otu sözü azərbaycan dilində

otu

Yazılış

  • otu • 91.8239%
  • Otu • 6.2893%
  • OTU • 1.2579%
  • OtU • 0.6289%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəklik otu
Kəklikotu (lat. Thymus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Labiatae fəsiləsinə aid hündürlüyü 20 sm-dən 35 sm-ə qədər olan kiçik, ətirli yarımkolcuqdur. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş istifadə olunduğu sahələrdən biri də tibbdir. Zoğları nazik, qonur rəngli, sürünəndir. Əsası tünd qonur rəngli qabıqla örtülüdür, çox vaxt kökləşir və əlavə köklər əmələ gətirir. Yarpaqları xırda, uzunsov və ya ellipsvari, qısa saplaqlı və ya oturaqdır.
Forster işıq otu
Sudan otu
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Pişik caynağı otu
Pişik caynağı və ya Keçətük unkariya (lat. Uncaria tomentosa) — boyaqotukimilər fəsiləsinin unkariya cinsinə aid bitki növü. Cənubi Amerikada bitən pişik caynağı bitkisi xərçəng xəstəliyinin müalicəsində istifadə olunurdu. Bu bitki xlorogen turşusu, rutin və epikatenin maddələri ilə zəngindir, hansılar ki xərçəng əleyhinə xassələrə malikdirlər: immun sisteminin stimullaşması və xərçəng hüceyrələrinin çoxalmasını bloklaşdırır. Antioksidantdır, orqanizmlə əlaqəyə girən sərbəst radikalları və toksinləri məhv edir. İltihab əleyhinə təsirə malikdir, çünki qorxulu nüvə faktoru NF-kB qarşısını alır. Pişik caynağı DNT tərkibinin dəyişməsini stimullaşdırır və kimyaterapiya kursundan sonra leykositləri bərpa edir. Bu bitki kimyaterapiyadan sonra yaranan yan təsirləri – qusmanı və çəkinin azalmasına kömək edir. Tərkibində pişik caynağı bitkisi olan dərmanları və ya dəmləmələri qəbul etmək olar. Dəmləməni hazırlamaq üçün 1 çay qaşığı bitkinin kökünü bir fincan suda dəmləməli və 15 dəqiqə gözləmək lazımdır.
Sahil tonqal otu
Sahil tonqal otu - lat. Zerna riparia R. sıx çim əmələ gətirən,dik duran, çox gövdəli ot bitkisidir. Taxıllar fəsiləsinin efemer xassəli çoxillik ot bitkisidir. Yarpaqlan ensiz xətli olub 30-60(70) sm-ə qədər boy verirlər. Çiçəkyanlığı süpürgəvaridır və hər gövdənin tilində 10-15 sm uzunluğunda yerləşirlər. May ayının əvvəlində çiçəkləyir, sonunda isə meyvə verirlər. Bir qədər quraqlığa davamlıdır, suvarıldıqda bol yaşı, kütlə verirlər. Sahil tonqa, otu rekultivasiyanın bioloji mərhələsində əkin qara yoncası ilə sıx cəngəllik əmələ gətirə bilirlər. Yaxşı fitomeliorativ xüsusiyyətə malikdir.
Snowdonia şahin otu
Yaşıl rәngli lәçәk otu
Dərgahqulu bəy Məfruzlu-Otuziki
Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu Məfruzlu-Otuziki (1799-?) — XIX əsr Qarabağ bəyi, tayfa başçısı. == Həyatı == Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu 1799-cu ildə Qarabağın Otuziki mahalının Məfruzlu obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Mеhdiqulu xana sədaqətlə xidmət etmişdi. Xan da ona öz obalarında xeyli torpaq sahəsi vermişdi. 1851-ci ilə bağlı rus qaynağında Qarabağda yaşayan mülkədarlar siyahısında Dərgahqulu bəyin də adı çəkilir. == Ailəsi == Dərgahqulu bəyin Məhəmmədəli bəy, Mirzalı bəy, Habil bəy, Baxış bəy, Qanbay bəy, Teymur bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Dərgahqulu ağa Məfruzlu-Otuzikinin törəməsi, "Soy" elmi-kütləvi dərgi, 2010, № 6, səh.20–26.
