* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••••• | 126.77 |
2003 | •••••••••••••••••••• | 171.65 |
2004 | ••••••• | 55.58 |
2005 | •••••••• | 64.10 |
2006 | •••••• | 51.13 |
2007 | ••••••• | 54.34 |
2008 | •••••••• | 61.64 |
2009 | •••••• | 45.12 |
2010 | ••••• | 37.67 |
2011 | •••••• | 44.18 |
2012 | ••••• | 40.61 |
2013 | ••• | 24.65 |
2014 | •••• | 31.58 |
2015 | ••• | 18.71 |
2016 | ••• | 25.16 |
2017 | ••• | 23.90 |
2018 | ••• | 25.32 |
2019 | •••• | 28.79 |
2020 | •••••• | 51.05 |
1 is. [ər.] 1. İnsan, heyvan və ya bitkinin doğuluşundan ölümünə qədərki fizioloji vəziyyəti; həyat. Ömürdür, biri az yaşayır, o biri çox yaşayır. T.Ş.Simurq. Hayıf ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir. M.Müşfiq. □ Ömür yoldaşı – arvad, zövcə, həyat yoldaşı. Ağlını başına vursun, görsün ki, tapdığı adam onunla ömür yoldaşı olacaqmı? Mir Cəlal. 2. Ömrümdə, ömründə şəklində – heç bir zaman, heç vaxt, qətiyyən. Ömründə gəlməyib doğru dilinə. Q.Zakir. [Naşad] ömründə bu qədər sərt və dikbaş bir qadın görməmişdi. S.Hüseyn. 3. Ömrüm-günüm şəklində – nəvazişlə, mehribanlıqla müraciət. [Qadın Tahirə:] Bəs mənim balamı niyə gətirmədin, ömrümgünüm? M.Hüseyn. ◊ Ömür (ömrü) bada getmək – ömrün hədər keçdiyinə təəssüf bildirir. Könül verdim hər bivəfa yadlara; Hayıf oldu, ömür getdi badlara. M.V.Vidadi. Ömür keçirmək (sürmək) – yaxşı və rahat yaşamaq; ümumiyyətlə, yaşamaq, həyat sürmək. Sür ömrünü, çək ləzzətini, can ələ düşməz. Ə.Qəmküsar. İkisi də əl-ələ verib, şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər. Çəmənzəminli. Telli … dörd il bundan əvvəl İslamın evinə gəlmiş, yalnız iki ilini bəxtiyar bir gəlin kimi ömür sürmüşdü. S.Hüseyn. Ömür vermək – həyat vermək, can vermək, yaşatmaq. Donbas bizə kömür verir; Ocaqlara ömür verir. M.Müşfiq. Ömür (ömrü) yarıdan keçmək – ömrün keçməsinə təəssüf bildirir. Baş ağardı, ömür keçdi yarıdan; Qurtarmadım hərgiz ahü zarıdan. Q.Zakir. Ömrü uzanmaq – daha çox yaşamaq, ömrü uzun olmaq. Bülbülün səsi kimi; Qaynayır incə səsin; Sanki ömrüm uzanır; Uzandıqca nəfəsin. Ə.Cavad. Ömrü vəfa etməmək – az ömür sürüb arzusuna, ümidinə yetişməmək, istədiyini, gözlədiyini görməmək, nəsib olmamaq. Ömrüm (ömrün, ömrü…) boyu (uzunu) – 1) həmişə, daima, bütün həyatım (həyatın, həyatı) boyunca. Ömrüm boyunca sənə minnətdaram. Ömrü boyunca işləyib; 2) heç bir zaman, heç bir vaxt. Ömrüm boyu unutmaram. Ömründə bir gün görməmək – ömrü boyu əzab-əziyyət çəkmək, xoş gün görməmək. [Balaş:] Yazıq nə hala düşmüş, necə də saralmış, solmuş, [Sevil] ömründə bir gün görməmiş(dir). C.Cabbarlı. Ömrün (ömrünüz) uzun olsun! – xeyir-dua, təşəkkür məqamında işlədilir. [Mirzə Səfər:] Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Ə.Haqverdiyev. Ömrünü çürütmək – uzun zaman vaxtını boş keçirmək. [Gəray bəy Cəlala:] Oğul, mən bilirəm, sevdaya düşən; İnsanlar ömrünü çürüdür bəzən… S.Vurğun. Ömrünü sənə (sizə və s.) bağışladı – öldü, canı çıxdı.
Azərbaycan dilinin izahlı lüğəti / ömür2 ÖMÜR Dedi: Ömür xoş gələnlərə bağlıdır; Kim deyir ki, bağrım başı dağlıdır?! (M.Rahim); HƏYAT Əşrəf həyatında hələ heç bir qəhrəmanlıq eləməmişdir (S.Rəhman).
