toxunmaq sözü azərbaycan dilində

toxunmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • toxunmaq • 95.5736%
  • Toxunmaq • 3.9747%
  • TOXUNMAQ • 0.4517%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.65 dəfə / 1 mln.
2002 ••••••••••••• 10.28
2003 •••••••••• 7.48
2004 ••••••• 5.05
2005 •••••••••••••••••••• 16.19
2006 •• 1.58
2007 ••••••• 4.86
2008 ••• 1.95
2009 ••• 2.24
2010 •••• 2.81
2011 •••• 2.92
2012 •••• 2.84
2013 ••••• 3.36
2014 ••• 2.06
2015 •••• 3.23
2016 •••• 2.78
2017 ••••• 3.25
2018 ••• 2.40
2019 ••••• 4.03
2020 ••••••••••• 8.75

toxunmaq sözünün leksik mənası və izahı

  • 1 “Toxumaq”dan məch. Parça toxunmaq. Əlcək toxunmaq. Xalça toxunmaq. – [Nəcəfalının] əynində güzəmdən toxunmuş (f.sif.) şalvardan, çit köynəkdən başqa heç nə yox idi. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / toxunmaq
  • 2 f. 1. Əl və ya bədənin başqa bir üzvü ilə bir şeyə dəymək, təmas etmək, əlini vurmaq. [Vaqif] qeyri-ixtiyari olaraq əlini pəncərəyə tərəf hərləyəndə güldana toxunub saldı. Çəmənzəminli. Diyar kişi dirsəyi ilə arvadına toxunub pıçıldadı… Ə.Məmmədxanlı. 2. Əl vurmaq, qarışdırmaq, dəymək. Mənim şeylərimə toxunma! Bu kitablara kim toxunub? Heç kəs bu kağızlara toxunmasın. 3. məc. Üstündə ötəri dayanmaq, bəhs etmək, danışmaq. 4. məc. Pis təsir etmək, təhqir etmək, könlünə dəymək, sataşmaq. Könlünə toxunmaq. – Qismət olsa, bundan belə yazmaram; Toxunarsa sözüm elə, yazmaram. M.Ə.Sabir. Bu sual şəfqət bacısına toxundu. Ə.Sadıq. // məc. İnkar şəklində: toxunmamaq – əl dəyməmək, işi olmamaq, dəyməmək, dəyibdolaşmamaq, sataşmamaq. Mənə toxunma! – …Anatoli işarə etdi ki, [faşistə] toxunmasınlar, çünki əsas plan pozula bilər. S.Vəliyev. Bu eybəcər quşa kimsə toxunmaz; Səsindən, özündən həzz alaq deyə. B.Vahabzadə. 5. məc. Aidiyyəti olmaq, əlaqəsi olmaq, dəxli olmaq. Bu məsələ mənə toxunmur. – Çingiz … müsəlman “zemlyaçestvo”sunun sədri olduğu üçün bu şikayətlər ən əvvəl ona toxunurdu. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / toxunmaq

toxunmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

toxunmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 TOXUNMAQ I f. Hörülmək. Bu yun corablar qəşəng toxunub. TOXUNMAQ II f. Dəymək, təmas etmək. Ona toxunmasın o soyuq əllər; Mənim sarayımdır yüksək əməllər! (S.Vurğun). TOXUNMAQ III f. Təhqir etmək, sataşmaq, pərt etmək. Sənə lağ edəndə mənim də qəlbimə toxunur (C.Gözəlov).

    Azərbaycan dilinin omonimlər lüğəti / toxunmaq

toxunmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. быть вязанным, сотканным, плетенным; 2. касаться, прикоснуться, соприкасаться, дотрагиваться, трогать, затрагивать; 3. натыкаться, наткнуться, ударяться, наскочить на кого-нибудь; 4. задевать, оскорблять, обидеть;

