bəyin sözü azərbaycan dilində

bəyin

Yazılış

  • bəyin • 89.8964%
  • Bəyin • 9.8446%
  • BƏYİN • 0.2591%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəyin oğurlanması
Bəyin oğurlanması – Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən 1985-ci ildə çəkilmiş Azərbaycan filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara Şakirova və Şamil Süleymanov ifa edirlər. == Məzmun == Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur.
Səfi bəyin evi
Səfi bəyin evi — Şuşa şəhərində yerləşən XVIII əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == Səfi bəyin zirzəmiyə malik iki mərtəbəli evi plan xüsusiyyətləri baxımından XVIII–XIX əsrlərdə inşa edilmiş Şuşa evlərini təkrarlasa da, ölçüləri baxımından onlardan seçilir. Uzadılmış düzbucaqlı formasına malik evin mərkəzində yanlardan rizalitlərlə əhatələnmiş iki mərtəbəli lodciya yerləşir.Birinci mərtəbədə xidməti otaqlarla yanaşı rizalitlərdə yerləşdirilmiş iki yaşayış otağı da vardır. Fasadda inşa edilmiş daş pilləkən vasitəsi ilə birinci mərtəbə ilə əlaqələndirilmiş ikinci mərtəbənin mərkəzində böyük qonaq otağı, yanlardakı rizalitlərdə isə iki otaq yerləşir. Otaqların hər ikisi mərkəzi zalla birbaşa əlaqəyə malikdir. Zalın və lodciyanın tavanı, həmçinin qapıların ətrafları zövqlə çəkilmiş freska rəsmləri ilə bəzədilmişdir.Plan həllinin dəqiqliyi həm də öz əksini fasadların həllində tapmışdır. Planın otaqların yerləşdirilməsini özündə tamamilə əks etdirən fasadlar üç hissəyə bölünmüşdür. Fasadların sadə dekorativ xüsusiyyəti tikilinin lakonik həcm-məkan həllini uğurla tamamlayır. Bu rəsmlər dekorativ boyakarlıq və ornament ustası Qənbər Qarabaği tərəfindən çəkilib. == Həmçinin bax == Əsəd bəyin evi Zöhrabbəyovun evi Mehmandarovların evi == İstinadlar == == Ədəbiyyat == Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика.
Uğurlu bəyin evi
Uğurlu bəyin evi — XVIII əsrə aid Şuşa şəhərində yerləşən ölkə əhəmiyyətli abidə. Molla Pənah Vaqifin inzibati binası (Uğurlu bəyin keçmiş evi) == İstinadlar == == Xarici keçidlər == "ŞUŞA DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU". armenianvandalism.preslib.az. İstifadə tarixi: 1 iyul 2021.
İsa bəyin evi
İsa bəyin evi və ya İsa xanın yaşayış evi − Lənkəran şəhərində Axundov küçəsi 50 ünvanında yerləşən ev. Avropa üslubunda inşa edilmiş ev Lənkəranın ilk çoxmərtəbəli tikililərindəndir. == Haqqında == Bina İsa bəy Əlibəyov tərəfindən 1908-ci ildə tikdirilib. Lənkəranın ilk çoxmərtəbəli tikililərindəndir. Deyilənə görə əslən bakılı olan İsa bəy Əlibəyov xan nəslindən olan qızların birinə elçi göndərir. Ali savadlı eləcə də imkanlı olmasına baxmayaraq ona Lənkəranda mülkünün olmadığına görə qızı vermirlər. Sonradan o qısa bir müddətdə binanı inşa etdirib ailə quraraq özü də Lənkərana köçür. O, Lənkəranın ilk ali savadlı həkimi olur. Sovet işğalından sonra əmlakı müsadirə edildikdən sonra özü sürgün edilir. Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra binada Lənkəran Dövlət Universitetinin əsas korpusu yerləşir.
