oxu sözü azərbaycan dilində

oxu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • oxu • 78.0822%
  • Oxu • 21.1901%
  • OXU • 0.6421%
  • oxU • 0.0856%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Oxu.az
"Global Media Group" və ya qısaca GMG — 2017-ci ildən fəaliyyət göstərən və Azərbaycan hökumətinin nəzarətində olan media-holdinq. Şirkətlər qrupuna Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. "Global Media Group" MMC-nin tərkibində olan şirkətlər — "Report" İnformasiya Agentliyi, "Oxu. Az" xəbər saytı, "Baku TV" yayım portalı və "Global Management" MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb. GMG-nin Direktorlar Şurasının sədri azərbaycanlı sahibkar və sabiq dövlət məmuru Elnur Abdullayevdir 2019–2023-cü illərdə Azərbaycandakı media direktoru azərbaycanlı jurnalist Həmid Həmidov idi. "Каспий" qəzeti 1881-ci ildə rus dilində təsis edilib və 1919-cu ilə qədər nəşr olunub. 1999-cu ildə Sona Vəliyeva tərəfindən Azərbaycan, rus və ingilis dillərində yenidən fəaliyyəti bərpa edilib. 2020-ci ildən GMG-yə daxildir və həftəlik ictimai-siyasi qəzet olaraq, şənbə günləri rus dilində, 16 səhifədə, 2000 nüsxə tirajla, Azərbaycan dilində isə həftəlik, rəngli olmaqla yenə 16 səhifədə nəşr olunur. "BAKU. WS" xəbər saytı 2004-cü il yanvarın 5-də fəaliyyətə başlayıb. Xəbər portalı dünya və yerli xəbərləri yayımlayır.
Oxu (albom)
Oxu – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 45 dəqiqəlik alboma 11 mahnı daxildir.
Oxu, Tar (1968)
Film Azərbaycan çalğı alətləri haqqında kiçik bir sənədli poemadır. Tar Azərbaycan xalqının qədim tarixindən xəbər verən bir mahnı kimi səslənir. Tar Azərbaycan xalqının kədərini, sevincini, mübarizəsini tərənnüm edən gözəl və zəngin musiqi alətidir. Kamança könüllərin ən incə hisslərini əks etdirən, qəlbimizin ən incə tellərinə toxunan sevimli çalğı alətidir. Xalq şənliklərinin daimi iştirakçısı, Azərbaycan xalqının döyüşkən ruhunu əks etdirən qara zurna, nağara vüsət, əzəmət, əmək coşğunluğunun ifadəsidir. Filmdə bu gözəl alətlərdən hər biri barədə söhbət açılır. 1968-ci ildə Moskvada Ümumittifaq Televiziya Filmləri Festivalında bu film xüsusi qeyd olunmuşdur.
Oxu, Tar (1989)
Film məşhur Azərbaycan tarzəni Ramiz Quliyevə həsr olunmuşdur.
Oxu məni (qəzet)
"Oxu məni" qəzeti — həftəlik ictimai-siyasi qəzet. "Oxu məni" qəzeti 1997-ci ildən fəaliyyətə başlamış, həmin vaxtdan etibarən çərşənbə axşamı və cümə günü daxil olmaqla, həftədə iki dəfə 16 səhifədə A3 formatda rəngli dərc olunmuşdur. (Ədliyyə Nazirliyi tərəfindən 50 nömrəli şəhadətnamə ilə qeydiyyata alınıb) Hazırda qəzetin təsisçisi və baş redaktoru Axundov Emin Tofiq oğludur. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 16 səhifə A3 format həcmində 150–180 min arası tirajla dərc olunub[mənbə göstərin]. Qəzetin ilk nömrəsi 150 min tirajla[mənbə göstərin] çap olunmağa başlamışdır. İnsanlar arasında qəzetin adı maraqla qarşılanmış, oxucuların rəğbətini və tələbatını nəzərə alaraq, günün 1-ci yarısı bütün tiraj satıldığı üçün elə həmin gün ikinci dəfə çap olunmuşdur[mənbə göstərin]. Sonrakı illərdə qəzetin əlavə buraxılışları olan "Oxu məni krossvordu" qəzeti 24 səhifədə A3 formatda həftədə 1 dəfə çərşənbə günü rəngli şəkildə 30 min tirajla[mənbə göstərin], "Oxu məni Serial" qəzeti 16 səhifədə A3 formatda həftədə 1 dəfə şənbə günü rəngli şəkildə 25 min tirajla, "Oxu məni Skanvordu" qəzeti 32 səhifədə A3 formatda ayda 1 dəfə rəngli şəkildə 30 min tirajla, "Oxu məni Lətifələr və Skanvordlar" kitabı A5 formatda 32 səhifədə ayda 1 dəfə 30 min tirajla rəngli olaraq çap olunmuşdur. 2009-cu ildən fasiləsiz olaraq qəzetin elektron xəbər portalı www.oxumeni.az saytı hər gün daim yenilənən xəbərlərlə oxuculara informasiya çatdırır. Qəzet yarandığı gündən sonrakı dövrlərdə 2 ofisdə, 80–90 nəfərlik işçi kollektivi ilə fəaliyyət göstərmişdir. Əsas baş ofis Bakı şəhəri Yasamal rayonu mətbuat pr.
