* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••• | 10.28 |
2003 | ••• | 5.12 |
2004 | •••••• | 10.11 |
2005 | ••••• | 8.10 |
2006 | ••••••••••••••••• | 29.96 |
2007 | •••••••••••••••••••• | 36.58 |
2008 | ••••••••••••••••••• | 34.35 |
2009 | •••••••••••••••••••• | 37.28 |
2010 | •••••••••••••••••• | 32.13 |
2011 | •••••••••••••••• | 28.83 |
2012 | •••••••••••••••• | 27.97 |
2013 | •••••••••••••••• | 28.30 |
2014 | ••••••••••• | 20.25 |
2015 | ••••••• | 12.08 |
2016 | ••••• | 8.85 |
2017 | ••• | 5.37 |
2018 | •••••• | 10.64 |
2019 | •••••• | 9.88 |
2020 | ••••••••• | 15.65 |
1 is. 1. Ağuş, qucaq. Anası uşağı qoynuna alıb yatdı. – Necə ki, insana qurbağanı ələ alıb qoynuna qatmaq nagüvara gələr, elə də bəlkə bundan artıq Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb ona ər demək nagüvara və naxoş görünürdü. C.Məmmədquluzadə. Bütün bir səhəri yalvardım durdum; Boş qalmış qoynuna çiçək doldurdum. Ə.Cavad. // Obrazlı təsvirlərdə. Xəzər dənizinin qoynuna girmiş olan Bakı şəhərinin gecəsini … elektrik işıqları alaqaranlıq bir səhərə çevirmişdi. A.Şaiq. [Beyrək] … yüyürüb özünü köpüklənən dalğaların qoynuna atdı. M.Rzaquluzadə. 2. Paltarın döşə qovuşan yeri, döşü; qoltuq. Molla İbrahim Xəlil … saatı qoyun cibindən çıxarıb baxır. M.F.Axundzadə. Mən kağızı qoynumdan çıxarıb ona verdim. M.S.Ordubadi. Kiçikxanım şəkli qoynuna qoydu. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / qoyun2 is. Ət, yun və süd verən sıx, qıvrım tüklü gövşək ev heyvanı. Alışan tayaların işığında hürküşüb bir-birinə qarışmış qoyun sürüləri mələşir. M.Rzaquluzadə. ◊ Qoyun kimi – təbiətcə çox yumşaq, həlim, sakit, dinc. Qoyunu qoyun ayağından, keçini keçi… – hər kəsə öz əməlinə, işinə və s.-yə görə yanaşmalı, qiymətləndirməli. Qoyunu qurda tapşırmaq – etibar edilə bilməyən adam haqqında. Qurdla qoyun bir yerdə otlayır – əmin-amanlıq, asayiş, dinclik mənasında.
Azərbaycan dilinin izahlı lüğəti / qoyun1 Kök gün (isti, yanmaq) kəlməsi ilə bağlıdır. Sər-in qəlibi üzrə qoy-un kəlməsi əmələ gəlib. Qoyunlar rənginə görə qumral, əbrəş, bəröyüm, qara, boz, gərçal, quyruğunun müxtəlifliyinə görə bozaq, bımıq, balbas (balvaz), mazıq, dönmə, merinos növlərinə bölünürlər. Bu heyvanın adına “man” da deyiblər. Həmin məna manqışlaq (qoyun qışlağı) sözündə özünü hifz edə bilib. Sözün qoy variantı da olub. -un sonradan artırılıb. Köy (isti) sözü ilə qohumdur. Qoyun iti – sürünü qoruduğu üçün belə adlanıb, rusca волкодав adlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Mənbələrdə qoy sözü var və ruscaya “пазуха” kimi tərcümə edilib. Qoyqaş kəlməsi də var: “bir-birinin qoynunda (qucağında) yatmaq” anlamında işlədilib. Zənn edirəm ki, qoyun sözü sərin sözünün qəlibi üzrə əmələ gəlib. Qoy sözünün qədim mənası “isti” deməkdir. “Od” anlamını verən göy(köy) sözü zəminində yaranıb. Qoyun (баран) və qoyun (пазуха) eyni kökdən düzəlib (qoyunun dərisi, yunu isti olduğu üçün belə adlanıb). Qucaq (əsli: qoycaq) sözünün bəzən qol sözü ilə əlaqələndirirlər. Əslində, bu da qoy (qoyun, пазуха) kəlməsi ilə bağlıdır. Qulac isə doğrudan da, qolla bağlıdır: qol və aç sözlərindən əmələ gəlib. Qoltuq da qolla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qoyun1 QOYUN I is. Gövşək ev heyvanı. Canavarlar yedi bütün qoyunu; İştə, oğlum, yalançılıq oynu (M.Ə.Sabir). QOYUN II is. Ağuş, qucaq. Qadın dəniz kimidir; Qoynu incilərlə dolu (B.Azəroğlu). QOYUN III ədat Əmr, çağırış, hədə, arzu və s. mənalarında işlədilir. Qoyun, Ağayi Kürd Əhməd hökm versin (M.İbrahimov).
