boyun sözü azərbaycan dilində

boyun

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • boyun • 97.2973%
  • Boyun • 2.5542%
  • BOYUN • 0.1485%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Boyun
Boyun — onurğalıların bədəninin başı gövdəyə bağlayan hissəsi. Boyun baş və çiyinlər arasındakı yerdir. (Aristotel) Boyun bir çox həyati funksiyanı yerinə yetirir və çox vaxt xüsusilə həssas bir yerdir. Boyun üzərindən müxtəlif təchizat marşrutları - qida borusu, bağırsaq, traxeya və beynin təchiz etdiyi qan damarları kimi keçir. Servikal vertebra və əzələlər başın ən böyük hərəkətliliyini təmin etmək üçündür. Bütün məməlilərin boyunlarında yeddi fəqərə var. Dünya heyvanlar tarixində qeydə alınan ilk boyun təxminən 375 milyon il əvvəl Devon dövrünün sonunda yaşayan tiktaalikə aid idi. Ancaq bədənin bu hissəsinin meydana gəlməsi ehtimalı daha əvvəl, təxminən 400 milyon il əvvəl, qədim balıqların bədənində yeni bir tənəffüs orqanı, ağciyərlər meydana gələndə ortaya çıxdı. Bəzi heyvanlarda (məsələn, bir zürafə), qidalanma üsulu səbəbindən boyun qeyri-mütənasib olaraq uzun ola bilər.
Boyun fəqərələri
Boyun fəqərələri (lat. vertebrae cervicales) — bura onurğa sütununun boyun nahiyəsinə aid yeddi atlas-C1, aksis-C2, III boyun fəqərəsi (C3), IV boyun fəqərəsi (C4), V boyun fəqərəsi (C5), VI boyun fəqərəsi (C6) and VII boyun fəqərələri (C7) aiddirlər. Boyun fəqərələrindən ilk ikisi: atlas və aksis özünə məxsus qurluşa malik olduqları üçün xüsusi adla adlandırılmışdır. Yerdə qalan 5 fəqərə isə oxşar qurluşa malik olduqları üçün müvafiq sıra nömrəsi ilə adlandırılır.
Boyun kələfi
Boyun kələfi lat. plexus cervicalis üç yuxarı və qismən IV boyun sinirlərinin (C1-C3 və qismən C4) ön şaxələrindən əmələ gələrək ota pilləli və kürəyi qaldıran əzələlərin başlanan uclarının önündə yerləşir və döş-körpücük-məməyəbənzər əzələ ilə örtülü olur. Boyun kələfindən çıxan şaxələr üç qrupa bölünür: birləşdirici, dəri və əzələ şaxələri.
Boyun pirsinqi
Boyun pirsinqi — xaricən boyunda diş izlərini imitasiya edir. Ştanqa boynun yan tərəfinə fiksasiya edilir. Bəzək boyundan çıxarıldıqda dəridə vampir diş izlərinə oxşayan yara izi qalır.
Boyun (ölçü vahidi)
Boyun - qoşqu heyvanlarına aid ölçü vahidi. == Ümumi məlumat == Boyun sözü qoşqu heyvanlarına aiddir. Bir boyun bir cüt deməkdir: bir boyun öküz, bir boyun cöngə, bir boyun kəl və s. Boyunduruq sözü də boyun sözündən yaranmışdır. Bir boyunduruğa iki heyvan qoşulur və bu da bir boyun adlanır. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462.
Odla Qol-Boyun (2002)
== Məzmun == Müasir Azərbaycan kəndlərində kişi əhalisinin qazanc naminə uzun müddətə ölkədən kənara getməsi nəticəsində kəndlərdə yaranan ictimai-mənəvi ab-hava və problemlər filmin əsas süjet xəttini təşkil edir. Gənc qız (Sevinc Hüseynli) anasının (Firəngiz Babayeva) xəstə olduğunu görüb istəklisindən ayrılaraq neçə illər öncə qazanc dalınca Rusiyaya yollanan və tez bir zamanda var-dövlət əldə edən özündən yaşca böyük kişi (Abbas Qəhrəmanov) ilə ailə qurmağa məcbur olur. Çox keçmir, istəməyərək qurulan ailənin aqibəti ayrılıq və faciə ilə nəticələnir. Toydan sonra əri gəlini evdə qoyub, həmişəlik Rusiyaya qayıdır. Rüsvay olmuş gəlin, düşdüyü pis vəziyyətdən yeganə çıxış yolunu tapır. == Film haqqında == Film rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Həmçinin film rejissorun diplom işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Mirbala Səlimli (Mirbala Səlimov kimi) Ssenari müəllifi: Mirbala Səlimli, Vaqif Aslan Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Adil Azay Səs operatoru: Əsəd Əsədov Musiqi tərtibatı: Rauf Əliyev (Rafiq Əliyev kimi) Rejissor: Arzu Urşan Operator: Tərlan Babayev Montaj: Gülşən Səlimova Qrim: Babək Rüstəmov Filmin direktoru: Arif Səfərov Bədii rəhbər: Eldar Quliyev === Rollarda === Sevinc Hüseynli — gəlin Tural Ağayev — Kamran Sidiqqə Heydərova (Siddiqə Heydərova kimi) — nənə Abbas Qəhrəmanov — təzəbəy Firəngiz Babayeva — ana Xanlar Həşimzadə — Pişton Zahid Mustafayev — qayınata Qənirə Məmmədova — qayınana İlahə Rzayeva — nəvə Əbülfəz Salahov Sima Şabanova (S.Şabanova kimi) R.Xəlilməmmədov V.Rəhimova === Filmi səsləndirən === Zərnigar Ağakişiyeva — Qayınana (Qənirə Məmmədova) (titrlərdə yoxdur) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi == Çəkilişə köməklik edən qurum == Şəki Şəhər Elektrik Şəbəkəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Odla qol-boyun (film, 2002)