İsmayıl bəyin evi
XX əsrdə tikilmiş tarixi bina. Vaqif küçəsi, 135 ünvanında yerləşir. İnv nömrəsi:3811.. Bina yerli əhəmiyyətli tarixi bina kimi qeydiyyata alınıb. Bina Abidə Dəri Zöhrəvi Xəstəxanası olaraq fəaliyyət göstərir.
Əsəd bəyin evi
Əsəd bəyin evi — Şuşa şəhərində, Voroşilov küçəsində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Uzadılmış düzbucaqlı formasına malik evin birinci mərtəbəsindəki otaqlar üç qrupa bölünmüşdür. Evin mərtəbələri arasında daxili əlaqə mövcud deyil. İkinci mərtəbəyə evin fasadının hər iki küncündə inşa edilmiş iki daş pilləkənlə qalxmaq olar. Qonaq zalı bütün fasad boyunca yerləşdirilmiş nəhəng şəbəkə pəncərəyə malikdir. Həm vestibüllərdən, həm də dəhlizlərdən zalın ətrafındakı otaqlara qapılar açılır. İri qonaq zalı ilə yanaşı, Əsəd bəyin evinin ikinci mərtəbəsində bir qədər kiçik ölçülərə malik olan və tikilinin qərb tərəfində yerləşən ikinci zal da vardır. Bu iki iri zalla yanaşı evin ikinci mərtəbəsində daha 10 otaq da inşa edilmişdir. == Tarixi == Şuşanın ən məşhur əsilzadələrindən olan Əsəd bəyin evi XVIII əsrin əvvəllərində inşa etdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Natəvanın sarayı yaxınlığında yerlşən Əsəd bəyin evinin memarlıq və plan həllində Şəki şəhərində yerləşən Şəkixanovların evi ilə çoxlu ortaq xüsusiyyətlər vardır.
Əsəd bəyin əzabları
Əsəd bəyin əzabları — Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında film. Filmin rejissoru Ralf Marschallekdir. == Məzmun == Filmdə Əsəd bəyin "Qurban Səid" təxəllüsü ilə yazdığı son əlyazması olan "Sevgidən bixəbər kişi" romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi haqsızlıqlar, çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib. Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı "Əli və Nino" romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub. == Haqqında == İki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb. Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası , N. Gəncəvi adına Almaniyada fəaliyyət göstərən Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib. Um Velt Film Berlin studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallekdir. == Təqdimatları == === Almaniya === 2013-cü il mayın 2-də Berlinin "Babylon" kinoteatrında "Əsəd bəyin əzabları" filmi Almaniya ictimaiyyətinə təqdim edilib. Premyeraya İtaliya, Avstriya və Almaniyanın müxtəlif şəhərlərindən Əsəd bəyin tədqiqatçıları, naşirləri, Almaniyanın görkəmli mədəniyyət və kino xadimləri, mətbuat nümayəndələri, Əsəd bəysevərlər, Almaniyada yaşayan azərbaycanlılar və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qatılıblar. Tamaşaçılar, film tənqidçiləri və media mənsubları filmi yüksək qiymətləndiriblər.
Bəyin oğurlanması (film, 1985)
Bəyin oğurlanması – Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən 1985-ci ildə çəkilmiş Azərbaycan filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara Şakirova və Şamil Süleymanov ifa edirlər. == Məzmun == Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur.
Mikayıl (Səlcuq bəyin oğlu)
Mikayıl yaxud Mikayıl ibn Səlcuq — Səlcuq bəyin ən böyük oğlu. Çağrı bəy və Böyük Səlcuq imperiyasının ilk sultanı Toğrulun atasıdır. Atasının sağlığında, bir qala mühasirəsi zamanı öldürüldü.