    Azərbaycanca-rusca lüğət / toxunmaq
  • 2 1 глаг. kimə, nəyə 1. касаться, коснуться: 1) дотрагиваться, дотронуться до кого-л., чего-л. Dizi ilə toxunmaq коснуться коленом, çiyni ilə toxunmaq коснуться плечом, dodaqları ilə toxunmaq коснуться губами, saçlarına toxunmaq коснуться волос, yüngülcə toxunmaq коснуться слегка, astaca toxunmaq коснуться осторожно 2) перен. затрагивать, затронуть какой-л. вопрос. Mühüm məsələlərə toxunmaq коснуться важных вопросов, tarixinə toxunmaq коснуться истории чего-л., mövzuya toxunmaq коснуться темы 2. прикасаться, прикоснуться, притрагиваться, притронуться: 1) дотрагиваться, дотронуться до кого-л., чего-л. Barmağı ilə toxunmaq прикоснуться пальцем 2) в отрицательной форме. Yeməyə toxunmadı к еде не притронулся; mənə toxunma! не прикасайся ко мне! 3. затрагивать, затронуть: 1) коснувшись кого-л., чего-л., оставить след, рану и т.п. Güllə sümüyə toxunub пуля затронула кость, qəlpə ürəyə toxunub осколок затронул сердце 2) причинить обиду, боль, огорчение. Ağrılı yerinə toxunmaq затронуть больное место, maraqlarına (mənafeyinə) toxunmaq kimin, nəyin затрагивать интересы кого, чьи, чего; milli hisslərinə toxunmaq затронуть национальные чувства 3) остановиться на чем-л., коснуться чего-л. в изложении, разговоре. Milli məsələyə toxunmaq затронуть национальный вопрос, sosial məsələlərə toxunmaq затронуть социальные вопросы 4. трогать, тронуть: 1) прикоснуться к кому-, к чему-л. Çiyninə toxunmaq трогать плечо чьё-л., barmağı ilə toxunmaq тронуть пальцем, əllə toxunmaq olmaz нельзя трогать рукой 2) взять что-л., пользоваться чем-л. (в отрицательной форме). Ehtiyata toxunmaq olmaz нельзя трогать запас, başqasının əmlakına toxunma не трогай чужое имущество 3) нарушить чей-л. покой. Xəstəyə toxunmayın не трогайте больного, heç kimə toxunmuruq, bizə də toxunmayın мы никого не трогаем, не трогайте и вы нас 4) напасть на кого-л. Bu it adama toxunmur эта собака не трогает человека 5. задевать, задеть: 1) зацепиться за что-л., коснуться при движении. Dirsəyi ilə güldana toxundu локтем (он) задел вазу для цветов, ayağı ilə toxunmaq задеть ногой 2) мимоходом остановиться на чем-л., коснуться чего-л. (в изложении, в разговоре). Ziyalılara toxunmaq задевать интеллигенцию, qadağan olunmuş məsələlərə toxunmaq задевать запретные вопросы 3) взволновать, побудить какое-л. чувство. Mənliyinə toxunmaq задеть самолюбие, sözləri toxundu kimə слова чьи задели кого 4) обидеть кого-л. Səsinin tonu mənə toxundu тон его голоса задел меня, namusuna toxunmaq kimin задеть честь чью 6. перен. касаться, иметь отношение к кому-, к чему-л. Bu məsələ ona toxunmur этот вопрос не касается его 2 глаг. 1. ткаться, быть сотканным 2. вязаться, быть связанным 3. плестись, быть сплетённым

    Azərbaycanca-rusca lüğət / toxunmaq

toxunmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to touch; 2. to trouble (d.); to disturb (d.); məsələyə ~ to touch upon the problem; bir kəsin mənafeyinə ~ to infringe upon smb.’s interest; bir kəsin mənliyinə ~ to offend / to wound smb.’s self-esteem; ◊ bir kəsin yaralı yerinə ~ to touch on smb.’s raw, to touch on smb.’s sore spot; 3. to strike*; Qayıq qayaya toxundu The boat struck against the rock; 4. (hörülmək) to be* woven; (iynə ilə) to be* knitted

    Azərbaycanca-ingiliscə lüğət / toxunmaq

toxunmaq sözünün fransız dilinə tərcüməsi

toxunmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 (“toxumaq”dan. məch.); corab toxunmaq гуьлуьт хурун.

    Azərbaycanca-ləzgicə lüğəti / toxunmaq
  • 2 гл. 1. гвя хьун, хукӀун; акьун, галукьун; гъил кягъун; 2. кягъун, ктадун, гъил ягъун, акадарун, эцягъун, кицягъун; 3. пер. хуькуьрун, винел са уьтери акъвазун, бягьс авун, рахун; 4. пер. хукӀун, эсер авун, хатурда акьун; 5. пер. талукьвал хьун, алакъа хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / toxunmaq

toxunmaq sözünün türk dilinə tərcüməsi

"toxunmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#toxunmaq nədir? #toxunmaq sözünün mənası #toxunmaq nə deməkdir? #toxunmaq sözünün izahı #toxunmaq sözünün yazılışı #toxunmaq necə yazılır? #toxunmaq sözünün düzgün yazılışı #toxunmaq leksik mənası #toxunmaq sözünün sinonimi #toxunmaq sözünün yaxın mənalı sözlər #toxunmaq sözünün əks mənası #toxunmaq sözünün etimologiyası #toxunmaq sözünün orfoqrafiyası #toxunmaq rusca #toxunmaq inglisça #toxunmaq fransızca #toxunmaq sözünün istifadəsi #sözlük