Katapult oturacağı
Katapult oturacağı, əsasən döyüş təyyarələrində pilotu və ya ekipajı fövqəladə hallarda xilas etmək üçün hazırlanmış bir sistemdir. Əksər dizaynlarda pilotun oturacağı, pilotla birlikdə partlayıcı və ya raket mühərrikinin köməyi ilə təyyarədən atılır. Təyyarədən ayrılan oturacaq pilotun təhlükəsiz yerə enməsinə imkan verən bir paraşüt açır. == Tarix == Paraşüt dizayneri və ixtiraçı Everard Calthrop 1916-cı ildə sıxılmış hava vasitəsilə katapult prinsipi ilə işləyən bir katapult oturacağının dizaynını patentləşdirdi. Modern katapult oturacağı dizaynında ilk addımı Rumıniyalı ixtiraçı Anastase Dragomir atmışdır. Bir təyyarədən və ya nəqliyyat vasitəsindən qoparıla bilən paraşüt hissəsini özündə birləşdirən dizayn ilk olaraq 25 avqust 1929-cu ildə Paris Orly Hava Limanında sınaqdan keçirildi və müvəffəqiyyətli oldu. Katapult oturacağı dizaynı İkinci Dünya Müharibəsi dövründə çox inkişaf etdirilmişdir. Bundan əvvəl, idarəolunmaz bir təyyarədən qaçmağın yeganə yolu təyyarədən tullanmaq idi, lakin sıxılma vəziyyət, pilot üzərindəki g-qüvvəsi və hava axını kimi mənfi şərtlər səbəbiylə tez-tez uğursuz olurdu. İlk katapult oturacağı Heinkel və SAAB şirkətləri tərəfindən müstəqil olaraq hazırlanmışdır. İlk dizaynlarda sıxılmış hava itələmənin mənbəyi kimi istifadə edilmişdir.
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki — Nadir şah Qırxlı-Avşarın münşisi, Pənahəli xan Sarıcalı-Cavanşir in xarici işlər vaziri, şair Mirzə Məmmədqulu Təbibin ulu babası. Mirzə Məhəmmədəli ağa Məhəmmədxan ağa oğlu 1700-cü ildə Otuziki elinin Veysəlli oymağinda doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, öncə Osmanlı ordusunda qulluq etmiş, sonra ordudan qaçıb Nadirqulu xan Qırxlı-Avşarın dəstəsinə qoşulmuşdu. Nadirqulu xan özünü şah elan edəndən sonra onun divanında münşi vəzifəsində xidmət etmişdi. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə yazır: "Qəfranpənah Mirzə Məhəmmədəli isə cənnətməkan, nadiri-zəman Nadir şahın hüzurunda xass dəbir və münşilərdən imiş ki, bəvasiteyi-təğyiri-zəman və inqilabi dövran İran torpağından qəti-əlaqə edib Qarabağa təşrif gətirib Veysəlli nam qəryəsində təəhhül etmiş..." Müəllif Mirzə Məhəmmədəli ağanı gəlmə kimi göstərir. Halbuki, onun atası Məhəmmədxan ağa, anası Ümmülbanu xanım əslən və nəslən Veysəlli oymağından idilər. Nadir şahın qətlindən sonra Qarabağa dönən Mirzə Məhəmmədəli ağa Pənahəli xanın divanxanasında münşi (xarici işlər yazışmalarına nəzarət edirdi) kimi çalışmışdı. Mirzə Məhəmmədəli ağanın Qayıb bəy adlı oğlu vardı.
Məhəmməd bəy Otuziki
Məhəmməd bəy Hacı Lazım bəy oğlu Xıdırlı-Otuziki (?-?) — XVIII əsr Qarabağ bəyi, tayfa başçısı. Məhəmməd bəy Hacı Lazım bəy oğlu Şuşa şəhərində anadan olmuşdu. Otuziki elinin minbaşısı və mahalın naibi idi. Şuşa qalasının qalabəyisi də olmuşdu. Rus üsul-idarəsi dönəmində məmur işləmişdi. Praporşik, sonra da poruçik rütbələrinii daşımışdı. Məhəmməd bəyin Abdulla bəy, Nəcəfqulu bəy, Abbasqulu bəy və İsmayıl bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu, Qalabəyovlar, ATŞC-nin xəbərləri, Bakı: 2003.
