ovu sözü azərbaycan dilində

ovu

Yazılış

  • ovu • 98.2209%
  • Ovu • 1.7791%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aslan ovu
"Aslan ovu", "Lütf və zorakılıq" (lat. grâce et véhémence) Rubensin müraciət etdiyi bu iki ziddiyyət tablonun əsas məzmunudur. O, bu əsəri istər məzmun istərsə də rənggarlıq baxımından özünün ən uğurlu əsəri hesab edir. Con Diqbi (ing. John Digby) bu tablonu Rubensə graf Hamilton üçün sifariş etmişdir.
Balina ovu
Balina ovu sənayesi — Balinakimilərin gəlir əldə etmək məqsədilə ovlanması. Ovun hədəfi balinaların piyinin əldə edilməsidir. Onların piyi əsasən yanacaq kimi istifadə edilirdi. Üstəlik sənaye ehəmiyyəti olmuşdur. Balinaların ət məqsədli ovu XX əsrin ortalarına qədər davam etmişdir. Balinanın ətindən Kolbasa, sümüklərindən A vitamini, beynindən isə hormonlar və insulin hazırlanır. == Balinaovlayan və emal edən sənaye sahəsi == İlk zamanlar Balina ovu Atlantika və Sakit okeanların sahilyanı hissələrində inkişaf etmişdi. 15 əsrin axırlarında burada balinaların miqdarının azalması ilə əlaqədar olaraq tədricən açıq dənizdə gəmi ilə Balina ovuna başlandı. 19 əsrin axırlarında zolaqlı balinaların miqdarı Şimali Atlantikada kəskin surətdə azaldığından Norvec sənayeçiləri çox sayda balina sürüləri qeydə alınan Antarktika sularına ekspedisiyalar təşkil etdilər. Hazırda dünya okeanlarında, əsasən, 5 növ balina – finval, kaşalot, seyval, qozbel və göy balina ovlanır.
Kalidon ovu
Kalidon ovu — qədim yunan mifologiyasında Kalidon qabanının ovlanması tədbiri. Burada Yunanıstanın ən cəsur döyüşçüləri iştirak edirdi. Onların arasında Spartadan Kastor və Polidevk, Afinadan Tesey, Pilosdan Nestor, İolkdan Yason, Fivdən Admet və başqaları var idi. Qaban Krommion donuzundan yaranmışdır. Kalidon tarlalarına Artemida tərəfindən göndərilmişdir. Donuz dişləri Tegeyadakı Afina Aley məbədində yerləşdirilmişdi və onları İmperator Avqust götürürdü. Pavsaninin dövründə onlardan biri dağılmışdı, digəri isə Romanın imperator bağlarındakı Dionis məbədində idi. Qaban dərisi Afina Aley məbədində qalmışdır.
Aşşurbanipalın şir ovu
Aşşurbanipalın şir ovu (ing. Lion Hunt of Ashurbanipal) - Nineva şəhərinin Şimal sarayından aşkarlanmış məşhur saray relyeflərinə verilmiş ümumi addır. Relyeflər hazırda Britaniya muzeyinin 10a zalında sərgilənir. Bu relyeflər mütəxəssislər tərəfindən “Assur incəsənətinin yüksək şah əsərləri” kimi qiymətləndirilmişdir. Relyeflərdə Aşşurbanipalın (çarlıq dövrü e.ə. 668 – 631/627) ritual xarakterli formal “şir ovları” təsvir edilib. Ritual zamanı əvvəlcədən tutulmuş Asiya şirləri xüsusi arenalarda qəfəsdən buraxılırdı ki, çar onları qovaraq qılıncla, oxla və xəncərlə öldürsün. E.ə. 645-635-ci illərdə hazırlanmış relyeflər sarayın müxtəlif hissələrində yerləşdirilmişdi. Böyük ehtimal ki, orijinalda müxtəlif boyalarla rənglənmiş relyeflər, sarayın parlaq dekorasiyasının tərkib hissəsi olmuşdur.
