* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Görmə işi, görmə qabiliyyəti, görmə. Yaxşı şəkil çəkmək uşaqların görüş və müşahidə bacarığını artırır. “Az. məkt.” 2. İki və ya bir neçə nəfərin əvvəlcədən müəyyənləşdirilmiş vaxtda və yerdə təyin etdikləri görüşmə. Görüş təyin etmək. – Firidun və Kərimxan Azadi ehtiyat üçün ikinci bir görüş yeri də təyin etmişdilər. M.İbrahimov. // İki sevgilinin görüşməsi. Görüşə getmək. – Dilşad Fəxrəddinin görüşə gəlməyəcəyini yəqin etsə belə, yenə haman görüş yerinə getməyə tələsirdi. M.S.Ordubadi. // Uzaq bir yerdən gəlmiş adamla görüşmə. [Məmmədhəsən əmi:] …Birisi getdi ziyarətə, gəldi evinə, heç kəs getmədi onun görüşünə. C.Məmmədquluzadə. Müəllimin gəlməsindən xəbər tutan kəndlilər axşam onun görüşünə gəldilər. S.Hüseyn. // Görkəmli bir şəxslə tanış olmaq və söhbət etmək üçün təşkil edilən məclis. Görüş saat 5-də olacaqdı. 3. Yarışma, yarış. Dostluq görüşü. 4. Məhbusla onun qohumlarının icazə ilə rəsmi görüşməsi. Görüş vermək. Görüş almaq. Görüş vaxtı qurtardı. – Günortadan xeyli sonra [Kərimxanı] ölüm kamerasından çıxarıb balaca və nəm iyi verən görüş otağına apardılar. M.İbrahimov. 5. Hadisələrə, fikirlərə və ya başqa şeyə verilən qiymət, onlar haqqında rəy, fikir, nöqteyi-nəzər. O yaşda olan bu qocada bu görüş, bu yenilik bizdə görünməmiş şeydir. A.Şaiq. “Molla Nəsrəddin”in ictimai görüşləri, ideal və meyilləri tezliklə hamıya bəlli oldu. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / görüş1 GÖRÜŞ – VİDALAŞMA Görüş üçün günortadan əlverişli vaxt tapmaq olmazdı (M.İbrahimov); Vidalaşma vaxtı gəlib çatdı (H.Nadir).
Azərbaycan dilinin antonimlər lüğəti / görüş1 GÖRÜŞ I is. Başqa bir şəxslə və ya kütlə ilə söhbət etmək, danışmaq üçün ayrılan vaxt. Bu görüşdən sonra tez-tez professorgilə gedirdim (C.Bərgüşad). GÖRÜŞ II is. Fikir, münasibət, dünyagörüşü. Bizdə hüquq elmi nə qədər inkişaf edərsə, o qədər də cinayətlər azalmış olar, o qədər də bizim adamların görüş dairəsi genişlənər (S.Rəhimov).
Azərbaycan dilinin omonimlər lüğəti / görüş2 сущ. 1. свидание: 1) встреча, обычно условленная, двух или нескольких лиц. Rəfiqələr ilə görüş свидание с подругами, görüş təyin etmək назначить свидание 2) заранее условленная встреча влюблённых. Görüşə getmək идти на свидание, görüşə gəlməmək не приходить на свидание 3) встреча с лицом, находящимся в больнице, тюрьме, закрытом учебном заведении и т.п.; посещение этого лица. Xəstə ilə görüş свидание с больным, məhbusla görüş свидание с заключённым 2. встреча: 1) собрание, устраиваемое с целью познакомиться, побеседовать. Yazıçılarla görüş встреча с писателями, seçicilərin deputatla görüşü встреча избирателей с депутатом, rəsmi görüş официальная встреча 2) состязание, соревнование. Komandaların növbəti görüşü очередная встреча команд, şahmatçıların görüşü встреча шахматистов, dostluq görüşü дружеская встреча, yoldaşlıq görüşü товарищеская встреча, görüş baş tutmadı встреча не состоялась
Azərbaycanca-rusca lüğət / görüş1 i. 1. meeting; (rəsmi) visit, call; dostluq ~ü goodwill visit; rəsmi ~ duty call, official visit; bir ölkəyə ~ə gəlmək to be* on an official visit to a country; seçicilərlə ~ meeting with one’s constituents; 2. (sevgililərin görüşü) rendezvous; amer. date; ~ təyin etmək to make* a rendezvous; bir kəslə ~ təyin etmək to fix / to make* an appointment with smb.; ~ə gəlmək to keep* an appointment / date; ~ə getmək to go* out on date; 3. view, outlook; dünya ~ü world outlook; (ideologiya) ideology; 4. id. match
Azərbaycanca-ingiliscə lüğət / görüş1 is. 1) rencontre f, accueil m, récéption f ; rəsmi ~ rencontre officielle ; dostluq ~ü rencontre amicale ; 2) rendez-vous m ; ~ təyin etmək fixer un rendez-vous à qn ; 3) idm. match m, rencontre f, tournoi m, combat m
Azərbaycanca-fransızca lüğət / görüş1 сущ. 1. акун; 2. гуьруьш; görüş almaq гуьруьш къачун; görüşə getmək гуьруьшдиз фин, садаз-сад акун патал фин (рушни-гада); // машгьур са касдихъ галаз таниш хьун ва ихтилат авун патал тешкил авунвай межлис; 3. акъажунар; 4. фикир, килигунин тегьер (са кардиз, вакъиадиз).
Azərbaycanca-ləzgicə lüğəti / görüş