Otar sözü azərbaycan dilində

Otar

Yazılış

  • Otar • 97.9275%
  • otar • 2.0725%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avaz Otar
Avaz Otar (15 avqust 1884, Xivə — 1919, Xivə) — Özbək şairi. == Həyatı == Avaz Otar 1884-cü ilin avqust ayında Xivədə dünyaya gəlmişdir. Atası, sənət və ədəbiyata olan həvəsi səbəbiylə zamanında olduqca tanınmış bir şəxs idi. "Bərbərlik etməsi səbəbiylə xalq arasında "Usta Otar" ünvanı ilə anılmaqda və zamanının öndə gələn sənətçi və elm adamlarıyla yaxın münasibətlər qurmaqdaydı. Onun evində əsasən Agəhi, Kamil Xarəzmi, Mütrib Xanəxarabi, Bəyani və başqa şairlərin iştirakıyla ədəbi sohbətlər aparılırdı. Bu məclislərdə təbii ki, gənc Avaz da iştirak etməkdəydi." Bu ədəbi söhbətlər daha o yaşlarda Avaz Otarın təqip edəcəyi yolu böyük ölçüdə təyin etmişdi. Onun ədəbiyata olan ilgisi uşaq deyilə biləcək yaşlarda başlamışdı. Avaz Otarın mədrəsə təhsili aldığı illərdə ədəbiyata olan ilgisi daha da artmışdı. "Avazın ədəbiyata olan həvəsi çox erkən yaşlarda başlayıb, mədrəsədə oxuduğu illərdə şərq ədəbiyatının seçkin təmsilçilərindən Hafiz Şirazi, Əbdürrəhman Cami , Lütfi və Əlişir Nəvailərin əsərləri ilə yaxından tanış oldu və onlardan təsirlənib eşq şeirləri yazmaya başladı."On dörd yaşında şeirlər yazmağa başlayan Avaz Otar, on səkkiz yaşına çatdığında xalq arasında artıq tanınır olmuşdu. Onun lirik şeirləri, sazəndə və xanəndələr tərəfindən bəstələnib söylənməyə başlandı.
Otar Pasasiya
Otar Pasasiya (gürc. ოთარ ფაცაცია; 15 may 1929 – 9 dekabr 2021, Tbilisi) — 20 avqust 1993-cü ildən 1995-ci il oktyabrın 5-dək Gürcüstanın baş naziri vəzifəsini icra edən gürcü siyasətçi. Keçmiş kommunist bürokratı və müəssisə meneceri olan Pasasiya vətəndaş müharibəsi və iqtisadi böhran illərində Gürcüstanın dövlət başçısı kimi Eduard Şevardnadze ilə birlikdə Gürcüstan kabinetinə rəhbərlik edirdi. Baş nazir təyin edilməsi 1992-ci ildə hərbi çevrilişlə endirilən prezident Zviad Qamsaxurdiya tərəfdarlarını sakitləşdirmək cəhdi idi, çünki Pasasiya Qamsaxurdiyanın əsas sosyal bazasını təşkil edən Zuqdidindən idi. 1995-ci ildən 1999-cu ilə qədər Gürcüstan parlamentində millət vəkili vəzifəsini tutsa da, o zamandan bəri siyasətdə heç bir rol oynamayıb. == Həyatı və karyerası == Pasasiya Gürcüstan SSR Zuqdidi rayonunun İnqiri kəndində, Ambako Pasasiya və Luba Pasasiya ailəsində anadan olmuşdur. Leninqrad Texnologiya İnstitutunda mühəndis kimi təhsil alan Otar Pasasiya 1955-ci ildən 1965-ci ildə vəzifəsindən azad olunana qədər yerli Kommunist Partiyası Komitəsinin birinci katibi kimi fəaliyyət göstərərək, Zuqdidi şəhərində kommunist partiyasının funksioneri oldu. Sovet İttifaqının son illərində, 1989–1990-cı illərdə Sovet Xalq Deputatı seçildi və Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. == Müstəqil Gürcüstandakı siyasi karyerası == 1992-ci ildə Eduard Şevardnadze — Prezident Zviad Qamsaxurdiyanın zorla devirilməsindən qısa müddət sonra Gürcüstanın Dövlət Başçısı olmuş veteran sovet siyasətçisi — Pasasiyanı Zuqdidi rayon administrasiyasının başçısı təyin etdi. Zuqdidi Qamsaxurdia sadiqlərinin — tez-tez əllərinə silah alaraq yeni rejimə və onun intizamsız hərbçilərinə müqavimətlərini davam etdirən "Zviadistlər"-in — əsas güc bazası idi.
