ovuc sözü azərbaycan dilində

ovuc

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ovuc • 96.2779%
  • Ovuc • 2.9777%
  • OVUC • 0.7444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ovuc daşlayıcı
Ovuc daşlayıcı (danışıq dilində Laqonda adıyla tanınır), cilama və doğrama məqsədilə işlənən səyyar elektrik alətdir. Memarlıqda, metal işçiliyində, taxtaçılıqda və dülgərlikdə daha çox işlənilir. Ovuc daşlayıcılar elektrik və ya benzin motorları, eləcə də sıxılmış hava əsasında işləyə bilər. Alət işə salınanda ovuc daşlayıcının başlığı üstündəki diski hərəkətə başladır. Ovuc daşlayıcı 1954-cü ildə Steinheim an der Murr adlı Almaniya şəhərində Ackermann + Schmitt (FLEX-Elektrowerkzeuge GmbH) şirkəti tərəfindən icad edilib, və bu səbəbdən uzun zaman çox ölkələrdə bu aləti sadəcə "Fleks" (ing. Flex) adlandırırdılar. 1970-ci illərdə SSRİ ərazisinə gətirilən modellərinin çoxusun Bolqarıstanda istehsal olduğuna görə aləti "Bolqarka" (rus. Болгарка) adlandırmağa başladılar, lakin sovet xalqları leksikonlarından başqa bu söz həmin mənada heç bir dildə işlənmir.
Bir ovuc torpaq (roman)
Bir ovuc torpaq — Varis Yolçiyevin romanı. == Haqqında == "Bir оvuc tоrpaq" Varisin oxuculara təqdim etdiyi ikinci kitabıdır. "Bir оvuc tоrpaq" rоmanı da, əsasən, real hadisələr əsasında qələmə alınıb, burada sevgi və vətənpərvərliк mоtivləri, cinayətкar aləmin yaşantıları önə çəкilib. Rоman geniş охucu кütləsi üçün nəzərdə tutulub. == İthaf == 2009-cu ilin 30 aprelində Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi qurbanı olmuş gənclərin əziz xatirəsinə ithaf edilir. == İstinadlar == == Xarici keçidlər == Varis. Bir ovuc torpaq: roman /Varis ; red. Ə. Paşayeva; üz qabığının tərt. ed. A. Hüseynov; sponsor ANT GROUP Bakı: Vektor, 2009.318 s.
Bir ovuc torpaq (film, 2009)
== Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Şərif Qurbanəliyev Quruluşçu rejissor : Şərif Qurbanəliyev Quruluşçu operator : Əlövsət Aslanov Quruluşçu rəssamlar : Rəfael Əsədov, Oqtay Quliyev Səs rejissorları : Orxan Ağalarov, Pərviz Ramizoğlu Montaj : Sənan Vəliyev Rejissor : Zilli Namazov Operator : Kamal Məmmədov Qrim : İlqar Səfərov Rejissor assistenti : Səyyarə Mirzəyeva Səs operatoru : Sərxan Ağalarov Geyim rəssamı : Məlahət Qafarzadə İşıq ustası : Dadaş Abbasov Pirotexnik : Vaqif Qurbanov Texniklər : Aqil Həsənov, Vüqar Mustafayev Sürücülər : Əzim Quliyev, Aydın İmanov, Loğman İsgəndərov, Ağarəşid Mirzəyev, Valeri Basistı Prodüser : Arif Həkimoğlu Musiqilərindən istifadə edilən bəstəkarlar : Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov (titrlərdə yoxdur) === Rollarda === Qeyd: Obrazların adları titrlərdə göstərilməyib. Yaşar Nuri – nağılçı Rəfael Dadaşov – padşah Rafiq Əzimov – münəccim Tariyel Qasımov – tacir Xudu Tünzalə Əliyeva – ifritə Kəmalə Hüseynova Ramilə Məmmədova – Gülnar İlkin Namazov – Orxan Müdvər Nemətova – Gülyaz Cavid İbrahimov – Elxan Anar Seyfəliyev – Ayxan Səadət Həsənalıyeva – Gülzar Arif Həkimoğlu – kəndli Xanlar Həşimzadə – div Aydın Əlibalayev – baba Əlgüşad Rəhimov – balıq bişirən kəndli Akif Yusifov – kəndli == Çəkilişə köməklik edən qurumlar == Şəki şəhər İcra Hakimiyyəti Şəki Dövlət Dram Teatrı Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu Şirvanşahlar sarayı Tarix Dövlət qoruq-muzeyi Muğam Teatrı == Çəkilişə kömək edənlər == Zərinə Cavadova Cəmil Əliyev Fikrət Abdullayev Elşad Alxasov Vahid Şabanov Nizami Həmidov Hacı Elşad Əliyev Azər Hüseynov Arif Qazıyev Pakizə Əliyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
Bir ovuc torpaq (teleserial, 2013)
== Serial haqqında == Yazıçı Varisin eyni adlı romanının motivləri əsasında çəkilmişdir. == Səhv == Aktyor Vüqar Məmmədəliyevin adını və obrazını bir neçə titrlərdə 2 dəfə yazılmışdır. Aktrisa Gülnarə Abdullayevanın adı titrlərdə Elnarə Abdullayeva yazılmışdır.
Ovucvari rodotus
Elmi adı - Rhodotus palmatus (Bul, Fr.) Maire IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Az öyrənilənlər"kateqoriyasına aiddir – DD. Nadir, relikt növdür. Ksilotrof göbələkdir. Papaqcıq 3-5 sm diametrindədir, ekssentrik, kənarı zolaqlı, içəri qatlanmış, səthi torcuqvari-qırışıqlı, bir qədər həlməşik qatlı, ilk dövrdə parlaq mərcanvari-qırmızı, sonra ayaqcıqdan –solğunlaşandır. Lövhələr ayaqcığa qovuşan, bəzən ayaqcığa doğru azacıq sürüşən, qalın çəngəlvari anastomozlara malik, ağımtıl, sonradan papaqcıq rəngində olur. Ayaqcıq açıq-çəhrayı, ekssentrik, 1-3 x 0,3-0,7sm, düz və ya əyilmiş, yuxarı hissəsi dilikli, aşağısı hamar və ya zolaqlıdır. Ləti çəhrayıdır. Yeməli deyil . Ksilotrofdur çürümüş, enliyarpaq ağacların gövdələrində yay aylarında, əsasən avqust ayında rast gəlinir. Gədəbəy ətrafı meşəsi əraisidir. Populyasiyasıyanın ehtiyatı hal-hazırda azdır.

