ota sözü azərbaycan dilində

ota

Yazılış

  • ota • 48.2759%
  • Ota • 41.3793%
  • OTA • 10.3448%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ota
Ota — Tokionun xüsusi rayonlarından biri.
Kosuke Ota
Kosuke Ota (d. 23 iyul 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Ota Benqa
Oto Benqa (1883, Konqo — 20 mart 1916, Linçberq) – bugünkü Konqo Demokratik Respublikası torpaqlarında yaşamış qaradərili Mbuti piqmeyi. Ota Benqanı 1904-cü ildə ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində təşkil edilən Luiziana alqı-satqı sərgisində, sonra 1906-cı ildə Bronks zooparkında açılan və böyük müzakirələrə səbəb olan insanxanada sərgilənməsi ilə məşhurdur. Ota Benqa ehtimal ki, 1883-cü ildə Belçikanın Konqo koloniyasında Kral Leopoldun əmriylə 5–15 milyon insan qətlə yetirildiyi bir dövrdə dünyaya gəlmiş və həyatda qalmağı bacarmışdır. 1903-cü ildə, təxminən 19 yaşındaykən evli və 2 uşaq atası olan Ota Benqa müvəffəqiyyətli bir fil ovundan qayıdarkən tutularaq kölələşdirilmişdir. Həyatını araşdıran bioqrafiyaçıların yazdığına görə fili ovlaya bilmək üçün bir neçə gün boyunca ailəsindən uzaq qalan Ota itiləşdirilmiş taxta bir çubuqla ovunu ovlaya bilmişdir. Ovundan aldığı hissələri qürurla evinə daşıyarkən, kəndinə çatdıqda kənddən geriyə heç bir şey qalmadığını görmüşdü. Xalq Qüvvələri adlı militan və qaçaqçılıqla məşğul olan qruplaşma həyat yoldaşını və uşaqlarını qətl etmiş və kiçik qəbilənin demək olar ki, hamısını məhv etmişdi. Eyni qüvvələr Ota Benqa və həyatda qalan bir neçə digər qəbilə üzvünü əsir almışdı. Günlərlə piyada yeriməyə məcbur edilən Ota Benqa pulla əvvəlcə Basişeller adlı bir insan qrupuna, sonra isə bunlar vasitəsilə Samuel Filips Verner adlı bir xristian missionerə satılmışdır. Ota Benqanı alıb-satan, harada nə ediləcəyinə qərar verən adam Sent-Luis Dünya Sərgisi tərəfindən vəzifələndirilən Samuel Fillips Verner adlı bir xristian missioneri iş adamı və səyyahdır.
Şinobu Ota
Şinobu Ota (d. 28 dekabr 1993) — Yaponiyanı təmsil edən yunan-roma güləşçisi. Şinobu Ota 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların gümüş medalını qazandı. Şinobu Ota 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Hiquçi birinci görüşdə İran güləşçisi, son Olimpiya çempionu Həmid Soriyanı 5:4, ikinci görüşdə Qazaxıstan güləşçisi Almat Kebispayevi 6:0, üçüncü görüşdə Norveç nümayəndəsi Stig-Andre Bergeni 4:0, dördüncü görüşdə isə Azərbaycanlı Rövşən Bayramovu 4:2 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Şinobu Ota Kuba güləşçisi, son Dünya çempionu İsmael Borreroya 0:8 hesabı ilə məğlub oldu və XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Qyokumey Ota
Qyokumey Ota (太田玉茗, Ota Qyokumey, 1871, Oşi hanı[d], Tokaydo[d] – 1927) – Yaponiya şairi və tərcüməçisi. 1871-ci ildə Yaponiyanın müasir Saytama prefekturasının ərazisi əhatə edən Oşi hanında doğulmuşdur. Vaseda Universitetinin qabaqcılı olmuş Tokio Senmon Qakkoda təhsil almış və oradan məzun olmuşdur. Lirik şair olmuş və Frensis Eliza Börnet, Lev Tolstoy, Hans Kristian Andersen kimi şəxslərin əsərlərini yapon dilinə tərcümə etmişdir. "Kabuki Shimpo" adlı səhnə qəzetinin müxbiri kimi fəaliyyət göstərmişdir. Həyatının son illərində Saytama prefekturasının Hanyu şəhərində yerləşən Kampuku məbədinin keşişi olmuşdur. Yaponiya romançısı Tayama Katayın qaynı idi. The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961.