== Məzmun == Müasir Azərbaycan kəndlərində kişi əhalisinin qazanc naminə uzun müddətə ölkədən kənara getməsi nəticəsində kəndlərdə yaranan ictimai-mənəvi ab-hava və problemlər filmin əsas süjet xəttini təşkil edir. Gənc qız (Sevinc Hüseynli) anasının (Firəngiz Babayeva) xəstə olduğunu görüb istəklisindən ayrılaraq neçə illər öncə qazanc dalınca Rusiyaya yollanan və tez bir zamanda var-dövlət əldə edən özündən yaşca böyük kişi (Abbas Qəhrəmanov) ilə ailə qurmağa məcbur olur. Çox keçmir, istəməyərək qurulan ailənin aqibəti ayrılıq və faciə ilə nəticələnir. Toydan sonra əri gəlini evdə qoyub, həmişəlik Rusiyaya qayıdır. Rüsvay olmuş gəlin, düşdüyü pis vəziyyətdən yeganə çıxış yolunu tapır. == Film haqqında == Film rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Həmçinin film rejissorun diplom işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Mirbala Səlimli (Mirbala Səlimov kimi) Ssenari müəllifi: Mirbala Səlimli, Vaqif Aslan Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Adil Azay Səs operatoru: Əsəd Əsədov Musiqi tərtibatı: Rauf Əliyev (Rafiq Əliyev kimi) Rejissor: Arzu Urşan Operator: Tərlan Babayev Montaj: Gülşən Səlimova Qrim: Babək Rüstəmov Filmin direktoru: Arif Səfərov Bədii rəhbər: Eldar Quliyev === Rollarda === Sevinc Hüseynli — gəlin Tural Ağayev — Kamran Sidiqqə Heydərova (Siddiqə Heydərova kimi) — nənə Abbas Qəhrəmanov — təzəbəy Firəngiz Babayeva — ana Xanlar Həşimzadə — Pişton Zahid Mustafayev — qayınata Qənirə Məmmədova — qayınana İlahə Rzayeva — nəvə Əbülfəz Salahov Sima Şabanova (S.Şabanova kimi) R.Xəlilməmmədov V.Rəhimova === Filmi səsləndirən === Zərnigar Ağakişiyeva — Qayınana (Qənirə Məmmədova) (titrlərdə yoxdur) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi == Çəkilişə köməklik edən qurum == Şəki Şəhər Elektrik Şəbəkəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Azərbaycan incəsənəti minilliklər boyunca (film, 2014)
Azərbaycan incəsənəti minilliklər boyunca qısametrajlı sənədli televiziya filmi rejissor Elçin Qasımov tərəfindən 2014-cü ildə çəkilmişdir. İctimai televiziyada istehsal edilmişdir. Film kökü minilliklərə gedib çıxan Azərbaycan incəsənəti, mədəniyyəti tarixini vərəqləyir. == Məzmun == Film kökü minilliklərə gedib çıxan Azərbaycan incəsənəti, mədəniyyəti tarixini vərəqləyir.
Boyuna eyakulyasiya
Boyuna eyakulyasiya, boyuna boşalma, boyun boşalması — cinsi akt üçün istifadə edilən jarqondur. Kişinin spermasını başqasının boynuna, döşünə, döşünün üstünə, sinəsinə və ya sinəsinin üstünə eyakulyasiya etməsidir. Bu üsul prezervativ taxmamağı üstün tutan insanlar üçün təhlükəsiz seks alternativi kimi seks işçiləri tərəfindən müntəzəm olaraq istifadə edilir.
Boyunbağı
Boyunbağı- Boyun ətrafında geyilən qiymətli mədənlər, qiymətli daşlar və ya sıravi vəsaitlərdən tikilmiş bijüteriya.Boyunbağılar ən sadə halıyla, bir zəncir və ya kəndir üzərinə keçirilmiş daşlardan və ya boyunbağı uclarından meydana gəlirlər.
Boyunəkər
Boyunəkər, Boynakər, Boynəgər, Boynəkər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 9 noyabr 2020- ci ildə Azərbaycan Respubliksı Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Boynəgər kəndi Bazarçayın sahilindədir. Boynakər variantında da qeydə alınmışdır. Kənd Boyunəkərə yeri adlı sahədə salındığı üçün həmin sahənin adını götürmüşdür. Oykonim boyun (burada kotana qoşulan bir cüt öküz) və əkər (şumlanması asan olan, münbit torpaq sahəsi) sözlərindən düzəlib, "kotana qoşulan öküzlə şumlanan sahə" mənasındadır.
Monqol-tatar boyunduruğu
