Omar sözü azərbaycan dilində

Omar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Omar • 92.8571%
  • omar • 6.5714%
  • OMAR • 0.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdul Omar
Abdul Omar (3 oktyabr 1993) — Qanalı boksçu. Abdul Omar Qananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Omar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 56 kq çəkidə, 1/16 final mərhələsində Argentinanın nümayəndəsi Alberto Melian ilə üz-üzə gəldi. Həmin görüşdə Abdul Omar rəqibinə 0:3 hesabı ilə uduzdu.
Omar Eyssa
Omar Momani
Omar Momani (ərəb. عمر المومني‎, d. 25 aprel 1981) — İordaniya karikaturaçısı. Onun karikaturaları əsasən futbol mövzularını əhatə edir.
Omar Naber
Omar Naber (d. 7 iyul 1981, Lyublyana, Sloveniya) — Sloveniya müğənnisi, bəstəkarı və gitara ifaçısı. O, Sloveniyanı 2005 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin hər iki cəhdində də müsabiqənin finalına adlaya bilməmişdir. Omar Naber 7 iyul 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Lyublyana şəhərində anadan olmuşdur. Omarın atası Samir Naber İordaniyalıdır və Lyublyanada diş həkimi olaraq çalışır. Anası Alenka Naber isə Sloveniyalıdır və piano müəllimidir. Omar da hər iki valideyni kimi xristian olaraq böyümüşdür. O diş həkimliyi ixtisası üzrə təhsilini başa vurduqdan sonra öz sənətini davam etdirməmiş və musiqi ilə məşğul olmağa başlamışdır. Omar 16 yaşında ikən Lyublyana institutunun Veter xoruna qoşulmuşdur. Müsahibələrindən birində Omar onu musiqiyə ilhamlandıran ABŞ-nin punk rok qruplarından Green Day olduğunu söyləmişdir.
Omar Sivori
Enrike Omar Sivori (isp. Enrique Omar Sívori, 2 oktyabr 1935[…] – 17 fevral 2005) — karyerası ərzində hücumçu mövqeyində çıxış etmiş italyan əsilli argentinalı keçmiş futbolçu və məşqçi. Klub səviyyəsində 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində İtaliyanın Yuventus klubundakı çıxışları ilə tanınır, bundan başqa vətəni Argentinada River Pleyt və İtaliyanın daha bir təmsilçisi Napolidə də oynamışdır.
Omar Apollo
Omar Apollo (20 may 1997, Hobart[d], İndiana) — ABŞ müğənnisi, mahnı yazarı. 2022-ci ildə Warner Records ilə müqavilə bağladıqdan sonra debüt studiya albomu olan "Ivory"-ni təqdim edib. Bu albom olduqca müsbət dəyərləndirilib. Omar, 65-ci Qremmi mükafatları mərasimində "Ən yaxşı yeni artist" kateqoriyası üzrə "Qremmi" mükafatına namizədlik əldə etmişdir. İstər ingiliscə, istərsə də ispanca mahnılar oxuyur. == Həyatı == Omar Apolonio Velasko 20 may 1997-ci ildə İndiana ştatının Hobart şəhərində doğulub. Valideynləri Meksikanın Quadalahara şəhərindən ABŞ-yə mühacirət edəndə Omar hələ dünyaya gəlməmişdi. Ailədə özündən başqa üç böyük qardaş-bacısı var. Ata və anası ailəni dolandırmaq üçün müxtəlif peşələrdə çalışıb. O, uşaq olanda "ballet folkloriko" rəqsi ilə məşğul olurdu.
Omar Bonqo Universiteti
Omar Bonqo Universiteti (fr. Université Omar Bongo) — Qabonun paytaxtı Librevil şəhərində yerləşən universitet. 1970-ci ildə Qabon Milli Universiteti adı ilə qurulmuşdur. 1978-ci ildən ölkənin sabiq prezidenti Omar Bonqonun adını daşıyır. Qabonun ilk universitetidir.
Omar Torriyos Herera
Omar Torriyos Herrera (13 fevral 1929[…] – 31 iyul 1981[…], təq. ) — Omar Torriyos kimi daha çox tanınan Panama Müdafiə Qüvvələri komandiri və de-fakto 1968-1981-ci illərdə qeyri-rəsmi Panama prezidenti. Bunun əvəzinə “Panamanın Ali Lideri, İnqilab və Ali Hökumət Başçısı” adından istifadə etmişdir. Hakimiyyətə gəldikdən sonra bir sıra sosial islahatlara başlamış və rejimi mütərəqqi hesab edilmişdir. Ən çox 1977-ci ildəki Torriyos-Karter müqaviləsini müzakirə etməsi ilə məşhurdur. Bu müqavilə ilə Panama Atlantik okeanı və Sakit okeanı birləşdirən ən qısa su yolu olan Panama kanalı üzərində tam suverenliyini təmin etmişdir. Bu razılaşma ABŞ-nin 1903-cü ildən bəri istifadə etdiyi Panama kanalının 1999-cu ildən Panamanın nəzarəti altına alınmasını şərtləndirirdi. 31 dekabr 1999-cu ildə sazişin son mərhələsi olaraq ABŞ Panama kanalındakı nəzarətindən imtina etmişdir. Beləliklə kanal və onun ətrafındakı bütün bölgələr Panamanın suverenliyi altına daxil olmuşdur. Oğlu Torino Torriyos 2004-2009-cu illərdə Panama prezidenti olmuşdur.
Aqil Omarov
Batıray Omarla