Odinin Vəhşi ovu
Odinin Vəhşi ovu (norv. Åsgårdsreien, bukv. Asqard gəzintisi) — Peter Nikolay Arbo tərəfindən 1872-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri skandinav folklorunda olan Vəhşi ovu təsvir edir və Yohan Sebastiyan Velhavn tərəfindən yazılmış bir şeir əsasında çəkilmişdir. Rəsm əsəri Norveçin paytaxtı olan Oslo şəhərində yerləşir Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyinin kolleksiyasında saxlanır. Rəsm əsəri skandinav folklorundakı Vəhşi ov mövzusuna əsaslanır. Skandinav ənənəsinə görə, Vəhşi ov tanrı Odin ilə bağlıdır. Bu hadisə Qış fəslində səmada keçirilən dəhşətli bir mərasimdan ibarətdir və gizlənməyə yer tapa bilməyən bədbəxt insanların oğurlanması ilə nəticələnir. Norveç ənənəsinə görə, tanrı Odindən başqaları da ovun rəhbəri ola bilər. Bunlara Lüssi və Quro Rısserov kimi şəxsiyyətlər aiddir.
Prezident ovu (roman)
"Prezident ovu" - Çingiz Abdullayev tərəfindən yazılmış roman. Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tapşırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti 'X günü' adlı dəhşətli bir aksiya hazırlamaqdadır. Lakin təşkilatın konkret harada yerləşdiyi və aksiyanın nə məqsəd güddüyü, onun nə zaman və hansı ölkədə həyata keçiriləcəyi dəqiq bilinmir. Bu səbəbdən də Dronqo İnterpolun məxfi agentlərinin müşayiəti altında Riçard Saunders adıyla fəaliyyətə başlamalı olur. Riçard Saundersə müxtəlif ölkələrdə çalışmaq və təşkilatın izinə düşüb planlaşdırılan aksiyanın qarşısını almaq lazım gəlir. İlk başda nə qədər ağlasığmaz görünsə də, yüksək peşəkarlığa malik olan Dronqo bu çətin vəzifəni məharətlə yerinə yetirir. Təbii ki, bu asan başa gəlmir. Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə uzanan narkomafiya öz niyyətini yerinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir və peşəkar muzdlu qatillər dünyanın hər bucağında — Stokholmda, Vyanada, Afinada, Romada, Rio-de-Janeyroda, Asunsonda, Santyaqoda, Buenos-Ayresdə, Nyu-Yorkda Dronqonun özünün ovuna çıxırlar. Buna görə də müxtəlif adlar altında çalışmağa məcbur qalan Dronqo bir neçə dəfə ölüm təhlükəsindən möcüzə nəticəsində xilas olur. Amma o həqiqətən xilas olurmu?
İnsan ovu (roman)
Aslan ovu (Rubens)
"Aslan ovu", "Lütf və zorakılıq" (lat. grâce et véhémence) Rubensin müraciət etdiyi bu iki ziddiyyət tablonun əsas məzmunudur. O, bu əsəri istər məzmun istərsə də rənggarlıq baxımından özünün ən uğurlu əsəri hesab edir. Con Diqbi (ing. John Digby) bu tablonu Rubensə graf Hamilton üçün sifariş etmişdir.
Bəhram Gurun şir ovu
Bəhram Gurun şir ovu - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Yeddi gözəl" poemasında, Bəhram Gurun vəhşi heyvan ovunu çox sevməsi, atdığı oxların boşa çıxmaması tərif olunur. Şair yazır ki, hətta Bəhram bir dəfə guru pəncələri altına almış şiri oxla hədəfə alıb, onu öz qurbanı ilə bir-birinə tikmişdir. == Təsvir == Nizaminin təsvir etdiyi bu qəhrəmanlıq epizodu bir çox rəssamlar kimi Sultan Məhəmmədi də maraqlandırmışdır. Miniatürün mərkəzində atlı Bəhram, onu müşayiət edən saray əyanları və şahın sevimli kənizi Fitnə təsvir olunmuşdur. XVI əsr Təbriz miniatür məktəbinin üslubuna uyğun olaraq Sultan Məhəmməd öz kompozisiyasında əsl süjetlə əlaqəsi olmayan çoxlu heyvan və başqa personajlara geniş yer vermişdir. Bütün bunlarla yanaşı, o, əsas süjet fonunda heyvanat aləminə xas olan kiçik bir epizod da təsvir etmişdir. Bu epizod təbiətən bir-birinə düşmən olan xallı pələnglə aynın əhvalatıdır; sıldırım qaya üzərində dayanan ayı özündən aşağıda ona tərəf dırmanan pələngə atmaq üçün iri bir qaya parçasını havaya qaldırmışdır.