Monqol-tatar boyunduruğu (rus. Монголо-татарское иго), orda hökmranlığı (rus. ордынское владычество), sovet tarixşünaslığında Monqol-tatar zülmü (azərb-kiril. Монгол-татар зүлмү) — Rusiyada monqol-tatar feodallarının XIII–XV əsrlərdə Rus torpaqlarında hakimiyyət sistemi. == Tarixi == Rusiyada qurulan bu sistem işğal olunmuş yerləri ağır vergilər və soyğunçu yürüşlər vasitəsilə müntəzəm istismar etmək məqsədini güdürdü. Rus knyazlıqları bilavasitə Monqol feodal imperiyasına daxil deyildi. Onlara baskaklar və monqol-tatar xanlarının digər nümayəndələri nəzarət edirdilər. Monqol-tatar boyunduruğu formal surətdə 1243-cü ildə, knyaz Yaroslav Vsevolodiviçin monqol xanından Böyük Vladimir knyazlığına yarlıq alması ilə bərqərar oldu. XIII əsrin 60-cı illərinədək rus torpaqları Böyük Monqol, sonra isə Qızıl Orda xanlarının hakimiyyəti altında idi. Monqol-tatarların vergi və mükəlləfiyyətlərinin 14 növü var idi.
Ovçular təpəsi boyunbağısı
Ovçular təpəsi boyunbağısı — Ovçular təpəsi yaşayış yerindən aşkar edilmiş Eneolit dövrünə aid qızıl boyunbağıdır. Boyunbağı AMEA Naxçıvan Bölməsi və Fransa Milli Araşdırmalar Mərkəzinin birgə həyata keçirdiyi arxeoloji tədqiqatlar zamanı arxeoloqlar Vəli Baxşəliyev, Ketrin Marro və Səfər Aşurov tərəfindən aşkarlanmışdır. Artefakt Cənubi Qafqazın ən qədim qızıl əşyası kimi qiymətləndirilmişdir. == Ərəfə == Naxçıvan ərazisi qədim tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir. Naxçıvan İkiçayarasına yaxın yerləşdiyinə görə burada mədəniyyət daha tez inkişaf etmiş və bu ərazidə yaşayan tayfalar İkiçayarası mədəniyyətləri ilə daimi əlaqədə olmuşlar. Regionda yerləşən I Kültəpə və II Kültəpə, Naxçıvantəpə, Maxta, Oğlanqala və digər çoxsaylı qədim yaşayış yerlərində aparılmış tədqiqatlar bölgənin qədim tarixinə dair maraqlı məlumat və artefaktların üzə çıxarılmasına imkan vermişdir. === Ovçular təpəsi yaşayış yeri === Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən və e.ə. V–III minilliklərə aid edilən Ovçular təpəsi yaşayış yerində ilk tədqiqatlar Vəli Əliyev və A. Q. Seyidov tərəfindən aparılmışdır. Həmin tədqiatlar zamanı arxeoloqlar abidə ərazisindən Eneolit və İlk Tunc dövrünə aid mədəni təbəqə və müvafiq artefaktlar aşkar etmişlər. Daha sonra abidədə S. H. Aşurov arxeoloji qazıntı işləri aparmış və çoxsaylı tikinti qalıqları üzə çıxarmağa müvəffəq olmuşdur.
Yaşıl boyunbağı (film, 1975)
== Məzmun == Kinolentdə Bakının yaşıllaşdırılmasından, bu sahədə aparılan işlərdən söhbət açılır. == Film haqqında == Film Bakı Şəhəri İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir. Filmdə kinoxronika kadrlarından da istifadə olunmuşdur.
Qızılı boyunlu qızılquş
Qızılı boyunlu qızılquş (lat. Falco chicquera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Boyunardı
Peysər və ya bəzən boyunardı – boynun arxa tərəfi. Farsmənşəli sözdür. == Təbiətdə == Məməlilərin bir çox növündə peysərdə dərinin sərbəst, qeyri-həssas hissəsi yerləşir. Analar balalarını daşımaq üçün onları bu yerdən ağıza alırlar. Bu, balanın daşınarkən hərəkətsiz qalmasına şərait yaradır. Pişiklər cütləşərkən erkək fərd dişi fərdin hərəkətini məhdudlaşdırmaq üçün onun peysərindən dişləyir. == Mədəniyyətdə == Ənənəvi Yaponiya mədəniyyətində peysər (項, unaci) qadınlar tərəfindən paltarla örtülməyən azsaylı bədən hissələrindən biridir. Qadının peysəri bir çox yapon kişi üçün qadının cazibədar bölgələrindən biri hesab olunur.Livan və Misir mədəniyyətlərində şəxsin peysərinə əllə vurmaq ağır təhqir hesab olunur. Müasir Azərbaycan dilində isə "peysər" vulqar söz kimi işlədilir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Peysər ilə əlaqəli mediafayllar var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 11.93 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 •••••••• 7.09
2004 •••••••••••••• 12.13
2005 ••••••••••• 9.45
2006 ••••••••••••••••• 14.42
2007 ••••••••• 8.03
2008 •••• 2.92
2009 ••••••••••••••••• 14.40
2010 •••••••••••••••••••• 17.97
2011 •••••••••••••• 12.35
2012 •••••••••••••••• 14.20
2013 ••••••••••••••••••• 16.92
2014 •••••••••••••••• 13.73
2015 •••••••••••• 10.21
2016 ••••••••••• 9.02
2017 ••••••••••• 9.76
2018 ••••••••• 7.79
2019 •••••••••• 8.48
2020 ••••••••••••• 11.54