Hisa Ota
Hisa Ota (大田 ひさ, Ota Hisa, 7 may 1868, Ovari vilayəti[d], Tokaydo[d] – 2 aprel 1945, Gifu) və ya səhnə adı ilə Hanako (花子) – Yaponiya aktrisası və rəqqasəsi. Aşağı dərəcəli geyşa olan Hanako XX əsrin əvvəllərində Avropadakı performanslarına görə tanınır. == Həyatı və karyerası == Hisa Ota 1868-ci ildə Gifu şəhərində doğulmuşdur. Beş yaşından etibarən nihon-buyu rəqsini öyrənməyə, 10 yaşından etibarən isə səyahət edən teatr truppası ilə məşq etməyə başlamışdır. Geyşa karyerasına hazırlaşmaq üçün rəqs və musiqi öyrənmişdir. 1901-ci ildə o, bir vodevil ansamblı ilə Avropaya səyahət etmiş və 1902-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə çıxış etmişdir. Uzun və qısaboy bədən quruluşuna malik olan Ota Londonda yerləşən Savoy teatrında çıxış edərkən ABŞ rəqqasəsi Loi Fuller tərəfindən "kəşf edilmişdir". Fuller əvvəllər də Yakko və Kavakami kimi şinpa sənətçiləri üçün bahalı Avropa turları təşkil etmişdi. Fuller Otadan təsirlənmiş və onu ansamblın ulduzuna çevirmişdir. Bundan sonra Ota özünə Hanako səhnə adını qəbul etmişdir.
Ota Eyriki
Ota Çou (太田 聴雨, 18 oktyabr 1896, Senday – 2 mart 1958) və ya doğum adı ilə Ota Eyriki (太田 栄吉) – ənənəvi yapon üslubunda rəsmlər çəkmiş Yaponiya rəssamı. 1896-cı ildə Yaponiyanın Senday şəhərində doğulmuşdur. 1909-cu ildə Tokioya köçmüşdür. 13 yaşında Şico rəssamlıq məktəbinin rəssamı olan Qyokuşo Kavabatanın şagirdi olmuşdur. 1927-ci ildə nihonqa rəssamı Seyson Maedadan rəssamlıq dərsləri almağa başlamışdır. Ota Çounun rəsmləri inten sərgilərində nümayiş olunmuşdur. 1930-cu ildə baş tutmuş 7-ci sərgi üçün çəkdiyi "Codohen" (浄土変) rəsmi uğur qazanmış və bu əsərə görə mükafata layiq görülmüşdür. İkinci Dünya müharibəsindən sonra isə Yaponiya İncəsənət Sərgisinin münsiflər heyətinə seçilmişdir. Yaponiya İncəsənət Akademiyasının üzvü və Tokio İncəsənət Universitetinin professoru olmuşdur. Ota Çou nihonqa janrına əsərlər yaratmışdır.
Ota Çou
Ota Çou (太田 聴雨, 18 oktyabr 1896, Senday – 2 mart 1958) və ya doğum adı ilə Ota Eyriki (太田 栄吉) – ənənəvi yapon üslubunda rəsmlər çəkmiş Yaponiya rəssamı. 1896-cı ildə Yaponiyanın Senday şəhərində doğulmuşdur. 1909-cu ildə Tokioya köçmüşdür. 13 yaşında Şico rəssamlıq məktəbinin rəssamı olan Qyokuşo Kavabatanın şagirdi olmuşdur. 1927-ci ildə nihonqa rəssamı Seyson Maedadan rəssamlıq dərsləri almağa başlamışdır. Ota Çounun rəsmləri inten sərgilərində nümayiş olunmuşdur. 1930-cu ildə baş tutmuş 7-ci sərgi üçün çəkdiyi "Codohen" (浄土変) rəsmi uğur qazanmış və bu əsərə görə mükafata layiq görülmüşdür. İkinci Dünya müharibəsindən sonra isə Yaponiya İncəsənət Sərgisinin münsiflər heyətinə seçilmişdir. Yaponiya İncəsənət Akademiyasının üzvü və Tokio İncəsənət Universitetinin professoru olmuşdur. Ota Çou nihonqa janrına əsərlər yaratmışdır.
