Tomar sözü azərbaycan dilində

Tomar

Yazılış

  • Tomar • 86.9565%
  • tomar • 13.0435%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Güllü Eldar Tomarlı
Güllü Eldar Tomarlı (Güllü Eldar qızı Alıyeva; 13 iyul 1969, Rustavi) — Azərbaycan şairi, publisist. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, Aşıq Pəri Məclisinin sədr müavini (2015–2022). Güllü Eldar Tomarlı 13 iyul 1969-cu ildə Gürcüstanın Rustavi şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. 1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirmiş, Rustavi Politexnik Texnikomuna daxil olmuşdur. Təhsili bitirdikdən sonra, uzun müddət Rustavi şəhər nəşriyyatında çalışmışdır. Rustavi Azərbaycanlılar Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar şurasının sədri olmuşdur. Güllü Eldar Tomarlı Gürcüstanda, Azərbaycanda çap olunan qəzetlərdə şeirləri, publisistik məqalələri dərc edilib və Tiflis radiosunda səsləndirilmişdir. Tiflisdə nəşr olunan "Gürcüstan" qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, "Mirvarid Dilbazi Poeziya Məclisi" ictimai birliyinin sədridir.
Romanov tomaresi
Romanov tomaresi (lat. Tomares romanovi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin tomares cinsinə aid heyvan növü. Cənubi Qafqaz subendemikidir. Qanadları açıq halda 30-34 mm ölçüdə olan kiçik kəpənəkdir. Ön və arxa qanadlar üzərində qırmızı ləkə vardır. Alt tərəfdə isə bu ləkə narıncı rəngdədir. Dişilərdə arxa qanadların alt tərəfi yaşıl, erkəklərdə isə mavidir. Cənubi Ermənistan, cənub-qərbi Gürcüstan, Türkmənistan (Kopetdağ), Azərbaycanda – Naxçıvan MR, Altıağac. Kserofil bitkilər olan iri yarğanlar və çox da dərin olmayan dərələr yaşayış yerləridir. Kəpənəklər mayda və iyunun əvvəllərində uçur.
Tomardaş
Tomardaş — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ərtik rayonunda kənd. Rayon mərkəzindən 7 km şimal-qərbdə, Qotur çayının sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Tumardaş kimi qeyd edilmişdir. Toponim türk dilində «yamyaşıl bitkilər və yeraltı (qrunt) sularla dopdolu bataqlıq, təpəcik, daşlıq, kəsəkli yer>, «dağda, meşəsiz yerdə bataql;q» mənasında işlənən tomar sözündən və «dağ, qaya» mənasında işlənən daş sözündən əmələ gəlmişdir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Vardakar (Güllüdaş) qoyulmuşdur.
Tomares Desinens
Tomares desinens (lat. Tomares desinens) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin tomares cinsinə aid heyvan növü. Azərbaycanın endemik canlısıdır. 10 may 1971-ci ildə azərbaycanlı və sovet entomoloqu Rüstəm Məmməd-Əmin Əffəndi (1934–1991) Talış dağlarında Tomares cinsinə aid olan kəpənək cinsi aşkarlayır. Bu canlılar Tomares callimachus və Callophrys suaveola kəpənəkləri ilə birlikdə Onobrychis cornuta bitkisinin çiçəkləri üzərində uçurdular. Əffəndi ilk əvvək 10 dişi və 2 erkəkdən ibarət ekzemplyar aşkarlayır. Sonradan altı dəfə eyni əraziyə səfərlər təşkil edilsə də yeni fərdlər aşkarlanmır. Bu səbəbdən növə "Yoxa çıxmış" ləqəbi adı verilir. Ön qanadlarının uzunluğu 11–13 mm olur. Qanadların önü tünd-qəhvəyi olur və orta nahiyəsi tünd qırmızı olur.
Tomari
Tomari (rus. Томари) və ya köhnə adıyla Tomarioru (yap. 泊居) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Tomarlı
Tomarlı — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd. Kəndin keçmiş adı Vanazadır (erm. Վանազա). 1965-ci ildə Vanaza adı dəyişdirilərək kənd Tomarlı adlandırılmışdır. Arxeoloji qazıntılara əsaslanaraq kəndin ərazisinin qədim yaşayış yeri olması fikrini söyləmək münkündür. Vanaza kəndində XVIII əsrin 40-cı illərinə qədər ermənilər yaşamışdır. Kənd 1744-cü ildə Nadir şah Əfşarın bölgəyə hücumu zamanı dağıdılmış və XIX əsrin əvvəllərinə qədər təxminən 55 il boş qalmışdır. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazın işğalına başlaması ilə 1801-1804-cü illərdə Borçalı mahalından və Naxçıvan qəzasından sıxışdırılaraq qovulan azərbaycanlılar bu kənddə məskunlaşmışdır. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 47 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 8 km uzaqlıqda yerləşir. 31 dekabr 2016-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 721 nəfər əhali yaşayır.
Tomarza
Tomarza (türk. Tomarza) — Kayseri ilinin ilçəsi.
Şiho Tomari
Şiho Tomari (d. 26 mart 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Tomares
Tomares (lat. Tomares) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinə aid heyvan cinsi.
Tomares romanovi
Romanov tomaresi (lat. Tomares romanovi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin tomares cinsinə aid heyvan növü. Cənubi Qafqaz subendemikidir. Qanadları açıq halda 30-34 mm ölçüdə olan kiçik kəpənəkdir. Ön və arxa qanadlar üzərində qırmızı ləkə vardır. Alt tərəfdə isə bu ləkə narıncı rəngdədir. Dişilərdə arxa qanadların alt tərəfi yaşıl, erkəklərdə isə mavidir. Cənubi Ermənistan, cənub-qərbi Gürcüstan, Türkmənistan (Kopetdağ), Azərbaycanda – Naxçıvan MR, Altıağac. Kserofil bitkilər olan iri yarğanlar və çox da dərin olmayan dərələr yaşayış yerləridir. Kəpənəklər mayda və iyunun əvvəllərində uçur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2004 ••••••••••••••••••• 0.34
2008 •••••••••••••• 0.24
2010 •••••••••••••••••••• 0.36
2013 ••••••••• 0.15
2016 •••••••••• 0.17
2020 •••••••• 0.13

tomar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Qax) kitab. – Tomarı qoyı qoltuğuna gediy II (Şəmkir) ucları yuxarı tərəfdən bir-birinə qarışmış şivlər; kol-kos. – Ujdarı birrəşsə şivlərin tomar olar III (Zaqatala) meşədə kollardan təmizlənib açılmış sahə

Azərbaycan dilinin dialektoloji lüğəti.

Azərbaycan kişi adlarının izahlı lüğəti

bükülü kağız; məktub; sığal.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"tomar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tomar nədir? #tomar sözünün mənası #tomar nə deməkdir? #tomar sözünün izahı #tomar sözünün yazılışı #tomar necə yazılır? #tomar sözünün düzgün yazılışı #tomar leksik mənası #tomar sözünün sinonimi #tomar sözünün yaxın mənalı sözlər #tomar sözünün əks mənası #tomar sözünün etimologiyası #tomar sözünün orfoqrafiyası #tomar rusca #tomar inglisça #tomar fransızca #tomar sözünün istifadəsi #sözlük