Oxu, tar (film, 1968)
Film Azərbaycan çalğı alətləri haqqında kiçik bir sənədli poemadır. Tar Azərbaycan xalqının qədim tarixindən xəbər verən bir mahnı kimi səslənir. Tar Azərbaycan xalqının kədərini, sevincini, mübarizəsini tərənnüm edən gözəl və zəngin musiqi alətidir. Kamança könüllərin ən incə hisslərini əks etdirən, qəlbimizin ən incə tellərinə toxunan sevimli çalğı alətidir. Xalq şənliklərinin daimi iştirakçısı, Azərbaycan xalqının döyüşkən ruhunu əks etdirən qara zurna, nağara vüsət, əzəmət, əmək coşğunluğunun ifadəsidir. Filmdə bu gözəl alətlərdən hər biri barədə söhbət açılır. 1968-ci ildə Moskvada Ümumittifaq Televiziya Filmləri Festivalında bu film xüsusi qeyd olunmuşdur.
Oxu, tar (film, 1989)
Film məşhur Azərbaycan tarzəni Ramiz Quliyevə həsr olunmuşdur.
Başqırd oxu
Başqırd oxu (rus. Башкирская стрела) – artefakt, Türingiyanın Şvarsa torpağında, Müqəddəs Laurensiya Lüteran kilsəsinin təpəsində ox. == Tarixi == Bu tarix 1813-1814-cü illər rus ordusunun xarici yürüşləriylə bağlıdır. 14 aprel 1814-cü il başqırd döyüşçüləri (o vaxtkı adları ilə desək şimal amurları) Şvarsburq-Rudolştadtın (Almaniya) imperator knyazlığının əraziləri vasitəsilə vətənə qayıdaraq, şahzadə Karl Hünterin (imperiya knyazı Qyuntera I Fridrixinin oğulu) dəvəti ilə Şvarsa kəndinə gəldi, harada ki, Müqəddəs Laurensiya kilsəsinin həyətində toplaşmış yerli sakinlər onları qarşıladılar. Karl Hünter Başqırd oxlarının döyüş qabiliyyətindən şübhələndi və Lüteran kilsəsi istiqamətində bir ox vurmağı təklif etdi. Başqırdlar məbədə ox vurmağa cəsarət etməyərək yerli kahinə təəccüblə baxdılar, ancaq o razılıqla başını salladı. Belə olduqda döyüşçülərdən biri gərilmiş yaya oxu qoydu, lüteran kilsəsinə tərəf atdı, ox damın metal tikməsini deşdi.. Taxta ox artıq çoxdan çürüyüb, amma almanlar, başqırd Batırlarının qoçaqlığını tarixə köçürmək üçün həmin oxun metal surətini hazırlamışdılar. Bu ox uzun illər Şvarsa şəhərciyində "Müqəddəs Laurensiya Kilsəsi" günbəzində nümayiş etdirilmişdir. Başqırd yazıçısı Yanıbaya Xammatovanın "Şimal Amurları" tarixi romanında 1812-1814-cü illərdə rus ordusunun Napoleon ordusuna qarşı genişmiqyaslı hərbi əməliyyatlarından bəhs olunur.
Yan oxu
Yan ağacları (bəzən yan oxu) — divar hanasının (toxucu dəzgahının) yan hissələrini təşkil edən yoğun və möhkəm ağac hissə.
Yer oxu
Yer oxu — Yerin sutkalıq hərəkəti zamanı ətrafında fırlandığı düz xəttdir. Yer oxu yerin mərkəzindən keçir və coğrafi qütblərdə yer səthini kəsir. Yer oxunun epliktika müstəvisinə olan orta meyilliyi 66 ∘ 33 ′ 19 ″ 85 {\displaystyle 66^{\circ }33'19''85} -dir. Lakin bu meyillik Günəş sisteminin digər planetlərinin cazibə qüvvəsinin təsiri nəticəsində hər il 0 ″ , 468 {\displaystyle 0'',468} artır. Hesablamalara görə bu bucaq təqribən 15000 il böyüyəcək və ondan sonra kiçilməyə başlayacaq.
Oxu... (Live)
Oxu... (Live) – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın ilk live (canlı) albomu.
