görüşü sözü azərbaycan dilində

görüşü

Yazılış

  • görüşü • 96.3223%
  • Görüşü • 3.5604%
  • GÖRÜŞÜ • 0.1114%
  • görüŞü • 0.0059%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rus görüşü
Rus görüşü — şahmatda e4, e5 Af3 Af6 gedişləri ilə başlanan debüt. Şahmat termini Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır.
Uqra görüşü
Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır. == Qarşıdurmanın gedişatı == Hələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi. 1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı. Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı.
Dünya görüşü
Dünyagörüşü — çox geniş anlamlı bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Çeşidli baxışların, dəyərlərin, davranışların toplusudur. Toplumun və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit nə varsa, dünyagörüşüdür. O hər kəsə ya da topluma məxsus ola bilər. Hər bir dönəmin də öz dünyagörüşü vardır. Insanın dünyagörüşünün hər bir hissəciyi başqaları ilə sıx bağlıdır, onların hamısı bir-biri ilə əlaqədədirlər. Hər bir kimsənin ya da toplumun intellektual, bilik və mədəni səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər onların dünyagörüşü əsaslı təməllərə arxalanır. Bu səviyyələr olmayanda isə, insanlar öz fikirlərini, baxışlarını, həyat prinsiplərini əsaslandıra bilmirlər, öz fantaziyalarına, mövhumatlara qapanıb, ziddiyətlərdən çıxa bilmirlər. Eyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həm də emosiyaların üzərində qurulur. Çünki hər bir kəsin əsəb, sevgi, nifrət və s.
Kino görüşü
Kino görüşü, Film kimi görüş və ya Görüş hadisəsi (ing. Date Movie) — 2006-cı ildə çəkilmiş Amerika filmidir. Bu film əksəriyyəti melodramatik olan müxtəlif filmlərin parodiyasıdır.
İspan görüşü
İspan görüşü — Şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-b5. gedişləri ilə başlayan debüt. İlk dəfə olaraq ispaniyalı şahmatçılar Lüsyenin (XV əsr) və Lopesin (XVI əsr) əsərlərində göstərilir. == Qaraların mümkün cavabları == 3. ... a7-a6 — Morfi müdafiəsi 3. ...
İtalyan görüşü
İtalyan görüşü: 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-c4 Ff8-c5. gedişləri ilə başlayan şahmat debütü. Bu qədim debüt gettin əlyazmalarında və XVI–XVII əsrlər italyan şahmatçılarının oyunlarında təsadüf edilir. == Variyantları == 4. c3 — Əsas xətt 4. b4 — Evans qambiti 4. d3 — Sakit İtalyan oyunu 4.
Şotlandiya görüşü
Şotlandiya görüşü — e2-e4 e7-e5; Ag1-f3 Ab8-c6; d2-d4 gedişləri ilə başlayan şahmat debütü. 1824-cü ildə Şotlandiyanın Edinburq şəhəri ilə London arasında yazışma ilə keçirilən matçın şərəfinə adlandırılmışdır.
Dostların Görüşü (1967)
== Məzmun == Film Oktyabr inqilabının 50 illiyi ərəfəsində Moskvada keçirilən Azərbaycan mədəniyyət və incəsənət həftəsindən söhbət açır.
Dostların Görüşü (1977)
Macarıstan görüşü (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Rus görüşü (şahmat)
Rus görüşü — şahmatda e4, e5 Af3 Af6 gedişləri ilə başlanan debüt. Şahmat termini Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır.
Vyana görüşü (şahmat)
Vyana görüşü — e2-e4 e7-e5; Ab1-c3 gedişləri ilə başlayan şahmat debütü. XIX əsrdə Qampenin başçılığı altında bir qrup Vyana şahmatçısı tərəfindən işlənmişdir. == İstinadlar == == Ədəbiyyat == Zeynallı, Azər; Əliyev, Pərviz. Sadıqova, H. (redaktor). Şahmat aləminə səyahət. Bakı: İşıq. 1986. 112.
İspan görüşü (şahmat)
İspan görüşü — Şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-b5. gedişləri ilə başlayan debüt. İlk dəfə olaraq ispaniyalı şahmatçılar Lüsyenin (XV əsr) və Lopesin (XVI əsr) əsərlərində göstərilir. == Qaraların mümkün cavabları == 3. ... a7-a6 — Morfi müdafiəsi 3. ...