Azərbaycan dilinin omonimlər lüğəti / qoyun2 1 сущ. 1. овца: 1) самка барана 2) как родовое обозначение овец и баранов. Qoyun sürüsü стадо овец, zərifyunlu qoyunlar тонкорунные овцы, qoyun qırxımı стрижка овец 3) перен. о робком, безответном человеке 2. баран: 1) жвачное парнокопытное млекопитающее с изогнутыми рогами, обитающие в основном на высокогорных открытых пространствах). Dağ qoyunu горный баран, qar qoyunu снежный баран, iribuynuzlu qoyun толсторогий баран 2) перен. о глупом, упрямом человеке II прил. 1. овечий. Qoyun südü овечье молоко, qoyun pendiri овечий сыр; зоол. qoyun milçəyi овечья муха, qoyun mozalanı овечий овод 2. бараний. Qoyun dərisi баранья шкура, qoyun yunu баранья шерсть ◊ qoyun kimi: 1. по-овечьи; 2. как баран; qurddan qorxan qoyun saxlamaz волков бояться – в лес не ходить; gözlərini qoyun kimi döymək хлопать глазами, уставиться как баран на новые ворота; qoyun dərisinə girmiş canavar волк в овечьей шкуре: qoyun sürüsü (adamlar haqqında) стадо баранов; Панургово стадо (о толпе, слепо, безрассудно идушей за своим вожаком); qoyun kimi qorxaqdır труслив, как овца; qoyunu qoyun ayağından, keçini keçi у каждого своя цена, каждому – своё; qoyunu qurda tapşırmaq доверить волку стадо овец; qurdla qoyun bir yerdə otlayır мир и согласие где 2 сущ. 1. объятие 2. пазуха 3. перен. лоно. Təbiətin qoynunda на лоне природы
Azərbaycanca-rusca lüğət / qoyun1 I. i. 1. sheep (pl.: sheep): (dişi) ewe; (erkək) ram; 2. məc. harmless creature II. s. sheep, sheep’s; ~ iti sheepdog; ~ dərisi sheepskin; ~ ferması sheep-farm; ~ xalxalı sheepfold, sheep-walk; ~ örüşü sheep-run; ~ sürüsü flock of sheep; ◊ ~ dərisində qurd / canavar a wolf in sheep’s clothing III. i. 1. bax qoltuq (1-ci mənada); 2. bax ağuş
Azərbaycanca-ingiliscə lüğət / qoyun2 сущ. хеб; qara qoyun чӀулав хеб; // хиперин, хперин (мес. суьруь); // хипен, хпен; qoyun südü хпен нек; ** qoyun kimi хеб хьтин, хъуьтуьл къилихдин, мили, ислягь, динж; qoyunu qurda tapşırmaq жанавурдал хеб тапшурмишун (ихтибар ийиз тежер, ихтибарвал алачир касдикай рахадамаз); qoyunu qoyun ayağından, keçini keçi… гьар са касдив вичин амалдиз, кӀвалахдиз килигна эгечӀун, къимет гун манада; qurdla qoyun bir yerdə otlayır динжвал, ислягьвал манада.
Azərbaycanca-ləzgicə lüğəti / qoyun