Sarsıntı Oxu
"Oxu məni" qəzeti
"Oxu məni" qəzeti — həftəlik ictimai-siyasi qəzet. == Tarixi == "Oxu məni" qəzeti 1997-ci ildən fəaliyyətə başlamış, həmin vaxtdan etibarən çərşənbə axşamı və cümə günü daxil olmaqla, həftədə iki dəfə 16 səhifədə A3 formatda rəngli dərc olunmuşdur. (Ədliyyə Nazirliyi tərəfindən 50 nömrəli şəhadətnamə ilə qeydiyyata alınıb) Hazırda qəzetin təsisçisi və baş redaktoru Axundov Emin Tofiq oğludur. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 16 səhifə A3 format həcmində 150–180 min arası tirajla dərc olunub[mənbə göstərin]. Qəzetin ilk nömrəsi 150 min tirajla[mənbə göstərin] çap olunmağa başlamışdır. İnsanlar arasında qəzetin adı maraqla qarşılanmış, oxucuların rəğbətini və tələbatını nəzərə alaraq, günün 1-ci yarısı bütün tiraj satıldığı üçün elə həmin gün ikinci dəfə çap olunmuşdur[mənbə göstərin]. Sonrakı illərdə qəzetin əlavə buraxılışları olan "Oxu məni krossvordu" qəzeti 24 səhifədə A3 formatda həftədə 1 dəfə çərşənbə günü rəngli şəkildə 30 min tirajla[mənbə göstərin], "Oxu məni Serial" qəzeti 16 səhifədə A3 formatda həftədə 1 dəfə şənbə günü rəngli şəkildə 25 min tirajla, "Oxu məni Skanvordu" qəzeti 32 səhifədə A3 formatda ayda 1 dəfə rəngli şəkildə 30 min tirajla, "Oxu məni Lətifələr və Skanvordlar" kitabı A5 formatda 32 səhifədə ayda 1 dəfə 30 min tirajla rəngli olaraq çap olunmuşdur. 2009-cu ildən fasiləsiz olaraq qəzetin elektron xəbər portalı www.oxumeni.az saytı hər gün daim yenilənən xəbərlərlə oxuculara informasiya çatdırır. Qəzet yarandığı gündən sonrakı dövrlərdə 2 ofisdə, 80–90 nəfərlik işçi kollektivi ilə fəaliyyət göstərmişdir. Əsas baş ofis Bakı şəhəri Yasamal rayonu mətbuat pr.
Berlin-Roma-Tokio oxu
Ox dövlətləri, Məhvər dövlətləri (alm. Achsenmächte‎, yap. 枢軸国, it. Potenze dell'Asse) və ya Berlin-Roma-Tokio oxu — İkinci Dünya müharibəsi zamanı yaradılmış iki böyük ittifaqdan biri. Məhvər dövlətləri Antihitler koalisiyasına qarşı mübarizə aparmış və tərəflər arasında dünyanın müxtəlif nöqtələrində hərbi toqquşmalar baş vermişdir. İttifaqın adı bura daxil olan üç əsas dövlətin (Üçüncü Reyx, İtaliya krallığı və Yaponiyanın) paytaxtlarının adlarından götürülmüşdür. İttifaqın iki əsas məqsədi vardı: dünyavi müstəvidə genişlənmək, hərbi birləşmələrin hesabına dünya ağalığına nail olmaq, Birinci Dünya müharibəsi sonrası yaranmış siyasi-hərbi vəziyyətin ləğv edilməsi və Sovet kommunist sistemin məhv edilərək tamamilə aradan qaldırılması. Üçüncü Reyx və İtaliya krallığı arasında dostluq müqaviləsinin imzalanmasından bir həftə sonra, 1 noyabr 1936-cı ildə Roma-Berlin ittifaqı yaradılmış oldu. Nasist Almaniyası ilə Yaponiya arasında 1936-cı ilin 25 noyabr tarixində SSRİ-yə qarşı antikomentern paktın imzalanması Yaponiyanında prosesə qoşulması ilə nəticələnmişdir. İtaliya krallığı 1937-ci ilin 6 noyabrında antikomentr paktda qoşulduğunu elan etdi.
Kart oxuyucusu
Kart oxuyucusu (ing. card reader) – informasiyanı kartdan oxuyub kompüterə daxil edən qurğu. Maqnit kart oxuyucusu, əsasən kimliyin müəyyənləşdirilməsi (identifikasiya) məqsədilə istifadə olunan plastik kartlar (məsələn, kredit kartı) üzərində maqnit üsulu ilə iki cığır şəklində kodlaşdırılmış informasiyanı oxuyur. Verilənləri perfokartlardan oxuyan kart oxuyucusu isə hazırda istifadədən çıxarılıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Maşın tərəfindən oxunabilir