Ocotea otuzcensis
Ocotea heterochroma (lat. Ocotea heterochroma) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü.
Otun üzərində səhər yeməyi
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.
Oturan Buğa
Oturan Buğa (1831-1890 ) Yerli dildə adı: (Tȟatȟáŋka Íyotake). O, Federal hökumətinin əsir aldığı son Siu (Lakota) qəbiləsinin böyüyüdür. Öz adını 14 yaşında Krou hindularına qarşı mübarizədə fərqlənəndə alıb. Lakota qəbiləsinə 1868-ci ildən başçılıq etməyə başlayıb. Ağlar hinduların torpaqlarına 1950-ci illərdə yerləşməyə başladılar və hinduları sıxışdırdılar. Ağlarla müharibə 1868-ci ildə bitmişdi, amma Black Hills adlanan yerdə (bu bölgə hindular üçün müqəddəs idi) qızılın tapılması gərginliyi yenidən artırdı. 1876-cı ildə mart ayında Lakota, Cheyyene və Arapahoların qatıldığı və Rosebud Creekdə keçirilən "Günəş Rəqsi" mərasimində Oturan Buğa gələcəkdən xəbərlər aldığını bilidirdi. Bir neçə həftə sonra General George Amstrong Custer və 7-ci süvari dəstəsi yerlilərin düşərgəsinə hücum etdilər. Bu döyüşdə bir çox hindu və demək olar ki, bütün ağ əsgərlər öldürüldü. 4 il sonra buffaloların nəslinin tükənməsi və qida tapılmaması səbəbi ilə Oturan Buğa təslim olmaq məcburiyyətində qaldı.
Oturan iblis
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
Oturan pələng, gizlənən əjdaha (film, 2000)
Oturan pələng, gizlənən əjdaha (çincə: 臥虎藏龍, pinyin: Wò Hǔ Cáng Lóng, ing. Crouching Tiger, Hidden Dragon) — 2000-ci ildə istehsal edilmiş filmdir. Bu film Oskar mükafatının müxtəlif kateqoriyası üzrə 4 mükafat və 6 nominasiyaya layiq görülmüşdür. Film Vanq Dulu (1909-1977) adlı çin yazıçısının "Dəmir-Durna Seriyaları" (ing. The Crane-Iron Series) adlı əsəri əsasında hazırlanmışdır. Filmdəki hadisələr Tzin sülaləsinin dövründə baş verir. Döyüşçü Li Mu Bay "Yaşıl tale" adlı sehrli qılıncını dostuna verərək, dərin meditasiya düşüncəsinə gedir. Bu müddətdə qılınc naməlum oğrular tərəfindən oğurlanılır. Li Mu Bay bu qılıncı tapmaq üçün yollanır və müxtəlif macəralarla qarşılaşır... "Oturan pələng, gizlənən əjdaha (saundtrek)" — 2000-ci ildə "Sony Classical" səsyazma firması tərəfindən istehsal edilmişdir.
Oturaq heyvanlar
Oturaq heyvanlar - Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Oturaq sümüyü
Oturaq sümüyü (lat. os ischii) — qalça sümüyünün oturaq hissəsi. Oturaq sümük bucaq altında əyilmiş oturaq sümüyün yuxarı (lat. ramus superior ossis ischii), aşağı (lat. ramus inferior oss. ischii) şaxələrdən və sümük cismindən ibarətdir. Oturaq sümüyün şaxələri qasıq sümüyü ilə birləşərək qapayıcı dəliyi (lat. foramen obturatum) əmələ gətirir.
Oturaqqarıncıqlılar
Symphyta (lat. Symphyta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi. Pərdəqanadlıların arasında həm yetkin və sürfə formalarının quruluşuna, həm də həyat tərzinə görə ən ibtidai qrupdur. Yarımdəstənin nümayəndələri "mişarçılar" adı altında da tanınırlar. Belə ki, onların yumurtaqoyanı diş-diş aşağı kəsici səthi ilə mişarı xatırladır. Bunun köməyi ilə onlar bitki toxumalarında xüsusi kəsiklər açır və öz yumurtalarını ora qoyurlar.