Batıray Omarla (1820, Urax[d], Dağıstan MSSR – 1902, Dargi dairəsi, Dağıstan vilayəti) — Dağıstan şairi, XIX əsrdə yaşamış lirik, dargin ədəbiyyatının qurucularından biri. == Həyatı == Omarla (tərcümədə - Ömərin oğlu) Batıray 1831-çi ildə Dargin rayonunun Urax kəndində (Dağıstan Respublikasının indi Sergokalinsky rayonu), darginets milliyyətində anadan olmuşdur. Şairin atası Ömər sağlamlığı və cəsarəti ilə seçilirdi. Bir sıra hallar Öməri yerli xana Nöker kimi xidmət etməyə məcbur etdi. Nöker Ömərə xidmət etmək uzun sürmədi, döyüşlərdən birində ağır yaralandı və tezliklə aldığı yaradan öldü. Şair yaradıçılığında Dörd və ya səkkiz misralı şeirlər qoşmuş, onlardan yalnız bir hissəsi dövrümüzədək gəlib çatmışdır. Şeirləri ilk dəfə 1928-ci ildə toplanaraq çap edilmişdir. Batıray şeirlərində kənd adamlarının, xalq qəhrəmanlarının obrazını yaratmış, dağlı qadınlarını müdafiə etmişdir. Dargin Dövlət Teatrına Batırayın adı verilmişdir. Omarla 1910-cu ildə Urax kəndində vəfat etmişdir.
Elmar Omarov
Eşqin Omarov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Norveç omarı
Nephrops norvegicus, Decapoda Dəstəsinden bir növ. Norveç omarı adətən Atlantik okeanı, Aralıq və Şimal dənizlərində yayılmışdır. Norveç omarı dənizin 40-250 m dərinliyində oyduğu yuvalarda məskunlaşır. Uzunluğu 18-20 sm olub, bəzən 25 sm-ə qədər çatırlar. Qəlsəməbaşlı olub, bədəninin böyük hissəsini təşkil edir. Qarın və quyruq bütövlükdə - “telson” hissəni təşkil edir. Bir cüt ön uzun ayaqlar qısqaclarla təmin olunmuşdur. Bütöv güvdə xitin zirehi ilə örtülüdür. Baş hissədə bu örtük “karpaks” adlanır. Telson trapes şəkilli olub onun uc hissəsində yelpik şəklində üzgəc yerləşir.
Omari Tetradze
Omari Tetradze — (rusca: Омари Михайлович Тетрадзе 13 oktyabr 1969 ) Rusiya futbolçusu, müdafiəçi. Gürcü mütəxəssis futbolçu kimi "Dinamo" (Tiflis), "Mertsxali", "Dinamo", "Alaniya", "Roma", PAOK, "Anji" və ""Krılya Sovetov"un şərəfini qoruyub. 1990/90-ci illərdə beş dəfə SSRİ olimpiya yığmasına dəvət alıb. 1992-ci ildə üç dəfə MDB yığmasına çağırılıb. 1992-2002-ci ildərdə isə Rusiya yığmasına çağırılıb. Meydana çıxdığı 37 matçda bir qola imza atıb. Məşqçi karyerasına 2007-ci ildə başlayan Omar həmin vaxtdan Anji Mahaçqalada çalışır. Mahir Şükürov hara gedir?
Vüsal Omarov
Vüsal Şəmsəddin oğlu Omarov (7 iyul 1989 – 28 sentyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Vüsal Omarov 1989-cu il iyulun 7-də Kemerovo vilayətində anadan olub. 1995-2006-cı illərdə M. Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı. Vüsal Omarov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Vüsal Omarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılıb azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Omarov sentyabrın 27-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ayman Omarova
Ayman Omarova (qaz. Айман Омарова; Jambıl rayonu, Şimali Qazaxıstan vilayəti, Qazaxıstan XX əsr) — Qazaxıstanlı hüquqşünas. 2018-ci ildə Cəsarətə görə Beynəlxalq Qadınlar Mükafatını alıb. Almatı Regional Vəkillər Kollegiyasının üzvüdür. O, 2011-ci ildə Qazaxıstanda növbədənkənar prezident seçkilərində namizəd Vladimir Kozlovun nümayəndəsi olub. Ekstremist qruplarla əlaqəli qadınların reabilitasiyası ilə məşğuldur. == Həyatı == Ayman Omarova yazıçı və hüquqşünasdır. O, Qazaxıstanda insan hüquqlarının pozulması və cinsi istismara məruz qalan şəxslərin hüquqlarını müdafiə edir. Almatı Regional Vəkillər Kollegiyasının üzvüdür. Omarova Qazaxıstanda 25 ildən artıq hüquq-mühafizə orqanlarında vəkil və müstəntiq kimi işləyib.

omar sözünün leksik mənası və izahı

omar sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. зоол. омар (морское беспозвоночное животное, десятиногий рак)

    Azərbaycanca-rusca lüğət / omar

omar sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#omar nədir? #omar sözünün mənası #omar nə deməkdir? #omar sözünün izahı #omar sözünün yazılışı #omar necə yazılır? #omar sözünün düzgün yazılışı #omar leksik mənası #omar sözünün sinonimi #omar sözünün yaxın mənalı sözlər #omar sözünün əks mənası #omar sözünün etimologiyası #omar sözünün orfoqrafiyası #omar rusca #omar inglisça #omar fransızca #omar sözünün istifadəsi #sözlük