* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 məch. 1. Gözdən keçirilərək səslə, ya səssiz qiraət edilmək. Bu kitablar oxunub. – O biri namələr oxunanda çoxlu qəzetçi adları söyləndi. Çəmənzəminli. …Qış gecələrini bu ailə müharibə haqqındakı söhbətlərə, ya da bu barədə qəzetdən oxunanlara qulaq asmaqla keçirərdi. Ə.Əbülhəsən. 2. Səslə mahnı və s. ifa edilmək. Konsertdə yeni mahnılar oxundu. – Xüsusən oxuyanın ürəyəyatımlı səsi, oxunan bayatıdakı məna gözəlliyi sazın uyğun səsinə qarışdığı zaman alınan təsir daha da qüvvətlənirdi. A.Şaiq. 3. məc. Hiss edilmək, sezilmək, duyulmaq. Gözündən oxunmaq. Üzündən oxunmaq. – Həmişə [Səmədin] simasında dərin bir fikir, ya yüngül və şirin xəyalat oxunurdu. Çəmənzəminli. [Mehribanın] sürməyiyə çalan qara gözlərində həmişə kədər oxunur. H.Seyidbəyli.
Azərbaycan dilinin izahlı lüğəti / oxunmaq1 1. учиться; 2. прочитываться, быть прочитанным; 3. быть спетым;
Azərbaycanca-rusca lüğət / oxunmaq2 1 глаг. петься, исполняться (воспроизводиться для слушания), быть спетым, исполненным. Yeni mahnılar oxundu были исполнены новые песни 2 глаг. 1. читаться: 1) прочитываться (восприниматься, воспроизводиться при чтении), быть прочитанным. Bu kitablar yaxşı oxunur эти книги читаются хорошо, qəzetlər hamı tərəfindən oxunur газеты читаются всеми 2) распознаваться, угадываться по каким-л. признакам. Gözlərindən yorğunluq oxunurdu в его глазах читалась усталость 2. дешифроваться, быть дешифрованным
Azərbaycanca-rusca lüğət / oxunmaq1 məch. 1. вил экъуьрна ван алаз ва я ван алачиз кӀелун (кӀелнаваз хьун, кӀелиз хьун); 2. ван алаз, аваздалди лугьун, кӀелун; 3. пер. гьисс авун, кьатӀун, кӀелиз хьун (мес. вилерилай, ччинлай).
Azərbaycanca-ləzgicə lüğəti / oxunmaq