Oturtma tikmə
Oturtma (qondarma) tikmə (qaz. bastırma, rus. вышивка аппликацией) — ayrıca parçalardan kəsilmiş bəzək başqa bir parça üzərinə qoyulub bərkidilməsiylə icra edilən tikmə. Bu tikmənin geniş yayıldığı yerlər Abşeron, Gəncə, Qazax, Şamxor və Göyçə gölünün ətrafı. "Rəsm"i və yaxud naxışı daha qabarıq göstərmək üçün bəzi hallarda onun altına pambıq qoyurdular. Bu üsulla ağ və qara yunu bir-birinə oturdub müəyyən təsvir əldə edirdilər. Keçmişdə saray çadırlarının əsas bəzəyində oturtma tikmə üsulundan geniş istifadə edilib. Keçə, dəri, sonralar müxtəlif rəngli parçaların kəsilib quraşdırılması yolu ilə inkişaf etdirilib. XIX əsrdə bu üsulla yüküzü, buxarı pərdəsi, süfrə, yaxud tapança qoburu, qılınc qını, yəhəraltı və s. əşyalar bəzədilirdi.
Oturum
Oturum və ya Suya oturma dərəcəsi – hərbi və mülkü gəmiqayırmada gəminin və ya qayığın suya oturma (dalma) dərəcəsi. Gəmilərin hərkətlərinin nizamlamasında mühüm rol oynayır. Oturumun aşağıdakı növləri vardır: Layihə (hesablama) oturumu Midelşpanqoutuya görə layihə oturumu Gəminin burun tərəfi ilə ilə oturum Gəminin dal tərəfi ilə oturum Orta oturum Dərəcəsinə görə: Gəminin ən dərin bölmədə suya oturumu (ds) gəminin yay yük xəttinə müvafiq suya oturma dərəcəsidir. Gəminin ən az istismar olunan suya oturma dərəcəsi (dl) gözlənilən ən az yüklənmə və onunla əlaqədar maye ehtiyatlarına, o cümlədən, zədəyə qarşı davamlılıq və/yaxud suya batma üçün zəruri ola bilən bu tip ballasta müvafiq olan gəminin istismar olunan suya oturma dərəcəsidir. Gəminin bölmədə qismən suya oturma dərəcəsi (dp) gəminin az istismar olunan suya oturma dərəcəsi, üstəgəl gəminin az istismar olunan suya oturma dərəcəsi ilə ən dərin bölmənin suya oturma dərəcəsi arasındakı fərqin 60%-dir.
Otus gurneyi
Qırmızıqulaq meşə bayquşcuğu (lat. Otus gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü.
Otuz
Otuz — say sistemində ədədlərdən biridir. İyirmi doqquzdan sonra, otuz birdən əvvəl gəlir. Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 3, 5, 6, 10, 15 və 30 ədədlərinə qalıqsız bölünür.
Otuz altı
Otuz altı — say sistemində ədədlərdən biridir. Otuz beşdən sonra, otuz yeddidən əvvəl gəlir. Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz altı stratagem
Otuz altı stratagema (çin. ənən. 三十六計, çin. sadə. 三十六计, pinyin: sān-shí-liù jì) — Qədim Çinə aid hərbi traktat. Stratagema (yun. στρατήγημα — hərbi hiylə, kələk ) — hərbi, mülki, siyasi, iqtisadi və şəxsi məqsədlərə çatmaq üçün orijinal yolun hiyləgər planı. Qədim Yunan dövrünə aid olsa da, Avropada geniş istifadəsi Qədim Roma yazıçısı Sekst Yuliya Frontinaya məxsus lat. “Strategemata” kitabından sonra olmuşdur. Hal-hazırda stratagema 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunur.
