qorun sözü azərbaycan dilində

qorun

Yazılış

  • qorun • 55.7692%
  • Qorun • 44.2308%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avtomobildən qorun (film, 1966)
Avtomobildən qorun (rus. Берегись автомобиля) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Bu qəribə hadisə tamamilə fantastika hesab oluna bilər. Ciddi və utancaq sığorta agenti (keçmiş sürücü, hazırda isə həm də aktyor) və özfəaliyyət teatrının aktyoru Yuri Detoçkin inanılmaz iş tutur. Doğrudur, o hər şeyi ədalətli edir, lakin XX əsrin Robin Huduna çevrilmiş Detoçkin artıq müstəntiq Maksim Podberyozovikov üçün ağıllı, tədbirli, təhlükəli və ən əsası – ələkeçməz caniyə çevrilmişdir… == Film haqqında == Bu filmdə Detoçkin rolunun ifaçısı İnnokenti Smoktunovski Hamlet rolunu ifa edir. Maraqlıdır ki, İnnokenti Smoktunovski artıq 2 il əvvəl – yəni, 1964-cü ildə Hamleti ("Hamlet" filmi) ifa etmişdi. Detoçkin rolu ilk dəfə Yuri Nikulin üçün nəzərdə tutulmuşdu. Lakin Nikulin sirk heyəti ilə Cənubi Afrikaya qastrola gedir. Sonra bu rol filmdə müstəntiqi canlandıran Oleq Yefremova təklif olunur. Ən sonda Detoçkin rolunu İnnokenti Smoktunovskiyə verirlər.
Avtomobildən qorun (film, 1974)
Avtomobildən qorun qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1974-cü ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. == Məzmun == Oğlanın yol hərəkəti qaydalarını pozmasının bədbəxt hadisə ilə nəticələnməsi filmin əsas süjet xəttini təşkil edir. Burada hər bir piyada tərəfindən küçə hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyi haqqında danışılır. Professor Talışinski ilə müsahibə küçə hərəkəti qaydalarının pozulmasının acı nəticəsini əyani şəkildə nümayiş etdirir. Burada Respublika Dövlət Avtomobil Müfəttişliyinin rəisi Hüseynov qaydanı pozanlarla mübarizə tədbirlərindən və müfəttişliyin işindən söhbət açır.
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı - SSRİ Ali Sovetinin 1 noyabr 1950-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı == Xarici keçidlər == "Медаль «За отличную службу по охране общественного порядка»". Ордена и медали СССР. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 января 2008.
Azərbaycan irsinin qorunması
Azərbaycan irsinin qorunması — Azərbaycanın təbii və mədəni irsinin ölkə və beynəlxalq səviyyədə qorunması. == Təbii irsin qorunması == Azərbaycan respublikasının etalon təbiət komplekslərini, təbii sərvətlərini, qiymətli, nadir və nəsli tükənmək təhlükəsi olan flora və faunanı elmi əsaslarla qorumaq və nisbətən az antropogen təsirlərə məruz qalmış landşaftların ümumi qanunauyğunluqlarını, onların komponentləri arasındakı əlaqə və asılılıqları tədqiq etmək, rekreasiya əhəmiyyətli resurslarından səmərəli istifadə etmək məqsədilə aşağıdakı qoruq, yasaqlıq və milli parklar yaradılmışdır. Xüsusi mühafizə olunan təbiət əraziləri — xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır. Xüsusi mühafizə olunan təbiət obyektləri — elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan nadir, nəsli kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə rejimli zooloji, botanik, dendroloji, hidroloji, geoloji, geomorfoloji, hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, mühafizəsi və istifadəsi aşağıdakı prinsiplərə əsaslanır: bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması; xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən məqsədli istifadə, habelə elmin, mədəniyyətin, təhsilin və maarifin inkişafı üçün səmərəli istifadə edilməsi; sosial-iqtisadi amillərin və yerli əhalinin maraqları nəzərə alınmaqla, turizmin və rekreasiyanın inkişafı; xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində dövlət tənzimlənməsi və nəzarət; xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadənin qanunla nəzərdə tutulmuş hallarda ödənişli olması; xüsusi mühafizə olunan təbiət ərazilərin və obyektlərin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı; beynəlxalq əməkdaşlıq.Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üçün xüsusi mühafizənin hüquqi rejimi, yaxud təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir. Xüsusi mühafizənin hüquqi rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə ətraf mühitin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə, həmçinin digər fəaliyyətlərə qadağalar nəzərdə tutur. Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətlər nəzərdə tutur. === Qoruqlar === Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə.