Harri Potter və Sirlər Otağı (film, 2002)
Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets) — 2002-ci ildə “Warner Bros. Pictures”in distribütorluğu, Kris Kolumbusun rejissorluğu ilə istehsal edilmiş fentezi filmidir. Film, Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından ikinci film olan “Sirlər Otağı”nın ssenari müəllifi Stiv Klovz, prodüseri isə Devid Heymandır. Filmdə Harri Potterin Hoqvartsda keçirdiyi ikinci il, Salazar Slizerinin varisinin Sirlər otağının qapısını açmasından sonra qorxunc bədheybətin ortaya çıxması təsvir edilir. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uatson isə müvafiq olaraq Ron Uizli və Hermiona Qreyncer obrazlarını canlandırmışlar. “Harri Potter və Fəlsəfə Daşı” filminin davamı olan “Sirlər Otağı” filmindəki hadisələr “Harri Potter və Azkaban Məhbusu” filmində davam etdirilmişdir. Film 15 noyabr 2002-ci ildə Birləşmiş Krallıq və Şimali Amerikada çıxarılmışdır. Tənqidçilər tərəfindən çox yaxşı qarşılanmış film, böyük maddi oğur da qazanaraq bütün dünyadan $879 milyon gəlir əldə etmiş, bütün zamanların ən çox gəlir gətirmiş filmləri sırasında 34-cü yerdə qərarlaşmış, Harri Potter filmlər seriyasında isə yeddinci ən çox gəlir gətirmiş film olmuşdur.
Harri Potter və Sirlər Otağı (film musiqisi)
"Harry Potter and the Chamber of Secrets original motion picture soundtrack" albomu 12 noyabr 2002-ci ildə satışa çıxarılmışdır. Baxmayaraq ki, film musiqisinin Con Vilyams tərəfindən yazılması və drijorluq ediləsi nəzərdə tutulmuşdur, Stiven Spilberqin "Tut məni, əgər bacarsan" filminin cədvəli ilə toqquşma yarandığından bəstəkar Uilyam Ross, Con Vilyamsın film musiqisini uyğunlaşdırmağı və musiqini ifa edən London Simfonik Orkestrına drijorluq etməyi öhdəsinə götürmüşdür. Film musiqisinə altı yeni musiqi mövzusu daxildir: "Feniks Favkis", "Sirlər otağı", "Zlatapust Lokans", Ev elfi Dobbi", "Hörümçəklər" və "Zırıltılı Mirtl". Çıxış dövründən etibarən albom kolleksiyaçılar üçün beş fərqli üz qabığı ilə təqdim edilmişdir. Hər bir üz qabığında fərqli obraz və ya Harri, Ron və Hermiona birlikdə müxtəlif pozalarda təqdim edilirdi. Film musiqisi 2003-cü ildə "Vizual media üçün ən yaxşı musiqi" nominasiyasında "Qremmi mükafatı"na namizəd göstərilmişdir. Albom "Billboard 200" hit-paradında 81-ci, "Top Soundtracks Chart"da isə 5-ci yerdə debüt etmişdir. Yaponiya ərazisindəki dükanlarda 100,000 nüsxədən çox satış göstəricisinə görə albom RIAJ tərəfindən qızıl sertifikata layiq görülmüşdür. Baxmayaraq ki, albomda yer almayıb, həmin il Con Vilyams tərəfindən yazılmış və "Sirlər Otağı" film musiqisi albomundan bir müddət əvvəl çıxarılmış "Ulduz müharibələri. Epizod II. Klonların hücumu" film musiqisindən "Zam the Assassin and the Chase Through Coruscant" adlı musiqi "Sirlər Otağı" filmində Qviddiç səhnəsində istifadə olunub.
