* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Ağacdan yonulmuş iribaşlı çəkic, çox yoğun taxta çəkic. Çadır mıxlarına vurulan toxmaqların səsi Culfa dağlarını və Ələncik qalasını titrədirdi. M.S.Ordubadi. 2. Dəyənək, çomaq, kötək. Çoban toxmağı. – Divanəmisən? Yaxud da axmaq; Get, yoxsa yeyərsən əlli toxmaq. Xətayi. 3. Keçmişdə qapını döymək üçün qapılara asılan çəkicəoxşar alət. Həmzə ilə işi olan muzdur darvazanın dəmir toxmağını döyəndə Əminə darvazanı açardı. Ə.Əbülhəsən. 4. Paltarı suyun içində döyəcləyib təmizləmək və ya başqa məqsədlər üçün istifadə edilən bir başı qalın və yastı ağac parçası. ◊ Nə tüfəngə çaxmaq(dır), nə sünbəyə toxmaq; nə tüfəngin çaxmağıdır, nə sünbənin toxmağı – əlindən heç bir iş gəlməyən, heç bir işə yaramayan adam haqqında. Nə tüfəngə çaxmaq, nə sünbəyə toxmaq. (Ata. sözü). Bir tanış var, kəsilməyir yanımızdan ayağı; Nə tüfəngin çaxmağıdır, nə sünbənin toxmağı. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / toxmaq1 Toxu, toxunmaq, toxa kimi sözlər eyni kökə malikdir. Toxa (kətmən) elə toxunmaqla (zərbə endirməklə) əlaqədar sözdür. Toxmaq indi zərbə alətinin adı kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / toxmaq2 сущ. 1. колотушка: 1) деревянный молоток 2) в прошлом: молоточек, подвешенный на дверях (вместо звонка). Dəmir toxmaq железная колотушка 2. пастушья палка, дубинка 3. валёк (плоский деревянный брусок с ручкой для выколачивания белья при полоскании) 4. тех. баба (ударная часть механических молотов, копров и т.п.) 5. спорт. бита (предмет, которым бьют в играх в бабки, городки и др.) 6. строит. клянка (деревянный молоток, употребляемый при ручной сборке столярных изделий) ◊ nə tüfəngə çaxmaqdır, nə sünbəyə toxmaq ни богу свечка ни черту кочерга (о том, кто бездарен, кто не проявляет способностей ни в чём)
Azərbaycanca-rusca lüğət / toxmaq1 is. maillet m ; houlette f ; battoir m ; tex. mouton m ; id. bat m
Azərbaycanca-fransızca lüğət / toxmaq1 сущ. 1. тварк, кӀарасдин еке кӀута; 2. чумахъ, вагьрам, лаш; çoban toxmağı чубандин чумахъ; 3. чахчах (виликра рак гатун патал рикӀиникай куьрсдай кӀутадиз ухшар алат); 4. таркв (цин къене гатана ппекер михьивун патал са кьил яцӀу кӀарас); ** nə tüfəngin çaxmağıdır, nə sünbənin toxmağı; nə tüfəngə çaxmaq, nə sünbəyə toxmaq Ata. sözü я як туш, я кӀараб (гъиляй са кар карни текъвер, кар алакь тийир, са кардиз виже текъвер касдин гьакъинда).
Azərbaycanca-ləzgicə lüğəti / toxmaq