* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bir dövlətin nizami hərbi qüvvələri və ya onların bir hissəsi. Piyada qoşun. Nizami qoşun. Qarışqanın sayı var idi, qoşunun sayı yox idi. – Qalanın hər yanını qoşunlar bürümüşdü. M.Hüseyn. [Quldurbaşı] möhkəm tapşırdı ki, qoşunun başında gələcək Qazanxana və bəylərə müqavimət göstərməyib buraxsınlar. M.Rzaquluzadə. // məc. Çoxluq, izdiham mənasında. ◊ Qoşun çəkmək – hücum etmək, müharibəyə başlamaq. Surxay xan da hər məqamda Koroğlunun üstünə qoşun çəkərdi ki, qardaşının qanını alsın, amma igid Koroğluya bata bilməzdi. (Nağıl).
Azərbaycan dilinin izahlı lüğəti / qoşun2 alay, hərbi hissə, silahlı əsgər birliyi; ordunun bir hissəsi.
Azərbaycan kişi adlarının izahlı lüğəti / qoşun1 Bu söz qoşmaq (birləşmək) kəlməsi ilə bağlıdır, “əsgərlər birliyi, toplusu” deməkdir. Qoş sözü “birləşdir” deməkdir, qoşun “birləşmiş”mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qoşun2 QOŞUN (hərbi qüvvə) [Cavanşir:] Mən düşmən qoşununu dağıtdıqdan sonra onun sərkərdəsi ilə qarşılaşacağam (M.Hüseyn); LƏŞKƏR (kl.əd.) Atlı: Biz Qıpçaq Məliyin ləşkəriyik (Anar); ORDU Nizami: Əvvəla, istiqlalı müdafiə üçün ölkənin rəqiblərinə qarşı mütəşəkkil və qüvvətli bir ordu lazımdır (M.S.Ordubadi).
Azərbaycan dilinin sinonimlər lüğəti / qoşun2 I сущ. 1. войско; обычно мн. ч. Nizami qoşunlar регулярные войска, sərhəd qoşunları пограничные войска, quru qoşunları сухопутные войска 2. полчище (обычно об огромном неприятельском войске и во мн. ч. полчища). Düşmən qoşunları вражеские полчища II прил. войсковой. Qoşun kəşfiyyatı войсковая разведка; qoşun çəkmək двинуться в поход, qoşun yığmaq собирать войско
Azərbaycanca-rusca lüğət / qoşun1 I. i. troops; forces; (çox miqdarda olan) horde; nizami ~ regular troops; d.d. the regulars; quru ~ları land forces; muzdlu ~ mercenary army; rabitə ~ları signal troops; amer. communication troops II. s. army; ~ dəstəsi army unit
Azərbaycanca-ingiliscə lüğət / qoşun1 is. armée f, troupes f pl ; nizami ~ troupes régulières ; quru ~ları troupes de liaison
Azərbaycanca-fransızca lüğət / qoşun1 сущ. 1. къушун, шанил, цӀургъун; piyada qoşun ях кьушун; atlı qoşun миях кьушун; 2. пер. гзафвал манада; ** qoşun çəkmək цӀургъун (кьушун) чӀугун, гьужум авун, гьепӀесун, дяведиз авалун.
Azərbaycanca-ləzgicə lüğəti / qoşun