Azərbaycanın qorunan əraziləri
Azərbaycanda qorunun ərazilərə daxildir: Azərbaycan Dövlət Qoruqları (11) Azərbaycanın Milli Parklar (8) Azərbaycanın Dövlət Oyun Qoruqları (24)Azərbaycan 9 iqlim qurşağında yerləşir. Burada 4500-ə yaxın bitki növü vardır ki, onlarında 240 endemik və reliktdir. Həmçinin 140 isə nəsli kəsilməkdə və qorunandır. Faunalardan 107 məməlilər, 394 quşlar, 54 sürünən, 9 amfibiyalar, 14000 həşərat və təxminən 108-i balıqlardır. İlk qoruqlar 1930-cu ildə Azərbaycanda yaradılmağa başlayır. Onlar Göygöl, Zaqatala və Gizildağdır. 1969-cu ildə təbiəti qorumaq üçün qanun qəbul edilir. Sonra 7 qoruqda onlara əlavə edilir: Şirvan, Bəsitçay, Qarayazı, Ağgöl, İsmayıllı, İlisu və Altıağac. Ümumilikdə Azərbaycan ərazisinin 10,3% qorunur.
Estoniyanın qorunan əraziləri
Estoniyanın qorunan əraziləri 21 aprel 2004-cü ildə Estoniya parlamenti tərəfindən qəbul edilmiş və 10 May 2004-cü ildə qüvvəyə minmiş Təbiəti Mühafizə Qanunu (est. Looduskaitseseadus) tənzimlənir. == Mühafizə olunan ərazilər == Qanuna görə, qorunan ərazilərə insan fəaliyyəti ilə dəyişdirilməyən bir vəziyyətdə saxlanılan və ya təbii mühitin qorunub saxlanıldığı, bərpa edildiyi, tədqiq edildiyi və ya tanıdıldığı yerlər və xüsusi tələblərə əsasən istifadə olunan ərazilər daxildir. Aşağıdakılar qorunan ərazilərdir: Milli parklar Təbiəti mühafizə sahələri Təbiət parkları§10.1-də göstərilir: Sahə Respublika Hökumətinin qərarı ilə mühafizə olunan ərazi və ya xüsusi mühafizə zonası kimi mühafizə altına verilir.Bundan əlavə, qanun yaşayış yerlərinin qorunması üçün müəyyən edilmiş, qorunması üçün planlaşdırılan fəaliyyətlərin təsiri qiymətləndirildiyi və yaşayış yerlərinin əlverişli qorunma vəziyyətinə zərər verə biləcək fəaliyyətlərin qadağan olunduğu aşağıdakı xüsusi mühafizə sahələrini elan edir: Ciddi təbiət qoruğu (§ 29) Xüsusi idarəetmə zonası (§ 30) Məhdud idarəetmə zonası (§ 31)Estoniya SSR -nin dövründə zapovedniklər ("elmi təbiət qoruğu") kateqoriyasına aid edilən beş qorunan ərazi mövcud idi: Vilsandi, Viidumäe, Endla, Nigula və Matsalu. === Milli parklar === Milli park — təbii mühitin, landşaftların, mədəni irsin qorunması, qorunması, bərpası, tədqiqi və tətbiqi, qorunan ərazinin ətraf mühitindən balanslı istifadə edilməsi üçün nəzərdə tutulmuş mühafizə olunan ərazidir. Estoniyanın milli parkları aşağıdakılardır:Şimali Estoniyanın sahil mənzərələrinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Lahemaa Milli Parkı; Cənubi Estoniyanın dağlıq morena landşaftının təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Karula Milli Parkı; Estoniyanın keçid zonasının təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Soomaa Milli Parkı; Qərbi Estoniya arxipelaqının sahil mənzərələrinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Vilsandi Milli Parkı; Qərbi Estoniyanın xarakterik biotik icmalarının və Vyainameri dəniz bölgəsinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Matsalu Milli Parkı; 2018-ci ildə qurulmuş Alutaqus Milli Parkı; Milli parkda ciddi təbiət qoruqları, xüsusi idarəetmə zonaları və məhdud idarəetmə zonaları mövcuddur. === Təbiəti mühafizə sahəsi === Təbiəti mühafizə sahəsi — təbii mühitin qorunması, bərpası, tədqiqi və tətbiqi üçün nəzərdə tutulmuş mühafizə olunan ərazidir. Təbiəti mühafizə zonasında mümkün zonalar sərt təbiət qoruğu, xüsusi idarəetmə zonası və məhdud idarəetmə zonasıdır. === Landşaftın qorunması sahəsi (təbiət parkı) === Landşaft qoruma sahəsi — qorunan ərazinin landşaftlarının qorunması, bərpası, tədqiqi, tətbiqi və istifadəsi üçün nəzərdə tutulmuş bir sahədir. Bir park, arboretum və meşə stendi landşaft qorunması ərazisinin xüsusi növləridir.