İtalyan görüşü (şahmat)
İtalyan görüşü: 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-c4 Ff8-c5. gedişləri ilə başlayan şahmat debütü. Bu qədim debüt gettin əlyazmalarında və XVI–XVII əsrlər italyan şahmatçılarının oyunlarında təsadüf edilir.
Şotlandiya görüşü (şahmat)
Atropatın Makedoniyalı İsgəndərlə görüşü
Atropatın Makedoniyalı İsgəndərlə görüşü - Azərbaycan rəssamı Əyyub Məmmədov tərəfindən Azərbaycan tarixi mövzusunda çəkilmiş şəkillərdən biridir. Azərbaycan Tarix Muzeyinin zalında nümayiş olunan "Atropatın Makedoniyalı İsgəndərlə görüşü" adlı rəsm əsəri mühüm tarixi məqamla bağlıdır. Atropat dövlət xadimi idi. Bir siyasətçi və diplomat kimi Makedoniyalı İsgəndərlə hərbi mübarizənin faydasızlığını gözəl başa düşdüyü üçün, diplomatik yolla istilaçıların Azərbaycan ərazisinə soxulmasına yol verməmişdi.
Dostların görüşü (film, 1967)
== Məzmun == Film Oktyabr inqilabının 50 illiyi ərəfəsində Moskvada keçirilən Azərbaycan mədəniyyət və incəsənət həftəsindən söhbət açır.
Dostların görüşü (film, 1977)
Buş-Aznar məxfi görüşü
Buş-Aznar məxfi görüşü 2003-cü il fevral ayının 22-də ABŞ-ın o zamankı prezidenti Corc Buş ilə İspaniyanın o zamankı baş naziri Xose Mariya Aznar arasında ABŞ-ın Texas ştatının Krouford şəhərində keçirilmiş olan görüş və bu görüşün məzmunudur. Görüşdə iki liderlə yanaşı, dövrün dövlət rəsmiləri də iştirak etmişdir; Milli Təhlükəsizlik müşaviri Kondoliza Rays, Daniel Frid, Alberto Karnero və İspaniyanın ABŞ-dakı səfiri Xavyer Ruperes. Həmçinin İngiltərənin o vaxtkı baş naziri Toni Bleyr və İtaliyanın baş naziri Silvio Berluskoni də telefonla bu görüşdə iştirak etmişdirlər. İctimaiyyət bu görüşdən yalnız illər sonra İspaniyanın El País qəzetinin verdiyi xəbər nəticəsində xəbərdar olmuşdur. Məxfi görüşdə iştirak etmiş olan Ruperes qəzetə ətraflı məlumat vermişdir. == Əhəmiyyəti == Görüşdə diqqət mərkəzində olan əsas məsələ ABŞ, İngiltərə və İspaniya hökumətlərinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etmiş olduğu 1441 saylı qətnaməsindən sonra yeni bir qətnamənin qəbul edilməsini istəmələri idi. Bu, İraqla bağlı əvvəl qəbul edilmiş olan 17 qərarın davamı olacaq 18-ci qərar kimi də qəbul edilir. Görüş yaxınlaşan İraq müharibəsinə yanaşma baxımından da böyük əhəmiyyət kəsb etmişdir. Buna müvafiq olaraq, Səddam Hüseynin yanında 1 milyard dollar saxlamasına icazə veriləcəyi təqdirdə, vəzifəsindən istefa verərək ölkəni tərk edəcəyi bildirilirdi. Bundan əlavə, görüş zamanı Buşun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv dövlətlərə ABŞ-ın üstünlük verdiyi hərəkət kursunu qəbul etmələri üçün etdiyi təzyiqlər də görülmüşdür.
İskəndərin Çin xaqanı ilə görüşü
İskəndərin Çin xaqanı ilə görüşü — 1524-1525-ci illərdə hazırlanmış Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Metropoliten muzeyində (fol.213) saxlanılan bu əlyazma məşhur xəttat Sultan Məhəmməd Nur tərəfindən köçürülmüşdür. Əlyazmasında ümumilikdə müxtəlif rəssamlar tərəfindən çəkilmiş 15 miniatür vardır. == Mövzu == Nizaminin “İskəndərnamə” poemasında, İskəndər Çin xaqanından yeddi illik xərac istəyir. Xaqan bunun cavabında söyləyir ki, “Mən razıyam, ancaq bir şərtlə ki, bundan sonra yeddi il yaşayacağıma yazılı sənəd verəsən.” Bu cavab İskəndərin xoşuna gəlir və bir illik xərac ilə kifayətlənəcəyinə söz verir. Xaqan xəracı gətirmək üçün bir günlük möhlət alıb geri qayıdır. Lakin ertəsi gün böyük ordu ilə İskəndərin qərargahına yaxınlaşır. İskəndər qoşunu gördükdə elə zənn edir ki, çinlilər qəflətən hücuma keçmişlər. Bu zaman xaqan bildirir ki, o, vuruşmaq fikrində deyil və özü ilə ona görə qoşun gətirmişdir ki, onun təslim olmasını zəiflik əlaməti kimi qiymətləndirməsinlər. Xaqanın bu ağıllı hərəkətini bəyənən İskəndər, Çindən xərac almaq fikrindən əl çəkərək, xaqanla dostlaşır və qonaq kimi onun sarayına gedir.