Harri Potter və Sirlər Otağı (roman)
Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets) - Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ikinci romandır. Romanın məzmununda Harrinin Hoqvartsda ikinci tədris ili təsvir edilir, məktəbin divarlarına yazılan mesajlar “Sirlər otağı”nın açılmasından xəbər verir, məlum olur ki, “Slizerinin varisi” yarımqan və maql ("Slizerin"lilərin və Ölüm Yeyənlərin çirkliqan adlandırdığı insanlar) olan bütün tələbələri öldürə bilər. Bu təhdid tezliklə qəsrdə qarışıqlığa səbəb olur, bir neçə tələbə daşlaşmış şəkildə (“daş kimi donmuş”) xəstəxana qanadına yerləşdirilir. İl ərzində Harri və onun dostları Ron Uizli və Hermiona Qreyncer hücumları araşdırır və günahkarı tapmağa çalışırlar. Roman Birləşmiş Krallıqda 2 iyul 1998-ci ildə “Bloomsbury” tərəfindən, ABŞ-də isə 2 iyun 1999-cu ildə “Scholastic Inc.” tərəfindən nəşr edilmişdir. Roulinq kitabı tamamlamağa çətinlik çəksə də, əsər tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş və çoxlu mükafatlara layiq görülmüşdür, gənc oxuyucular, kitab sənayesi işçiləri və bəzi tənqidçilər romanın azyaşlı uşaqlar üçün çox qorxulu olduğunu qeyd etmişlər. Harri Potter romanlar seriyasından olan digər əsərlər kimi, “Harri Potter və Sirlər otağı” romanı da dini müzakirələrə səbəb olmuşdur; bəzi dindar cəmiyyətlər romanda magiya mövzularının istifadəsini tənqid etsələr də, başqaları məqsədinə doğru gedən yolda insanın özünü qurban etməsi fikrinin aşılanmasını təqdir etmişlər. Bəzi şərhçilər şəxsi identikliyin kitabın ən güclü mövzularından biri olduğunu və bunun qeyri-magik, qeyri-insani və canlı olmayan personajlar vasiyəsiylə rasizmə yönləndiyini qeyd edirlər. Bəzi şərhçilər isə romandakı gündəliyi mənbələrdən məlumatların tənqidsiz qəbul edilməsinə qarşı müəllifin mövqeyini göstərdiyini bildirmişlər.
Hişam Əl-Otaibi
Hişam Əl-Otaibi (1946 – 4 Yanvar 2017) — Küveytli siyasətçi. Əl-Otaibi 1998-ci ildən 1999-cu ilə qədər Küveytin Maliyyə və Sənaye naziri vəzifəsində çalışmışdır. Əl-Otaibi 1946-cı ildə anadan olmuşdur. O, Oklahoma Universitetinin mühəndislik elminin bakalavr səviyyəsinə qədər yüksələ bilmişdir. O, 1990-cı illərdə Küveyt Fond Birjasının Baş Direktoru vəzifəsində çalışmışdır. Sonralar Hişam Əl-Otaibi 1998-ci ildən 1999-cu ilə qədər Küveytin Maliyyə və Sənaye naziri vəzifəsində çalışmışdır. Bundan əlavə, Əl-Otaibi Küveytdə, Böyük Britaniyada bir sıra beynəlxalq firma və təşkilatların bir sıra vəzifələrində çalışmışdır. O cümlədən Küveyt Qazma Şirkətinin və Küveyt Beynəlxalq İnvestisiya Şirkətinin direktoru olmuşdur. Hişam Əl-Otaibi 4 yanvar 2017-ci ildə 70 yaşında vəfat etmişdir.
Kərim Otarov
Kərim Otarov (qaraç.-balk. Отарланы Сарамурзаны жашы Керим; 15 may 1912, Tırnıauz – 13 oktyabr 1974, Nalçik) — Balkar şairi və tərcüməçisi. Kabardin-Balkar Respublikasının xalq şairi. == Bioqrafiya == 1912-ci ildə Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində kəndli ailəsində anadan olub. Pedaqoji məktəbi (1934), sonra Kabardin-Balkariya Universitetini (1963) bitirmişdir. 1938-1941-ci illərdə Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqına rəhbərlik edir. Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədə yaralandığı üçün ordudan tərxis edilir. Balkar xalqı ilə birlikdə Qırğızıstan SSR-ə deportasiya edilmiş və Frunze şəhərində (indiki Bişkek) qəsəbələrdən birində yaşamışdır. Kərim Otarov 1956-cı ildə Nalçikə qayıdır.
