* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Uzununa (əriş) və eninə (arğac) sapları bir-birinin arasından keçirməklə parça, xalça və s. hazırlamaq. Mahud toxumaq. Çit toxumaq. – Mürgüləyir nənəm taxıb çeşməyi; Düşür yerə toxuduğu əlcəyi. A.Səhhət. [Sarıköynək] çox vaxt həyətdə oturub həsir toxuyardı. S.Hüseyn. // Eyni üsulla parça üzərində naxış, şəkil hörmək. Təkəlduz toxumaq. Buta toxumaq. 2. Hörmək. Ağabəyim bütün günü … rəngin xəzəldən çələng toxuyur, dayəsinə min bir sual verirdi. Çəmənzəminli. Çələng toxumağa, gül var, çiçək var. N.Xəzri. 3. “Özünü” sözü ilə – bax vurmaq 20-ci mənada. Fatma qırğı kimi özünü təndirə toxuyur, kəhrəba kimi sarı çörəkləri əlində çıxarıb, buğlana-buğlana süfrənin üstünə atırdı. Mir Cəlal. 4. məc. dan. Uydurmaq, özündən quraşdırmaq. Yalan toxumaq.
Azərbaycan dilinin izahlı lüğəti / toxumaq1 ”Zərbə endirmək” mənasını verən toxu feili ilə bağlıdır. Kilim və s. şeyləri həvə, kirkid kimi alətlərlə toxuyurlar. Başqa hallarda hörmək kəlməsi işlədilir (Corab toxumaq təzə meydan çıxıb. Qabaqlar corab hörülüb, indi isə, doğrudan da, toxunur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / toxumaq1 TOXUMAQ I f. Hörmək. Qohumlar verdiyi quzu yunundan; Boyalıbutalı corab toxuyur (Ağa Laçınlı). TOXUMAQ II f. Uydurmaq. Sözün düzünü danış, özündən toxuma.
Azərbaycan dilinin omonimlər lüğəti / toxumaq2 прил. 1. ткать, выткать, соткать: 1) изготовлять, изготовить ткань путем плотного присоединения накрест переплетенных нитей – продольных (основы) и поперечных (утка). Mahud toxumaq ткать сукно, xalça toxumaq ткать ковёр 2) украшать ткань тканым рисунком, узором. Buta toxumaq ткать узор 2. вязать, связать. Corab toxumaq вязать чулки, əlcək toxumaq вязать перчатки 3. плести, сплетать, сплести. Çələng toxumaq плести венок, zənbil toxumaq плести корзину ◊ özündən toxumaq выдумывать, сочинять (лгать, врать)
Azərbaycanca-rusca lüğət / toxumaq1 f. 1. to weave (d.); (iynə ilə, corab və s.) to knit (d.); corab ~ to knit stockings; (qarmaqla) to crochet (d.); uşağa don / paltar ~ to crochet a dress for a baby; 2. məc. to weave (d.); nağıl ~ to weave a story
Azərbaycanca-ingiliscə lüğət / toxumaq1 f. tisser vt ; tricoter vt ; corab ~ tricoter des chaussettes ; məc. inventer vt
Azərbaycanca-fransızca lüğət / toxumaq1 гл. 1. хурун, хрун; corab toxumaq гуьлуьт хурун; palaz toxumaq рух хурун; 2. пер. рах. хурун, вичелай туькӀуьрун; yalan toxumaq ттаб хурун.
Azərbaycanca-ləzgicə lüğəti / toxumaq