"Yava"nın dostları Bakıda görüşürlər (film, 1980)
Ebbot və Kostello Frankenşteynlə görüşür (film, 1948)
Ebbot və Kostello Frankenşteynlə görüşür (ing. Bud Abbott Lou Costello Meet Frankenstein) — 1948-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Ebbot və Kostello Frankenşteynlə görüşür
Ebbot və Kostello Frankenşteynlə görüşür (ing. Bud Abbott Lou Costello Meet Frankenstein) — 1948-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi
“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” - 6 iyul 2024-cü il tarixində Şuşada Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü çərçivəsində imzalanıb. == Bəyannamənin mətni == Türk Dövlətləri Təşkilatının (bundan sonra TDT adlandırılacaq) “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada keçirilmişdir. Görüşə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev ev sahibliyi etmişdir. Görüşdə Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Zati-aliləri Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Vitse-prezidenti Zati-aliləri Cevdet Yılmaz, Macarıstanın Baş naziri Zati-aliləri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Zati-aliləri Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Zati-aliləri Kubanıçbek Ömüralıyev iştirak etmişlər. Türk Dövlətləri Təşkilatının dövlət başçıları, Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək; Türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini vurğulayaraq; Bəşəriyyət tarixində Türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq; 2023-cü il noyabrın 3-də “TÜRKTIME” şüarı altında keçirilmiş, TDT-nin gələcək transformasiyasında və Türk dünyasının inteqrasiyası səylərində, eləcə də onların xalqlarının birlik və rifahının gücləndirilməsində növbəti mühüm mərhələ olan TDT-nin yubiley – Astana Zirvə görüşünün uğurlu təşkilinə görə Qazaxıstan Respublikasının sədrliyini dəyərləndirərək; TDT-nin yaradılmasına dair Naxçıvan Sazişinə uyğun olaraq, Dövlət Başçıları Şurasının (DBŞ) müntəzəm görüşləri ilə yanaşı, ildə bir dəfə DBŞ-nin qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təklifini alqışlayaraq; Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyətini qəbul edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğunu bəyan edərək; Yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışı üçün şərait yaradacaq genişmiqyaslı minatəmizləmə fəaliyyəti və humanitar minasızlaşdırma səyləri də daxil olmaqla, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliklərini ifadə edərək; Türk Dövlətləri arasında sabit və çoxşaxəli əlaqələrin inkişafına, o cümlədən iqlim fəaliyyəti vasitəsilə sağlam planetin qorunmasına yönəlmiş birgə səylərlə davamlı gələcəyin mümkün olduğunu təsdiq edərək; Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb etdiyini və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyini etiraf edərək, Bəyan etdilər ki, onlar: 1. TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyərini vurğulayırlar; 2. Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayırlar; 3. Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyini qeyd edirlər; 4. Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli trans-regional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar; 5. Ticarət həcmlərini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa çağırırlar; Bu məqsədlə nəqliyyata məsul olan nazirlərə nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin təqdim edilməsi və dəhliz boyu müntəzəm nəqliyyat xidmətlərinin yaradılması istiqamətində gələcək addımların atılmasını tapşırırlar; 6.

"görüşü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#görüşü nədir? #görüşü sözünün mənası #görüşü nə deməkdir? #görüşü sözünün izahı #görüşü sözünün yazılışı #görüşü necə yazılır? #görüşü sözünün düzgün yazılışı #görüşü leksik mənası #görüşü sözünün sinonimi #görüşü sözünün yaxın mənalı sözlər #görüşü sözünün əks mənası #görüşü sözünün etimologiyası #görüşü sözünün orfoqrafiyası #görüşü rusca #görüşü inglisça #görüşü fransızca #görüşü sözünün istifadəsi #sözlük