boyun sözünün leksik mənası və izahı

  • 1 is. 1. Başın bədənlə birləşən hissəsi. Yoğun boyun. Əyri boyun. Uzun boyun. Boynundan yapışmaq. 2. Paltarın, boğazı dövrələyən hissəsi. Paltonun boynu. Dik boyun. Köynəyin boynu dardır. 3. Arabaya və kotana qoşulan cüt heyvan (öküz, ya kəl). Tarverdi hərəsi dörd boyun, [yəni] səkkiz öküzdən ibarət iki xış əlavə düzəldib, kövşənə saldı. S.Rəhimov. Qara kişi bir boyun öküz alıb. Ə.Əbülhəsən. 4. Bir şeyin boyuna oxşayan hissəsi. Elektrik çarxının boynuna dolaşan qayışın qəzəblə hərəkəti, mədən qarovullarının fit səsləri … Jenyanı düşündürürdü. M.S.Ordubadi. 5. Dağın, qayanın və s.-nin təpəsi ilə döşü arasındakı hissə. Ortadakı təpənin boynunda çoban dayanmışdı. S.Rəhimov. 6. Yerlik halında: boynunda, boynumda, boynumuzda və s. – üzərində, üzərimdə, üzərimizdə; öhdəsində, öhdəmdə, öhdəmizdə və s. Can qəmin çəkmiş idi, var idi boynumda həqqi. Füzuli. Kimdir mənim kimi ellər dəlisi? Hər kimsənin öz boynunda karı var. Q.Zakir. [Fərhad:] Əmimin mənim boynumda çox haqqı var. Ə.Haqverdiyev. // Çıxışlıq halında: boynundan, boynumdan, boynumuzdan və s. – üzərindən, üzərimdən, üzərimizdən və s. [Məhərrəm bəy:] Dərhal durub gəldim ki, o borcu [İmrana] verib atamın boynundan saqit edəm. S.S.Axundov. // Yönlük halında: boynuna, boynuma, boynumuza və s. – üzərinə, üzərimə, üzərimizə və s. [Alı:] Hörgü işləri bizim boynumuza. İ.Əfəndiyev. ◊ Boynu gəlmək – boyunduruqdan boyun əti şişmək (heyvanın). Boynu(n) sınsın! – qarğış, nifrin yerində işlənir. [Cənnətəli:] Baxırsanmı? Ha sizin boynunuz sınsın! N.Vəzirov. Boynuna almaq – 1) bir işi görmüş olduğunu etiraf etmək, açıb söyləmək. Müttəhim günahlarını boynuna aldı. Öz səhvini namusla boynuna almaq. – [Əsədin] fikrincə, Mahmud əmi xortdanı görməsə və ya görüb də boynuna almasa, daha bundan sonra bir kəs onun sözünə inanmayacaq… B.Talıblı; 2) öhdəsinə götürmək, üzərinə götürmək. Niftalı bəy də boynuna aldı ki, Həcəri tutaram. “Qaçaq Nəbi”. Boynuna atılmaq – qucaqlamaq. Pəricahan xanım … qaçaraq Əmir Aslan ağanın boynuna atılır. S.S.Axundov. Boynuna atmaq – bax boynuna yıxmaq. [Kapitan:] Bu [şübhə] bizə haqq vermir ki, hər şeyi onun boynuna ataq. Ə.Əbülhəsən. Boynuna bağlamaq – bax boynuna qoymaq 3-cü mənada. Buna əlavə olaraq bizim boynumuza elə bir yazı da bağladılar ki, onun sayəsində ümumə müyəssər olan savadı əldə etmək bizim üçün işlərin ən çətini olmuşdur. M.F.Axundzadə. Boynuna çəkmək – öhdəsinə götürmək, üzərinə götürmək, razı olmaq. Usta Zeynal gəldi və boynuna çəkdi, günü iki manata Muqdusi Akopun səqfini təmir etsin. C.Məmmədquluzadə. Boynuna düşmək – 1) üzərinə düşmək, öhdəsinə düşmək. Beləliklə, payız əkininin qalmış hissəsini başa vurmaq, tör-töküntüləri qurtarmaq Mürşüdoğlunun boynuna düşmüşdü. S.Rəhimov; 2) acığa düşmək, tərslik etmək, inad etmək, tərsliyə başlamaq. Oğlan evinin də boynuna düşərdi, qızın talağını verməzdi, iş ölüböldürməyə çıxardı. H.Sarabski. Boynuna götürmək – bax boynuna çəkmək. Bir dəfə boynuma götürmüşdüm ki, mən bunu [tələbəni] ictimaiyyatdan hazırlayım. Qantəmir. Mən işi öz boynuma götürməliyəm. S.Rəhimov. Boynuna qoymaq – 1) iqrar etdirmək, etiraf