Maşın tərəfindən oxunabilir (ing.machine readable, ru. машиночитаемый)- kompüterə, onun giriş verilənləri (məsələn, ştrix-kodlar) kimi interpretasiya və istifadə edə bildiyi formada daxil edilən informasıya. İkilik formada kodlaşdırılmış və münasib daşıyıcıda, məsələn, maqnit lentində saxlanılan informasiyanı təsvir etmək üçün də bu termindən istifadə olunur. Getdikcə, verilənlərin təqdimolunma formatlarının daha geniş diapazonu maşın tərəfindən oxunabilir. Məsələn, əvvəllər kompüterlər ancaq bir standart şrifti oxuya bilirdi, indi isə skaner və simvolların optik tanınması proqram təminatı ilə təchiz olunmuş kompüter istənilən çap mətnini tanımağı öyrənə bilər (əlbəttə, yanlışlıqlar da ola bilər). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maşın tərəfindən oxunabilən
Maşın tərəfindən oxunabilir (ing.machine readable, ru. машиночитаемый)- kompüterə, onun giriş verilənləri (məsələn, ştrix-kodlar) kimi interpretasiya və istifadə edə bildiyi formada daxil edilən informasıya. İkilik formada kodlaşdırılmış və münasib daşıyıcıda, məsələn, maqnit lentində saxlanılan informasiyanı təsvir etmək üçün də bu termindən istifadə olunur. Getdikcə, verilənlərin təqdimolunma formatlarının daha geniş diapazonu maşın tərəfindən oxunabilir. Məsələn, əvvəllər kompüterlər ancaq bir standart şrifti oxuya bilirdi, indi isə skaner və simvolların optik tanınması proqram təminatı ilə təchiz olunmuş kompüter istənilən çap mətnini tanımağı öyrənə bilər (əlbəttə, yanlışlıqlar da ola bilər). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nuri Oxudan
Nuri Oxudan (6 dekabr 1962) — Türk dövlət xadimi. Əvvəllər Gönen Kənd İnstitutu olaraq bilinən indiki adı ilə Gönen Anadolu Müəllim Liseyini bitirib. 1986-cı ildə Mülküyə Məktəbi, İş idarəçiliyi bölməsini bitirib. Uludağ Universiteti, Sosial Elmlər Fakültəsi, İdarəetmə-Təşkilat şöbəsində magistr dərəcəsini oxuyub. 1989–1990-cı illərdə İngiltərədəki Canterbury və Margate-də bir il peşəkar bilik, ədəb və dil təhsili aldı. 1986-cı ildə Daxili İşlər Nazirliyinin açdığı bir aylıq planlaşdırma idarəetmə kursuna qatılıb. 1986-cı ildə 6 ay bir planlaşdırma mütəxəssisi olaraq işlədikdən sonra Bitlis bölgə qubernatoru, Amasya-Taşova bölgə baş məmuru, Bursa-Harmancıq, Van-Baxçasaray, Ərzurum-Narman, Gümüşxana-Kəlkid rayonlarında namizəd olmuşdur. Taşovada qubernator köməkçisi, Harmancıq, Baxçasaray, Narman, Kəlkit də bölgə qubernatorluğu, Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyi daxilində şöbə müdiri, ümumi müdir köməkçisi, Sakarya qubernatoru olmuşdur. 7 mart 2007-ci ildə Trabzon qubernatoru təyin edilib. Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyinin 10 iyun 2009-cu il tarixli 10030 nömrəli məktubu və Nazirlər Kabinetinin 11 iyun 2009-cu il tarixli qərarı ilə Şanlıurfa qubernatoru təyin edilmişdir.
Oxud
Oxud — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Oxud bələdiyyəsinə aiddir. Kənddə iki kitabxana, iki məktəb, bir bələdiyyə və kənd icra hakimiyyəti nümayəndəliyi, 1 məscid, 1 tibb məntəqəsi, iki tele ötürücü qüllə, 1 un dəyirmanı, 1 şadlıq sarayı, bir neçə artezian, iri tutumlu rabitə qovşağı fəaliyyət göstərir. Kənd əhalisinin təhsilə olan marağına və nailiyyətlərinə görə nəinki rayonda, eləcə də ölkədə məşhurdur. Hər il onlarla şagird tələbə adını qazanır. Kənd həmçinin spesifik məhəllə adları ilə də məşhurdur: Cumaylar, Həccəvlər (Hacı