Mio Otani
Mio Otani (d. 5 may 1979) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 73 oyun keçirib, 31 qol vurub.
Məryəmin otağı
Məryəmin otağı (ing. Mary's Room) — Frenk Ceksonun "Epifenomenal Qualia" (1982) əsərində təklif etdiyi və "Məryəmin bilmədiyi şeylər"də (1986) genişləndirilmiş idrak fəlsəfəsində düşüncə təcrübəsi. Bu təcrübə fizikalizmə, kainatdakı hadisələrin, o cümlədən zehninin sırf fiziki təbiətə malik olması fikrinə qarşı bir arqumentdir. F. Ceksonun düşüncə təcrübəsi tamamilə yeni ideya deyildi, oxşar arqumentlər XVIII əsrin ortalarından etibarən ifadə edilmiş və müzakirə edilmişdir. Con Lokk əməliyyatdan sonra anadangəlmə kor olanlar tərəfindən əşyaların ilkin vizual qavranılmasının təbiəti haqqında sensasiyalı epistemologiya məsələsini qaldırdı ki, bu da təcrübə ilə təsdiqləndi. Beləliklə, Çarli Brod 1925-ci ildəki işində qeyri-məhdud riyazi və məntiqi qabiliyyətlərə malik olan və maddələrin atom quruluşunu birbaşa müşahidə edə biləcək bir baş mələk təsəvvür etməyi təklif etdi. Belə bir baş mələk hər hansı bir maddənin kimyəvi xassələrini proqnozlaşdıra bilərdi: məsələn, ammonyakın suda həll olunan rəngsiz qaz olduğunu proqnozlaşdıra bilərdi. Ancaq Broda görə, o, qoxusunun burundakı reseptorlara necə təsir edəcəyini və insan beynində hansı neyronların iştirak edəcəyini bilsə belə, insan üçün necə olacağını təxmin edə bilməyəcək. Təcrübə 1982-ci ildə The Philosophical Quarterly jurnalında "Epifenomenal Qualia" məqaləsində dərc edilmişdir. Bu məqalədə F. Cekson oxucunu alim, rəng tədqiqatçısı Məryəm ilə tanış etməyi təklif edir.
Nami Otake
Nami Otake (d. 30 iyul 1974) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 29 qol vurub.
Naoto Otake
Naoto Otake (d. 18 oktyabr 1968) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nikolas Otamendi
Nicolás Hernán Gonzalo Otamendi (d. 12 fevral 1988, Buenos Aires, Argentina), İngiltərə Premier Liqası komandalarından Mançester Siti forması geyinən Argentinalı futbolçudur.
Nur Otan
"Nur Otan" (qaz. Nur Otan; Нұр Отан — Vətən İşığı) — Qazaxıstandakı hakim və ən böyük prezident partiyası. 1999-cu ildə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə qurulmuşdur, eyni zamanda partiyanın lideri olmuşdur. "Nur Otan" qazax dilindən azərbaycan dilinə "Vətən işığı" kimi tərcümə olunur. Nur Otan partiyasının gənclər qanadı "Gənc Vətən" kimi tərcümə olunan "Jas Otan" adlanır. 22 dekabr 2006-cı il tarixində "Otan" partiyasının X fövqəladə qurultayında Cümhuriyyət Siyasi Partiyasının "Otan" Xalq Demokratik Partiyası olaraq "Nur Otan" olaraq adlandırılması təklifi əlavə və dəyişikliklərə dair qərar layihəsi qəbul edildi. RPP "Otan" ın nizamnaməsi də qəbul edildi. 18 oktyabr 2013-cü il tarixində Nur Otan Xalq Demokratik Partiyası Nur Otan olaraq dəyişdirildi. Partiyanın 2013-cü ildə qəbul etdiyi Doktrinada deyilir ki, Nur Otan "cəmiyyəti birləşdirən və Elbası Dövlət kursunun həyata keçirilməsini təmin edən hakim siyasi qüvvədir". Doktrina ideoloji dəstək və Nazarbayev siyasətinin həyata keçirilməsi üzərində qurulub.
