qovun sözü azərbaycan dilində

qovun

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qovun • 73.1034%
  • Qovun • 24.8276%
  • QOVUN • 2.0690%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qovun
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Qovun sukatı
Qovun sukatı — Qovundan hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Qovunağacı
Qovunağacı (lat. Carica papaya) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinin karika cinsinə aid bitki növü. Milyonlarla insanın qida rasionuna daxil olan və mamao, paupau, papayya, çörəkağacı adları ilə tanınan qovunağacı (yemişağacı) karika (lat. Carica) cinsindəndir. Sarımtıl-ağ rəngli çiçəkləri bir və ya iki cinsiyyətlidir. Meyvəsi sarı və ya sarımtıl yaşıl olub, forma və quruluşu qovunu xatırladır. Məşhur səyyah Vasko da Qama qovunağacının dadına baxaraq onu "Hindistan qızıl ağacı" adlandırmışdır. Qovunağacı həcmcə armuddan bir qədər böyükdür, sarı və narıncı rəngli qabığı olur. Tünd narıncı lətinin içində çoxlu xırda və bir qədər bibər dadı verən yeməli toxumları var. Floridada yerli əhali qovunağacının yarpağından paltarları yumaq üçün sabun kimi istifadə etdikləri üçün ştatda onu "zənci sabunu" adlandırırlar.
Qovunlu
KəndlərQovunlu (Aralıq)- 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [23, 70]. "Əhalisi Quzugüdənli Qarasu camaatındandır" (yenə orada). Qovunlu (Zarzəmin)- 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 123].

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.36 dəfə / 1 mln.
2003 •••••••••• 0.79
2006 •••••••••••••••••••• 1.58
2009 ••••••••••••••• 1.12
2010 ••••••••• 0.64
2012 •••••• 0.43
2013 •••••• 0.44
2014 ••••••• 0.51
2015 ••• 0.17
2016 ••••• 0.35
2019 •••••• 0.42
2020 •• 0.13

qovun sözünün leksik mənası və izahı

  • 1 is. Qabaq fəsiləsindən uzunsov, yaxud girdə şəkilli, şirin və ətirli bostan meyvəsi; yemiş. Bostançı qovun dərdi; Kal dərdi, qovun dərdi; Yığılın, qohum-qardaş; Üstümdən qovun dərdi. (Bayatı).

    Azərbaycan dilinin izahlı lüğəti / qovun

qovun sözünün etimologiyası

  • 1 “Yemiş” mənasını verən bu sözün əsli qoğun (qoxun) kimi olub, “qoxlayan (ətirli)” deməkdir (müq. et: şamama sözü də “ətirli” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qovun

qovun sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 QOVUN Dünən nahar zamanı; Kəsdiyin qızıl qovun; Şirindi şəkər kimi (M.Rahim); DOSTUCAN Tağların üstündə sarı dostucan; Ağ, sarı, çil qarpız qıpqırmızı qan (H.K.Sanılı); YEMİŞ Çolpa, cücənin çığırtısı, quzu-toğlunun boğuq mələrtisi, boşaldılan yeşiklərin tıqqıltısı, bir də sarı yemişin iyi yaxın qonşulara çatırdı (B.Bayramov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qovun

qovun sözünün rus dilinə tərcüməsi

qovun sözünün inglis dilinə tərcüməsi

qovun sözünün ləzgi dilinə tərcüməsi

qovun sözünün türk dilinə tərcüməsi

qovun sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

qovuna getməməx’: (Zəngibasar) çətinliyə salmamaq, çətinliyə düçar etməmək. – Əşi, çox da qovuna getmə, axırı pis olar

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qovun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qovun nədir? #qovun sözünün mənası #qovun nə deməkdir? #qovun sözünün izahı #qovun sözünün yazılışı #qovun necə yazılır? #qovun sözünün düzgün yazılışı #qovun leksik mənası #qovun sözünün sinonimi #qovun sözünün yaxın mənalı sözlər #qovun sözünün əks mənası #qovun sözünün etimologiyası #qovun sözünün orfoqrafiyası #qovun rusca #qovun inglisça #qovun fransızca #qovun sözünün istifadəsi #sözlük