etdirmək; 2) məcbur etmək, razı etmək, qəbul etdirmək. [Əmiri-topxanə:] …Onu dəxi razı edin, boynuna qoyun. M.F.Axundzadə. [Koxa:] Mən özüm … onların boynuna qoyaram ki, daha birdəfəlik oğurluğu tərgitsinlər. S.Rəhimov; 3) üzərinə yükləmək, zorla qəbul etdirmək. Boynuna mindirmək – bax başına mindirmək (“baş” sözündə). Boynuna minmək – birinin üzərində tam hakim olmaq, ixtiyarını əlindən almaq. Boynuna minnət qoymaq – bax minnət qoymaq (“minnət” sözündə). Boynuna sarılmaq – bax boynuna atılmaq. Xala qapını açdı, məni görcək boynuma sarıldı. S.S.Axundov. [Kərim baba:] Qızımın boynuna necə sarılmışam, … üzündən-gözündən necə öpürəm. A.Şaiq. Yarım saatdan bəri qapıda gözləyən Yeməncik nəşəli bir çığırıq ilə atasını qarşılayıb boynuna sarılır. H.Nəzərli. Boynuna təklif gəlmək – üzərinə düşmək, üzərinə vəzifə düşmək. Boynuna yıxmaq – üzərinə atmaq, isnad etmək (təqsiri, günahı). Boynuna yükləmək – 1) öhdəsinə qoymaq, üzərinə qoymaq; 2) qəbul etdirmək (işi, vəzifəni). Boynunda qalmaq – öhdəsində qalmaq, borclu olmaq. Boynunda olmaq – 1) öhdəsində olmaq, üzərində olmaq, görməli olmaq. Bu iş sənin boynunda olsaydı, çaşıb qalardın; 2) hamilə olmaq. Boynundan atmaq – rədd etmək, üzərindən atmaq, öhdəsinə götürməmək. Boynunu burmaq – fağır-fağır durmaq. Əbiş qollarını açaraq – Əsirgə, Kosa, balam yazıqdır, – deyib boynunu burdu. S.Rəhimov. Boynunu bükmək – məhzun-məhzun, yazıq-yazıq, fağır-fağır, məzlum-məzlum oturmaq. [Tubu:] Mən gedib günortayacan boynumu büküb, ağanın qapısında işimdən avara ola bilmərəm… Ə.Haqverdiyev. Hamısı boyunlarını bükərək, gözlərini aşağıdan yuxarı üzünə dikib baxırdı. A.Şaiq. Boynunu vurmaq – başını kəsməklə edam etmək; // cəza olaraq öldürmək. …Vur boynumu, gəl, var isə günahım; Sevdiyim, bu qədər əzab istəməz. Q.Zakir. Boynunun ardını görəndə – heç vaxt, qətiyyən. Boyun əti olmaq – asılı olmaq. Boyun əymək – 1) tabe olmaq, itaət etmək. Sahibkarlar tətil komitəsinin qarşısında boyun əyməkdən başqa bir çarə tapmırdılar. M.S.Ordubadi. [Ramazan:] Gedin, həmişəki kimi öz torpağınızı əkin, biçin və heç kəsə də boyun əyməyin. B.Talıblı; 2) yalvarmaq, minnət etmək, alçalmaq. Boyun qaçırmaq – imtina etmək, qəbul etməmək, boynundan atmaq. [Hacı Qurban:] Sənin heç yerdə sözün yerə düşməyibdir, indi nə üçün boyun qaçırırsan? N.Vəzirov. Fəhlələr öz təşkilatlarının intizamını gözləməkdən heç boyun qaçırmazlar. M.S.Ordubadi. Boyun qoymaq – razı olmaq, öhdəsinə götürmək, üzərinə almaq. Kənddən gələn yoxsullar ucuz qiymətə işləməyə boyun qoyduqlarından, zavod işçiləri sahibkardan heç bir tələb edə bilmədilər. H.Nəzərli. Boyun olmaq – söz vermək, vəd etmək. Bəyin yaxın adamlarından biri [camadar və dəlləyə] ya orada pul verərdi və ya da xələt boyun olardı. H.Sarabski. [Firidun:] Kasıb bir tələbə sizin kimi xanıma nə boyun ola bilər? M.İbrahimov; 2) boynuna almaq, düzünü demək. Kəndlilər Nəbini gizlətdilər. Nəçənnik nə qədər qınadısa, boyun olmadılar. “Qaçaq Nəbi”. Boyun tutmaq – razı olmaq, qəbul etmək. Boyun vermək – razı olmaq, razılıq vermək, öhdəsinə götürmək. Boyun-boyuna durmaq (vermək) – məzlum-məzlum, yazıqyazıq durmaq (bir neçə adam haqqında).