Fertillik Qorunması
=== FERTILLIK NƏDIR? === Fertillik (münbitlik) bir qadının hamilə qala bilməsi üçün tibbi şərtdir. Xərçəng müalicəsinin bəzi növləri qadınlar sonradan hamilə qalmasına çətinləşdirə bilər. "Fertillik qorunması", xərçəng müalicəsindən əvvəl və ya xərçəng müalicəsi zamanı qadının gələcəkdə hamilə qalma şansını artırmaq üçün görülən təbirlərdir. === XƏRÇƏNG MÜALICƏSI SONSUZLUQ YARADA BILƏRMI? === Fertillik üçün problem yarada bilən xərçəng müalicələrinə aşağıdakilar daxildir: Cərrahi müalicə — uşaqlığı və/ və ya yumurtalıqları çıxarılması; Radioterapiya — çanaq nahiyəsində yüksək dozada şüa mualicəsi; Kimyaterapiya -xərçəng hüceyrələri öldürmək məksədilə dərmanların işlədilməsi. Kimyaterapiya və radiasiya yumurtalıqlara zərər vuraraq, tərkibində olan yumurta hücrələrini məhv edə bilər. Nəticədə, qadının aybaşı sikli düzənsiz və ya tam kəsilə bilər. Kimya- və ya radioterapiya ilə mualicə olunmuş hər kəsdə fertillik problemləri olmur. Kimyaterapiyada, bu hansı dərmanların işlədilməsindən və onların dozasından asılıdır.
Gürcüstanın qorunan ərazilərinin siyahısı
Cənubi Qafqaz millətllərindən olan Gürcüstan, ətraf mühit, mədəni və ya buna bənzər dəyərlərinə görə qorunan bir neçə qorunan əraziyə sahibdir. Bunlardan ən qədimi - indi Laqodexi qoruğu kimi ərazilər tanınır - Gürcüstanın Rusiya imperiyasının tərkibində olduğu 1912-ci ilə təsadüf edir. Gürcüstanın qorunan ərazilərinin ümumi sahəsi 511,123 hektardır, bu ölkə ərazisinin təqribən 8.33% -ni təşkil edir. Mühafizə olunan ərazilərin ümumi sayı - 90. Gürcüstanda 14 sərt təbiət qoruğu, 11 milli park, 18 idarə olunan təbiət qoruğu, 40 təbii abidə və 2 qorunan landşaft var. Sərt təbiət qoruqları 140,672 ha, milli parklar isə 276,724 ha ərazini əhatə edir. 2014-cü ildə ziyarətçilərin ümumi sayı 279.000 nəfəri keçdi.