Azərbaycan dilinin sinonimlər lüğəti / ömür2 I сущ. жизнь (физиологическое состояние человека, животного, растения от рождения до смерти). Qısa (gödək) ömür короткая жизнь, uzun ömür долгая жизнь, ömrün sonu конец жизни, ömrünün ən yaxşı illəri лучшие годы жизни, ömrün ən gözəl çağı лучшая пора жизни, ömrünün ən xoşbəxt dəqiqələri самые счастливые минуты жизни, ömrün mənası смысл жизни, ömrünü uzatmaq kimin продлевать жизнь к ому, ömrünü qısaltmaq (gödəltmək) kimin сокращать жизнь к ому, ömrünü həsr etmək kimə, nəyə посвятить жизнь к ому, чему II прил. жизненный. Ömür yolu жизненный путь ◊ ömrü boyu всю свою жизнь, на протяжении всей жизни, ömrünün axırınadək до конца жизни; ömür sürmək проживать, прожить; ömür vermək (bəxş etmək) даровать жизнь; ömrü yarıdan keçib полжизни прожил; bir ömür azdır nəyə одной (человеческой) жизни не хватит для чего, на что; ömür yoldaşı: 1) подруга жизни, спутница жизни (супруга, жена) 2) спутник жизни (муж, супруг); ömrü (ömrünü) başa vurmaq: 1. заканчивать, закончить свой жизненный путь (прожить свою жизнь); 2. отжить своё, свой век, своё время; ömrü keçdi harada жизнь прошла где, ömrü bada vermək прожигать жизнь, ömrü hədər (bada) getdi kimin бесцельно прожил жизнь кто, жизнь прошла даром чья, ömrü boyu borclu olmaq kimə быть благодарным на всю жизнь к ому, быть в неоплатном долгу перед кем; ömrün salnaməsi летопись жизни, ömrün baharı (yazı) весна жизни (о молодости); ömrün payızı осень жизни (о старости), ömrün qürubu закат жизни, ömrün oğlan çağında во цвете лет (сил); ömründən silmək nəyi вычеркивать, вычеркнуть из своей жизни что; ömrünə duaçı olmaq kimin вечно молиться за кого, ömrünü biçmək скосить жизнь чью (о смерти), ömrünü zay etmək испортить жизнь к ому; ömrünü zəhərləmək отравлять жизнь к ому; ömrünü çürütmək kimin загубить жизнь чью; ömrünü tapşırmaq приказать долго жить (умереть); nə qədər ki ömrüm var … пока я живу (жив) …; Allah ömür versin (Allah ömrünü uzun eləsin) да продлит Бог (Аллах) жизнь к ому; да пошлёт Бог (Аллах) долгую жизнь к ому (пожелание); yaman günün ömrü az olar чёрные (трудные) дни бывают недолгими (утешение); bir igidin ömrü довольно долгое время; ömrün uzun olsun да продлится твоя жизнь; ömrünü sizə bağışladı приказал долго жить (умер)
Azərbaycanca-rusca lüğət / ömür1 i. life; ~ etmək / sürmək to live; ömrü uzunu / boyu lifelong, as long as one lives; ömrünü çürütmək to run* one’s life; Ömrün uzun olcun May your life be long! Allah ömür versin May God prolong your life!
Azərbaycanca-ingiliscə lüğət / ömür1 is. vie f ; ~ sürmək vivre vi, exister vi ; porter (se) ; ~ü boyu durant (pendant) la (sa) vie ; ~ünü çürütmək gâter (se) la vie
Azərbaycanca-fransızca lüğət / ömür1 [ər.] сущ. 1. уьмуьр; // ömür yoldaşı уьмуьрдин юлдаш, паб (гъуьлуьз вичин); 2. ömrümdə, ömründə (зи) уьмуьрда, гьич са чӀавузни, са вахтундани, эсиллагь; ** ömür (ömrü) bada getmək уьмуьр бадгьава фин (уьмуьр гьакӀ буш фин манада); ömür keçirmək (sürmək) уьмуьр гьалун, яшамиш хьун; ömür vermək уьмуьр гун, ччан гун, яшатмишун; ömrü yarıdan keçmək уьмуьр зуранилай алатун (уьмуьр финиз гьайиф чӀугун манада); ömrü uzanmaq уьмуьр яргъи хьун, гзаф яшамиш хьун; ömrüm (ömrün, ömrü) boyu (uzunu) уьмуьр-биллагь а) уьмуьр амадкьван, ччан аламадкьван, гьамиша; б) гьич са чӀавузни, са вахтундани, эсиллагь; ömründə bir gün görməmək уьмуьрда са югъ такун, рекьидалди азаб-азиятдик хьун, азаб чӀугун, шад югъ такун; ömrün(üz) uzun olsun! (ви, куь) уьмуьрар яргъи хьу(ра)й! (хийир-дуьа авун, алхишун манада); ömrünü çürütmək уьмуьр кутӀурун, вахт яргъалди гьакӀ буш ракъурун; ömrünü sənə (sizə) bağışladı уьмуьр ваз (квез) багъишна, кьена.
Azərbaycanca-ləzgicə lüğəti / ömürhəyat. “Həyat” qadın adının kişi üçün variantı.
Azərbaycan kişi adlarının izahlı lüğəti