    Azərbaycan dilinin izahlı lüğəti / boyun

boyun sözünün etimologiyası

  • 1 Qılıncın tiyəsi ilə dəstəyin birləşdiyi yerə “boyun” deyiblər. Arabanın qolunun oxa birləşdiyi yerə indi də “boyun” deyirlər. Deməli, boyun kəlməsi “birləşmə, boğaz” anlamı ilə bağlıdır. Güman ki, insan və heyvanda da boyun (yəni boğaz) “başın bədənə birləşdiyi yer” deməkdir. Mənbələrdə boyun əvəzinə boğuzdaq kəlməsi də işlədilib. Qığırdaqa isə “boğurdaq” deyiblər. Görünür, boyun və boğaz kökdaş sözlərdir, “boğuq yer” anlamını verir. İkinci və daha inandırıcı ehtimala görə, boyun burmaq feili ilə bağlı yaranıb, “o yana, bu yana burula bilən” demək­dir. Boy-lan-maq sözü göstərir ki, sözün kökü boy hissəsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / boyun

boyun sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 BOYUN (başı bədənə birləşdirən hissə) Fərid boynundakı qalstuku açdı, Qaragiləyə uzatdı (M.İbrahimov); BOĞAZ [Həmzə:] Çox bədəbəd eləsə, sallam ipi boğazına, tullaram quyuya – nə dil bilər, nə do dodaq (C.Cabbarlı); GƏRDƏN (köhn.) Siyah zülfün dal gərdəndə hörəsən; Əl uzadıb, qönçə gülün dərəsən (Aşıq Ələsgər).

    Azərbaycan dilinin sinonimlər lüğəti / boyun

boyun sözünün rus dilinə tərcüməsi

  • 1 1. шея; 2. воротник;

