* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Təbii-tarixi əhəmiyyəti olan bitki, heyvan və s. cinslərini qoruyub saxlamaq məqsədi ilə hökumət tərəfindən xüsusi mühafizə altına alınmış yer, meşə və s. 2. Əkilmiş yerlər (əkin, bostan, tarla, otlaq və s.). …Cökə ağaclarının qoruqlarda, tarlalarda biçilmiş təzə otların gözəl ətri … bir-birinə qarışaraq obaya başqa bir rəng, başqa bir şəkil verirdi. A.Şaiq. İlxı qoruqdan qayıdırdı. İ.Əfəndiyev. 3. Keçmişdə: istifadə edilməsi qadağan olunmuş mülkədar yerləri. Canım, mən də qaçıram. Arığın nə işi var qoruqda, vuralar qılçası sına. N.Vəzirov. [Gülsənəm:] Guya qızıl inək ağanın qoruğuna girmiş. S.S.Axundov. 4. Qarovul, keşik. [Bədirnisə] ərinin qoruqdan qayıtmasını gözləmədi; qapının ağzına bir qıfıl vurub, ispolkomun idarəsinə getdi. Mir Cəlal. ◊ Qoruq olmaq – qadağan olmaq, yasaq olmaq. İlyas bu gün meşənin qoruq olduğunu bilmirdi. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / qoruq1 Dilimizdə qaramaq (baxmaq) feili, qaraq (göz) ismi olub və göz, görmək, qorumaq, qoruq kimi kəlmələr onun əsasında yaranıb. Maraqlı bir söz də olub: qırvat. Mənası “gözmuncuğu” deməkdir. Bu da qaramaq, qaraq kəlmələri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qoruq2 I сущ. 1. заповедник. Dövlət qoruğu государственный заповедник 2. резерват (территория, природные богатства которой находятся под особой охраной государства) 3. разг. караул, стража. Qoruğunda durmaq стоять на страже (стоять на карауле) II прил. 1. заповедный. Qoruq ərazisi заповедная территория, qoruq meşə заповедный лес; qoruq olmaq охраняться, стать заповедным участком, быть запрещённым для охоты, рыбной ловли и т.п. 2. почв. коруховый. Qoruq torpaqları коруховые почвы
Azərbaycanca-rusca lüğət / qoruq1 I. i. preserve, reservation; (nature) reserve; (quş qoruğu) sanctuary; meşə qoruğu forest reserve II. s. (qanunla mühafizə edilən) protected; ~ meşə protected forest, forest-reserve
Azərbaycanca-ingiliscə lüğət / qoruq