Heyvanların qorunması
Dənizdə yaşayan heyvanlar üçün qitələr, qitələrdə yaşayanlar üçün isə dənizlər keçilməz coğrafi sədlərdir. İlk su heyvanı (xərçəng, balıq və s.) quruya çıxarıldıqda tələf olur, ilk quru heyvanları isə (kərtənkələ, quş, ceyran və s.) suyun altında uzun müddət qala bilməz. Soyuq iqlimdə yaşayan ağ ayı və pinqvin mülayim və isti iqlimə dözə bilmir. Eyni coğrafi ərazi daxilində hər bir bioloji növ özünün təkamül prosesində müəyyən yaşama şəraitinə uyğunlaşmışdır. Elə bir növ yoxdur ki, o hər cür ekoloji şəraitdə yaşaya bilsin. Ağacdələn, sincab və s. meşə heyvanı səhrada yaşaya bilməz, dəvə və sünbülqıran kimi səhra heyvanı da meşədə ola bilməz. Ceyran düzənlik heyvanıdır, o, dağda bərk qaçıb özünü qoruya bilmir, amma dağ keçisi üçün sıldırım qayalıqlar ən yaxşı yaşama yeridir. Hər bir heyvanın davranışı başqasından fərqli olur. Onlar özünəməxsus təbii komplekslər (birliklər) əmələ gətirməyə cəhd edir.
Kütləvi kitabxanaların maraqlarının qorunması
Kütləvi kitabxanaların maraqlarının qorunması — ictimai kitabxanaya maliyyə və fəlsəfi məqsədlərinə və ya ehtiyaclarına nail olmaq üçün verilən dəstəkdir. Çox vaxt bu, kitabxanaya nəzarət edən qurumlara pul və ya maddi ianələr və ya kampaniyalar şəklində olur. Kitabxana təbliğatı əvvəlcə kitabxananın özünə yönəlmişdi, lakin mövcud tendensiyalar göstərir ki, kitabxanalar “ictimaiyyətə iqtisadi dəyər” gətirdiklərini nümayiş etdirmək üçün özlərini yerləşdirirlər. == Növləri == === Məktub yazma kampaniyaları === Məktub yazma kampaniyaları ilk növbədə qanunvericiləri, kitabxanaçıları və vətəndaşları ictimai kitabxana qərarlarının nəticələri haqqında məlumatlandırmaq və kitabxana ilə bağlı ideyaları təşviq etmək üçün nəzərdə tutulub. Məktub yazmaq ictimai kitabxana müdafiəçiləri arasında dəyərli ünsiyyət forması olmuşdur. Vaxtında yazılmış əlyazma e-poçt və ya strateji olaraq göndərilən məktub seçilmiş məmurların və kütlələrin qərarlarına təsir etmək üçün istifadə edilən güclü mexanizm ola bilər. Məktublar praktikdir, çünki onlar bir çox insana paylana bilər və mühüm yığıncaqlarda və ya mitinqlərdə iştirak edə bilməyən ictimai kitabxana müdafiəçiləri üçün nümayəndə kimi xidmət edə bilər. === İctimai nümayişlər === Kitabxanaların xeyrinə kütləvi nümayişlər çox vaxt mitinqlər, etirazlar və tətil oxunuşları formasında keçir. ===== Mitinqlər ===== Kütləvi kitabxanalara dəstək aksiyaları adətən insanları bir araya gətirmək və ictimai kitabxanaların üzləşdiyi problemlərə diqqəti cəlb etmək məqsədi daşıyan müsbət tədbirlərdir. Onlar adətən peşəkar kitabxanaçılar və ya Amerika Kitabxana Assosiasiyası kimi təşkilatlar tərəfindən təşkil edilir.
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı (alb. Peizazhin e Mbrojtur Mali me Gropa-Bizë-Martanesh ) ― Albaniyanın mərkəzi hissəsində, Dayti Milli Parkı ilə sərhəddə yerləşən qorunan landşaft. Landşaft 25266,42 hektar ərazini əhatə edir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) ərazinin V kateqoriyaya daxil etmişdir. Bölgə Plantlife tərəfindən beynəlxalq Mühüm Bitki Sahəsi (ing. Important Plant Area IPA) olaraq da tanınmışdır. == Vəhşi həyat == Landşaft flora və faunanın geniş müxtəlifliyini ehtiva edir. Sıx iynəyarpaqlı və enliyarpaqlı meşələr landşaftın ümumi sahəsinin 68%-ni təşkil edir.Landşaftın faunası 44 növ məməli, 130 növ quş, 23 növ sürünən və 12 növ amfibiyadan ibarət olmaqla 209 növlə təmsil olunur. Meşəlik ərazilərdə qəhvəyi ayı, boz qurd və vaşaq yaşayır. Landşaftda berqut, tetraçalan, ağ kərkəs, adi sar, arıyeyən, Tachymarptis melba və s.