Ələddin Paşa (Osman Bəyin oğlu)
Ələddin Paşa (1290, Söğüt, Biləcik ili – 1333, Bursa) — İkinci Osmanlı padşahı olan Orxan Qazi dönəmində, təxminən 1320–1331 müddətində sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. == Həyatı == İlk Osmanlı tarixçiləri olan Aşiqpaşazadə, Oruc bəy, Nəsri, İbn Kamalın qeydlərinə görə ilk Osmanlı sədrəzəmi olan Ələddin Paşa ilk Osmanlı padşahı I. Osman Qazinin oğlu idi. Ələddin Paşa atasının səltənəti dönəmində məsləhətlər vermiş, daha sonra atasının əmriylə babası Şeyx Ədəbalının yanına Biləciyə getmiş və burada ona xidmət etməyə başlamışdır. Dövrün tarixi qaynaqlarında atasının vəfatından sonra təşkil olunan müşavirə məclisində taxtdan imtina etdiyi və qardaşı şahzadə Orxanı taxta layiq gördüyü göstərilir. Ələddin bəy vəzirlik dövründə maliyyə, saray geyimi, ordu və qanun tərtibatı ilə bağlı mühüm islahatlar aparmış, onun məsləhəti ilə Orxan Qazinin adına sikkə kəsilmişdir. İlk nizami piyada ordusu və ilk Osmanlı qanunnaməsi məhz onun vəzirlik dövründə tərtib edilmişdir. 1331 tarixində vəzirlikdən ayrılaraq sadə həyat tərzi keçirmiş, bundan 2 il sonra Biga qalasında vəfat etmişdir. Cənazəsi Bursadakı Osman Qazi türbəsinə dəfn edilmişdir. Ölümündən sonra övladlarına səltənət tərəfindən hörmət əlaməti olaraq Ələddin Paşanın adına xeyriyyə cəmiyyəti qurulmuşdur. == Xeyriyyə işləri == Bursada Qala içində iki məscidi və bir imarət tikdirmiş, adına vəqf təsis olunmuşdur.
Əsəd bəyin əzabları (film, 2013)
Əsəd bəyin əzabları — Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında film. Filmin rejissoru Ralf Marschallekdir. == Məzmun == Filmdə Əsəd bəyin "Qurban Səid" təxəllüsü ilə yazdığı son əlyazması olan "Sevgidən bixəbər kişi" romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi haqsızlıqlar, çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib. Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı "Əli və Nino" romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub. == Haqqında == İki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb. Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası , N. Gəncəvi adına Almaniyada fəaliyyət göstərən Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib. Um Velt Film Berlin studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallekdir. == Təqdimatları == === Almaniya === 2013-cü il mayın 2-də Berlinin "Babylon" kinoteatrında "Əsəd bəyin əzabları" filmi Almaniya ictimaiyyətinə təqdim edilib. Premyeraya İtaliya, Avstriya və Almaniyanın müxtəlif şəhərlərindən Əsəd bəyin tədqiqatçıları, naşirləri, Almaniyanın görkəmli mədəniyyət və kino xadimləri, mətbuat nümayəndələri, Əsəd bəysevərlər, Almaniyada yaşayan azərbaycanlılar və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qatılıblar. Tamaşaçılar, film tənqidçiləri və media mənsubları filmi yüksək qiymətləndiriblər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.92 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 ••• 3.15
2004 •••• 4.38
2005 •••••••••••••••••••• 22.27
2006 ••••••••• 9.91
2007 ••••••• 7.19
2008 ••••••••• 9.99
2009 •••••••• 8.80
2010 ••••••••••••• 14.25
2011 •••••••• 8.15
2012 ••••••• 7.40
2013 •••••••••••••••••••• 22.32
2014 •••••••• 8.92
2015 ••• 2.89
2016 ••• 2.43
2017 •• 1.14
2018 ••• 2.25
2019 •••• 4.45
2020 ••••• 5.04

"bəyin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəyin nədir? #bəyin sözünün mənası #bəyin nə deməkdir? #bəyin sözünün izahı #bəyin sözünün yazılışı #bəyin necə yazılır? #bəyin sözünün düzgün yazılışı #bəyin leksik mənası #bəyin sözünün sinonimi #bəyin sözünün yaxın mənalı sözlər #bəyin sözünün əks mənası #bəyin sözünün etimologiyası #bəyin sözünün orfoqrafiyası #bəyin rusca #bəyin inglisça #bəyin fransızca #bəyin sözünün istifadəsi #sözlük