gəlib, ilk kökü isə yel sözüdür. Yel özü də tarixən feil olub (sürətlə getmək). Külək kəlməsinin sino­nimi olan yel ismi də elə sürətinə görə bu cür adlanıb. Yelpik tarixən heç də yel­ləmək yox, hərəkət etdirmək anlamı ilə bağlıdır. Yelpitmək prosesi əlin hərə­kəti ilə əmələ gəlir. Ehtimal ki, külək sözü ilə kül kəlməsi kökdaşdır, kül ismindən kül-ə-mək (külü, tozü sovurmaq) feili, ondan isə külək (külü, tozü sovuran) ismi yara­nıb. Radlovun əsərində yelbi feili verilib. Ruscaya “веять” kimi tərcümə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yelpik

yelpik sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 YELPİK [Məlik:] O gözəl Milnirə də əlində yelpik üzünü yelpikləyirdi (A.Şaiq); YELPAZƏ (böyük yelpik) Balkonun iki tərəfində durar xidmətçilər tavandan asılmış böyük yelpaziyə hərəkət verirdi (M.S.Ordubadi); YELPİNC Yelləyir körpə ağaclar bizi yelpinc sayağı (S.Rüstəm).

    Azərbaycan dilinin sinonimlər lüğəti / yelpik

yelpik sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. 1. веер. Bəzəkli yelpiklər украшенные (нарядные) веера, lələkli yelpik веер из перьев 2. зоол. опахало (часть пера птиц) II прил. веерный. Yelpik emalatxanası веерная мастерская, yelpik yollar ж-д. веерные пути

    Azərbaycanca-rusca lüğət / yelpik

yelpik sözünün inglis dilinə tərcüməsi

yelpik sözünün fransız dilinə tərcüməsi

yelpik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. веер (гзафни-гзаф аштерхан кӀекрен ттум хьиз кӀватӀиз акъайдай жуваз гар ядай затӀ).

    Azərbaycanca-ləzgicə lüğəti / yelpik

"yelpik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yelpik nədir? #yelpik sözünün mənası #yelpik nə deməkdir? #yelpik sözünün izahı #yelpik sözünün yazılışı #yelpik necə yazılır? #yelpik sözünün düzgün yazılışı #yelpik leksik mənası #yelpik sözünün sinonimi #yelpik sözünün yaxın mənalı sözlər #yelpik sözünün əks mənası #yelpik sözünün etimologiyası #yelpik sözünün orfoqrafiyası #yelpik rusca #yelpik inglisça #yelpik fransızca #yelpik sözünün istifadəsi #sözlük