* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Yazılmış bir şeyi gözdən keçirib səslə və ya səssiz qiraət etmək, mütaliə etmək. İngiliscə oxumaq. – Cənab Bax kağızı … diqqətlə oxudu, sətirlərə təkrartəkrar göz gəzdirdi, bir qüsur tapa bilmədi… Çəmənzəminli. 2. Təhsil almaq, elm almaq, öyrənmək. Universitetdə oxumaq. Texniki peşə məktəbində oxumaq. – [Yusif:] Mən on il bundan müqəddəm Şamdan bəy ilə bir yerdə oxumuşam. N.Nərimanov. [Hacı] oxumamışdır, amma avam da deyil. Qantəmir. // Dərsi mənimsəmək, bilikləri, fənləri öyrənmək. Pis oxumaq. Əlaçı oxumaq. – Cəlil hərçənd məktəbə gedib-gəlirdi, ancaq oxuduğu bir şey yox idi. İ.Musabəyov. Qız böyüdükcə yaxşı oxuyur, ədəbiyyata xüsusi meyil göstərirdi. Ə.Əbülhəsən. 3. Mahnı və s. ifa etmək, bir şeyi hava ilə ifa etmək. Xalq mahnıları oxumaq. Xorda oxumaq. – Rəqqasə ərəb qızları oynar və arasıra oxuyarlar. H.Cavid. Ürək kövrəkləşir sən oxuyanda; Sən də dinləsəydin mən oxuyanda! M.Müşfiq. 4. Cəh-cəh vurmaq, civildəmək, ötmək (quşlar haqqında). Bülbüllər oxuyur. – Artıq sübh açılan vaxtı maral sürüləri … dağlara qalxmır, günəş doğanda kənd bağlarında quşlar oxumurdu. Ə.Məmmədxanlı. 5. məc. Hiss etmək, sezmək, duymaq. Qəlbini oxumaq. Baxışlarından oxumaq. – Oxuyuram yeni həyat sövdasilə çırpınan; Əksiliyə üsyan edən könülləri hər zaman. M.Müşfiq. Bir az əvvəl sən öz … raportunu mənə oxuyarkən mən də sənin gözlərində başqa şeylər oxumuşdum. Ə.Məmmədxanlı. ◊ Meydan oxumaq – bax meydan.
Azərbaycan dilinin izahlı lüğəti / oxumaq1 Qədimdə ok sözü olub və “səsləmək”, “mahnı oxumaq” anlamlarında işlədilib. Atın oxranması da bununla bağlıdır. “Учиться” mənasında olan oxumaq isə tamam başqa kəlmədir (bunun qədim kökü uq sözüdür). Meydan oxumaq ifadəsi “meydana çağırmaq” mənasını verir. Ox sözünün omonimliyini nəzərə almayan bəzi alimlərimiz hökm verirlər ki, eyni feil həm təsirli (kitab oxumaq), həm də təsirsiz (məktəbdə oxumaq) ola bilir. Əslində, bunlar müxtəlif sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / oxumaq3 1. OXUMAQ [Qəndab:] Çoxlu kitab oxuyub şirin-şirin danışdığımı, fərasətli poçtalyon olduğumu təriflədilər (B.Bayramov); QİRAƏT ETMƏK Molla: Sabahdan xudmani qiraət edərik (S.Rəhimov); MÜTALİƏ ETMƏK Kamal xüsusən neft quyularının səmərəli istismar üsullarından danışan kitabçalan yığıb saxlayır, aynca, diqqətlə mütaliə edirdi (M.İbrahimov). 2. OXUMAQ [Çocuqlar] əlifbadan başlayaraq yeddi il burada oxuyurlar (Çəmənzəminli); TƏHSİL ALMAQ Gənc: Orada bir neçə ilə təhsil alıb həkim olacağım, vətənim üçün mənfəətli bir üzv olacağam (S.S.Axundov); TƏHSİL GÖRMƏK Burada beş min çocuq təhsil görür (Çəmənzəminli). 3. OXUMAQ (quşlar haqqında) ..Günəş doğanda kənd bağlarında quşlar oxumurdu (Ə.Məmmədxanlı); CƏH-CƏH VURMAQ Quşlar, quşlar, a quşlar; Qaranquşlar, a quşlar; Cəh-cəh vurun burada.. (A.Şaiq); ÖTMƏK Bülbül cəh-cəh vurub gəlirdi dilə; Ötürdü saflığı o duya-duya (Ə.Kürçaylı); ÖTÜŞMƏK Gülüşür pəmbə al, boyaz güllər; Ötüşür hər tərəfdə bülbüllər (H.Cavid). 4. oxumaq bax söyləmək 1 5. oxumaq bax sezmək