ovuc sözünün leksik mənası və izahı

  • 1 is. 1. Əlin barmaqlar və ayadan ibarət hissəsi, əlin içi. Ovcunda saxlamaq. – …Mən ixtiyarsız ovcumu açdım və quşcuğaz da şad bir səslə uçub getdi. S.S.Axundov. [Yaşlı kişi:] Ovcumu soyuq su ilə doldurub sinəsini və döşlərini islatdım. S.Hüseyn. // məc. “Əl” mənasında. [İsgəndər:] Gərək hər əmrimə baş əysin cahan; Ovcumda top kimi oynasın dövran. A.Şaiq. 2. Ovuc tutan qədər, ovuca yerləşən miqdar (adətən saylarla). İki ovuc buğda. ◊ Ovuc (ovcun) içi kimi (tək) – aydın, aşkar, yaxşı. Ovcumun içi tək görürəm aydın; Bir şey yayınmayır nəzərlərimdən. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / ovuc

ovuc sözünün etimologiyası

  • 1 Ovmaq feili ilə qohumdur, “ovuq (çökək) yer” deməkdir. Əlin içinin çökəkliyi ilə bağlıdır, ovuq kəlməsi ilə kökdaşdır (rus dilində də belədir: ладонь sözü до­ли­на ilə kökdaşdır). Çox maraqlı bir haldır ki, bəzi sözlər etimoloji baxımdan dillərin çoxunda eyni məna ilə bağlıdır. Bu, təsadüfdürmü, dillərin əlaqəsidirmi? Hər halda burada bir qanunauyğunluq var, üzərində düşünülməli problem­lər­dəndir. Bizdə sinonim olan ovuc və aya sözləri var (aya indi az işlədilir, əsasən, dialektlərdə qalıb və maya şəklinə düşüb). Ovuc kəlməsi mənbələrdə ovut, adut, azut kimi də qeydə alınıb. Ehtimal ki, “əzmək” mənası ilə daha çox bağlı olub (indi də ovcu­mu­z­da nəyisə əzirik). Umac (əsli: ovmac) sözü də ovuc kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ovuc