OTAU TV
"OTAU TV" ("Otau TV") (qaz. отау — gənc ailə, gənc yurd) — Qazaxıstan Respublikasının "Kazteleradio" televiziya və radio yayımı sahəsində milli operatoruna məxsus bir ticarət nişanı. 2010-cu ildə Milli Peyk Televiziya və Radio Yayım Şəbəkəsi (NSST RK) üçün təqdim edilmişdir. 24 noyabr 2017-ci il tarixinə abunəçi bazası 1.3 milyondan çox evdə vardır. 2012-ci ildən bəri, ticarət nişanı Milli Yerli Rəqəmsal Televiziya və Radio Yayımı Şəbəkəsi (MYRT RYŞ) üçün də istifadə olunur. 2010-cu ilin dekabr ayından etibarən OTAU TV adı altında Milli Peyk Televiziyası və Radio Yayımının xidmətləri göstərilmişdir. 31 May 2011-ci il tarixinə qədər Qazaxıstan Telekommunikasiya ASC adından qanuni olaraq peyk televiziyası və radio yayımı xidmətləri göstərilmişdir. 1 iyun 2011-ci ildən etibarən xidmətlər Kazteleradio ASC adından verilir. İyun 2012-ci ilin əvvəlindən OTAU TV adı və loqosu milli rəqəmsal yerüstü yayımı üçün də istifadə edilmişdir. Qısa müddətdə eyni zamanda Qazaxıstan kanallarının (indi — Galam TV) İnternet yayımının bir markası oldu.
Otadromiya
Otahara sindromu
Otahara sindromu - körpələrin erkən epileptik ensefalopatiyası. Etiologiya: polietioloji sindromdur, lakin əksər hallarda beynin prenatal zədələnməsi (baş beynin anadangəlmə qüsurları, Aykardi sindromu, neyro-dəri sindromları və s.) qeyd olunur. Başlandığı yaş dövrü: uşağın 3 aylığına qədər, daha çox isə 1-ci ay ərzində başlayır. Klinik mənzərə: tutmaların əsas tipi – 10 san hüdudlarında davam edən tonik spazmlardır. Adətən seriya şəklində (bir seriyada 10-40 spazm) meydana çıxır. Sutka ərzində spazmların ümumi miqdarı 300-400-ə çata bilər. Onlar həm oyaqlıq, həm də yuxu dövründə əmələ gəlirlər. Tonik spazmlardan başqa qısa parsial tutmalar (əsasən hemikonvulsiv) müşahidə edilir. Mioklonik tutmalar olmalı deyil, əgər onlar varsa, çox güman ki, bu erkən mioklonik ensefalopatiyanın variantıdır. Nevroloji müayinə zamanı psixomotor inkişafın aşkar geri qalması, bir çox hallarda görmə sinirlərinin atrofiyası və korluq, mikrosefaliya qeyd olunur.
Otaku
"Otaku" (yap. おたく/オタク) — Yapon termini, obsesif maraqları olan insanlara, adətən anime və manqa həvəskarlarına deyilir. Terminin müasir istifadəsi 1983-cü ildə Akio Nakamorinin "Manga Burikko" inşasından gəlmişdir. Otaku başqa şəxsin evi və ya ailəsi üçün (お宅, otaku) yapon terminindən törəmişdir. Müasir yapon jarqonununda, otaku termini "kompüter qurdu" və ya "nerd"-ə əsasən ekvivalent olsa da, Qərbdən fərqli olaraq, daha alçaldıcı şəkildə istifadə olunur. Lakin, bu termin hər hansı bir mövzu, hobbi və ya əyləncə şəklininin hər hansı bir azarkeşinə də aid ola bilər. Morikava Kayçiro otaku submədəniyyətini aydın yapon məktəb sisteminin və cəmiyyətin bir məhsulu kimi müəyyən edir. Yapon məktəblərinin sinif strukturu kasta sistemi kimi fəaliyyət göstərsə də, klublar sosial iyerarxiya istisna deyl. Bu klublarda şagirdin maraqları, otaku maraqlarına iaşə olmaq üçün qeydə alınır və maarifləndirilir. Yapon cəmiyyətinin şaquli strukturu onların şəxsi müvəffəqiyyət dəyərini müəyyən edir.