Farer adalarında balina ovu
Farer adalarında balina ovu ən azı X əsrdən bəri mövcuddur. Bu məsələ kiçik balinakimilər üzərində Komissiyanın hansı səlahiyyətə sahib olması ilə bağlı yaranan mübahisələrə görə Beynəlxalq Balina Ovlama Komissiyası (ing. International Whaling Commission — IWC) tərəfindən deyil, Farer səlahiyyətliləri tərəfindən tənzimlənir. Hər il təxminən 950 qrind (qara delfinlər, Globicephala melaena) ovlanır, xüsusən isə yayda. Qrind ovu (far. grindadráp [ˈgɹɪndaˌdrɔap]) — icmalar tərəfindən təşkil edilən qeyri-kommersiya tədbiridir və tədbirdə hər kəs iştirak edə bilər. Balıq ovu zamanı balıqçılar qrindləri qayıqlarla əhatə edir, onları geniş yarımdairəyə salırlar və sonra qayıqlar balinaları yavaş-yavaş körfəzə və ya fyordun dibinə qovurlar. Farerlərin çoxu balina ovunu öz mədəniyyətinin və tarixinin mühüm hissəsi hesab edir. Heyvanların hüquqlarını müdafiə edən qruplar balıqçılığı qəddar və lazımsız olaraq tənqid edir, balinaçılar isə əksər jurnalistlərin balıq ovu üsulları və balıqçılığın iqtisadi əhəmiyyəti haqqında məlumatsızlıq nümayiş etdirdiyini iddia edirlər. == Tarixi == Şimali Atlantikada balina ovlamaq uzun zaman adi hal olmuşdur.
Həddindən artıq balıq ovu
Həddindən artıq balıq ovu — balıq populyasiyasının davamlı vəziyyətini təmin etməyən və balıq ehtiyatlarının tükənməsinə səbəb olan balıqçılıq təcrübəsi. Suyun çirklənməsi və ya iqlim dəyişikliyi kimi dəniz ekosistemlərinə digər antropogen təsirlərlə müqayisədə bəziləri artıq nəsli kəsilmək ərəfəsində olan bir çox balıq növlərinin populyasiyalarının həddindən artıq balıq ovu onun kütləvi azalmasının əsas səbəbidir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2020-ci ildəki hesabatında deyilir ki, "2017-ci ildə dünyanın dəniz balıqçılıq təsərrüfatlarında balıq ehtiyatlarının 34 faizi həddən artıq ovlanmış kimi təsnif edilib". Həddindən artıq balıq ovunun bəzi formaları, məsələn köpək balıqlarının həddindən artıq ovlanması bütün dəniz ekosistemlərinin pozulmasına səbəb olmuşdur. Həddindən artıq balıq ovu meduzaların əsas rəqibini və yırtıcısını aradan qaldıraraq, meduza populyasiyasının partlamasını gücləndirir. 1990-cı illərdə İrland dənizində meduza populyasiyasının artmasında həm iqlim dəyişikliyi, həm də ekosistemin yenidən qurulması əsas rol oynadığı aşkar edilmişdir. == Səbəblər == Həddindən artıq balıq ovu üçün iqtisadi səbəblərə dünya əhalisinin artması ilə bağlı dəniz məhsullarına artan tələb daxildir. Balıq tez-tez ət yeməyinə alternativ olaraq görülür. Bəzi balıq növlərinin yüksək qiymətləri çox vaxt balıqçı qayıqlarının ən qiymətli balıqlar üçün saxlanmasına, ovun qalan hissəsinin isə dənizə atılmasına səbəb olur. Böyük balıqçılıq donanmasının saxlanması çox vaxt dövlət subsidiyaları ilə stimullaşdırılır.