Minaya davamlı pusquya qarşı qorunan vasitə
MRAP (ing: Mine Resistant Ambush Protected), ABŞ tərəfindən hazırlanmış zirehli, minaya davamlıdır və pusquya qarşı effektiv müdafiə təmin edən döyüş maşınıdır. Yol kənarında yerləşdirilmiş bombalardan içərisindəki şəxsi heyətini qorumaq üçün “V” şəkilli bir gövdəsi olan yüksək şassili nəqliyyat vasitələri, gərgin münaqişə regionlarına belə təhlükəsiz şəkildə şəxsi heyəti çatdıra və ya şəxsi heyəti həmin yerdən çıxartmağı təmin edə bilirlər. Fərqli növləri vardır: 4x4 və 6x6. Avtomobilin çəkisi və ölçüləri nəzərə alınmaqla 3 ayrı kateqoriyaya bölünür. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunan MRAP vasitələri BMC Sanayi ve Ticaret A.Ş. və Nurol Holdinq tərəfindən istehsal olunur.
Mədəni irsin qorunması və bərpası
Mədəni irsin qorunması və bərpası — Mədəni sərvətlərin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi və tarixi binaların xarab olmuş hissələrinin daha çox məhv olmasının qarşısını almaq üçün orijinallarına uyğun olaraq bərpa edilməsi məqsədi ilə aparılan işlərin məcmusudur. Ümumiyyətlə, dəqiqləşdirmə və sənədləşmə kimi ilkin mərhələlərdən əlavə düzəliş və qoruma kimi prosesləri də əhatə edir. Muzeyşünaslıq sahəsi olan və sənət tarixi ilə işləyən bu peşə, memarlığın magistr və doktorantura proqramlarına daxil olan və mülki və monumental daşınmaz əmlakın təmir metod və üsullarını göstərir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət götərən dövlət xidməti; == Haqqında == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanı ilə yaradılmışdır. Dövlət Xidməti mədəni irsin qorunması, Azərbaycan ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Pambığın yanğından qorunması (film, 1991)
Poda Qorunan Təbiət Ərazisi
Poda Qorunan Təbiət Ərazisi — 1989-cu ildə Bolqarıstan Su və Ətraf Mühit Nazirliyi tərəfindən qorunan ərazi elan edildi. Bura Bolqarıstanda qeyri-hökumət təşkilatı və qeyri-Hökumət qorumaları cəmiyyəti olan Bolqar Quşları Müdafiə Cəmiyyəti (ing. Bulgarian Society for the Protection of Birds)(BSPB) tərəfindən tamamilə idarə olunan və ilk qorunan ərazidir. BSPB, Nazirlər Kabinetinin İdarəetmə Planı tərəfindən qəbul edilən fəaliyyətləri hazırlayır və həyata keçirir, lakin maliyyəsini giriş haqlarından, satılan hədiyyələrdən və verilən fondlardan alır. Cəmiyyət tənzimləmə vasitəsilə təbiətin qorunması, ekoloji təhsil və ekoturizm üçün davamlı bir model olmağı hədəfləyir. Bolqarıstanın cənub-şərqi Qara dəniz sahilindəki liman şəhəri Burqasdan cənubda yerləşən Poda, Qara dəniz və üç böyük göl – Vaya gölü, Mandra gölü və Atanasovsko gölü ilə əhatə olunmuşdur. Poda ilə qorunan ərazi ilə yanaşı, Burqaz gölləri adlanan böyük bir bataqlıq ərazisini meydana gətirirlər. Şərqi Avropa köçəri yolundan istifadə edən köçəri quşların çoxu üçün Via Pontika istirahət stansiyası olaraq bioloji əhəmiyyətli bir sahədir. 2002-ci ildə Poda Ramsar Konvensiyasına əsasən beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazilərinin Ramsar siyahısına daxil edildi. == Ekologiya == Nisbətən kiçik bir ərazini tutmasına baxmayaraq, Poda qorunan ərazisində 265 quş növü müşahidə edilmişdir.