    Azərbaycanca-rusca lüğət / boyun
  • 2 I сущ. 1. шея. Boynunu qucaqlamaq обнимать за шею 2. ворот одежды 3. устар. пара (рабочих быков, буйволов) 4. увал (вытянувшаяся в длину возвышенность) II прил. мед. шейный. Boyun siniri шейный нерв, boyunun dərin arteriyası шейная глубокая артерия, boyun əzələləri шейные мышцы, boyun fəqərələri шейные позвонки ◊ boynu allaf xoruzunun boynuna dönmək заплыть жиром, лопаться от(с) жиру; boynu armud saplağına dönmək сильно похудеть, отощать; boynun altında qalsın чтобы ты сломал себе шею; boynunun ardını görəndə когда рак на горе свистнет; boynun sınsın! будь ты неладен!; boynuna almaq: 1. сознаваться, сознаться, признаваться, признаться в чём-л.; 2. брать на себя, на свою ответственность; boynuna atılmaq кидаться, кинуться, бросаться, броситься на шею кому; boynuna atmaq, yıxmaq kimin валить, сваливать на кого (обязанности, вину и т. п); boynuna qoymaq kimin nəyi 1. навязывать, навязать что кому, добиться чьего согласия на что, взваливать, взвалить на кого бремя 2. сваливать, свалить на кого вину 3. заставить кого признаться в чём; boynunua düşmək (qoyulmaq) возлагаться, быть возложенным на кого; boynuna uşaq düşmək забеременеть; boynuna yıxmaq kimin nə (nəyi): 1. взваливать, взвалить вину на кого 2. пришивать, пришить дело кому; boynuna yükləmək взваливать, взвалить на кого свою работу; boynuna götürmək nəyi 1. брать на душу что 2. брать на свою ответственность 3. признаться в совершении преступления; boynuna mindirmək kimi посадить на шею кого; boynuna minmək садиться, сесть на шею кому; boynuna sarılmaq kimin крепко обнимать, обнять кого; boynuna torba asmaq пойти (идти, ходить) с сумой; boynuna torba salmaq см. boynuna torba asmaq; boynuna çəkmək см. boynuna götürmək; boynunda boyunduruq daşımaq нести ярмо; boynunda qalmaq kimin nə лечь, ложиться на чьи плечи; boynunda olmaq kimin 1. быть на чьей шее 2. быть у кого на иждивении; boynundan asılmaq висеть на шее у кого; boynundan atmaq: 1. наотрез отказаться, не признаваться в чём-л.; 2. сбросить с себя, скинуть с плеч; 3. снимать, снять с себя ответственность; 4. увиливать, увильнуть, отнекиваться; boynundan vurub çıxarmaq вытолкать взашей кого, гнать в три шеи кого; boyun vermək соглашаться, согласиться, быть согласным; boyun qaçırmaq уклоняться, уклониться, отговариваться, отвиливать, увиливать от чего-л.; boyun əymək kimə 1. гнуть шею перед кем 2. умолять, просить кого; boyun əti olmaq быть в зависимом положении от кого; boyun olmaq kimə обещать, дать слово кому; boyun olsun – boyunduruq tapılar была бы шея, а хомут найдется; boyun tutmaq сильно поправиться, заплыть жиром; boyun-boyuna vermək: 1. прижаться друг к другу; 2. стоять как в воду опущенные (о нескольких лицах); boynunu bükmək принять жалкий вид, впасть в уныние; boynunu vurmaq kimin обезглавить, казнить кого; boynunu sındırmaq сломать себе шею; boynunun ardını qaşımaq чесать затылок, быть озадаченным чем-л.; boynunun ardına vurub говмаг гнать в шею кого; boynunun ardını görəndə görər не видать к ому как своего затылка

    Azərbaycanca-rusca lüğət / boyun

boyun sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. neck; bir kəsin boynuna atılmaq to fall* on smb.’s neck; qolunu bir kəsin boynuna salmaq to fling* / to throw* one’s arms round smb.’s neck; ~ qaçırmaq to deviate from; not to agree with, not to give one’s consent; məsuliyyətdən ~ qaçırmaq to dodge the responsibility; boynuna almaq / götürmək to acknowledge (d.), to admit (d.), to confess (d.), to own (d.); O səhv etdiyini boynuna aldı He owned he was wrong; boynuna qoymaq to press on; to make* smb. agree to do smth. / to carry out some work; boynuna mindirmək to put* smb. on one’s neck; məc. to allow smb. to act / to behave as freely as one wants; bir işi boynuna götürmək / çəkmək to give* one’s consent to carry out some work, to promise to do smth.; boynundan atmaq to repudiate (d.), to refuse (d.); to decline (d.), to deny (d.); vədindən ~ qaçırmaq to go* back on one’s promise, to retract one’s promise; bir kəsin boynunu vurmaq to cut* / to chop smb.’s head, to decapitate (d.) II. s. neck; elm. jugular; ~ zənciri neck-chain; ~ yaylığı neckkerchief; ~ fəqərəsi anat. jugular vertebra; ~ venası / damarı jugular vein

    Azərbaycanca-ingiliscə lüğət / boyun

boyun sözünün fransız dilinə tərcüməsi

  • 1 is. cou m ; encolure f ; özünün boynunu sındırmaq rompre (se) le cou, casser (se) le cou ; bir kəsin boynuna atılmaq jeter (tt)(se) au cou de qn ; onun boynu möhkəmdir il a un bon dos, il a qn sur les bras ; kimisə boynunda gəzdirmək avoir qn sur le dos ; boynunda oturmaq (boynundan sallanmaq) vivre aux crochets de qn ; être à la charge de qn ; boynundan yapışıb bayıra tullamaq flanquer qn dehors, flanquer qn à la porte boynundan atmaq refuser catégoriquement ; vədindən ~ qaçırmaq soustraire (se) de ses promesses ; bir kəsin boynunu vurmaq décapiter qn ; ~ zənciri sautoir m ; ~ yaylığı fichu m ; foulard m ; ~ fəqərəsi anat. vertèbre f cervicale ; ~ venası (veine) jugulaire f