Otalgiya
Otalgiya (sinonimı qulaq ağrısı) — qulaqda ağrı, qulağın özünün, onun xarici hissəsi və daxili qulaq xəstəliklərinin və ya bədənin başqa bir hissəsində inkişaf edən patoloji proseslərin simptomu. Ümumi tibbi praktikada, otolarinqoloqlarda və təcili yardım şöbələrində tez-tez rast gələn ümumi bir simptomdur. Qulaq xəstəlikləri zamanı otalgiyanın ən çox yayılan səbəbi infeksiyalardır. Ağrı daimi, fasilələrlə, sızıltılı və ya kəskin ola bilər. Bu xəstəliyə hər yaşda olan insanlar tutula bilər. Yetkinlik yaşına çatmış insanlarda qulaq ağrısının səbəbləri qulaq infeksiyaları və travmaları, boğaz və ya diş ağrısı, alt çənənin və qulaq pərdəsinin zədələnməsi ola bilər. Uşaqlarda otalgiya ən çox infeksiyadan yaranır. Çox vaxt bu xəstəlik müvəqqəti olur və tez keçir. Lakin 2 gün ərzində heç bir yaxşılaşma müşahidə olunmursa, ağrının dəqiq səbəbini müəyyən etmək üçün təcili olaraq otolarinqoloqa müraciət etmək lazımdır. Yalnız mütəxəssis düzgün diaqnoz qoyub lazım olan müalicəni təyin edə bilər.
Otan korqauşılar abidəsi
Otan korqauşılar abidəsi (qaz. «Отан қорғаушылар» монументі) ― Qazaxıstanın paytaxt şəhəri Astanada yerləşən memorial. Abidə "Tauelsizdik" prospektinə yaxın "Vətən qoruyucuları" meydanında qoyulub. Abidə ilk öncə Böyük Vətən müharibəsi (II Dünya Müharibəsi) dövründə Sovet ordusu sıralarına xidmətə göndərilən qazaxların və Qazaxıstan Silahlı Qüvvələri veteranların xatirəsini anır. "Otan korqauşılar" adı qazax dilindən "vətən qoruyucuları" kimi tərcümə olunur. Aleksandr Lukaşenko, Mun Çje İn, Angela Merkel, Sadır Japarov və Qasım-Comərd Tokayev kimi yüksək vəzifəli şəxslər müxtəlif vaxtlarda abidəni ziyarət etmiş və önünə çələnglər qoymuşdular. Hər il 9 may tarixində təşkil olunan Qələbə Günü paradı adətən memorial yaxınlığında keçirilir. Abidənin açılışı 2001-ci ildə "Qələbə Günü" bayramına təsadüf etdi. Abidənin təməli 10 iyun 1998-ci ildə o vaxtki Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuşdur. Abidə qranit bünövrəsi üzərində ucalır, oraya həmçinin tunc stela da yerləşdirilib.
Otanthus
Otanthus (lat. Otanthus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Otanthus maritimus (L.) Hoffmanns. & Link Sinonim Athanasia maritima (L.) L. Otanthus maritimus subsp.
Otanthus maritimus
Otanthus (lat. Otanthus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Otanthus maritimus (L.) Hoffmanns. & Link Sinonim Athanasia maritima (L.) L. Otanthus maritimus subsp.
Otanthus maritimus subsp. maritimus
Otanthus (lat. Otanthus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Otanthus maritimus (L.) Hoffmanns. & Link Sinonim Athanasia maritima (L.) L. Otanthus maritimus subsp.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
Otaq (dəqiqləşdirmə)
Otaq

"ota" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ota nədir? #ota sözünün mənası #ota nə deməkdir? #ota sözünün izahı #ota sözünün yazılışı #ota necə yazılır? #ota sözünün düzgün yazılışı #ota leksik mənası #ota sözünün sinonimi #ota sözünün yaxın mənalı sözlər #ota sözünün əks mənası #ota sözünün etimologiyası #ota sözünün orfoqrafiyası #ota rusca #ota inglisça #ota fransızca #ota sözünün istifadəsi #sözlük