Qadınların hüquqlarının qorunması
Qadınların hüquqlarının qorunması (ing. A Vindication of the Rights of Woman: with Strictures on Political and Moral Subjects 1792) — feminist fəlsəfənin ilk əsərlərindən biri olan XVIII əsrin İngilis feministi Meri Uolstonkraftın ən məşhur kitabı. Bu kitabda Uolstonkraft, qadınların təhsil almamalı olduğuna inanan on səkkizinci əsr təhsil və siyasi nəzəriyyəçiləri ilə polemikaya girir. O, qadınların cəmiyyətdəki mövqelərinə uyğun bir təhsil almalı olduqlarını, uşaqları böyüdükləri üçün millət üçün vacib olduqlarını və bu səbəbdən ərləri üçün “yoldaş” ola bildiklərini, yalnız arvadların deyil ”deyə mübahisələndirdi. Uolstonkraft, qadınları cəmiyyətin bəzəyi və ya evlilikdə alınıb-satıla bilən mülk olaraq görməkdənsə, kişilərlə eyni təməl haqlara layiq insan olduqlarını iddia edir. Uolstonkraft, Şarl Moris de Taleyran-Periqorun Fransa Milli Məclisinə qadınların yalnız evdə təhsil almaları lazım olduğunu söyləyən 1791-ci il tarixli hesabatını oxuduqdan sonra “Qadınların Hüquqlarını Müdafiəsi” yazmağa qərar verdi. bu hadisə ilə bağlı şərhlərini cinslərdəki ikili standartların geniş tənqidinə başlamaq və kişilərin qadınların həddindən artıq emosional olduğu görüşünü təbliğ etməkdə günahlandırmaq üçün istifadə etdi. Uolstonkraft baş verən hadisələrə birbaşa reaksiya göstərmək üçün əsərlərini tələsik yazdı; daha düşünülmüş ikinci cild yazmaq niyyətində idi, lakin tamamlanmadan vəfat etmişdir. == İstinadlar == == Biblioqrafiya == Sapiro, Virginia. A Vindication of Political Virtue: The Political Theory of Mary Wollstonecraft.
Qanlı ishaldan qorunun (film, 1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Film insan sağlamlığı üçün təhlükəli olan qanlı ishaldan qorunma qaydalarından bəhs edir.
Qanlı İshaldan Qorunun (1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Film insan sağlamlığı üçün təhlükəli olan qanlı ishaldan qorunma qaydalarından bəhs edir.
Qoruncuq
Qoruncuq — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Sağlamlığın qorunması hüququ
Sağlamlığın qorunması hüququ — tibbi xidmət hüququ (Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin termini) və ya fiziki və psixi sağlamlığın əldə edilə bilən ən yüksək standartı hüququ (İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktın termini). İkinci nəsil insan hüquqlarından biridir. Bu hüquq Avropa Sosial Xartiyasında da təsbit edilmişdir (Maddə 11). == Təriflər == === Ümumdünya Səhiyyə Təşkilatının Konstitusiyası === Ümumdünya Səhiyyə Təşkilatının Konstitusiyası müəyyən edir: “Sağlamlıq təkcə xəstəliyin və ya əlilliyin olmaması deyil, tam fiziki, əqli və sosial rifah vəziyyətidir”. Konstitusiyada əldə edilə bilən ən yüksək imkanlardan istifadə elan edilir. Sağlamlıq standartı hər bir insanın əsas hüquqlarından biri olması bildirilir. === Ümumdünya İnsan Hüquqları Bəyannaməsi === Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsində (BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A (III) saylı Qətnaməsi ilə qəbul edilmişdir) deyilir: “Hər kəsin özünün və ailəsinin sağlamlığı və rifahı üçün zəruri sosial xidmətlər, qida, geyim, mənzil, tibbi xidmət və tibbi xidmətə adekvat həyat səviyyəsi hüququ vardır. ”. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi əsas hüquqlara dair ilk beynəlxalq paktdır. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Navi Pilley yazıb ki, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə “bütün insan hüquqlarının – mülki, siyasi, iqtisadi, sosial və ya mədəni – bölünməz və üzvi bir bütöv, bölünməz və bir-birindən asılı olaraq nəzərə alınmasını tələb edən konsepsiyanı gücləndirir”.