Otar Taktakişvili
Otar Vasilyeviç Taktakişvili (gürc. ოთარ თაქთაქიშვილი; 27 iyul 1924[…], Tiflis – 21 fevral 1989, Tbilisi və ya Moskva) — Sovet, gürcü bəstəkarı, dirijoru, müəllimi, ictimai xadimi. SSRİ xalq artisti (1974), Lenin mükafatı (1982), Stalin mükafatı (1951, 1952) və SSRİ Dövlət mükafatı (1967) laureatı. == Həyatı == Otar Taktakişvili 27 iyul 1924-cü ildə Tiflisdə Abxaz zadəganı Vasili Çaçibaya və gürcü şahzadəsi Yelizaveta Mixaylovna Taktakişvilinin ailəsində anadan olmuşdur. Otar gənc yaşlarından anasının soyadını daşımağa başlamışdır.Taktakişvili ilk musiqi təhsilini Tbilisi Musiqi Məktəbində və peşə məktəbində almışdır. 1947-ci ildə Tbilisi Konservatoriyasını bitirmişdir. 1950-ci ildə elə burda aspiranturada təhsil almışdır (S.V.Barxudaryanın kompozisiya sinfi). Otari 1947-ci ildən - xor ədəbiyyatı müəllimi və xor rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır. 1952-ci ildən - Konservatoriyada polifoniya və çalğı alətləri fənnindən dərs demişdir. Taktakişvili 1959-cu ildə dosent, 1966-cı ildə professor elmi dərəcəsini almışdır.
Otar bəy
Otar bəy və ya həmçinin Otar xan, daha sonra Zuəl-Fəqər xan kimi tanınan (təxminən 1583, - vəfat 1662/63) — Səfəvi hərbi komandiri, şah qulamı və gürcü Barataşvili-Orbelişvilinin (Orbeliani) nəslindən məmur. == Həyatı == Otar bəyin erkən həyatı haqqında çox şey məlum deyil. Əsl ailə adı Barataşvili-Orbelişvili idi və bu da Orbeliani və Qaplanşvili olaraq xatırlanır. Atasının adı Aslamaz idi və onun kimi kiçik vəzifələrdə çalışan iki kiçik qardaşı Vaxuşti və Qorcasbi (Mənsur) vardı. Aleksandr Orbelianinin (1802-1869) fikrincə, Otarın Keyxosrov adlı daha bir qardaşı var. Bundan əlavə, atası Erizbar Barataşvili-Orbelişvilinin ölümündən sonra 17-ci əsrin əvvəllərində Səfəvilərə qaçan Qaplan Barataşili-Orbelişvili (Orbeliani) (? -1671) adlı məşhur gənc əmisi var idi. Otar ilk dəfə Səfəvi mənbələrində 1626-cı ildə Yeni Culfanın darğa (vəzifə) funksiyasını icra edərkən bu vəzifədə Mirman Mirimanidzenin (Səfiquli xan) yerinə yetirildiyi adı çəkilir. 1629-cu ildə I Şah Abbas vəfat etdikdə, o, artıq Simnanın bəylərbəyi vəzifəsinə təyin edilmiş və sultan rütbəsinə sahib idi. Sonralar, 1649-cu ildə, II Şah Abbasın dövründə (1562-1666), şərq ərazilərindəki Qəndəhar valiliyi, həmçinin Zu əl-Fəqər xan fəxri adı verildi.
Otar Çerkeziya
Otar Yevtixiyeviç Çerkeziya (gürc. ოთარ ჩერქეზია; 26 sentyabr 1933, Çuqureti rayonu[d] – 2004, Moskva) — sovet və gürcü siyasətçisi, 1986—1989-cu illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1955-ci ildə Sov. İKP üzvü oldu, 1956-cı ildə Gürcüstan Politexnik İnstitutunu bitirdi. 1956-cı ildə Gürcüstan SSR komsomol MK şöbələrinin birinin rəhbəri oldu, 1961-ci ildə isə Gürcüstan SSR Komsomol MK birinci katibi təyin olundu. 1967-ci ildə Gürcüstan Kommunist partiyasının rayon komitəsinin birinci katibi, 1970-ci ildə isə Gürcüstan Kommunist partiyasının MK-nın şöbə müdiri təyin edildi. 1973-cü ildə Gürcüstan SSR Nazirlər soveti sədrinin müavini, sonra isə birinci müavini vəzifəsinə keçdi. 1986-ci il aprelin 11-dən 1989-cu il martın 29-dək Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. SSRİ Ali Sovetinin 11 çağırış deputatı. 1989-cu ilin noyabr ayından SSRİ Ali Soveti Katibliyinin şöbə müdiri idi.
