Qaysı qurusu
Qaysı qurusu və ya ərik qaxı (uyğ. kurägä "qurudulmuş əriklər" və ya özb. quru) – ərik meyvələrinin qurudulması yolu ilə əldə olunan meyvə qaxacı. Qida sənayəsində mühüm yer tutan ərzaq növlərindən biridir.
Ərik qaxı milli xörəklərin hazırlanmasında (xüsusən plov) əvəzolunmaz çərəzdir.
Çox qədimdən istifadə olunan və geniş yayılmış üsuldur. Əriklər tumlu halında təmiz pambığ və ya kətan parça üzərinə sərilir. Günəş şüaları altnda 3–4 gün saxlanıldıqdan sonra tumu çıxarılır. Yumşaq şəkildə tumu çıxarılarsa forması əzilmiş olur və tumla birgə ətli hissəsi də çıxır və istənilən nəticə əldə edilmir. Tumlar rahat çıxarıldıqdan sonra arzuolunan rəng alınana qədər 5–10 gün müddətində gün işığında saxlanılır.