    Azərbaycanca-fransızca lüğət / boyun

boyun sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. гардан; əyri boyun какур гардан; 2. хев (пекинин гардандилай элкъведай пай); paltonun boynu палтудин хев; 3. жуьт, арабадик ва я туьрездик кутадай кьве гьайван, (яц ва я гамиш); bir boyun öküz са жуьт яцар; 4. са затӀунин гардандиз ухшар пай; // дагъдин кукӀушдинни хурун арада авай пай; ** boynu gəlmək хев акъатун (викӀини тушунна гардандал хер хьун; мес. яцран); boynu(n) sınsın! къаргъ. (адан, ви) гардан хурай! гардан кӀарарай (цамарай) акъатуй!; boynuna almaq хиве кьун а) са кар ва я са тахсир хиве кьун, ачухдаказ лугьун, чирун; б) хивез къачун, гаф гун; boynuna atılmaq гардан кьун, гарданда гьатун, къужахламишун; boynuna atmaq кил. boynuna yıxmaq; boynuna bağlamaq кил. boynuna qoymaq в); boynuna çəkmək хиве кьун, хивез къачун, рази хьун; boynuna düşmək а) хиве гьатун, хивез аватун; б) хъиле гьатун, терсвал авун, терсвал ийиз авалун; boynuna götürmək кил. boynuna çəkmək; boynuna qoymaq а) хиве кьаз тун, лугьуз гун; б) хиве ттун, мажбур авун, рази авун, кьабулиз тун; в) хиве ттун, хивез вегьин, гужалди кьабулиз тун; boynuna mindirmək кил. baş (başına mindirmək); boynuna minmək кьамал акьахун, садан винел там гьаким хьун, адан ихтиярар гъиляй къачун; boynuna minnət qoymaq кил. minnət (minnət qoymaq); boynuna sarılmaq кил. boynuna atılmaq; boynuna yükləmək хиве ттун а) хивез вегьин; б) кьабулиз тун (са кар, везифа); boynunda qalmaq хиве амукьун, буржлу хьун; boynunda olmaq а) хиве аваз хьун, авун лазим яз хьун (мес. са кар); б) руфунал залан яз хьун; boynundan atmaq хиве такьун, хивез къачун тавун, ред авун; boynunu burmaq гардан кӀирун, фагъирдаказ акъвазун; boynunu bükmək гардан кӀирун, фагъир-фагъир, язух-язух, тӀува къведайвал ацукьун; boynunu vurmaq гардан ягъун, кьил атӀун, кьин (жаза яз); boynunun ardını görəndə пер. ламран ттум чиликай фейила, яни са чӀавузни; boyun əti olmaq аслу хьун; boyun əymək гардан кӀирун а) табий хьун, муьтӀуьгъ хьун, итӀаат авун; б) гардан кӀирвал авун, минетун, усал хьун (масадан вилик); boyun qaçırmaq кьил къакъудун, хев къакъудун, хиве такьун, кьабул тавун, кьулухъ акъвазун; boyun qoymaq хиве кьун, рази хьун, хивез къачун; boyun olmaq хиве кьун а) гаф гун; б) дуьз лугьун; boyun tutmaq хиве кьун, рази хьун, кьабул авун; boyun vermək рази хьун, разивал гун, хивез къачун; boyun-boyuna durmaq (vermək) язух-язух, фагъир-фагъир, гардан кӀирна акъвазун (са шумуд кас санал).

    Azərbaycanca-ləzgicə lüğəti / boyun

boyun sözünün türk dilinə tərcüməsi

boyun sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağdam, Bərdə, Qazax, Şəmkir, Şuşa) araba və ya kotana qoşulan cüt öküz, kəl. – Üş boyun qoşmuşdux, gənə yoxuşu çıxa bilmirdix’ (Ağdam); – Yerə baxır, dayna, elə yer olur iki boyun qoşurux kotana, elə yer olur bir (Bərdə); – Yer elə bətdi <bərk> ki, dört boyun ulax da kotanı çəkə bilmer (Şəmkir) II (Kürdəmir) bir cüt öküzlə bir gün ərzində şumlamaq mümkün olan torpaq sahəsi. – Bi boyun yeri də bizə verməzdilər

Azərbaycan dilinin dialektoloji lüğəti.

"boyun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#boyun nədir? #boyun sözünün mənası #boyun nə deməkdir? #boyun sözünün izahı #boyun sözünün yazılışı #boyun necə yazılır? #boyun sözünün düzgün yazılışı #boyun leksik mənası #boyun sözünün sinonimi #boyun sözünün yaxın mənalı sözlər #boyun sözünün əks mənası #boyun sözünün etimologiyası #boyun sözünün orfoqrafiyası #boyun rusca #boyun inglisça #boyun fransızca #boyun sözünün istifadəsi #sözlük