Bakıda insan ovu (film, 1991)
Bakıda insan ovu qısametrajlı sənədli filmi rejissor Vaqif Azəryar tərəfindən 1991-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrdən söhbət açır. == Məzmun == Film 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrdən söhbət açır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Vaqif Azəryar, Qulu Kəngərli Rejissor: Vaqif Azəryar Operator: Sədrəddin İsmayılov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qanlı yumruq 7: İnsan ovu
"Qanlı yumruq 7: İnsan ovu" (ing. Bloodfist VII: Manhunt) — Don Vilsonun filmlərindən biri. Cim Turdell etmədiyi qətl üzündən qaçmağa məcburdur. Onu qaçmağa vadar edən isə qatillərə işləyən polislərdir. Cim çoxlu dəlil toplamaq məcburiyyətindədir… Qanlı yumruq 7: Axtarış — Internet Movie Database saytında.
Bir ovuc torpaq (film, 2009)
== Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Şərif Qurbanəliyev Quruluşçu rejissor : Şərif Qurbanəliyev Quruluşçu operator : Əlövsət Aslanov Quruluşçu rəssamlar : Rəfael Əsədov, Oqtay Quliyev Səs rejissorları : Orxan Ağalarov, Pərviz Ramizoğlu Montaj : Sənan Vəliyev Rejissor : Zilli Namazov Operator : Kamal Məmmədov Qrim : İlqar Səfərov Rejissor assistenti : Səyyarə Mirzəyeva Səs operatoru : Sərxan Ağalarov Geyim rəssamı : Məlahət Qafarzadə İşıq ustası : Dadaş Abbasov Pirotexnik : Vaqif Qurbanov Texniklər : Aqil Həsənov, Vüqar Mustafayev Sürücülər : Əzim Quliyev, Aydın İmanov, Loğman İsgəndərov, Ağarəşid Mirzəyev, Valeri Basistı Prodüser : Arif Həkimoğlu Musiqilərindən istifadə edilən bəstəkarlar : Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov (titrlərdə yoxdur) === Rollarda === Qeyd: Obrazların adları titrlərdə göstərilməyib. Yaşar Nuri – nağılçı Rəfael Dadaşov – padşah Rafiq Əzimov – münəccim Tariyel Qasımov – tacir Xudu Tünzalə Əliyeva – ifritə Kəmalə Hüseynova Ramilə Məmmədova – Gülnar İlkin Namazov – Orxan Müdvər Nemətova – Gülyaz Cavid İbrahimov – Elxan Anar Seyfəliyev – Ayxan Səadət Həsənalıyeva – Gülzar Arif Həkimoğlu – kəndli Xanlar Həşimzadə – div Aydın Əlibalayev – baba Əlgüşad Rəhimov – balıq bişirən kəndli Akif Yusifov – kəndli == Çəkilişə köməklik edən qurumlar == Şəki şəhər İcra Hakimiyyəti Şəki Dövlət Dram Teatrı Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu Şirvanşahlar sarayı Tarix Dövlət qoruq-muzeyi Muğam Teatrı == Çəkilişə kömək edənlər == Zərinə Cavadova Cəmil Əliyev Fikrət Abdullayev Elşad Alxasov Vahid Şabanov Nizami Həmidov Hacı Elşad Əliyev Azər Hüseynov Arif Qazıyev Pakizə Əliyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
Bir ovuc torpaq (roman)
Bir ovuc torpaq — Varis Yolçiyevin romanı. == Haqqında == "Bir оvuc tоrpaq" Varisin oxuculara təqdim etdiyi ikinci kitabıdır. "Bir оvuc tоrpaq" rоmanı da, əsasən, real hadisələr əsasında qələmə alınıb, burada sevgi və vətənpərvərliк mоtivləri, cinayətкar aləmin yaşantıları önə çəкilib. Rоman geniş охucu кütləsi üçün nəzərdə tutulub. == İthaf == 2009-cu ilin 30 aprelində Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi qurbanı olmuş gənclərin əziz xatirəsinə ithaf edilir. == İstinadlar == == Xarici keçidlər == Varis. Bir ovuc torpaq: roman /Varis ; red. Ə. Paşayeva; üz qabığının tərt. ed. A. Hüseynov; sponsor ANT GROUP Bakı: Vektor, 2009.318 s.