Cəbilər), Dırrar, Duluzlar, Dəlləklər, Barı arası, Qaralar, Doxun, Gavan, Çay qırağı, Çeylək sadağı, Kənd qırağı, Təzə kənd, Əzbəylər, Irebusaği, Ortabulaq, Dükanqabaği, Hindular məhəlləsi, Hamamyani, Əzimlər, Agalar. Mollaəhməd bulağı isə olduqca tarixi qədim bulaqlardandır. Kəndin Kiş kəndinə yaxın hissəsində iki dağın arasından alır mənbəyini. Yelbaba adlanan ziyarətgahın ərazisində olan qəbiristanlıqda yerləşən ibadətxana isə XVIII əsrə məxsusdur. Bu ziyarətdə Ərəbistandan gələn dini yayan ərəblərin qəbirləri var.
Oxud bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Oxud piri
Oxud piri — Şəki rayonunun Oxud kəndində, meşənin içərisindəki köhnə qəbiristanlıqda ziyarət yeri. Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına həkk olunmuş yazılar - kitabələr göstərir ki, dəfn olunanların ziyarətgahın meydana çıxması tarixi ilə heç bir əlaqəsi yoxdur. Ziyarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfəndinin qızıdır. İkinci qəbrin başında kitabədən məlum olur ki, hicri 1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd ibn Əlinin adı yazılmışdır. Üçüncü qəbr abidəsi baş əmir Sultan Məcid ibn əl-X-l-u bəyə məxsusdur. O, 1149 (1736/1737)-cu ildə vəfat etmişdir. Bu abidələr kitabələrin mətninə görə pirin meydana çıxmasını, onun əsasını qoyan Şeyxin adını bildirməsə də, hər halda onun fəaliyyətinin XVII əsrdən əvvələ aid etməyə imkan verir.
Oxuma (kompüter)
Oxuma (en. read) - İnformasiyanın qaynaqdan alınması. Kompüterin informasiyanı başlıca olaraq diskürənlərdən alması üsulu; bunun “əks” prosesi olan yazma informasiyanın yaddasaxlama qurğusuna (məsələn, diskə), printerə, ekrana, yaxud lent quğusuna verilməsidir. Diskdən oxuma dedikdə informasiyanın diskdən yaddaşa ötürülməsi başa düşülür. Klaviaturadan simvolların alınmasını da kompüter üçün oxuma əməli hesab etmək olar. Readme – (“məni oxu”) istifadəçiyə gərəkli olan, ancaq verilmiş proqram məhsulunun sənədlər toplusuna daxil edilməmiş, yaxud satışa buraxılma anında meydana çıxmış informasiyaların olduğu faylın adı. README faylları diskdə adi formatlanmamış mətn şəklində yerləşdirilir ki, onları istənilən proqramda – mətn redaktorunda asanca açmaq olsun. Bu fayllar READ.ME, README.1ST, README.NFO, README.TXT, READ_ME.TXT, yaxud README.DOC kimi də adlana bilər. Oxuma xətası (en.read error) kompüterin informasiyanı yaddasaxlama qurğusundan, yaxud başqa qaynaqdan (məsələn, xarici daşıyıcıdan) alması prosesində yaranan xətadır. Yalnız oxuma üçün (en.
Oxut bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Oxut piri
Oxud piri — Şəki rayonunun Oxud kəndində, meşənin içərisindəki köhnə qəbiristanlıqda ziyarət yeri. Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına həkk olunmuş yazılar - kitabələr göstərir ki, dəfn olunanların ziyarətgahın meydana çıxması tarixi ilə heç bir əlaqəsi yoxdur. Ziyarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfəndinin qızıdır. İkinci qəbrin başında kitabədən məlum olur ki, hicri 1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd ibn Əlinin adı yazılmışdır. Üçüncü qəbr abidəsi baş əmir Sultan Məcid ibn əl-X-l-u bəyə məxsusdur. O, 1149 (1736/1737)-cu ildə vəfat etmişdir. Bu abidələr kitabələrin mətninə görə pirin meydana çıxmasını, onun əsasını qoyan Şeyxin adını bildirməsə də, hər halda onun fəaliyyətinin XVII əsrdən əvvələ aid etməyə imkan verir.
Oxuyan qaratoyuq
