Tanrı quzusu
Tanrı quzusu və ya Aqnus Dei (lat. Agnus Dei, yun. Ἀμνὸς τοῦ Θεοῦ) — İsanın simvolik adlarından biri.
Bu, Məsihin özünü bir quzu kimi kəsilməyə verməsi ilə bağlıdır. Bu təsvir aqrar mədəniyyətlərdə geniş yayılmış, sürüdə doğulan ilk quzunu tanrılara qurban vermək ayininə gedib çıxır. Quzu üzüyolalıq, müqavimət göstərməmək, məsumluq və təvazökarlıq simvoludur. Məhz bu keyfiyyətlər xristian etik idealını təşkil edirdi. Tanrı quzusu obrazının variantlarından biri də sinəsindən qan axan quzu idi ki, bu da Məsihin əzabını və kəffarə qurbanını simvolikləşdirirdi. Başqa bir bədii versiyada üzərində xaç təsvir edilmiş bir bayraq olan zəfər quzusu idi. Quzunun başına müqəddəslik halosu çəkilmişdi.