Bir ovuc torpaq (teleserial, 2013)
== Serial haqqında == Yazıçı Varisin eyni adlı romanının motivləri əsasında çəkilmişdir. == Səhv == Aktyor Vüqar Məmmədəliyevin adını və obrazını bir neçə titrlərdə 2 dəfə yazılmışdır. Aktrisa Gülnarə Abdullayevanın adı titrlərdə Elnarə Abdullayeva yazılmışdır.
Elişa Ovusu
Elişa Ovusu (7 noyabr 1997, Montröy) — Qanalı futbolçu. Belçikanın Gent klubunun və futbol üzrə Qana milli komandasının yarımmüdfiəçisi. == Klub karyerası == Ovusu Olimpik Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2010-cu ildə komandaya qoşulmuş və əvəzedici heyətin kapitanı olmuşdur. 23 fevral 2017-ci ildə Ovusu Lyon klubu ilə 3 illik ilk peşəkar müqaviləsini imzalamışdır. 19 iyun 2018-ci ildə Ovusu Sojo klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. O, öz peşəkar karyerasında debütünü 27 iyul 2018-ci ildə Qrenobl Fut klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Tomas Robineni əvəz etmişdir. Liqa 2 görüşündə Sojo rəqibinə 0–1 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Ovusu Fransada anadan olmuşdur.
Ovuc daşlayıcı
Ovuc daşlayıcı (danışıq dilində Laqonda adıyla tanınır), cilama və doğrama məqsədilə işlənən səyyar elektrik alətdir. Memarlıqda, metal işçiliyində, taxtaçılıqda və dülgərlikdə daha çox işlənilir. Ovuc daşlayıcılar elektrik və ya benzin motorları, eləcə də sıxılmış hava əsasında işləyə bilər. Alət işə salınanda ovuc daşlayıcının başlığı üstündəki diski hərəkətə başladır. Ovuc daşlayıcı 1954-cü ildə Steinheim an der Murr adlı Almaniya şəhərində Ackermann + Schmitt (FLEX-Elektrowerkzeuge GmbH) şirkəti tərəfindən icad edilib, və bu səbəbdən uzun zaman çox ölkələrdə bu aləti sadəcə "Fleks" (ing. Flex) adlandırırdılar. 1970-ci illərdə SSRİ ərazisinə gətirilən modellərinin çoxusun Bolqarıstanda istehsal olduğuna görə aləti "Bolqarka" (rus. Болгарка) adlandırmağa başladılar, lakin sovet xalqları leksikonlarından başqa bu söz həmin mənada heç bir dildə işlənmir.
Ovucvari rodotus
Elmi adı - Rhodotus palmatus (Bul, Fr.) Maire IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Az öyrənilənlər"kateqoriyasına aiddir – DD. Nadir, relikt növdür. Ksilotrof göbələkdir. Papaqcıq 3-5 sm diametrindədir, ekssentrik, kənarı zolaqlı, içəri qatlanmış, səthi torcuqvari-qırışıqlı, bir qədər həlməşik qatlı, ilk dövrdə parlaq mərcanvari-qırmızı, sonra ayaqcıqdan –solğunlaşandır. Lövhələr ayaqcığa qovuşan, bəzən ayaqcığa doğru azacıq sürüşən, qalın çəngəlvari anastomozlara malik, ağımtıl, sonradan papaqcıq rəngində olur. Ayaqcıq açıq-çəhrayı, ekssentrik, 1-3 x 0,3-0,7sm, düz və ya əyilmiş, yuxarı hissəsi dilikli, aşağısı hamar və ya zolaqlıdır. Ləti çəhrayıdır. Yeməli deyil . Ksilotrofdur çürümüş, enliyarpaq ağacların gövdələrində yay aylarında, əsasən avqust ayında rast gəlinir. Gədəbəy ətrafı meşəsi əraisidir. Populyasiyasıyanın ehtiyatı hal-hazırda azdır.
