Gömür sözü azərbaycan dilində

Gömür

Yazılış

  • Gömür • 96.1538%
  • gömür • 3.8462%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gömür (Şahbuz)
Gömür kəndi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Tarixi == Adı mənşəcə, türk sözü olub "gömmək", "basdırmaq" mənasını verir. Başqa bir bənzər versiyaya görə isə "Göy ömür" mənasındadır. == Mədəniyyəti == Kənddə yeni tipli orta məktəb(2006), icra numayəndəliyi (2014) binası vardır. Yolların asfaltlanmasi prosesi başa çatdırılıb. == Coğrafiyası == Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, dağlıq ərazidə yerləşir. Geniş otlaqlara və biçənəklərə sahibdir. Ərazidə çoxlu dərman mənşəli bitki əvəlik, şıbbık, ələyəz, qırxbuğum, səhləb, solmazçiçək, çobanyastığı, böyrəkotu və s.), kol meyvələri (yemişan, zirinc, itburnu, böyürtkən, mərmərik qoyungözü, qaraçöhrə və s. vardır. == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başlanmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Gömür kəndində 12 evdə 27 nəfəri kişilər 23 nəfəri isə qadınlar olmaqla 50 nəfər erməni (10 fevral 1828-ci ildə bağlanılmış Türkmənçay müqaviləsinin XV bəndinə əsasən 16 mart 1828-ci ildə Qacar dövlətindən köçürülmüşdülər) yaşayırdı.2009-cu il Azərbaycan Respublikası əhalisinin siyahıyaalınmasına əsasən əhalinin sayı 536 nəfərdir.
Gömür mineral bulağı
Gömür mineral bulağı — Şahbuz rayonu ərazisində Gömür kəndindən 3 km cənub-qərbdə, Gömür çayın sol sahilində okean səviyyəsindən 2000 m. yüksəklikdədir. Burada 75 sayda bulaqlardan mineral hidrogen-sulfid qarışığı ilə birlikdə karbonqazı da çıxır. Bulaqlardan su çıxarkən yeraltı karst süxurlarını kükürdlü qarışıqla birlikdə tərkibindəki hidrogen-sulfid ionlarını zənginləşdirir. Zəif inerallaşmış sudan revmatik və dəri xəstəliklərinin müalicəsində vanna qəbul etməklə (hər kursda 10-15 dəqiqə, T 25-35 Cº) əhəmiyyətlidir. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
Gömürdağ
Gömürdağ və ya Kömürdağ: Gömürdağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunun qərb hissəsində dağ. Hündürlüyü 3037 m. Gömürdağ (dağ, Naxçıvan) — Zəngəzur silsiləsinin mərkəzi hissəsində dağ. Naxçıvanla Ermənistan sərhədində Qapıcıq dağından şimaldadır. Hündürlüyü 3364 m.
Gömürdağ (dağ, Kəlbəcər)
Gömürdağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun qərb hissəsində dağ. İstisu qəsəbəsi yaxınlığındadır. Hündürlüyü 3037 m. Vulkan mənşəlidir. Oronim Kömürdağ variantında da qeydə alındığından tədqiqatçılar cox vaxt bu dağı kömürlə (yanacaq) əlaqələndirirlər. Əslində, bu oronim "pik, zirvə" mənası ilə bağlıdır və bunu həmin coğrafi obyektin malik olduğu yüksəklik də təsdiq edir.
Gömürdağ (dağ, Naxçıvan)
Gömürdağ, Kömürdağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsi aiddir. Sıldırım yamaclıdır (hünd. 3375,9 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin andezitli porfirit lavalarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Şimal-qərb yamacında şimal-şərq istiqamətli fay qırılmaları izlənilir.
Gömürdəhnə
Gömürdəhnə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gömürdəhnə oyk., mür. Quba r-nunun Qonaqkənd i.ə.v.-də kənd. Kömürçayın sahilində, dağətəyi ərazidədir. Kənd əvvəllər Dəhnə adlanırdı. Yaşayış məntəqəsi Gömürçayın düzənə çıxdığı ağız hissədə salınmışdır. Oykonim Gömür (çayın adı) və dəhnə (çayın dar yerdən axaraq düzənə çıxdığı sahə, ağız) komponentlərindən düzəlib, "Gömürçayın dəhnəsi" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 167 nəfər əhali yaşayır.
Gömürgöy
Gömürgöy - Azərbaycan Respublikasında Talış silsiləsinin yüksək zirvəsi. Hündürlüyü 2,493 m-dir. Qayalıq və çöl landşaftı var. Lerik rayonu ərazisindədir.
Gömürçay
Gömürçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Naxçıvançayın sol qolu. == Haqqında == Mənsəbindən 58 km məsafədə ona tökülür. Uzunluğu 13 km, hövzəsinin sah. 36 kv. km-dir. Qar, qrunt və yağış suları ilə qidalanır. Yay aylarında yağan leysan yağışları daşqınlara səbəb olur. Tez-tez baş verən sel hadisələri nəticəsində yaşayış məntəqələrinə, yollara və əkin sahələrinə böyük ziyan dəyir. Suvarmada istifadə edilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 2.36
2006 •• 0.23
2007 •• 0.21
2009 ••••••••• 0.96
2010 0.09
2011 0.09
2020 ••• 0.27

"gömür" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gömür nədir? #gömür sözünün mənası #gömür nə deməkdir? #gömür sözünün izahı #gömür sözünün yazılışı #gömür necə yazılır? #gömür sözünün düzgün yazılışı #gömür leksik mənası #gömür sözünün sinonimi #gömür sözünün yaxın mənalı sözlər #gömür sözünün əks mənası #gömür sözünün etimologiyası #gömür sözünün orfoqrafiyası #gömür rusca #gömür inglisça #gömür fransızca #gömür sözünün istifadəsi #sözlük