Otuz altı stratagema
Otuz altı stratagema (çin. ənən. 三十六計, çin. sadə. 三十六计, pinyin: sān-shí-liù jì) — Qədim Çinə aid hərbi traktat. Stratagema (yun. στρατήγημα — hərbi hiylə, kələk ) — hərbi, mülki, siyasi, iqtisadi və şəxsi məqsədlərə çatmaq üçün orijinal yolun hiyləgər planı. Qədim Yunan dövrünə aid olsa da, Avropada geniş istifadəsi Qədim Roma yazıçısı Sekst Yuliya Frontinaya məxsus lat. “Strategemata” kitabından sonra olmuşdur. Hal-hazırda stratagema 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunur.
Otuz altıncı simfoniya (Motsart)
Motsartın otuz altıncı simfoniyası (Linz simfoniyası) Volfqanq Amadey Motsart tərəfindən 1783-cü ildə yolüstü Avstriyanın Linz şəhərində dayanarkən bəstələnmişdir. Simfoniyanın ilk premyerası 4 noyabr 1783-cü ildə Linz şəhərində baş tutmuşdur. Simfoniya 4 hissədən ibarətdir. Simfoniyanın ifa müddəti 32 dəqiqədir. Adagio, 3/4 — Allegro spiritoso, 4/4 Poco adagio, 6/8 Menuetto, 3/4 Final (Presto), 2/4 1783-cü ilin yayında Motsart arvadı Konstanse Veber ilə birlikdə atası evinə getməyi qərara alır. Onun məqsədi həyat yoldaşı ilə atası arasındakı gərgin münasibətləri yaxşılaşdırmaq idi, amma onun bu cəhdi heç bir nəticə vermədi. Elə həmin ilin oktyabrında atasının rəftarından məyus olan bəstəkar Vyanaya qayıtmaq qərarına gəli və yolda onlar bir neçə gün Linz şəhərində qalmaq qərarına gəlirlər. Ciddi maliyyə problemləri ilə arşılaşan Motsart atasına məktublarında qeyd etdiyi kimi "hər cığırda bir simfoniya bəstələməyə məcbur olduğunu" yazırdı. Bu şəhərdə olarkən o, "Linz" adlı yeni simfoniyasını yaratdı. Tez bir zamanda bu əsər çox məşhur oldu və bu gün də ən çox səslənən simfonik əsərlərindən biri olaraq qalmaqda davam edir.
Otuz beş
Otuz beş — say sistemində ədədlərdən biridir. Otuz dörddən sonra, otuz altıdan əvvəl gəlir. Otuz beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz beşinci simfoniya (Motsart)
Otuz beşinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1782-ci ildə Vyanada yazılmışdır. Tarixinə görə "Haffner Simfoniyası" adlanır. Motsart altı il əvvəl, 1776-cı ildə Zalsburq şəhərinin meri Sigmund Haffnerin bacısı Mari Elisabetin toyu münasibətilə "Haffner serenadası"nı bəstələmişdi. Bu simfoniya ilə "Haffner serenadası" tamamilə fərqli əsərlərdir.' Motsartın otuz beşinci simfoniyası 4 hissədən ibarətdir. Allegro con spirito, 2/2 Andante, Sol majorda 2/4 Menuetto və Trio,3/4 Presto, 2/2 Boynick, M 1996, Wolfgang Amadeus Mozart - Simfoniya 35 [onlayn] [ aydınlaşdırma harada lazımdır?]. Cuyler, L 1995, The Symphony, 2-ci edn, Harmonie Park Press, Michigan. Downs, PG 1992, Klassik Musiqi, WW Norton, New York. Eynşteyn, A 1945, Motsart: Xarakteri, İşi. Tərcümə edən Artur Mendel və Nathan Broder. Oxford University Press, London; Nyu-York.

"otu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#otu nədir? #otu sözünün mənası #otu nə deməkdir? #otu sözünün izahı #otu sözünün yazılışı #otu necə yazılır? #otu sözünün düzgün yazılışı #otu leksik mənası #otu sözünün sinonimi #otu sözünün yaxın mənalı sözlər #otu sözünün əks mənası #otu sözünün etimologiyası #otu sözünün orfoqrafiyası #otu rusca #otu inglisça #otu fransızca #otu sözünün istifadəsi #sözlük