Torpağın Eroziyadan Qorunması (1973)
== Məzmun == Alimlərimiz torpağın eroziyasının qarşısını almaq üçün geniş elmi-tədqiqat işləri aparırlar. Bunun üçün müxtəlif aqrotexniki tədbirlər həyata keçirilir. Elmi-kütləvi filmdə bu haqda söhbət gedir. Çəkilişlər Azərbaycanın bir çox yerlərində, Qafqaz dağlarının 3600 metr hündürlüyündə, çəmənliklərdə və eroziya nəticəsində zay olmuş sahələrdə aparılmışdır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əli Musayev Ssenari müəllifi: Vladimir İvçenko, Xəlil Mustafayev Operator: Azər Salayev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Torpağın eroziyadan qorunması (film, 1973)
== Məzmun == Alimlərimiz torpağın eroziyasının qarşısını almaq üçün geniş elmi-tədqiqat işləri aparırlar. Bunun üçün müxtəlif aqrotexniki tədbirlər həyata keçirilir. Elmi-kütləvi filmdə bu haqda söhbət gedir. Çəkilişlər Azərbaycanın bir çox yerlərində, Qafqaz dağlarının 3600 metr hündürlüyündə, çəmənliklərdə və eroziya nəticəsində zay olmuş sahələrdə aparılmışdır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əli Musayev Ssenari müəllifi: Vladimir İvçenko, Xəlil Mustafayev Operator: Azər Salayev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Təbiətin qorunması
Təbiətin qorunması – ölkənin təbii ehtiyatların qorunmasını, yaxşılaşdırmasını və rasional istifadəsini təmin edən, eləcə də ətraf mühitə mənfi antropogen təsirinin azaldılmasına yönələn hər bir təsərüfat fəaliyyətidir Sənaye müəssisələri və əmək kollektivləri təbiətiqoruyucu tədbirlərin keçirilməsində, eləcə də təbiətdən rasional istifadə etməkdə maraqlı deyillər. Çünki bu, əlavə xərclərin artmasına, yeni avadanlıqların tətbiq edilməsinə yol açır. Onların başlıca məqsədi istehsalın və gəlirlərin artırılmasıdı Təbiətin qorunmasına yönəlmiş tədbirlər çoxdur, ancaq onları əsasən 3 qrupa bölmək olar: Birməqsədlilər. Onların məqsədi çevrəmizin sənaye kirlənməsinin azaldılması, ya da tamam ortalıqdan qaldırılmasıdır. Bu kimi tətbirlərin təbiətiqoruyucu effekti müəssisələrdə standartauyğun təbiəti qoruyan texnikanın quraşdırılması; yeni təmizləmə üsullarının kəşfi və işə salınması; kirlənmə dərəcəsini azaldan texnologiyalarda bəlli yeniliklərin tətbiq edilməsidir. Ehtiyatlara qənaət edənlər. Bunların məqsədi enerji, yanacaq və xammal ehtiyatlarını qənaətlə istifadə edilməsindədir. Bu da istehsalatda enerji və xammalın işlənmə miqdarının azaldılması, onların nəql edilməsi və saxlanması zamanı itkilərin azaldılması yolu ilə edilir. Çoxməqsədlilər. Bunların da məqsədi təbiətiqoruma tətbirləri ilə birlikdə sənaye məhsullarının keyfiyyətlərinin artırılması; təbii ehtiyatlarının, fəhlə gücündən, texnoloji avadanlıqdan və maddi istehsalın başqa elementlərdən istifadənin yaxşılaşdırılmasıdır.
Əkin bitkilərinin qorunması (film, 1953)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2006 ••••••• 0.23
2007 ••••••••••••••••••• 0.63
2008 •••••••• 0.24
2009 •••••••••• 0.32
2011 •••••• 0.17
2012 ••• 0.09
2013 ••••• 0.15
2014 •••••• 0.17
2015 ••••••••••• 0.34
2016 ••••••••••• 0.35
2017 •••••••••• 0.33
2020 •••••••• 0.27

"qorun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qorun nədir? #qorun sözünün mənası #qorun nə deməkdir? #qorun sözünün izahı #qorun sözünün yazılışı #qorun necə yazılır? #qorun sözünün düzgün yazılışı #qorun leksik mənası #qorun sözünün sinonimi #qorun sözünün yaxın mənalı sözlər #qorun sözünün əks mənası #qorun sözünün etimologiyası #qorun sözünün orfoqrafiyası #qorun rusca #qorun inglisça #qorun fransızca #qorun sözünün istifadəsi #sözlük