Oxuyan qaratoyuq (lat. Turdus philomelos) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Oxuyan sərçələr
Oxuyan sərçələr (lat. Passeri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Oxuyucu (film, 2008)
Oxuyucu (ing. The reader) — Börnhard Şlinkin eyniadlı 1995-cı romanı əsasında çəkilmiş 2008-ci il məhsulu olan alman-amerikan romantik-drama filmi. Filmin rejissoru Stefan Daldridir.
Oxuyur Müslüm Maqomayev (film, 1971)
Oxuyur Müslüm Maqomayev — Tofiq İsmayılovun filmi. Müəlliflər tamaşaçıları görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayevin parlaq və çoxcəhətli yaradıcılığı ilə tanış edir. O, filmdə "Şah İsmayıl", "Faust", "Yevgeni Onegin", "Riqoletto" operalarından ariyalar, sovet bəstəkarlarının əsərlərini ifa edir. Filmdə müğənninin yaradıcılıq laboratoriyası, onun tərcümeyi-halının ayrı-ayrı səhifələri, Maqomayevin mahnı, səhnə obrazı üzərində necə işlədiyi, onun musiqi, mahnı barədə fikirləri də öz əksini tapmışdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi: Tofiq İsmayılov, İqor Boqdanov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: İqor Boqdanov Rəssam: Rafiz İsmayılov, Nadir Zeynalov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Vladimir Savin Rejissor: Əbdül Mahmudov Montaj edən: T.Lixaçeva, Y.Fomina Assistent: D.Əsədov, R.Səfərəliyev Qrim edən: V.Bereznyakov Redaktor: K.Jdanova, Eyvaz Borçalı Filmin direktoru: A.Dudiyev İnzibatçı: Nadir Əliyev (titrlərdə yoxdur) Müslüm Maqomayev — özü Leyla Şıxlinskaya — Tatyana Larina Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Oxuyur Şövkət Ələkbərova (film, 1970)
Saleh Oxumuş
Saleh Oxumuş (türk. Salih Okumuş; 1968, Rizə, Rizə ili) — Türkiyə ədəbiyyatçısı, araşdırmaçı-yazar, şair, elmlər doktoru, professor Saleh Oxumuş 1968-ci ildə Türkiyənin Rizə ilçəsinin Pazar kəndində doğulmuşdur. 1857-1858-ci illərdə Krım-Rus hərbi sırasında Kefedən Türkiyəyə köç edən Səlimoğlu sülaləsinə mənsubdur. Sülalə Orta Kefelili adıyla da tanınır. Ailə Cumhuriyyətdən sonra Soyad Qanununun çıxmasıyla Oxumuş soyadını alır. Ailədə oxuyub yazan simaların çoxluğu bu soyadı almağa səbəb olur. Ailənin böyüklərindən bəziləri İstanbulda Fatih Mədrəsəsində müdərrislik etmişdir. Babası əski yazını bilən dinə bağlı bir şəxs olmuşdur. Ancaq ölkədə yaşanan qıtlıq və yoxsulluq səbəbindən uşaqlarını oxuda bilməmişdir. Altı qardaşdan ancaq biri təhsil almağa müvəffəq olur.
Oxuyan qırğı
Oxuyan qırğı (lat. Melierax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Oxumaq
Oxumaq vokal sənəti. Mənşə nöqteyi-nəzərindən oxuma fenomeni neolit dövründə gülüş və ağlamağı hisslərin vahid vokal diapazonunda birləşdirərək emosional sistemin xüsusi səsli təzahürü kimi və yalnız “ox-kamandan əvvəlki dövrdə ” yaranmışdır. aşağıdakılar oxuma prosesinə davamlı olaraq daxil edildi: alətlər (arfa, fleyta, baraban) semantik-nitq konteksti. Oxumanın mənşəyi insanın öz əhval-ruhiyyəsini səslər ilə ifadə etmək istəyi ilə əlaqələndirilir. Tədricən inkişaf edən müğənnilik xüsusi sənətin mövzusuna çevrilir. Sözlər, oxumaq sayəsində daha çox rahatlıq əldə edir. Nəğmə ilə birləşən nitq xüsusilə güclü, həyəcanverici təsir yaradır. Bir sənət kimi oxumaq düzgün, təbii səs istehsalı və texniki vokal inkişafı tələb edir. Oxuma və ya ən azı melodik səslərin müasir insan nitqindən əvvəl yarandığı güman edilir. Buna görə də beyin musiqi müşayiəti olmayan mətn ilə müqayisədə mahnının sözlərini daha yaxşı mənimsəyir.