Azərbaycan dilinin sinonimlər lüğəti / oxumaq2 1 глаг. петь: 1. издавать голосом музыкальные звуки, исполнять голосом музыкальное произведение. Mahnı oxumaq петь песню, operada oxumaq петь в опере, səhnədə oxumaq петь на сцене 2. издавать свист, щёлканье и другие характерные звуки (о певчих и некоторых других птицах). Bülbüllər oxuyur соловьи поют 2 глаг. 1. читать: 1) воспринимать написанное, произнося вслух или воспроизводя про себя. Oxumağı bacarmaq (bilmək) уметь читать, oxumaq öyrətmək учить читать, oxumaq öyrənmək учиться читать, cümləni oxumaq прочитать предложение; üç dildə oxumaq читать на трех языках, rus dilində oxumaq читать на русском языке 2) произносить для слушающих что-л. написанное или напечатанное. Elan oxumaq читать объявление, qəzet oxumaq читать газету, məktub oxumaq читать письмо, kitab oxumaq читать книгу 3) знакомясь с содержанием чего-л. написанного или напечатанного, получать сведения о чём-л. Nizamini oxumaq читать Низами, Azərbaycan klassiklərinin əsərlərini oxumaq читать произведения азербайджанских классиков, hekayə oxumaq читать рассказ 4) знать, понимать какие-л. обозначения, знаки. Xəritəni oxumaq читать карту, notları oxumaq читать ноты 5) произносить какой-л. текст наизусть. Səhnədə oxumaq читать со сцены 6) излагать устно слушателям какие-л. сведения, содержание чего-л. Məruzə (mühazirə) oxumaq читать доклад (лекцию) 7) перен. по каким-л. внешним признаком распознавать, угадывать внутренний смысл, переживания, события и т.п. Gözlərindən oxumaq читать по глазам, qəlbini oxumaq читать в душе чьей, кого, baxışlarından oxumaq читать во взгляде 2. учиться, обучаться ч ему, получать образование, специальность. Məktəbdə oxumaq учиться в школе, universitetdə oxumaq учиться в университете, əyani oxumaq учиться очно, texniki-peşə məktəbində oxumaq учиться в профтехучилище ◊ qəzəl oxumaq kimə читать мораль к ому; meydan oxumaq бряцать оружием
Azərbaycanca-rusca lüğət / oxumaq1 f. 1. to read* (d.); ucadan ~ to read* aloud; ürəyində ~ to read* to oneself; cəld / sürətlə ~ to be* a quick reader; mühazirə ~ to give* / to deliver lectures, to lecture; məruzə ~ to read* a paper; ◊ kiminsə fikrini ~ to read* smb.s thought; şer ~ to recite poems / poetry; 2. to sing*; (quş) to warble; düz ~ (yəni xaric oxumamaq) to sing* in tune; xaric ~ to sing* out of tune; ◊ başqa mahnı ~ (yəni dəxli olmayan məsələdən danışmaq) to sing* another tune; 3. to study, to learn (d.); ~ öyrənmək to learn* to read; universitetdə ~ to study at the University, to attend the University, to go to University; to be* a student; məktəbdə ~ to go* to school; dua ~ to say* a prayer; ◊ meydan ~ to defy, to challenge; rəhmət ~ to pray for the soul of, to bless; bir kəsə lənət ~ to curse someone; oxumağa qoymaq to put* / to send* to school
Azərbaycanca-ingiliscə lüğət / oxumaq1 f. 1) lire vt ; réciter vt (əzbərdən) ; lire à haute voix (yucadan, bərkdən) ; 2) chanter vi (mahnı ~) ; ürəyində ~ lire mentalement ; mühazirə ~ faire (lire) un cours ; məktəbdə ~ aller vi (ê) à l’école ; universitetdə ~ étudier (faire ses études) à l’université ◊ kiminsə fikrini ~ lire dans la pensée de qn ; başqa mahnı ~ chanter une autre chanson ; dua ~ faire la prière ; kiməsə lənət ~ maudir qn ; kiməsə rəhmət ~ dire des prières pour le repos d’âme de qn
Azərbaycanca-fransızca lüğət / oxumaq1 гл. 1. кӀелун; rusca oxumaq урусдал кӀелун; // тарсар кӀелун (ччирун); pis oxumaq пис кӀелун; // илим ччирун, тагьсил къачун; institutda oxumaq институтда кӀелун; 2. лугьун, ягъун, кӀелун (мани); 3. баядар лугьун, кӀелун, рахун, цӀивцӀивар авун, чӀивчӀивун (къушари); 4. пер. гьисс авун, кьатӀун, ччир хьун, кӀелун (мес. рикӀ); ** meydan oxumaq кил. meydan.
Azərbaycanca-ləzgicə lüğəti / oxumaq