Otar Çiladze
Otar Çiladze (Gürcücə: ოთარ ჭილაძე; 20 mart 1933, Siğnaği, Gürcüstan SSR, SSRİ – 1 oktyabr 2009, Tbilisi) — gürcü şair və yazıçı.Stalindən sonrakı dövrdə gürcü ədəbiyyatının dirçəlişində əhəmiyyətli rol oynamışdır. Romanlarında Şumer və Yunan mifologiyasından çox istifadə etmişdir. == Həyatı == Çiladze Gürcüstanın şərqində Kaxeti bölgəsində yerləşən Siğnaği şəhərində anadan olub.Tbilisi Dövlət Universitetində oxuduqdan sonra 1956-cı ildə jurnalist oldu.Əsərləri, xüsusilə şeirləri 1950-ci illərdə çap olunmağa başladı.Bu dövrdə Tiflisdə ədəbiyyat jurnalisti olaraq çalışdı və jurnallara rəhbərlik etdi.1972-73 illəri arasında uzun bir seriyada nəşr olunan "Yolda bir adam gedirdi" (გზაზე ერთი კაცი მიდიოდა),"Məni tapan hərkəs" ,"Avelum"(1995) kimi romanlarla daha da məşhurlaşdı.1997-ci ildə Mnatobi jurnalının baş redaktoru oldu.Çiladze bir çox şeir və pyesini də nəşr etdirmişdir.
Otar İosseliani
Otar İosseliani (gürcü: ოთარ იოსელიანი, 2 fevral 1934[…], Tiflis) — Gürcüstan rejissoru. O, Tbilisi Dövlət Konservatoriyasında oxumuş və 1952-ci ildə bəstəkarlıq, dirijorluq və fortepiano diplomu ilə məzun olmuşdur. == Tərcümeyi-hal == 1953 -cü ildə riyaziyyat fakültəsində oxumaq üçün Moskvaya getdi, ancaq iki ildən sonra işdən ayrıldı və müəllimləri Aleksander Dovjenko və Mixail Çiaureli olduğu Dövlət Film İnstitutuna daxil oldu. Tələbə olduğu müddətdə Tbilisidəki Gruziafilm studiyalarında əvvəl rejissor köməkçisi, daha sonra sənədli filmlərin redaktoru kimi işləməyə başladı. 1958 -ci ildə "Akvarel" adlı ilk qısametrajlı filmini çəkdi. 1961-ci ildə Dövlət Film İnstitutunu film rejissorluğu diplomu ilə bitirmişdir. Aprel (1961) adlı orta uzunluqlu filminin yayımlanmasından imtina edildiyi zaman, İosseliani film çəkilişindən imtina etdi və 1963–1965-ci illərdə əvvəlcə balıqçı gəmisində, daha sonra Rustavi metallurgiya fabrikində çalışdı. Aprili nəhayət yalnız 1972-ci ildə sərbəst buraxıldı. 1966-cı ildə 1968 Cannes Film Festivalında Tənqidçilər Həftəsində təqdim olunan və orada FIPRESCI mükafatını qazanan ilk bədii filmi Giorgobistve-yə rəhbərlik etmişdi. 1976 -cı ildə çəkdiyi "Pastorali" filmi bir neçə il rəfdə qaldıqdan və sonra yalnız məhdud bir sayda verildikdə, İosseliani vətənində hər hansı bir sənət azadlığının əldə edilməsinə şübhə ilə yanaşdı.
Kərim Otarov
Kərim Otarov (qaraç.-balk. Отарланы Сарамурзаны жашы Керим; 15 may 1912, Tırnıauz – 13 oktyabr 1974, Nalçik) — Balkar şairi və tərcüməçisi. Kabardin-Balkar Respublikasının xalq şairi. == Bioqrafiya == 1912-ci ildə Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində kəndli ailəsində anadan olub. Pedaqoji məktəbi (1934), sonra Kabardin-Balkariya Universitetini (1963) bitirmişdir. 1938-1941-ci illərdə Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqına rəhbərlik edir. Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədə yaralandığı üçün ordudan tərxis edilir. Balkar xalqı ilə birlikdə Qırğızıstan SSR-ə deportasiya edilmiş və Frunze şəhərində (indiki Bişkek) qəsəbələrdən birində yaşamışdır. Kərim Otarov 1956-cı ildə Nalçikə qayıdır.