ovuc sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. OVUC [Qurban:] Bir az qazırsan torpaqdan neft iyi gəlir. Ovcuna alıb sıxırsan, neft damcılayır (N.Vəzirov); KƏFƏ ..bir övrət çömbəlib və çənəsini hor iki əlinin kəfəsinə qoyub qaşqabaqla Əhmədin ağlamasına tamaşa edirdi (C.Məmmədquluzadə); AYA, ƏLİN İÇİ. 2. OVUC (ovuc tutan qədər), XIŞMA

    Azərbaycan dilinin sinonimlər lüğəti / ovuc

ovuc sözünün rus dilinə tərcüməsi

  • 1 1. ладонь; 2. горсть, пригоршня;

    Azərbaycanca-rusca lüğət / ovuc
  • 2 I сущ. 1. ладонь (внутренняя сторона кисти руки). Ovcunun içində в ладонях, ovcunda saxlamaq держать в ладони, ovuclarını ovuşdurmaq потирать ладони, ovcunu su ilə doldurmaq набрать воды в ладони 2. горсть (количество чего-л., захватываемое ладонью со сжатыми пальцами). Bir ovuc tum горсть семечек, bir ovuc buğda горсть пшеницы, bir ovuc torpaq горсть земли, iki ovuc duz две горсти соли 3. пригоршня (количество чего-н., вмещающееся в сложенные вместе в виде округленного вместилища обе ладони). Bir dolu ovuc qoz полная пригоршня орехов, iki ovuc su две пригоршни воды, iki ovuc un две пригоршни муки, ovuc dolusu полными пригоршнями II прил. мед. ладонный. Ovuc arteriyaları ладонные артерии ◊ ovuc (ovcun) içi kimi как на ладони (очень ясно, отчётливо); ovcuna basmaq kimin незаметно сунуть в руку (деньги, взятку) к ому; ovcunun içinə qoymaq kimin насплетничать, донести; ovcunun içi kimi bilmək kimi, nəyi знать всю подноготную; ovcumu (ovcumun içini) iyləmişdim? откуда я мог знать (предугадать)? ovucu qaşınır kimin букв. ладонь чешется чья (примета к деньгам)

    Azərbaycanca-rusca lüğət / ovuc

ovuc sözünün inglis dilinə tərcüməsi

  • 1 i. palm; ◊ ~una basmaq (rüşvət vermək) to grease / to tickle smb.’s palm; ◊ bir kəsi ~unun içində saxlamaq to hold* smb. in the palm of one’s hand; bir ~ handful; bir ~ fındıq a handful of nuts; bir ~ adamlar a handful of people

    Azərbaycanca-ingiliscə lüğət / ovuc

ovuc sözünün fransız dilinə tərcüməsi

ovuc sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. гъаб, кап, капаш, гъилин къен; // пер. гъил; 2. гъапу (капашди) кьадай, гъапа (капашда) гьатдай кьадар (гьисабралди); iki ovuc un кьве гъаб гъуьр; bir ovuc torpaq са гъаб (са капаш) накьв; ** ovuc (ovcun) içi kimi (tək) капун юкь хьиз, михьиз, хъсан (аквазвай затӀунин гьакъинда).

    Azərbaycanca-ləzgicə lüğəti / ovuc

ovuc sözünün türk dilinə tərcüməsi

"ovuc" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ovuc nədir? #ovuc sözünün mənası #ovuc nə deməkdir? #ovuc sözünün izahı #ovuc sözünün yazılışı #ovuc necə yazılır? #ovuc sözünün düzgün yazılışı #ovuc leksik mənası #ovuc sözünün sinonimi #ovuc sözünün yaxın mənalı sözlər #ovuc sözünün əks mənası #ovuc sözünün etimologiyası #ovuc sözünün orfoqrafiyası #ovuc rusca #ovuc inglisça #ovuc fransızca #ovuc sözünün istifadəsi #sözlük