oxu sözünün leksik mənası və izahı

  • 1 is. Hər hansı mətni səslə və ya səssiz oxuma; qiraət.□ Oxu zalı – kitab, qəzet və s. oxumaq üçün kitabxana, klub və s. yanında xüsusi otaq, zal; qiraətxana. Oxu zalında məşğul olmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / oxu

oxu sözünün sinonimləri (yaxın mənalı sözlər)

oxu sözünün omonimləri (çox mənalı sözlər)

oxu sözünün rus dilinə tərcüməsi

  • 1 чтение, учение

    Azərbaycanca-rusca lüğət / oxu
  • 2 I сущ. 1. чтение (умение читать, навыки в чтении). Oxu qaydaları правила чтения, bədii oxu художественное чтение, oxu mədəniyyati культура чтения 2. oxular чтения. Vinoqradov oxuları виноградовские чтения (памяти известного языковеда В. В. Виноградова); см. qiraət I (2) II прил. читальный. Oxu zalı читальный зал (читальня)

    Azərbaycanca-rusca lüğət / oxu

oxu sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. reading; sürətli ~ cursory reading; şer ~su recitation; sakit / səssiz ~ silent reading II. s. reading; ~ zalı reading-hall, reading-room

    Azərbaycanca-ingiliscə lüğət / oxu

oxu sözünün fransız dilinə tərcüməsi

  • 1 is. lecture f ; mühazirə ~nan vaxtı pendant qu’on faisait le cours ; ~ və yazı öyrənmək apprendre à lire et à écrire ; səssiz ~ lecture silencieuse ; ~ zalı salle f de lecture

    Azərbaycanca-fransızca lüğət / oxu

oxu sözünün ləzgi dilinə tərcüməsi

"oxu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oxu nədir? #oxu sözünün mənası #oxu nə deməkdir? #oxu sözünün izahı #oxu sözünün yazılışı #oxu necə yazılır? #oxu sözünün düzgün yazılışı #oxu leksik mənası #oxu sözünün sinonimi #oxu sözünün yaxın mənalı sözlər #oxu sözünün əks mənası #oxu sözünün etimologiyası #oxu sözünün orfoqrafiyası #oxu rusca #oxu inglisça #oxu fransızca #oxu sözünün istifadəsi #sözlük