Otari Çaparidze
Otari Mixayloviç Çaparidze(gürc. ოთარ მიხეილის ძე ჯაფარიძე; 16 sentyabr 1921, Tiflis – 10 iyul 2020) — sovet və gürcü tarixçisi, arxeoloq, tarix elmləri doktoru, Gürcüstan Elmlər Akademiyasının akademiki. Tbilisi Dövlət Universitetinin rektoru. Tbilisinin fəxri vətəndaşı. == Həyatı == Otari Çaparidze 1929–1939-cu illərdə Tiflisdəki 25 saylı orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra 1939-cu ildə Tbilisi Dövlət Universitetinə daxil olmuş, 1943-cü ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il aspiranturaya daxil olub. Çaparidze 1944–1950-ci illərdə Gürcüstan Dövlət Muzeyində kiçik elmi işçi işləyib. Bu dövrdə 1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1950–1952-ci illərdə İvan Cavaxişvili adına Tarix İnstitutunda baş elmi işçi olub.
Otariidae
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Otariinae
Dəniz şirləri (lat. Otariinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinə aid heyvan yarımfəsiləsi. == Görünüşünü == Təbiətdə dəniz şirləri xırıltı, bağırtılı səs çıxarır.
Otaru Musiqi Qutusu Muzeyi
Otaru Musiqi Qutusu Muzeyi (小樽オルゴール堂, Otaru Oruqoru-do) – Yaponiyanın Hokkaydo prefekturasının Otaru şəhərində yerləşən musiqi muzeyi. Muzey musiqi qutularına həsr olunmuşdur. == Tarixi == Oruqoru XIX əsrdə Yaponiyada populyar olmuş musiqi qutusu növü olmuşdur. Xüsusilə, Otaru şəhərinə hazırladığı musiqi qutularına görə tanınmış və "Yaponiyanın musiqi qutusu paytaxtı" adlandırılmışdır. Hazırda isə bu musiqi qutuları Yaponiyaya gələn turistlərə suvenir kimi satılır.Muzey 1967-ci ildə Yaponiyanın ən böyük musiqi qutusu istehsalçılarından biri olan "Orgel-Doh" şirkəti tərəfindən yaradılmışdır və Otaru şəhərində yerləşir. Muzey binası 1912-ci ildə tikilmişdir və varlı bir düyü taciri tərəfindən anbar kimi istifadə olunmuş üçmərtəbəli kərpic tikilidir. Bina 1989-cu ildə tarixi bina statusu almışdır. == Xüsusiyyətlər == Muzeydə minlərlə musiqi qutusunun satışının təşkil olunması ilə yanaşı, Avropaya aid antik əşyalar, avtomat-mexanizmlər və musiqi qutularının tarixini əks etdirən dioramalardan ibarət olan kiçik sərgi fəaliyyət göstərir. Muzeydə sərgilənən musiqi qutuları müxtəlif formalardadır: qar kürəsi, şahzadə qız, ayı kuklası, zodiak heyvanları, çarx, suşi və s. formasında olan musiqi qutuları ilə yanaşı burada rokoko üslubunda olan piano formasında antimon sandıqlar da sərgilənir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.59 dəfə / 1 mln.
2003 ••••• 0.39
2004 •••••••• 0.67
2006 ••••• 0.45
2007 ••••••• 0.63
2009 •••••••••••• 1.12
2010 •• 0.18
2011 ••• 0.26
2012 •• 0.17
2013 ••••••••••••••• 1.31
2014 •••••• 0.51
2015 •••••••••••••••••••• 1.87
2016 •••• 0.35
2017 •••••••••••••••••• 1.63
2018 ••••••••••••• 1.20
2019 •• 0.14
2020 •• 0.13

"otar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#otar nədir? #otar sözünün mənası #otar nə deməkdir? #otar sözünün izahı #otar sözünün yazılışı #otar necə yazılır? #otar sözünün düzgün yazılışı #otar leksik mənası #otar sözünün sinonimi #otar sözünün yaxın mənalı sözlər #otar sözünün əks mənası #otar sözünün etimologiyası #otar sözünün orfoqrafiyası #otar rusca #otar inglisça #otar fransızca #otar sözünün istifadəsi #sözlük