Ovulyasiya
Ovulyasiya (lat. Ovulla — yumurta) — yetkin bir follikulun qırılması nəticəsində yumurtalıqdan yumurta hüceyrələrinin uşaqlıq borusuna buraxılmasını təmsil edən hadisə. Ovulyasiya zamanı yumurtalıq ikinci dərəcəli oositlərin yetişmə mərhələsində yerləşir. Yumurta hüceyrələri follikuldan yumurtalıq kanalına (qadınlarda fallopiya borusu adlanır) daxil olur və burada mayalanma baş verir. Ovulyasiyanın bioloji mənası yumurta hüceyrələrinin mayalanması və cinsi yolla keçməsi üçün follikuldan sərbəst buraxılmasıdır. Ovulyasiya qadında menstruasiyadan 14 gün əvvəl başlayır. Yumurta hüceyrələrinin follikuldan çıxması prosesi bir saatdan çox çəkmir, bundan əlavə, fallopiya borusununa daxil olduqdan sonra yumurta hüceyrələri təxminən bir gün mayalanma qabiliyyətini saxlayır. Obyektiv olaraq, qadın ovulyasiya anını hiss edə bilmir. Ovulyasiya ehtimalının yüksək olduğu müddətə ovulyasiya dövrü deyilir. Ovulyasiya dövrünün müəyyən bir müddəti yoxdur, müxtəlif tədqiqatçılar bu dövrünün fərqli müddətini göstərir – bu, ovulyasiyanın müəyyən edilməsi üsullarından asılıdır.
Ovuntu konusu
Ovuntu konusu (rus. конус осыпи, ing. rock talus cone, talus accumulation, acree, apron) — dik yamacın Ətəyində aşınma materiallarının, zirvəsi yuxarı çevrilmiş yarım konus şəklində toplanması. Konusun yamacının meyilliyi 30–40° olur.
Ovusu Kvabena
Ovusu Kvabena — (18 iyun 1997, Akkra) — Qanalı peşəkar futbolçu. Macarıstanın "Ferensvaroş" klubunun və Qana milli komandasının hücumçusu. Qanada doğulan futbolçu karyerasının ilk illərini doğulduğu Akkra şəhərinin komandasında keçirib. 2016-cı ildə İspaniyaya gələn futbolçu "Toledo" klubuna qoşulur. Ovusu 31 avqust 2016-cı ildə komandadanın əsas heyətində debüt edir. İspaniya Kral Kubokunda baş tutmuş "UB Conquense" komandası ilə ev oyununda ikinci hissədə əvəzedici kimi meydana çıxır və komandasının 2–0 qalib gəldiyi oyunda komandasının hər iki qolunun müəllifi olur. Daha sonra o, səkkiz qol vuraraq, komandanın əsas hücumçusuna çevrilir. 23 avqust 2017-ci ildə Owusu La Liqa təmsilçisi "CD Leganés" klubu ilə beş illik müqavilə imzalayır. Ancaq futbolçu səkkiz gün sonra, "Segunda División"da yarışan "Real Oviedo"ya bir il müddətinə icarəyə verilir. 24 iyul 2018-ci ildə Ovusu İspaniya çempionatının üçüncü divizionunda mübarizə aparan "Salamanca CF" klubuna bir il müddətinə icarəyə verilir.
Solanum ovum-fringillae
Solanum ovum-fringillae (lat. Solanum ovum-fringillae) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.

"ovu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ovu nədir? #ovu sözünün mənası #ovu nə deməkdir? #ovu sözünün izahı #ovu sözünün yazılışı #ovu necə yazılır? #ovu sözünün düzgün yazılışı #ovu leksik mənası #ovu sözünün sinonimi #ovu sözünün yaxın mənalı sözlər #ovu sözünün əks mənası #ovu sözünün etimologiyası #ovu sözünün orfoqrafiyası #ovu rusca #ovu inglisça #ovu fransızca #ovu sözünün istifadəsi #sözlük